45
Mühazirə 17.
NV-nin etibarlılığının xüsusiyyətlərinin əsas parametrləri
Texniki qulluğa və təmirə dayanmamaq şərtilə avtomobilin müəyyən vaxt və ya yürüş
intervalı daxilində fasiləsiz olaraq işləmə qabiliyyətini saxlaya bilmə xüsusiyyətinə imtinasızlıq
deyilir. İmtinasızlığın əsas parametrləri imtinasız işləmə ehtimalı, imtinaya qədər orta yürüş,
imtinalarm intensivliyidir (bərpa olunan elementlər üçün imtinalar axınının parametri).
Müxtəlif xarakterli texniki təsirlərə dayanmaq şərtilə avtomobilin son istismar həddinə
qədər işləmə qabiliyyətinin saxlanılma xüsusiyyətinə ömüruzunluğu deyilir. Avtomobilin son
istismar həddi onun baza detallarının yeyilməsindən (yeyilməsinin təsiri onunla qarşılıqlı
hərəkətdə olan elementlərin işləmə qabiliyyətinə əsas təsir göstərən detala baza detalı deyilir),
hərəkətin təhlükəsizliyi şərtlərindən, istismar keyfiyyətlərinin pisləşməsindən və s. amillərdən
asılı olaraq təyin edilə bilər. Avtomobilin son istismar həddi o deməkdir ki, onun daha istismar
edilməsi mümkün deyil, daha doğrusu, texniki və iqtisadi cəhətdən sərfəli deyil.
Avtomobilin ömüruzunluğu əsaslı təmirə qədər orta resursla və ya xidmət müddəti ilə, onun
əsas aqreqatının orta təmirlər arası yürüşü ilə, qamma-faizli resursla və s. parametrlərlə
qiymətləndirilir.
Avtomobil mürəkkəb bir sistem kimi bərpa olunan maşın və mexanizmlər sinfinə daxildir.
Belə ki, o, öz istismarı dövründə itirilmiş işləmə qabiliyyətini bərpa etmək üçün dəfələrlə
dayanmalı olur. Başqa sözlə desək, avtomobil təmirə yararlıdır.
Avtomobildə baş vermiş imtinaların və nasazlıqların texniki qulluq və təmir vasitəsilə
minimum vaxt ərzində aradan qaldırılmasına konstruksiyanın uyğunlaşması xüsusiyyətinə
təmirəyararlılıq deyilir.
Təmirəyararlılığın xüsusiyyətlərindən asılı olaraq avtomobilin müxtəlif xarakterli texniki
təsirlər altında boş dayanmaları və görüləcək işlərin həcmi dəyişir. Avtomobilin təmirə
yararlılığı aşağıdakı əsas xüsusiyyətləri ilə müəyyən edilir (qıymətləndirilir):
1. Konstruksiyanın TQ və təmir obyektinə əlverişli olması - avtomobilin müxtəlif texniki
təsirlər altında (xüsusən təmirdə) boş dayanma müddətinin aşağı salınması baxımından xüsusi
əhəmiyyət kəsb edir. Bu xüsusiyyət avtomobıldə TQ və CT işlərini yerinə yetirərkən tələb
olunan köməkçi işlərin həcmini minimuma endirməlidir. Bununla yanaşı əməliyyatların
aparılması zamanı işçilərin müxtəlif vəziyyətlərdə olmalarından asılı olmayaraq onların
yorğunluğu hiss edilməməlidir. Əks təqdirdə TQ və CT işlərinin yerinə yetirilmə keyfıyyətı aşagı
düşür. Praktiki olaraq avtomobilin imtinasız işləyən elementlərinə bu xüsusiyyətin tətbiq
edilməsi məcburi deyil. Məsələn, səs siqnalı demək olar ki, tamamilə imtinasız işləyir. Buna görə
də onun harada yerləşdirüməsinin mənfi təsiri yox dərəcəsindədir.
2. Avtomobil elementlərinin qarşılıqlı əvəz olunma xususiyyəti - təmirəyararlılığın elə bir
xüsusiyyətidir ki, bir qrup eyni adlı elementlərdən (detallardan, qovşaqlardan) hər hansı birini
götürüb heç bir əlavə hazırlıq işləri aparmadan (nizamlama işləri istisna olmaq şərtilə) yerinə
qoyulduqda o, öz normal işləmə qabiliyyətini saxlaya bilsin.
3. Aqreqat və detalların unifikasiya xüsusiyyəti - eyni təyinatlı müxtəlif konstruksiyalı
avtomobil elementlərinin sayının minimuma endirilməsinə deyilir. Unifıkasiya xüsusiyyəti TQ
və CT proseslərini sadələşdirir, ehtiyat hissələrinin nomenklaturasını azaldır. Bu xüsusiyyət
avtomobilin bərkitmə elementlərinin (bolt, sancaq, qayka və s.) miqdarının və yağlama
materiallarının çeşidlərinin azaldılması baxımından böyük əhəmiyyətə malikdir. Eyni funksiyanı
yerinə yetirən elementlərin sayının azaldılması sənayedə onların hazırlanma texnologiyasını
sadələşdirir, istismarda istifadə ediləcək avadanlıqların və alətlərin sayını azaldır.
46
4. Qaraj avadanlığının varisliyi - istismar və xidmət müəssisələrində olan, TQ və CT
zonalarında işlədilən avadanlıqların avtomobilin tipindən və markasından asılı olmayaraq
istifadə edilməsi üçün yararlığı xüsusiyyətidir. Avtomobilin açıq birləşmələrində işlədilən
yağdanların eyni konstruksiyaya malik olmaları onların bütün avtomobillərdə işlədilməsinə
imkan verdiyi kimi, müəssisələrdə eyni adlı qaraj avadanlığının da tətbiq edilməsinə şərait
yaradır. Bu xüsusiyyət eyni ölçülü bərkitmə elemetnləri üçün də əsasdır.
Təmirəyararlılığı qiymətləndirən əsas parametrlər bunlardır: orta bərpa olunma vaxtı, TQ-
un aparılma vaxtı, TQ və CT-in xüsusi əmək tutumu, dəyəri, bərpalar axınının parametri, texniki
hazırlıq və istifadə əmsalları.
Təmirəyararlılıq baxımından bütün avtomobil elementləri iki böyük qrupa bölünür: a)
bərpa olunmayan və b) bərpa olunan elementlər.
İşləmə qabiliyyəti təmir vasitəsilə bərpa edilə bilməyən detallara bərpa olunmayan
elementlər deyüir. Bunlara rezin-texniki məmulatlar (tormoz qəlibləri, araqatlar, kipgəclər),
elektrotexniki məmulatlar (lampalar, qoruyucular, şamlar), tez yeyilən detallar (üzüklər, içliklər),
hərəkətin təhlükəsizliyini təmin edən detallar (sükan dartqılarının kürəli barmaqları, şkvoren
oymaqları) və s. aiddir.
Parametrləri buraxıla bilən maksimum qiymətlərinə çatdıqdan sonra təmir yolu ilə yenidən
bərpa edilə bilən avtomobil hissələrinə bərpa olunan elementlər deyilir. Bu elementlərə misal
olaraq avtomobilin aqreqatlarını, mühərrikin dirsəkli valını və silindrlər blokunu, tormoz
mexanizmi və s.-ni göstərmək olar.
Texniki sənədlərdə verilmiş istismar göstəricilərini nəql etmə və müəssisə ərazisində
saxlanılma müddətində avtomobilin mühafizə edilmə xüsusiyyətinə onun qorunma qabilliyyəti
deyilir. Qorunma qabiliyyəti əsasən avtomobilin
konsepvasiya və orta saxlanma müddətləri ilə
təyin edilir. Qorunma qabiliyyətinə təsir edən əsas amil iqlim şəraitidir (temperatur, yagıntılar və
s.).
Avtomobillər üçün etibarlılığın kəmiyyət xarakteristikalarını öyrənməklə konkret istismar
şəraitində texniki istismarın üsulları təkmilləşdirilir, TQ və CT-in optimal rejimləri təyin edilə
bilir, ehtiyat hissələrinin sərfi normalaşdırılır, etibarlılığın yüksəldilməsi üçün yeni yollar və
üsullar hazırlanır və s.