47
Mühazirə 18.
Etibarlılıq göstəricilərinin təyin olunma prinsipləri
Bilirik ki, istismar zamanı nəqliyyat vasitəsinə həddindən çox müxtəlif xarakterli amillər
təsir edir. Bunun nəticəsində onun aqreqat və mexanizmlərinin etibarlılığı da müxtəlif formada
dəyişir. Etibarlılıq göstəricilərini təyin etdikdə hərəkət tərkibinin işi ilə əlaqədar olan amillərin
hamısının təsirini nəzər almaq mümkün deyil. Bu baxımdan hər hansı bir mürəkkəb sistem kimi
nəqliyyat vasitəsinin də etibarlılığı ehtimal xarakteri daşıyır, özü də aparılan təcrübələrin
(sınaqların) nəticə-sində alınan statistik məlumatlar əsasında təyin edilir. Bu isə böyük miqdarda
statistik məlumatların olmasını, onların işlənilməsini və mürəkkəb hesablamaların yerinə
yetirilməsini tələb edir. Həqiqətdə isə (praktikada) etibarlılıq göstəriciləri məhdud sayda
götürülmüş nəqliyyat vasitələrinin (bizim mi-salda avtomobillərin) sınağı nəticəsində əldə edilən
statistik məlumatlara görə təyin edilir. Bunun üçün əvvəlcə təsadüfi kəmiyyətlərin (yürüşün)
ədədi xarakteristikaları hesablanır ki, bunlar da paylanma qanunlarının parametrləridir. Bunlara
aiddir:
1. Riyazi gözləmə - təsadüfi kəmiyyət üçün alınan qiymətlərin qruplaşma mərkəzini
xarakterizə edir, yəni, alınmış qiymətlərin orta qiymətidir.
0
1
1
N
i
i
l
N
l
burada:
0
N
- sınaq üçün götürülmüş elementlərin sayı;
i
l
- i-ci elementin son həddinə
(imtinaya) qədər olan yürüşdür.
2. Dispersiya və ya orta kvadratik meyllənmə - alınmış göstəricilərin orta qiymət ətrafında
yayılma xüsusiyyətini xarakterizə edir.
2
D
;
1
)
(
0
1
2
0
N
l
l
N
i
i
3. Variasiya əmsalı - ayrı-ayrı elementlərin imtinaya qədər yürüşlərinin yayılma dərəcəsini
qiymətləndirir.
l
v
4. Variasiya amplitudası - təsadüfi kəmiyyətlər üçün alınmış göstəricilərin maksimum və
minimum qiymətləri arasındakı fərq kimi təyin edilir:
min
max
l
l
R
Göstərilən parametrlərin təyin edilməsi üçün əvvəlcə yürüşün bir tərəfə dəyişməsi şərti ilə
paylanma sırası cədvəli tərtib edilir.
48
Mühazirə 19.
Etibarlılıq kriteriyalarının təyini
Hərəkət tərkibinin işləmə qabiliyyəti böyük miqdarda konstruktiv-texnoloji və istismar
amillərindən asılı olduğu üçün onun etibarlılığı bir və ya iki göstərici ilə qiymətləndirilə bilməz.
Bu baxımdan nəqliyyat vasitəsinin etibarlılığı göstəricilər sistemi ilə xarakterizə edilir ki, bunlara
bəzən etibarlılıq kriteriyaları deyilir. Bu kriteriyalar həm nəzəri (dəqiq) şəkildə (riyazi ifadələr
vasitəsilə), həm də statistik məlumatlar əsasında təyin edilir.
Etibarlılıq kriteriyaları bərpa olunmayan və təmir olunan nəqliyyat elementləri üçün aynlıqda
hesablanır.
Bərpa olunmayan elementlərin əsas etibarlılıq göstəriciləri aşağıdakılardır:
1. İmtinasız işləmə ehtimalı.
2. İmtinaların intensivliyi.
3. İmtinaya qədər orta yürüş.
4. Qamma-faizli resurs.
Birinci üç göstərici imtinasızlığı, axırıncı isə ömür uzunluğunu qiymətləndirir.İmtinasız
işləmə ehtimalı elə ehtimala deyilir ki, verilmiş istismar şəraitində və yürüş intervalında
konstruksiyada heç bir imtina baş verməsin.
49
Mühazirə 20.
Nəqliyyat vasttələrinin texniki
vəztyyətinin təyin olunma üsullari
Ümumiyyətlə, hərəkət tərkibinin texniki vəziyyəti üç üsulla təyin edilir:
a) vizual müşahidələr yolu ilə (məsələn, avtomobilin və ya onun hər hansı bir aqreqatmı
xaricdən nəzərdən keçirməklə);
b) bilavasitə ölçmə əməliyyatım yerinə yetirməklə;
v) dolayı yolla, yəni, xarici təzahürlərə (əlamətlərə) görə.
Hərəkət tərkibinin, xüsusilə avtomobilin texniki vəziyyətinin təyin edilməsi çox mürəkkəb
prosesdir. Çünki onun konstruksiyasında baş verən imtina və nasazlıqların çoxu gizli xarakter
daşıyır. Bunlar birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil. İkinci üsulla pozğunluqları
təyin etmək üçün tədqiq obyekti sökülməlidir. Bu isə vaxt itkisi və böyük iş həcminin yerinə
yetirilməsi ilə əlaqədar olduğundan avtomobilin boş dayanma müddəti artır, məhsuldarlıgı aşağı
düşür, son nəticədə daşımaların maya dəyəri yüksəlir. Bu baxımdan avtomobilin texniki
vəziyyətinin təyin edilməsi üçün üçüncü üsuldan geniş istifadə edilir. Burada avtomobilin texniki
vəziyyəti müxtəlif avadanlıqlardan istifadə etməklə, özü də sökülmədən təyin edilir. Bunun
nəticəsində avtomobilin təmirdə boş dayanma müddəti azaldığı üçün ondan istifadə dərəcəsi
artır.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinin üçüncü üsulla, yəni, xarici əlamətlərə görə təyin
edilməsi «diaqnostika» adı ilə geniş yayılmışdır.
Texniki diaqnostika elmi
Nəqliyyat vasitəsi mürəkkəb sistem olub işləyən elementlərin- sistemin funksiyalarının
yerinə yetirilməsini təmin edən yığım vahidlərinin və detalların toplusudur. Nəqliyyat vasitəsinə
nəzərən sistemin elementləri aqreqatlar, qovşaqlar, mexanizmlər, sonunculara nəzərən isə-
detallardır.
İstismar prosesində nəqliyyat vasitəsı ətraf mühitlə, onun elementləri isə öz aralarında
qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsirdə detallar yüklənir. Buradan nəqliyyat vasitəsınin texniki
vəziyyətinin bilavasitə asılı olduğu obyektlər (avtomobil, aqreqat, mexanizm, sistem) üzrə
məlumatların vacibliyi aydındır.
Nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin fərdi qaydada təyin olunmasında xarici
təzahürlərə (əlamətlərə) əsaslanan texniki diaqnostika xüsusi əhəmiyyət kəsb edir. Belə ki,
hərəkət tərkibi sökülmədən yüksək ehtimalla və inamla müayinə edilir.
Texniki diaqnostika - avtomibilin nasazlıq əlamətlərini, onu sökmədən texniki vəziyyətini
təyin edən metodları, texniki vasitələri və alqorimləri, qalıq resursunun proqnoz edilməsini,
həmçinin diaqnostika sistemlərinin hərəkət tərkibinin texniki istismar proseslərində istifadə
olunmasının texnologiyasını və təşkilini öyrənən elm sahəsidir.
Texniki diaqnostika
Müəyyən etmək
nəzəriyyəsi
Nəzarətə qabiliyyətlilik nəzəriyyəsi
Müəyyən
etmək
alqoritmləri
Həlletmə
qaydaları
Diaqnostik
modellər
Diaqnostik
informasiya
Vəziyyətə
nəzarət
Diaqnostik
modellər
Diaqnostik
modellər
Nasazlıqların
axtarışı