50
Diaqnostika etmə - obyektin (avtomobil, aqreqat, mexanizm, sistem) texniki vəziyyətini
onu sökmədən, xarici əlamətlərə görə, onun vəziyyətini xarakterizə edən kəmiyyətlərin
ölçülməsi və onların normativlərlə müqayisəsi yolu ilə təyin edilməsi (texniki diaqnozun
qoyulması) və onun saz, imtinasız iş resursunun qiymətləndirilməsi prosesidir. O, avtomibillərin
texniki qulluq və təmir sistemini onların texniki vəziyyəti haqqında fərdi informasiya ilə təchiz
edir və beləliklə, bu sistemin elementidir. Diaqnostika prosesi üç əsas mərhələdən ibarətdir:
-
diaqnostik simptompların və paramrtrlərin qiymətlərinin onların nominal
qiymətlərindən fərqinin (meyllənməsinin) təyin olunması;
-
bu fərqlərin yaranma səbələrinin və xarakterinin təhlili;
-
saz iş resursunun qiymətinin müəyyən edilməsi.
İkinci mərhələ texniki diaqnozun qoyulmasını və ya diaqnostik nəticənin verilməsini əhatə
edir.
Texniki diaqnoz – texniki vəziyyətin, yəni diaqnistika obyektinin nasazlığınin
mahiyyətinin və dərəcəsinin, imtinasının olmasının və onun sonrakı işə yararlılığının təyin
edilməsi və qiymətləndirilməsidir.
Avtomobil və onun aqreqat və qovşaqlarının texniki diaqnostikasının nəzəriyyəsi və
praktikası yoxlanmış, sınanılmış eksperimental fakta – obyektin çıxış xarakteristikalarının
və parametrlərinin qiymətlərinin onun struktur parametrlərinin qiymətlərindən, yəni
diaqnistika obyektinin texniki vəziyyətindən asılılığına əsaslanır.
İşləyən obyektin çıxış prosesləri – obyektin işləməsi, təyinatına görə funksiyalarını
yerinə yetirməsi və ətraf mühitlə qarşılıqlı təsiri zamanı yaranan və gedən , obyektdən
kənarda da özünü bildirən, yəni müşahidə və qeyd oluna bilən fiziki və kimyəvi
proseslərdir.
İstənilən obyektin çıxış prosesləri iki növə bölünür:
1. İşçi proseslər- obyektin təyinatına görə yerinə yetirməli olduğu iş funksiyalarını
müəyyən edir ( məs., mühərrikdə- yanacaq və digər istismar materiallarının sərf olunması,
enerjinin hasil edilməsi, işlənmiş qazların xaric edilməsi).
2. Müşayiət edən proseslər (parazit proseslər) - işçi proseslərlə yanaşı yaranan, ən müxtəlif
xarakterli (məs., vibrasiyalar, taqqıltılar, istilik ayrılması və b.k.) qaçılmaz və faydasız
proseslərdir.
Çıxış proseslərinin parametrlərinin struktur parametrləri ilə ― əks əlaqəsi ‖, yəni obyekti
sökmədən onun çıxış proseslərinin parametrlərinin qiymətlərinə görə struktur
parametrlərinin qiymətlərinin təyin edilməsi diaqnoz qoyulmasının və ya texniki
diaqnostikanın mahiyyəti, əsasıdır.
Avtomibilin texniki vəziyyətinin proqnozlaşdırılması - onun baxılan andan texniki
sənədlərlə (dövlət standartları, sahə normativləri, istehsalçı-zavod təlimatları və s.)
müəyyən olunan həddi vəziyyət yaranana qədər saz işləmə müddətinin təyin edilməsidir.
Retrospeksiya - obyektin (avtomobil, aqreqat, mexanizm, sistem) keçmişdəki texniki
vəziyyətinin (məs., yol-nəqliyyat hadisəsinə səbəb olan qəza imtinasının səbəbini aşkar etmək
üçün) qiymətləndirilməsidir.
Bu xüsusiyyətlər konstruktiv parametrlərin kəmiyyət göstəriciləri- cari qiymətləri ilə
xarakterizə olunur. Məsələn, detalların ölçüləri, onlar arasında araboşluqları və s. Bir çox aqreqat
və mexanizmləri tam və ya qismən sökmədən onların konstruktiv parametrlərinin bilavasitə
ölçülməsi imkanı məhduddur. Belə obyektlər üçün texniki vəziyyəti təyin etdikdə dolayı və ya
(xarici) diaqnostika parametrləri istifadə olunur. Bunlar konstruktiv parametrlərlə əlaqəlidir və
onlar haqqında bu və ya digər informasiyanı verir. Məsələn, mühərrikin texniki vəziyyəti
haqqında onun gücünün, mühərrik yağı sərfinin, kompressiyanın, karter yağında yeyilmə
məhsullarının miqdarının dəyişməsinə görə mühakimə yürütmək olar.
Parametr - sistemin, elementin, mexanizmin və bütövlükdə prosesin vəziyyətini
xarakterizə edən kəmiyyət və keyfiyyət ölçüsüdür.
51
Mexanizmin strukturparametrləri fiziki kəmiyyətlər (araboşluğu,mm; temperatur,dərəcə;
elektrik gərginliyi,V; güc, Vt və s.) olub, mexanizmin elementləri və onun işləmə qabiliyyəti və
ya funksiyaları (işləməsi) arasında əlaqəni və qarşılıqlı təsiri xarakterizə edir.
Diaqnozun qoyulmasının məntiqi prosedurunun əsasını fiziki kəmiyyətlər təşkil edir. Ölçmələr zamanı bunların
vasitəsilə diaqnostika edilən obyektin struktur parametrləri təyin edilir. Fiziki kəmiyyətlərin sayı məhduddur və 200-
dən artıq deyildir.
Fiziki parametrlər aşağıdakı qruplara bölünür:
-
kinematik;
-
həndəsi;
-
statik və dinamik;
-
mexaniki və molekulyar;
-
istilik;
-
akustik;
-
elektrik və maqnit;
-
şüalanma;
-
atom fizikası;
-
universal fiziki sabitlər.
Struktur parametrlərinin bilavasitə ölçülməsi imkanı məhdud olduğundan
diaqnostika
etmədə mexanizmin işləmə prosesini müşaiyət edən
xarici (dolayı) əlamətlər (qızma, istilik
halı,yağın sərfi və tərkibi, vibrasiya və s.) istifadə olunur. Bu əlamətlər obyektin texniki vəziyyəti
haqqında lazımi informasiya daşıyıcısıdır və diaqnostik əlamətlər adlandırılır.
Diaqnostik əlamətin ədədi qiyməti diaqnostik parametr adlanır.
Diaqnostik parametr – sistemin və ya onun elementinin
texniki vəziyyətinin keyfiyyətini
dolayı xarakterizə edən və fiziki kəmiyyətlərlə (mm, V, A və s.) ölçülən ədədi göstəricilərdir.
Aşağıdakı parametrlər fərqləndirilir:
- obyektin əsas funksional xassələrini təyin edən işçi proseslərin çıxış parametrləri (məs.,
mühərrikin gücü, yanacaq sərfi və s.);
- müşayiət edən proseslərin parametrləri (qızma, titrəyiş, səs-küy və s.);
- detallar arasında və ayrı-ayrı aqreqatlar və mexanizmlər arasında əlaqələri müəyyən edən
həndəsi parametrlər (araboşluğu, lüft, pedalın gedişi və s.).
Nəqliyyat vasitəsınin iş prosesində onun texniki vəziyyətinin struktur parametrləri
başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişir, bu isə diaqnostik parametrin müvafiq
olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur.
Diaqnostika sistemləri.
Obyekt kimi nəzərdən keçirilən avtomobilin, yaxud onun hər hansi aqreqat və mexanizminin
diaqnostiıkası texniki sənədlərdə verilmiş xüsusi alqoritm (ardıcıl yerinə yetirilən əməliyyatların
məcmuu) əsasında icra edilir. Bu vaxi müxtəlif təyinatlı texniki vasitələrdən istitadə edilir
(diaqnostika prosesinin əsas elementlərindən biri kimi).
Obyekt, diaqnostika vasitələri (texnoloji avadanlıq) və alqoritm birlikdə (kompleksi)
diaqnostika sistemini təşkil edir (şəkil 1.).
Diaqnostika obyektinin işləmə qabiliyyətinin öyrənilmə mümkünlüyü onıın istismar
prosesində lexniıki vəziyyətinin dəyişmə qanunayğunluğundan asılıdır. Yəni avtomobilin
konstruksiyasında elə xarici əlamətlər (təzahürlər) yaranmalıdır ki, onlara əsasən obyektin
texniki vəziyyəti haqqında mülahizə yürüdülə bilsin və texniki vəziyyətin parametrləri sökmə-
yığma işləri aparılmadan bilavasitə ölçülə bilsinlər.
Şəkil 1.-dən göründüyü kimi diaqnostikada işlədilən texniki vasitələr iki qrupa bölünür
(avtomobilin konstruksiyasına mövqeyi baxımından): xarici (avtomobilin konstruksiyasına aid
olmayan və laboratoriya şərailində sərbəst istifadə edilən) və daxili (hərəkət tərkibinin üzərində
quraşdırılan və onun tərkib hissəsi olan) avadanlıqlar.
Obyektin işləmə xarakterinə göro funksional və test sislemli diaqnostikaları fərqləndirirlər.
Funksional sistem obyekt özü işlədiyi zaman, test sistemli isə obyekt müxtəlif qurğular
vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilən zaman aparılan diaqnostikaya deyilir.
Bir neçə diaqnostika prosesi üçün olan sistem universal, bir diaqnostika prosesi nəzərdə tutan
sistem isə xüsusi diaqnostika sistemi adlanır.