54
Hər bir diaqnostik əlamət müşahidə altmda olan obyekt üçün dəyərli məlumatlar daşıyır və
özü də müvafıq diaqnostik parametrlərlə qiymətbndirilir. Məsələn, mühərrikin effektivliyi onun
gücü və yanacaq sərfi, tormozlarm təsiri tormozlama yolu və yavaşıma təcili, ilişmə muftasınm
sazlığı sürüşmə dərəcəsi (%-lə), sükan idarəsinin texniki vəziyyəti çarxın lüftü və ona tətbiq
edilən qüvvə ilə qiymətləndirilirlər.
Əgər diaqnostik parametrbr avtomobilin texniki vəziyyətini bütövlükdə qiymətbndirirsə
bunlara ümumi (hər 100 km. yürüşə sərf edilən yanacağm miqdarı, titrəmələrin, səslərin,
rəqslərin amplitudaları və s.), konkret mexanizmin texniki vəziyyətini xarakterizə edirsə (sürətlər
qutusunda və reduktorda səslər, tormoz sistemində tormozlama yolu, kardan ötürməsində valm
vurması və s.) bunlara isə xüsusi diaqnostik parametrlər deyilir.
Diaqnostik simptomplar və parametrlər diaqnostika edilən obyektin nasazlığı və ya
imtinası haqqında verdikləri informasiynın həcminə, xarakterinə və qarşılıqlı asılılığına görə üç
qrupa bölünür:
- xüsusidiaqnostik simptomplar( parametrlər)- digər parametrlərdən asılı olmayaraq
qovşaq və ya mexanizmin konkret nasazlığını göstərir;
- ümumi, inteqral
diaqnostik simptomplar( parametrlər)- diaqnostika obyektinin
texniki
vəziyyətini bütövlükdə xarakterizə edir. İnteqral
simptomplar konkret nasazlığı göstərmir;
- qarşılıqlı asılı (simptomo-komplekslər) diaqnostik simptomplar( parametrlər) – yalnız
eyni zamanda aşkar edilmiş və ölçülmüş bir neçə parametrin məcmuusuna(yekununa) görə
nasazlığı xarakterizə edir.
Diaqnostik parametrinin həddi qiyməti - elmi-tədqiqat işlərinin və istismar məlumatlarınin
əsasında üç əsas meyara görə təyin olunmalıdır:
- texniki meyar- qovşaq və ya qovuşmanın həddi vəziyyətinin çatmasını nəzərə alır:pərçim
olmaq, dağılma (sınma), siyrilmə,cızılma,qopma və s.;
- effektivlik meyarı (texniki-iqtisadi meyar) – avtomobilin (obyektin) buraxılabilən həddən
aşağı vəziyyətdə istismar etdikdə onun istifadə effektivliyinin (səmərəliliyinin) azalmasını nəzərə
alır.(məsələn, gücün azalması, yanacaq və yağ sərfinin artması, cari təmir və ehtiyat hissələrinə
xərclərin normalar müqabilində artması;
- funksional meyar – avtomobilun idarə olunma rahatlığının pisləşməsini, hərəkət
təhlükəsizliyinin azalmasını nəzərə alır.
İstismar zamanı detallann forma və ölçübri dəyişdiyi üçün onlann struktur parametrlərinə
müvafıq olaraq diaqnostik parametrləri də dəyişir. Buna görə struktur və diaqnostik parametrlər
arasındakı əlaqə statistik xarakter daşıyır, yəni diaqnostik parametrər də struktur parametrlər
kimi təsadüfi kəmiyyətlərdir.
Nəqliyyat prosesində diaqnostik parametrlər avtomobilin yürüşündən asılı olaraq artır
(titrəmələr, yanacaq sərfı, araboşluq və s.) və ya azalırlar (yağm təzyiqi, mühərrikin gücü və s).
Bebliklə, aydın görünür ki, hər hansı sistemin və ya mexanizmin struktur parametrləri ilə
diaqnostik parametrləri arasında sıx əlaqə var. Daha doğrusu, diaqnostik parametrlər struktur
parametrlərin dolayı yolla və müəyyən miqyasla, özü də mexanizmi sökmədən təyin edilmiş
qiymətləridir. Struktur parametrlərin təyini isə mexanizmin tam və ya natamam sökülməsi ilə
əlaqədardır. Struktur və diaqnostik parametrlər arasmdakı müəyyən əlaqə obyektin sazlıq
dərəcəsinin və işləmə, qabiliyyətinin qiymətləndirilməsinə imkan verir. Sistemin texniki
vəziyyətinin düzgün qiymətləndirilməsi və diaqnostikanın qənaətliliyi baxımından diaqnostik
parametrlərin yararlıq dərəcəsi aşağıdakı tələblərlə müəyyənləşdirilir: həssaslıq; birmənalılıq;
stabillik; informativlik.
55
1. Diaqnostik parametr həssas olmalıdır - yəni, struktur parametrin hər hansı dudəyişməsinə
diaqnostik parametrindPdəyişməsi müvafiq olmalıdır. Başqa sözlə desək, struktur parametrin
elementar dəyişməsinə uyğun olaraq diaqnostik parametr də dəyişməlidir. Diaqnostik parametrin
həssaslığı ədədi qiymətcə elementin bütün işləmə müddətində nominal ölçüsündən başlayaraq
nasazlıq baş vermə anına qədər özünün nisbi dəyişməsi ilə təyin edilir.Diaqnostik parametrin
həssaslığı,
r
K
:
du
dP
K
r
.
2. Diaqnostik parametr birmənalı olmalıdır - bu o deməkdir ki diaqnostik parametr bir
tərəfə dəyişməlidir, yəni, özünün nominal qiymətindən ya azalmağa, ya da artmağa doğru
dəyişməlidir. Başqa sözlə, texniki vəziyyət parametrinin başlanğıc qiymətindən
b
u
həddi
qiymətinədək
h
u
dəyişmə intervalında diaqnostik parametrin dəyişmə qanunauyğunluğunda
ekstremum(
0
du
dP
) olmamalıdır:
0
du
dP
.