Azərbaycan tibb universiteti BİTKİ MƏNŞƏLİ parafarmasevtik vasiTƏLƏRİn texnologiyasi fənni üzrə proqra m baki -2016



Yüklə 39,65 Kb.
tarix03.05.2018
ölçüsü39,65 Kb.
#41165
növüMühazirə




AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

BİTKİ MƏNŞƏLİ PARAFARMASEVTİK VASİTƏLƏRİN TEXNOLOGİYASI

fənni üzrə

P R O Q R A M

BAKI -2016

Fənnin adı:Bitki mənşəli parafarmasevtik vasitələrin texnologiyası” II kurs, II semestr, 4 kredit
Məqsəd: Mövcud bitki mənşəli parafarmasevtik vasitələrin təkmilləşdirilməsi və yeni parafarmasevtik vasitələrin texnologiyasının yaradılması.
Magistr nəyi bilməlidir: parafarmasevtik vasitələrin istehsalında və onların keyfiyyətinə nəzarətin həyata keçirilməsində beynəlxalq standartları, GMP tələblərini, parafarmasevtik vasitələrin hazırlanma texnologiyasının nəzəri əsaslarını, bitki xammalından hazırlanan parafarmasevtik dərman formalarının hazırlanmasının texnoloji xüsusiyyətlərini.
Magistr nəyə yiyələnməlidir:

  1. Bitki mənşəli parafarmasevtik vasitələrin istehsalında GMP qaydalarına

  2. Parafarmasevtik dərman formalarının hazırlanma texnologiyasının nəzəri və təcrübi əsaslarına

  3. Bitki mənşəli parafarmasevtik vasitələrin hazırlanmasında köməkçi maddələrin və hazırlanma üsullarının mühüm prinsiplərinə

  4. Parafarmasevtik dərman formalarının hazırlanmasında və keyfiyyətinə nəzarətin yerinə yetirilməsində istifadə olunan cihazların iş prinsipinə

  5. Yeni nəsil parafarmasevtik vasitələrin yaradılmasının proqnozlaşdırma xüsusiyyətlərinə

PROQRAM

Yaz semestri.

Mühazirə 8 saat6, seminar 20 saat, təcrübə 36 saat

Bioloji fəal əlavələr. Təsnifatı, onlara qarşı tələblər. Sağlam həyat tərzinin əsas amilləri. Funksional qidalanmanın elmi əsasları. Bioloji fəal əlavələr: nutrisevtiklər, parafarmasevtiklər, probiotiklərin əsas xüsusiyyətləri. Bioloji fəal əlavələrin səmərəli qidalanmada əhəmiyyəti.

İnsanların müxtəlif yaş qrupları üzrə funksional qidalanması qaydaları. GMP tələbləri əsasında parafarmasevtik vasitələrin istehsalat texnologiyası.

Parafarmasevtik məhsulların ümumi xarakteristikası və nomenklaturası. Bitki mənşəli parafarmavestik vasitələr.Yeni nəsil parafarmasevtika (Axis™-technology). Bioloji fəal əlavələrin istehsalında nanotexnologiyanın tətbiqi .

Bioloji fəal əlavələrin istifadəsində tələb olunan normativ hüquqi sənədlər. Azərbaycan Respublikasında bioloji fəal əlavələrin qeydiyyatı. Bioloji fəal əlavələrin marketinqinin təşkili prinsipləri. Bioloji fəal əlavələrin keyfiyyət normalarının təyini.

Bitki mənşəli parafarmasevtik vasitələr. Parafarmasevtik poroşokların texnologiyası.

Bitkilərdən alınan ekstraktlar (maye, qatı, quru) əsasında parafarmasevtik qranulların hazırlanma texnologiyası. Parafarmasevtik qranulların keyfiyyətinə nəzarət.

Fitoekstraktların kapsullaşdırılmış formalarının hazırlanması. Kapsullaş-dırılmış parafarmasevtik vasitələrin keyfiyyətinə nəzarət.

Bitkilərdən alınan ekstraktlar əsasında parafarmasevtik tabletlərin hazırlanma texnologiyası. Parafarmasevtik tabletlərin keyfiyyətinə nəzarət.

Parafarmasevtik stimullaşdırıcı içkilərin texnologiyası. Eliksir, balzam, şirə və şərbətlərin hazırlanması. Parafarmasevtik stimullaşdırıcı içkilərin keyfiyyətinə nəzarət.

Müalicəvi kosmetoloji və sanitar-gigiyenik parafarmasevtik vasitələrin texnologiyası. Maye, qatı, quru, yağlı ekstraktlar əsasında parafarmasevtik krem, gel, losyon, diş tozu və pastasının hazırlanması. Müalicəvi kosmetoloji və sanitar-gigiyenik parafarmasevtik vasitələrin keyfiyyətinə nəzarət.

Müalicəvi palçıq, mineral sular. Ölü dənizin mineralları əsasında parafarmasevtik vasitələrin hazırlanması. Müalicəvi palçıq, mineral suların keyfiyyətinə nəzarət

Uşaq qidaları. Poroşok formasında olan uşaq qidalarının texnologiyası. Pəhriz qidalarının texnologiyası.Uşaq qidaları və pəhriz qidalarının keyfiyyətinə nəzarət

Aroma preparatların texnologiyası. Efir yağlarının alınma üsulları.Efir yağları əsasında parafarmasevtik kosmetik vasitələrin hazırlanması. Aromapreparatların keyfiyyətinə nəzarət.



Tədris (mövzu) planı:

Yaz semestri

Mühazirə

Mühazirələr


N

Mövzular

Saat

1

Bioloji fəal əlavələr. Təsnifatı, onlara qarşı tələblər. Sağlam həyat tərzinin əsas amilləri. Funksional qidalanmanın elmi əsasları

2

2

Parafarmasevtik məhsulların ümumi xarakteristikası və nomenklaturası. Bitki mənşəli parafarmavestik vasitələr

2

3

GMP tələbləri əsasında parafarmasevtik vasitələrin istehsalat texnologiyası. Yeni nəsil parafarmasevtika (Axis™-technology). Bioloji fəal əlavələrin istehsalında nanotexnologiyanın tətbiqi 

2

4

Azərbaycanda parafarmasevtik vasitələrin marketinqinin təşkili prinsipləri

2

Cəmi: 8 saat

Seminar dərslərinin mövzuları


N

Mövzular

Saat

1

Bioloji fəal əlavələr: nutrisevtiklər, parafarmasevtiklər, probiotiklər. Bioloji fəal əlavələrin səmərəli qidalanmada əhəmiyyəti

4

2

İnsanların müxtəlif yaş qrupları üzrə funksional qidalanması

4

3

Bioloji fəal əlavələrin istifadəsində tələb olunan normativ hüquqi sənədlər

4

4

Azərbaycan Respublikasında bioloji fəal əlavələrin qeydiyyatı. Bioloji fəal əlavələrin marketinqinin təşkili prinsipləri

6

5

Bioloji fəal əlavələrin keyfiyyət normalarının təyini

2

Cəmi: 20saat

Laboratoriya dərslərinin mövzuları

Həftələr

Mövzular

Saat

1


Bitki mənşəli parafarmasevtik vasitələr. Parafarmasevtik poroşokların texnologiyası

4


2

Bitkilərdən alınan ekstraktlar (maye, qatı, quru) əsasında parafarmasevtik qranulların hazırlanma texnologiyası

4

3


Fitoekstraktların kapsullaşdırılmış formalarının hazırlanması

4

4

Bitkilərdən alınan ekstraktlar əsasında parafarmasevtik tabletlərin hazırlanma texnologiyası




4

5

Parafarmasevtik stimullaşdırıcı içkilərin texnologiyası. Eliksir, balzam, şirə və şərbətlərin hazırlanması


4



6

Müalicəvi kosmetoloji və sanitar-gigiyenik parafarmasevtik vasitələr. Maye, qatı, quru, yağlı ekstraktlar əsasında parafarmasevtik krem, gel, losyon, diş tozu və pastasının hazırlanma texnologiyası

4

7

Müalicəvi palçıq, mineral sular. Ölü dənizin mineralları əsasında parafarmasevtik vasitələrin hazırlanması

4

8

Uşaq qidaları. Poroşok formasında olan uşaq qidalarının texnologiyası. Pəhriz qidalarının texnologiyası

4

9

Aromapreparatların texnologiyası.

4

Cəmi: 36saat

Metodiki təminatı:

1. Vəliyeva M.N., Mehralıyeva S.C. Tərkibində maksimal təmizlənmiş məcmu və fərdi bioloji fəal maddələr saxlayan preparatlar. Tədris –metodik vəsait, Bakı 2005, 70s.

2. Vəliyeva M.N., Mehralıyeva S.C.Təzə yığılmış bitkilərdən preparatların və şirələrin alınması. Tədris –metodik vəsait, Bakı 2007, 59s.

3.Vəliyeva M.N., Mehralıyeva S.C. Dərmanların sənaye texnologiyası. Dərslik II hissə, Bakı 2012, 278s.

4. Firuddin Nəsrəddin oğlu Cəfərov, Hasil Kamaləddin oğlu Fətəliyev. Funksional qida məhsullarının texnologiyası. Dərslik. Bakı, 2014, 381 səh.

5. Nəbiyev Ə.Ə., Moslemzadeh E.Ə. Qida məhsullarının biokimyası. Bakı: Elm, 2008, 444 səh.

6. Mövsümov E.M., Yusifov N.M. Qida kimyası. Bakı: “MBM”, MMC, 2010, 276 səh.

7.Видаль парафармацевтика. Справочник. М.:АстраФармСервис, 2003г.176с.

8. Теплов В.И., Белецкая Н.М. и др. Функциональные продукты питания. – М:А-Приор, 2008. – 234 с

9. Гумовская И. Питание людей пожилого возраста. - Варшава: Ватра. - 1984. - 93 с. 24. Доценко В.А., Бондарев Г.И., Мартинчик А.Н. Организация лечебно-про-филактического питания. - М.: Медицина, 1987. - 215 с.



Texniki təchizatı: elektron tərəzilər, ələklər, perkolyator, termostat, qızdırıcılar, quruducu şkaf, qranulyator, tablet maşını, homogenizator, viskozimetr.

Qiymətləndirilən bacarıqların siyahısı:

1.Parafarmasevtik poroşokların texnoloji xüsusiyyətlərini təyin etmək (nisbi sıxlıq, səpilməsi və s.)

2.Parafarmasevtik tableti hazırlamaq və keyfiyyətini yoxlamaq.

3. Bitki ekstraktları əsasında parafarmasevtik qranulları hazırlamaq.

4.Bitkilərdən alınan ekstraktlar əsasında parafarmasevtik kosmetoloji kremi hazırlamaq.

5. Bitki ekstraktları əsasında parafarmasevtik geli hazırlamaq.

6. Bitki ekstraktları əsasında parafarmasevtik şərbəti hazırlamaq və keyfiyyətini yoxlamaq.

7. Mineral palçıq əsasında parafarmasevtik pastanı hazırlamaq və keyfiyyətini yoxlamaq

8. Təzə yığılmlış bitkilərdən parafarmasevtik şirəni hazırlamaq və keyfiyyətini yoxlamaq.

9. Parafarmasevtik diş tozunu hazırlamaq və keyfiyyətini yoxlamaq.



10. Bitki mənşəli parafarmasevtik vasitələri kapsullaşdırmaq və keyfiyyətini yoxlamaq
Yüklə 39,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə