Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü



Yüklə 287,88 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix02.06.2018
ölçüsü287,88 Kb.
#47309
1   2   3   4   5   6

31 mart    2016-cı il

http://www.amu.edu.az

3

 Qonaqları rekto-



run səlahiyyətlərini 

müvəqqəti icra 

edən, tədris işləri 

üzrə prorektor, 

professor Sabir 

Əliyev qəbul edib. 

Qonaqları salam-

layan professor 

S.Əliyev, iki ali tibb 

ocağı arasında olan 

əməkdaşlıqdan 

söhbət açıb, bu 

əməkdaşlığın 

ikitərəfli anlaşma protokolu 

üzərində qurulduğunu bildirib.

Universitetimizdə  300-dən  artıq 

türkiyəli tələbənin təhsil aldığını vurğu-

layan professor Sabir Əliyev, ölkələrimiz 

arasında qardaşlıq münasibətlərinin və 

müxtəlif sahələrdə, o cümlədən təhsil 

və səhiyyə sahəsində sıx əməkdaşlığın 

olmasını xüsusi qeyd edib.

S.Əliyev  bir  neçə  gün  əvvəl  Anka-

ra  şəhərində  törədilmiş  terror  aktı  ilə 

bağlı türkiyəli qonaqlara başsağlığı ve-

rib.


Medipol Universitetinin rektoru pro-

fessor Sabahattin Aydın öz növbəsində 

Azərbaycan Tibb Universitetinə hazır-

ki  səfərin  artıq  sayca  3-cü  olduğunu 

bildirib.  O,  universitetlərimiz  arasın-

da  əlaqələrin  daha  da  inkişaf  etməsi 

istəyində olduğunu da qeyd edib.

Görüşdə iştirak etmiş Medipol Mega 

Universitet  Xəstəxanasının  tibbi  di-

rektoru,  professor  Gazi  Yiğitbaşı  və 

Beynəlxalq  xəstə  xidmətləri  baş  ko-

ordinatoru Uygar Üstün ATU ilə birgə 

layihələrin  aparılmasında  maraqlı  ol-

duqlarını diqqətə çatdırıblar.

Görüşdə 

həmçinin 

ATU-nun 

beynəlxalq əməkdaşlıq üzrə prorekto-

ru, dosent Rəhimə Qabulova, ATU-nun 

Bey nəlxalq  əlaqələr  şöbəsinin  müdiri 

Nadir Zeynalov və Medipol Mega uni-

versitet  xəstəxanasının  Azər baycanda 

təmsilçisi  Zülfiyyə  Əlizadə  iştirak 

ediblər.


 

Azərbaycan Tibb Universiteti-

nin Tədris Terapevtik Klinikasının 

həkimləri daha bir uğura imza atıblar. 

Bu yaxınlarda ağciyər xəstəliyi ilə ağır 

vəziyyətdə klinikaya gətirilmiş 7 yaş-

lı Aylin Bağırzadənin həyatını bu tibb 

ocağının Reanimasiya və İntensiv Tera-

piya Şöbəsinin həkimləri xilas ediblər.

Hadisə barədə ətraflı məlumat verən Uşaq 

Reanimasiya Şöbəsinin həkimi L.Hüseynova 

bildirib ki, 7 yaşlı Aylin klinikaya gətirildiyi 

zaman çox ağır vəziyyətdə olub:

“Gəldiyi zaman vəziyyətinin ağırlığı tənəffüs 

çatışmazlığı ilə əlaqədar idi. Yorğun, yuxuya 

meylliyi  və  təngnəfəsliyi  var  idi.  Ağciyərlərin 

rentgen  şəkli  çəkildi  və  ona  ikitərəfli  total 

atelektaz  (ağciyərlərin  büzüşməsi),  ikitərəfli 

plevrit  diaqnozu  qoyuldu.  Plevrada  (ağciyər 

kisəsi)  -  sol  ağciyərdə  1200  ml,  sağda  isə 

400 ml maye var idi. Arterial qanda oksigenin 

səviyəsi 65% idi.

Tənəffüs  çatışmazlığı  əlamətləri  ön  planda 

olduğuna görə xəstə dərhal intubasiya oluna-

raq, süni tənəffüs aparatına qoşuldu. İntuba-

siyada xəstənin müşahidəsi uzun müddət da-

vam etdiyindən traxeostomiya açıldı. Müayinə 

zamanı çox ciddi korreksiya olunmayan dərin 

respirator asidozunun olduğu da ortaya çıxdı”.

L.Hüseynova  qeyd  edib  ki,  aparılan 

müayinələr  zamanı  xəstədə  hepatospleno-

meqaliya  (qaraciyər  və  dalağın  böyüməsi), 

assit  (qarın  boşluğunda  600  ml  maye),  ciddi 

qaraciyər çatışmazlığı, mədə-bağırsaq qana-

maları, aritmiyalar müşahidə olunub.

“Sol 


ağciyərdə 

1200 


ml 

maye 


olduğundan,toraks  drenajı  taxıldı  və  bu,  3 

həftə saxlanıldı. Qanama riski olduğundan biz 

periodik olaraq uşağa plazma və qan köçürür-

dük”.


Xəstənin bəlğəmində ikincili bakterial pnev-

moniya  törədicisi  kimi  Stenotrophomonas 

maltiohila aşkar edildiyini vurğulayan həkim, 

bu bakteriyanın əksər antibiotiklərə qarşı da-

vamlı olduğunu da bildirib.

“Lakin  müasir  standartlara  cavab  verən 

mikrobioloji  laboratoriyamızın  sayəsində  biz 

adekvat antibiotiki seçə bildik və bu çətinliyin 

də öhdəsindən gəldik”.

Əsasən  antibotik  terapiya,  ventilyator 

təqibi  və  simptomatik  müalicələr  aparıl-

dığını  söyləyən  L.Hüseynova  onu  da  bildi-

rib  ki,  müalicələr  zamanı  müşahidə  olunan 

hər  bir  xəstəliklə  bağlı  müxtəlif  sahələrdən 

məsləhətçilər  çağırılıb,  vaxtında  və  yerində 

müdaxilələr aparılıb.

“Xəstə  klinikaya  daxil  olarkən  biz  onun 

ağciyərlərinin çəkilmiş rentgen şəklini tanın-

mış  mütəxəssislərə  də  göstərdik.  Onlar  belə 

vəziyyətdə xəstələrin nadir hallarda sağ qal-

dığını bizə dedilər. Və sonda belə bir nəticəni 

əldə  etməyimizin  əsas  səbəbini  burdakı 

həkimlərin peşəkarlığı ilə əlaqələndirdilər”.

L.Hüseynova  onu  da  qeyd  edib  ki,  hazırda 

xəstənin ümumi vəziyyəti yaxşıdır:

“Reanimasiya və İntensiv Terapiya şöbəsində 37 

günlük müşahidədən sonra hazırda xəstənin ümumi 

vəziyyəti stabildir, süni tənəffüsdən ayrılıb, aktiv 

qidalanır. Buna görə də onun evə aparılmasına icazə 

verdik”.

İstanbul Medipol Universitetinin 

rektoru ATU-da qonaq olub

7 yaşlı xəstə uşağın həyatı xilas edildi

u  Tibb Universite ti Azərbaycan üçün yüksək ixtisas-

lı peşəkar həkimlərin hazırlanması istiqamətində fə aliy -

yətini davam etdirir. Bu gün universitetin klinikalarında 

tədrislə yanaşı, həm də xarici mütəxəssislərin iştirakı ilə 

təlim və seminarlar, master-klasslar təşkil olunur.

 Bu günlərdə ATU-nun Tədris Terapevtik Klinikasında Fiziote-

rapiya  və  İdman  təbabəti  kafedrasının  həkim-rezidentləri  üçün 

maqnit terapiyası və fototerapiya ilə bağlı semnar təşkil olunub. 

Tədbirdə keçirilən rezident-həkimlərdən Çinarə Hacıyeva “Maq-

nitoterapiyanın fizioloji və müalicəvi təsir mexanizmləri. Müxtəlif 

növ maqnit sahələrinin fiziki xassələrinə görə klinikada tətbiqi”, 

Mətanət Mustafayeva isə “Fototerapiyanın təsnifatı və müalicəvi 

təsiri” haqqında geniş məruzə ilə çıxış ediblər.

    Qeyd  edək  ki,  ATU-nun  Tədris  Terapevtik  Klinikasında  da-

vamlı olaraq Fizioterapiya və Tibbi bərpa ixtisası üzrə rezident-

həkimlər üçün kafedradaxili seminarlar təşkil olunur. Fizioterapi-

ya və İdman təbabəti kafedrasının müdiri, ə.e.x., professor Əlişir 

Musayevin sözlərinə görə, seminarın keçirilməsində əsas məqsəd 

gənc kadrların hazırlanması, zəruri bilik və bacarıqların aşılan-

masında onlara yardımçı olmaqdır.

 

Bu tədbirlərdə kafedra rəhbərliyi və əməkdaşları - dosent Paşa 



Mehdiyev, t.ü.f.d, assistent Nurlana Əliyeva, assistent Vaqif Süley-

manov, dosent Sədaqət Quliyeva, assistent Elmira Əhmədova çıxış 

edərək öz təcrübələrini bölüşür, bu və ya digər mövzu ilə əlaqədar 

rezidentləri maraqlandıran sualları cavablandırırlar. Seminarların 

mövzusu rezidentlərin təklifləri əsasında müəyyənləşdirilir.

Gələcəyin fizioterapevtləri 

üçün seminar

ATU-nun mətbuat xidməti

30 yaşlı xəstə üzərində nadir rast gəlinən Sekundum 

ASD-nin qapalı yolla müalicəsi uğurla həyata keçirilib

Azərbaycan Tibb 

U n i v e r s i t e t i n i n  

Təd  ris  Cərrahiyyə 

Klinikasında növ-

bəti dəfə nadir rast 

gəlinən Sekundum 

ASD (Atrial Septal 

Defekt)-nin qapa-

lı yolla müali 

cəsi 

uğurla həyata keçi-

rilib.

Qeyd edək ki, məhz 

bu  tip  əməliyyatlar 

ancaq 


ATU-nun 

Tədris 


Cərrahiyyə  Klinikasında  yer-

li  mutəxəssislər  tərəfindən 

aparılır.

Sekundum ASD (Atrial Sep-

tal  Defekt)  -Qulaqcıqlararası 

Çəpərin  İkincili  defekti  uzun 

illər açıq ürək əməliyyatı yolu 

ilə  müalicə  olunub.  İndi  isə 

bu  qüsurun  təxminən  80%-

i  qapalı  yolla-transkateter-

damardan  iynə  ilə  keçməklə 

müalicə  edilir.  Bu  yolla 

müalicə  edilən  xəstələrdə 

heç bir kəsiyə ehtiyac olmur, 

əməliyyat sonrası isə hər han-

sı çapıq izi qalmır.

Klinikaya  müraciət  edən 

30  yaşlı  xəstə  üzərində  ATU 

Tədris Cərrahiyyə Klinikasında 

Kardiologiya şöbəsinin müdi-

ri,  tibb  üzrə  fəlsəfə  doktoru 

Qalib  İmanov  tərəfindən  bu 

əməliyyat  uğurla  həyata  ke-

çirilib. Xəstədə qüsur təsadüf 

müayinələr zamanı aşkar olu-

nub və bir sıra xəstəxanalarda 

olmasına  baxmayaraq,  sonda 

o, ATU-nun Tədris Cərrahiyyə 

Klinikasına  müraciət  edib. 

Xəstədə  əməliyyat  uğur-

la  başa  çatıb  və  o,  bir  gecə 

xəstəxanada qaldıqdan sonra 

evə buraxılıb.

Əməliyyatla  bağlı  hər  han-

sı bir ağırlaşma hallarına rast 

gəlinməyib.




Yüklə 287,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə