4.ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ



Yüklə 56,5 Kb.
səhifə1/5
tarix13.12.2023
ölçüsü56,5 Kb.
#149450
  1   2   3   4   5
4muhazire




4.ŞƏXSİYYƏTİN İNKİŞAFI VƏ FORMALAŞMASI MƏSƏLƏLƏRİ
PLAN

  1. Şəxsiyyət, onun inkişafı və formalaşması haqda ümumi məlumat.

  2. Şəxsiyyətinin inkişafında bioloji və sosial amillərin rolu.

  3. Şəxsiyyətin inkişafı və tərbiyə.

  4. Şəxsiyyətin inkişafında fəaliyyətin rolu.

  5. Şəxsiyyətin sosiallaşması məsələləri.




  1. Şəxsiyyət, onun inkişafı və formalaşması haqda ümumi məlumat

  • Filosoflara görə şəxsiyyət – yüksək zəkalılığı, öz hərəkət və dav­ranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mə­nəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır.

  • Psixoloqlara görə şəxsiyyət – həyatı boyu formalaşan, özü­nə­məx­sus fərdi xüsusiyyətləri, müəyyən təfəkkür, davranış tərzi, hiss­lə­ri olan insandır.

  • Pedaqoqlara görə şəxsiyyət – irsi və sosial amillərin təsiri al­tın­da formalaşan, maddi və mənəvi aləmi dərk edib, müstəqil ya­ra­dı­cı fəaliyyət göstərə bilən insandır.

  • Şəxsiyyətin inkişafı dedikdə - insanın bioloji və mənəvi ba­xım­dan kəmiyyət və keyfiyyətcə dəyişməsi prosesi və onun nəticəsi ba­şa düşülür.

  • Şəxsiyyətin formalaşması dedikdə - xarici amillərin təsiri al­tın­da şəxsiyyətin dinamik funksional, psixoloji quruluşunun və mənəviyyatının dəyişməsi, insanın müəyyən xarakter xüsusiyyətlər qazanması prosesi başa düşülür.

  • Şəxsiyyətin sosiallaşması dedikdə - insanın cəmiyyətlə qar­şı­lıq­lı təsiri prosesində sosial mühitə inteqrasiyası, ona uyğunlaşması ba­şa düşülür.

Sxem 1

Pedaqogika elmi şəxsiyyətin mənəvi inkişaf problemlərini inkişafın digər istiqamətləri ilə əlaqəli şəkildə öyrənir.

  • İnkişafın hərəkətverici qüvvəsi – ziddiyyətlərdir.

Şəxsiyyətin inkişafı prosesində zid­diy­yət­lərə missal olaraq aşağıdakıları göstərmək olar:

  • fəaliyyətin doğurduğu yeni tələbatlarla onların ödənilməsi ara­sın­da olan ziddiyyətlər;

  • uşağın hər gün artan fiziki və mənəvi imkanları ilə əvvəldən möv­cud olan qarşılıqlı münasibətlər və fəaliyyət növləri ara­sın­da­kı ziddiyyətlər;

  • cəmiyyətin daim təkmilləşən, artan tələbatı ilə şəxsiyyətin möv­cud inkişaf səviyyəsi arasındakı ziddiyyətlər.




Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə