4.ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ


irsiyyətin ümumi səciyyəsi



Yüklə 56,5 Kb.
səhifə3/5
tarix13.12.2023
ölçüsü56,5 Kb.
#149450
1   2   3   4   5
4muhazire

irsiyyətin ümumi səciyyəsi insanın insan növünün nümayəndəsi ki­mi doğulmasını təmin etməsidir;

  • irsiyyətin xüsusi səciyyəsi – uşağın xarici (bədən quruluşu, də­ri­nin, gözün, tüklərin rəngi və s.) və daxili (qan qrupu, xəstəlik­lərə mey­llilik, sinir sistemi xüsusiyyətləri və s.) əlamətlərinə görə va­li­deyn­lərinə oxşamasını təmin etməsidir.

    • Şəxsiyyətin inkişafı haqda çoxsaylı tədqiqatlar sübut edir ki, ha­zır qabiliyyətlər yox, təbii imkanlar irsən keçir.Bütün normal in­sanlar potensial imkanlarla doğulurlar. Bu iris potensialın konkret qa­biliyyətlərə çevrilməsi üçün isə müvafiq şərtlərin: həyat şəraiti, tər­biyə, insanın özünün və cəmiyyətin tələblərinin təmin edilməsi zə­­ruridir.

    • Şəxsiyyətin inkişafına təsir göstərən mühüm amillərdən biridə mühitdir. Mühit – insanın bioloji varlıq və şəxsiyyət kimi qar­şılıqlı əlaqədə olduğu ətraf təsirlərin birliyidir. “Mühit” anal­yı­şını dar geniş mənada başa düşmək olar.

    • Dar mənada mühit dedikdə - uşağı bilavasitə əhatə edən, gün­də­lik həyatda onun hərtərəfli inkişafı üçün istifadə olunan vasitələr ba­şa düşülür;

    • Geniş mənada mühit dedikdə - uşağın böyüdüyü təbii şərait, həm­çinin ölkənin ictimai quruluşu, dövlətin inkişafa yaratdığı şərait, xal­qın milli adət-ənənələri, məişət və mədəniyyəti başa düşülür.

    Təcrübə göstərir ki, mühit inkişafa müsbət təsir göstərməklə ya­na­şı, onu ləngidə, neqativ təsir göstərədə bilər.Buna görədə müasir pe­daqogikada “inkişaf etdirici mühit” anlayışı da formalaşmışdır.

    • Şəxsiyyətin inkişafında üçüncü amil tərbiyədir. “Tərbiyə” an­layışını da iki mənada başa düşmək olar: sosial mənada və pe­da­qo­ji mənada.

    • Sosial mənada tərbiyə dedikdə - cəmiyyətin bütün struktur vahid­lə­rindən istifadə etməklə gənc nəsli həyata hazırlama funksiyası ba­şa düşülür;

    • Pedaqoji mənada tərbiyə dedikdə - pedaqoji prosesin tərkib hissəsi olub həyat üçün zəruri olan sosial təc­rübənin və cəmiyyət tərəfindən qəbul edilmiş mənəvi dəyərlər sis­teminin formalaşdırılmasından ötrü böyüyən nəslə göstərilən məq­sədyönlü təsirlər prosesi başa düşülür.





    1. Yüklə 56,5 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə