4.ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ


Şəxsiyyətin inkişafı və tərbiyə



Yüklə 56,5 Kb.
səhifə4/5
tarix13.12.2023
ölçüsü56,5 Kb.
#149450
1   2   3   4   5
4muhazire

Şəxsiyyətin inkişafı və tərbiyə

  • Şəxsiyyətin inkişafı və formalaşmasında tərbiyənin səmərəli ro­lu, hər şeydən əvvəl, onun məqsədəyönlü, sistematik xa­rak­ter daşımasıdır. Bundan başqa:

  • tərbiyə irsiyyət və mühitin şəxsiyyətin inkişafına təsirini nizamlayır;

  • tərbiyənin gücü – inkişafa məqsədyönlü, sistematik və düzgün rəh­bərlikdədir;

  • tərbiyənin səmərəliliyi uşağın tərbiyəvi təsiri necə qəbul etm­ə­sin­dən asılıdır.

  • tərbiyənin zəif cəhətləri:

  • insanın fərdi şüurunun iştirakına əsas­lan­ma­sıdır;

  • tərbiyə şəxsiyyətin inkişafında yeganə həll edici amil deyil;

  • yalnız mövcud təbii imkanların inkişafını təmin edəbilir;

  • şəxsiyyətin inkişafına təsir edərkən, özüdə inkişafdan asılı olur;

  • Pedaqoji və psixoloji tədqiqatlar sübut edirki, şəxsiyyətin in­ki­şa­fına tərbiyəvi təsirin səmərəsi iki inkişaf zonasına uyğun tətbiqdən ası­lıdır:

  • “fəal inkişaf zonası”; bu səviyyədə uşaq bütün tapşırıqları müs­tə­qil şəkildə özü yerinə yetirir;

  • “ən yaxın inkişaf zonası”; bu səviyyədə uşaq tapşırıqları bö­yük­lə­rin köməyi ilə yerinə yetirir. (L. S. Vıqotski )

Tərbiyənin vəzifəsi “ən yaxın inkişaf zonası” nı yaratmaqdır ki, bu yolla sonradan “fəal inkişaf zonası”na keçilə bilsin.

  1. Şəxsiyyətin inkişafında fəaliyyətin rolu

  • Şəxsiyyətinin inkişafı və formalaşmasında irsiyyət, mühit və tər­­biyənin rolu daha bir zəruri amillə - fəallıqla tamam­lan­ma­lı­dır. Fəallıq aşağıdakı formalarda təzahür edir:

  • hərəkətlərdə - məhz hərəkətlər insanın həyatını təmin edir, or­qa­nizmi fəaliyyət göstərməyə məcbur edir, onu sağlamlaşdırır və möh­kəmlədir;

  • dünyanı dərk etməkdə - idraki fəallıq öz həyatını müstəqil qur­ma­ğın çox vacib şərtidir;

  • emosiyalarda – uşaqlar şüurlu bacarıq və vərdişlərə yiyə­lən­mə­miş­dən əvvəl, özfəaliyyətlərində hisslərə daha çox əsaslanırlar.

  • Uşaq və yeniyetmələrin fəaliyyət növlərini sosial formalarına və istiqamətlərinə görə fərqləndirmək olar.


Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə