4.ŞƏXSİYYƏTİN İNKİŞafi və formalaşmasi məSƏLƏLƏRİ



Yüklə 56,5 Kb.
səhifə2/5
tarix13.12.2023
ölçüsü56,5 Kb.
#149450
1   2   3   4   5
4muhazire

Ziddiyyətlərin növləri:

  • daxili ziddiyyətlər – məsələn, uşağın istəkləri ilə onun psixikası və intellekti arasında, sosiallaşma dərəcəsi arasındakı ziddiyyət;

  • xarici ziddiyyətlər – insanın maddi və mənəvi təlabatları ilə ya­şa­dığı mühit, cəmiyyətdəki yeri və iqtisadi durumu arasındakı zid­diy­yət;

  • ümumi ziddiyyətlər – bütün insanlar üçün hərəkətverici qüv­və­lər;

  • fərdi ziddiyyətlər – ayrıca götürülmüş bir nəfərin inkişafı üçün xa­rakterik olan ziddiyyətlər.

  • Şəxsiyyətin inkişafı və formalaşması haqda nəzəriyyələri üç is­ti­­qamətə ayırmaq olar: bioloji, sosioloji və biososioloji.

  • Bioloji istiqamət tərəfdarlarına görə:

  • şəxsiyyət yalnız təbii varlıqdır;

  • insanın davranışı ona yaradılışdan xas olan tələbat və instinkt­lə­rin fəallığı ilə əlaqədardır;

  • insan, cəmiyyətin tələbatına tabe olmaqla öz təbii tələbatlarını bo­ğur, bunun əvəzində də hər hansı fəaliyyət növü ilə məşğul ol­ma­ğa məcburdur.




  • Sosioloji istiqamət tərəfdarlarına görə:

  • şəxsiyyətin formalaşmasında aparıcı rol sosial amillərə məxsusdur;

  • insane bioloji varlıq kimi dünyaya gəlir və həyatı boyu tədricən so­sial­laşır;

  • şəxsiyyətin inkişaf səviyyəsi aşağı olduqca, onun bioloji xü­su­siy­yət­ləri, instinktləri daha güclü ifadə olunur.

  • Biososioloji istiqamət tərəfdarlarına görə:

  • Psixi proseslər bioloji təbiətə malikdir;

  • şəxsiyyətin maraqları, yönəlməsi, qabiliyyətləri sosial hadisə ki­mi formalaşır.




  1. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu.

  • Şəxsiyyətin inkişafında rol oynayan bioloji və sosial amillərə aşa­ğıdakı anlayışlar aiddir:

  • irsiyyət;

  • mühit;

  • tərbiyə.

  • ­İrsiyyət – genlər vasitəsilə valideynlərdən uşaqlarına keçən key­fiyyətlərdir. İrsiyyət – ümumi və xüsusi səciyyə daşıyır.
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə