downloaded from KitabYurdu.az
119
92). Bu əya lətin də coğrafi hüdudları məlu m deyil. A mma He rodot orada saklarla
yanaşı akbatanları (yəni, qədim M idiyanın paytaxtı Akbatan şəhərinin əhalisini) da
qeyd edir. (Herodot, III, 92). Ehtimal ki, bu saklar məh z er.əv. VII əsrdə Asur
mənbəində qeyd edilən Sakad ır. Bu saklar daha ko mpakt qrup idi. Məhz hə min
saklar erş əvvəl 522-ci ildə farsların hakimiyyətinə qarşı üsyan qaldırmışdılar və
İran şahı I Dara onları er. əv. 519-cü ilə aid Bisütun qaya yazısında ―şişpapaxlı
sakalar‖ ad landırır. Sakların bu hiss əsi Cənubi A zərbaycanda azərbaycanlıların
etnogenezində mühüm ro l oyna mışla r. Orada kı Gəncə də məh z bu sakla rın
yaşadığı ərazidə yaran mışdı.
Məlu mdur ki, e r. əv. II əsrdə Atropatena dövlətinin paytaxtı fa rs
mənbələ rində Qan zak ad lanan ş əhər idi. Antik müə lliflə rdən Strabon, Pliniy və
Ptolemey bu şəhərin adını Qazaka və təhrif olun muş Zazaka kimi yazırlar (bax:
113). V əsr erməni tarixç isi Favst Bu zand is ə onu Qandzak kimi qeyd edir (Favst
Buzand, III, 7). Bu adların hamısı Gəncə, yaxud Gəncək toponiminin mü xtəlif
dillərdə təhrif formala rıd ır. Urmiya gölündən cənub – şərqdə, Mağaranın 6
fərsəngliyində yerləşən Gəncə şəhərində azərbaycanlıların Od məbədgahı
yerləşirdi. IX əsr ərəb coğrafiyaçısı İbn Xordadbeh bu toponimi Cənzə (I,16), XIII
əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi isə Cəznək (Cənzəkin təhrifi) kimi yazırlar
(32, 23).
Gəncə toponiminin mənası haqqında ya zmış tədqiqatçılar onu fa rs
dilindəki gənc – ―xə zinə‖ sözü ilə ə laqələndirmişlə r. Bu inandırıcı fikir deyil. Hə m
Atropatenada, həm də Albaniyada sakların yaşadığı əra zilə rdə yaran mış Gəncə
(Gəncək) toponimlə rini biz sakların içə risində Gəncək adlı tayfanın olması ilə
bağlayırıq. Mah mud Qaşqari Orta Asiyada – qədimdə sakların yaşadığı ərazidə
türk tayfalarından birinin Gəncək adlandığın ı yazmışdır. Gəncək etnonimin in
ikinci hissəsi olan “cək” ko mponenti türk dillə rində s - ç əvə zlən məsinə görə məhz
sak etnonimin i əks etdirir. Qədim mənbələrdə Azə rbaycanda həm iki Gəncənin
Qanzak adlan ması da bununla əlaqədardır.
Orta Asiyada orta əsrlərdə bir neçə Gəncə k adlı şəhər mə lu mdur (ba x: 28).
Cənubi A zərbaycan əra zisində ha zırda əhalisi a zərbaycanlılardan ibarət o lan dörd
Gəncəbad, Gəncə, Gəncərud kəndlə rin in (ba x: 85) adla rı da bu tayfanın ad ını ə ks
etdirir. Azə rbaycanın cənubunda və şimalında Gəncə şəhər adlarını farsca gənc –
―xəzinə‖ sözü hesab edən tarixçimiz (50, 60) (o, bu fikri Avropa tarixçilərin in
əsərlərinə əsasən irəli sürür) b ilmir ki, mənşəcə Orta Asiya sakları ilə bağlı o lan
qazaxlarda, q ırğızlarda, ö zbəklərdə və türkmən lərdə indi də gəncə, və qəncə adlı
tayfalar və onların ad ları ilə bağlı ço xlu Gəncə ad lı yaşayış məntəqələri vardır.
Orta Asiyada Gəncə k şəhəri X əsrdən mə lu mdur və bu barədə mənbələrdə kifayət
qədər mə lu matla r vard ır. Keçən əsrdə Şimali Qafqa zda Gəncə - Aul, Gəncəçay,
Gəncə və b. kəndlə rin adları da (ba x: 153) olmaya ― xə zinə‖ de mə kdir? Pəhləvi
dilində olan bir mənbədə deyilir ki, Aturpatakanda Gəncə şəhərini turanlı Əfrasiab
tikmişdir (114, 19). Bu ―Avesta‖da adı çəkilən və iran lıların (farsların) qatı
downloaded from KitabYurdu.az
120
düşməni sayılan Turan padşahı Franqrasian adlı şəxsdir. Franqrasian ―Şahnamə‖də
Əfrasiab adlandırılmışdır. Ço x gü man ki, Franqrasian Əfrasiab ad ının yazılış
formasıdır. Əfrasiab türkcə abra – ―xilas edən‖, ―qoruyan‖, ―saxlayan‖, ―xey ir
verən‖,‖böyük xid mət göstərən‖, ―ehtiyacdan qurtaran‖ (166, I, 59-60) sözündən, -
si (çi) şəkilçisindən və ən, əb ―bacarıqlı‖, ―mahir‖, ―fərasətli‖, ―işcil‖ (166, I, 287)
sözündən ibarət addır. ―Əfrasiab‖ türkcə ―Abrasiəb‖ adın ın farslaşdırılmış
formasıdır və tədqiqatçıların bu adı fars mənşəli saymaları qondarmadan başqa bir
şey deyil.Ehtimal ki, Əfrasiab tarixi ş əxsiyyətdir və Midiyada yaşayan sakların –
turların başçısı olmuşdur. Doğrudur, mənbələrdə onun haqqında məlu mat yo xdur.
―Avesta‖da deyilir ki, tur (sak) tayfasından olan Franqrasian iranlıların (arilərin)
Arvyuşayana ―ölkə‖ sini tutmuş, lakin İran şahı Key xosrov onu Çiçəst (indiki
Urmiya) gölü yanında öldürmüşdür (bax: 114). Maraqlıdır ki, Nizami Gəncəvi
―Xosrov və Şirin‖ poemasında Şirin in Əfrasiab nəslindən olduğunu yazmışdır.
Şirin ―Qara gö zlü türkəm bu dam üstə mən‖ deyir. Mehinbanunun Şirinə dediyi
―Əgər Xosrov Keyxosrovdursa, biz Əfrasiab‖ sözləri də d iqqəti cəlb ed ir.
Burada bu qarışıq məsələdən geniş danışmaq imkanı yo xdur. Onu demək
istəyirik ki, saklar hə m də turanlar adlan mışdır. Maraq lısı budur ki, Cənubi
Azərbaycanda həm sak (Sa kan, Sa kani, Sakene, Şaqali, Şakabad v ə b.), hə m də
turan etnonimini (Turan, Turanqala, Turani, Turanpoşt v ə s. (200) əks etdirən,
əhalisi azərbaycanlılardan ibarət kəndlər vard ır.
İndi isə Şimali Azərbaucan və indi Ermənistan adlanan ərazilərdə
məskunlaş mış sakla r haqqında.
Saklar miladdan qabaq VII əsrdə Cənubi Qafqa zda məskunlaşdıqdan
sonra çarlıq yaratdılar. Tarixşünaslıqda bu ―Skif çarlığı‖ adlan ır (102, 242), lakin
yuxarıda dediyimiz kimi, bu Sak çarlığı id i. İ.M.Dyakonovun belə bir fikri var ki,
çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi (102, 250).
Çarlığın məh z Sak çarlığ ı olması onun Bib liyada ―Aşkenaz‖adı ilə göstərilməsi ilə
təsdiq olunur, çünki ―Aşkenaz‖ sakla ra verilmiş ad sayılır.
Tə xminən er. əv.VII əsrdə, Urartu dövləti süqüt etdikdən sonra yaranmış
bu çarlıq indiki Ermən istan ərazisin i, Kürdən aşağı indiki Şimali Azərbaycan
ərazisini və İ.M. Dyakonova görə, hətta Mannanı da əhatə edirdi (102, 50).
Ermənistan əra zisində ilk dövlət quru mu da məh z Sa k çarlığ ı kimi təşəkkül
tapmışdır. IV əsr erməni tarixçisi Koryon yazmışdır ki, ermənilər Aşkenazın
(Bibliyada sakların dövləti belə adlanır) nəslidir, yəni ermənlər sakların tabeliyində
idilər. Sa k ça rla rın ın qədim ermən i mənbələ rində skaordin lər – ―sak oğlu‖lar
adlanması da bununla bağlıdır. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Haykın
oğlanları (yəni, ermənilər) Paruyur skaordidən sonra çarlıq etməyə başladılar.
Bununla əlaqədar olaraq Vəsr ermən i tarixç isi Moisey Xorenasinin bir
mə lu matın ın rusca tərcüməsini olduğu kimi veririk: ―Мы (yəni Moisey Xorenasi –
Q.Q.), было забыли свирепого мужа Слака (türkcə Eslak adın ın qədim ermənicə
yazılışı, əslən saklardandır, - Q.Q.), который не могу сказать наверное, о т Хайка
Dostları ilə paylaş: |