Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə35/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

downloaded from KitabYurdu.az
 
73 
yaşayış  məntəqəsi  adına  çevrilə  bilməz.  Həm  də  Harşi  və  Surmurru  (asur 
mənbələ rində  er.  əv.  744  və  728-c i  illərdə  Mannada  qeyd  olunan  Sumurzu 
toponimi)  adlı  şumer  toponimi  III  Ur  sülaləsindən  Şulqi  (er.  əv.  2114  –  2067) 
vaxtından məlu mdur. Türk dillərində karşi – ―qala‖, ―möhkəmləndirilmiş yer‖ (V. 
V.  Bartolda  görə,  karşi  –  ―saray‖,  ―paytaxt‖  mənasındadır  (68,161)  sözündəndir 
(bu söz Karşibut və Arsita toponimində də vardır).   
 
 
 
D a n a  k  u (er. əv. 713-cü  il). İranın Sasani şahlarından II Xosrovun (591-
628)  vaxtında  Cənubi  Azərbaycan  ərazisində  Danak  çölünün  adı  qeyd  olunur 
(114,31). Türkcə dan – ―düzən‖ (160,III,2,1621) sözündəndir. 
 
 
N i ş a a   (er. əv. 744-cü il). Mid iyada ―ölkə‖ adı. Büsütun qaya yazısında 
(er. əv.  519-cu  il) Nisa kimi  qeyd olunmuşdur.Midiyada  məşhur cins at ilxıların ın 
saxlad ığı əyalətdir (A mmian  Marsellin, XXIII, 6, 30). Türkcə en, in – ―yer‖, ―aşağı 
yer‖ (100,  173, 209) və say ―səhra, ―düzənlik‖  (100,  481) sözlərindəndir.Görünür, 
əvvəlcə  ―İnsay‖,  yaxud  ―Ensay‖  kimi  olmuş  toponim  “i”  və  “n”  səslərin in 
yerdəyişməsi nəticəsində ―Nisay‖ formasına düşmüşdür.Nisay ―düzən, səhra yeri‖  
mənasındadır  ki,  bu  da  at  ilxıla rın ın  saxlan ması  üçün  geniş  düzənin  olması 
zərurət inə uyğundur. 
 
 
 
 
 
 
 
S a n q i b u t i (e r. əv.744-cü il). Er. əv. 821-c i ilə və er.əv. 719 –cü ilə  aid  
asur mənbələrində toponim Saqbat kimidir.  E.A.Qrantovskiyə görə, hind dilindəki 
sanqa – ―əmir‖ , ―hökmdar‖  sözündəndir (88, 230). Bə lkə də bu toponimdə türkcə  
saqa  –  ―çayın  ağzı‖  (160,  III,  2,  261),  ya  da  ―dağ  ətəyi‖  (100,  486)  sözü  əks 
olunmuşdur.  Y.B.Yusifov  Sanqibuti  adın ın  mənbədə  göstərildiyi  kimi,  bara  – 
―qoyun  saxlanılan  yer‖  (hər  ikisi  Mannadadır)  sözü  ilə  əlaqələndirir  və  Altay 
ölkələrindəki  sanqi  –  ―üçayaq‖  sözü  ilə  eyniləşdirir.  Onun  fikrincə  Sanqibuti 
―üçayaq dağ qolu‖ mənasındadır (5).  
 
 
 
 
Erkən orta əsrlərdə peçeneklə rin  Cənubi –  Şərqi Avropada Saka-Kat (ay) 
qalasının adı  ilə (70,256)  müqayisə olunur.  Bizcə ―saq‖ və ―sanq‖ komponentləri 
türkcə  ―sanq‖  (bax:    Sanqi  toponiminə)  və  ―saqa‖  sözləri  ilə  əlaqədar  olaraq 
toponimlə rdə  mü xtə lif  mənala rdadır.  Qeyd  edilmə lidir  ki,  bu  toponimdə ki  ―bat‖ 
sözü Manna, Midiya və A lbaniyada bir sıra qədim toponimlərdə vardır: Akbatan, 
Kilimbat,  Kitbatay,  Aratbat,  Pişuauvat  (Qau matın  üsyan  qaldırdığı  yer), 
Albaniyada Aqbat, Dizapat, Na xçıvanda Ordubad, Ta mbat v ə b.  Bu toponimlə rdə 
bat, vat sözləri  məkan bild irir. İ. H.  Əliyev onu Şumer və  Elam d illərindəki  mate, 
pate. bate. bitu – ―ölkə‖ sözü ilə  əlaqələndirir (44,94). Ona görə bəzi tədqiqatçıla rın 
―bat‖ sözünün İranmənşəli saymaları səhvdir.  Bisütun qaya yazısında Payşiyauvad 
(Payşibat toponimin in qədim  farsca yazılışı) və Sakayauvat (Sakabat toponimin in 
qədim  farsca yazılışı) toponimlə rində əslində ―bat‖ olan bu komponentin ―vad‖ v ə 
―vat‖  kimi  yazılışı  da  bunu  göstərir.  ―Bat‖,  ‖mat‖  qədim  türk  mənşəlid ir.  Müasir 
Aşqabat toponimi ilə müqayisə olunur. 
 
 
 
 
 
İ.  M.  Dyakonova  görə,  Midiyadakı  Sanqibitu  indiki  Zəncan  (Həmdu llah  
Qəzv ini Zəncanı Sancan kimi qeyd edir) ya xın lığ ında idi (102). 
 


downloaded from KitabYurdu.az
 
74 
 
K  i  t  b   a  t  a   y  (er.  əv.  744-cü  il).  Türkcə  kit   –  ―qüvvətli‖,  ― möhkə m‖, 
―əsaslı‖  (100,305),  bat  sözlərindən  və  Altay  dilləri  üçün  səciyyəvi  qədim  ―ay‖ 
şəkilçisindən ibarətdir. 
 
 
 
 
 
 
 
S  a  s  i  a  ş  (er.  əv.  820  və  744-cü   illər).  Türkcə  ―çay‖  (―sa‖ 
ko mponentindən  ―y‖  səsinin  düşdüyünü  güman  etsək)  və  subaş  sözlərindəndir. 
Ərdəbil  bölgəsindəki  Bərzənd  çayının  d igər  adı  olan  Subaşı  və  Qara  dəniz 
sahilindəki  Sivaş  toponimləri  ilə   müqayisə  olunur.  Bu  toponimin  ―siaş‖ 
ko mponenti  ―ziaş‖  şəklində  Aranziaş  (Eren ziaş  –  er.  əv.  744-cü  il,  türkcə  aran  – 
―düzən‖, ―qışlaq yeri‖ sözündən) və Zualzaş (er. əv. 744-cü il) toponimində də əks 
olunmuşdur. 
 
 
 
 
 
 
 
 
T a r v i (er. əv.  714-cü  il) Təbriz ya xın lığ ında yer adı.  E. A. Qrantovski 
bu  toponimi  qədim  hind  dilindəki  turv,  tuvra  –  ― izlə mək‖,  Avestadilində  turvi  –
―ali‖  sözləri  ilə  izah  etmişdir  (88,281).  İ.  M .  Dyakonova  görə,  bu  toponim  İran 
dillərində ―ikiqat qala‖  de məkd ir (102). Bu fikrin hər ikisi yanlışdır. Y. B. Yusifov 
Tarui)  (Tavri)  adın ı  türkcə  tarau  –  ―dağ  qolu‖,  ―çayağzı  ayrılma‖  sözü  ilə 
bağlamışdır. Tarmakisu adını  isə o, ―çay qolundan keç‖ kimi  izah edir. Əslində bu 
toponim  türk  d illərindəki  tavur  (əsli  tabur)  –  ―arabalardan  möhkəmləndirilmiş 
düşərgə‖  sözündəndir.  Şimali  Azərbaycandakı  Tavratəpə  (Xanlar  rayonu), 
Tavradağ  (Qəbələ  rayonu),  Tavradağ  (Sədərək  rayonu),  Davradağ  (Qax  və 
Gədəbəy rayonları), Tövrətəpə (Qa za x rayonu), Təvrə  (Qa za x rayonu Çaylı kəndi 
ərazisində  təpə),  Davrali  (Daşkəsən  rayonu)  və b.  toponimlərlə  müqayisə  olunur. 
Təbrizin ya xınlığında indi Eynallı adlanan qırmızı süxurlu dağ tirəsi Kontarini (XV 
əsr)  tərəfindən  Törə  kimi  qeyd  olun muşdur.  Qədim  türk  dillərində  törə  -  ―dağ 
vadisinin  hündür  hissəsi‖,  ―yüksək  dağ  örüşü‖  (145,550)  sözü  də  vardır.  Ehtimal 
ki, Təbriz toponimi də məh z qədim türkcə tabur, tavur sözündən düzəlmişdir. Bunu 
Təbrizin  coğrafi  mövqeyi  də  təsdiqləyir.  Çünki  şəhər  hər  tərəfdən  dağlarla  əhatə 
olunmuş böyük dağ düzənliyində, yaylada yerləşmişdir. 
 
 
Eradan  əvvəl  744-cü  ilə  a id  asur  mənbəbində  Tarma kis  toponimi  qeyd 
olunur  və  tədqiqatçılar  onu  indiki  Təbrizlə  lokalizə  ed irlər.  Bu  loka lizə  Təbriz 
toponimin in mənası ilə təsdiqlənir.  
 
 
 
 
 
Əvvəlcə  qeyd  edilməlidir  ki,  asur  dilində  ―v‖  səsi  olmadığına  görə 
―Tarmakis‖  kimi verilmiş toponim əslində ―Tarvakis‖dir. Tarvakis isə ―r‖ və ―v‖ 
səslərinin  yerdəyiş məsi  nəticəsində  Tavrakis  kimi  bərpa  oluna  bilə r.  Bunu  elə 
Təbriz toponimində ―b‖ səsinin ―r‖ səsindən əvvəldə durması da göstərir. Tavrakis 
qədim  türkcə  tavur  (tabur)  –― ma ldarların  möh kə mləndirilmiş  düş ərgəsi‖  və 
namə lu m  ―kis‖  sözlərindən  ibarətdir.  Türk  dillə rində  r-z  əvəzlən məsinə  görə 
güman  ki,  ―kis‖  (əslində  ―kiz‖)  qədim  türkcə  qir  (kir)  –  ―yayla‖  (100,445) 
sözündəndir. Təbriz şəhəri həqiqətən də yaylada yerləşir.  Görünür, sonralar ―qiz‖ 
sözündəki ―q‖ səsi ―y‖ səsinə çevrilmiş və danışıqda düşmüş və beləliklə, Tavrakiz 
(Tavrayiz),  (Tavra iz)  Təbriz  formasını  a lmışdır.  Asur  mənbəində  qeyd olunur  ki, 
Tarmakis  dalay  tayfasının  ö lkəsindədir.  Deməli,  bu  toponim  həmin  tayfanın  d ili 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə