Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə43/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   39   40   41   42   43   44   45   46   ...   90

downloaded from KitabYurdu.az
 
89 
şəkilçisini əlavə etmiş, Manna Midiyaya qatıldıqdan sonra bu adı M idiya dövlətinə 
şamil  etmişlər.  Buradan  b ir  nəticə  də  alın ır:  madayların  ö zləri  mannalara  maq 
demişlər  və  onların  ölkəsini  Maqtay  adlandırmışlar.  Deməli,  Asur  və  Urartu 
mənbələ rindəki mannalar fars və antik mənbələrdəki maqlard ır. 
 
 
Maqlar  haqqında  ədəbiyyat  çoxdur.  Biz  burada  maq ların  etnik 
mənsubiyyətləri  barədə  mü xtə lif  ba xışlara  to xun mayacayıq,  çünki  onların  ço xu  
uydurmalardan  ibarətdir.  İ. M .  Dyakonova görə,  maqla rı İrandilli saymaq çət indir 
(102,  148).  Bu  fikirdə  o,  haqlıd ır.  Lakin  E.  A.  Qrantovski  maqla rı  İrandilli  sayır 
(88,  181).  ―Avesta‖  da  maq  etnonimi  yo xdur,  əks  halda  maq ları  İran mənşəli 
sayanların əlində bu ço x tutarlı fakt olardı. Maqlar odpərəst idilər, halbuki  farslar 
heç vaxt odpərəst olmamışlar.  Erkən orta əsrlərdə odpərəstliyin vətəni Atropatena 
idi və Baş od məbədi də  Atropatenanın paytaxtı Gəncə  şəhərində yerləşirdi. İranda 
ənənəvi  olaraq  kahinlər  maq lar  idilər.  Ona  görə  zaman  keçd ikcə  ―maq‖  etnonimi 
kahin  mənasını  kəsb  etmişdir.  He rodot  yazır  ki,  M idiyanın  a xırınc ı  çarı  Astiaqın 
yuxusunu  maqlar  yozmuşdular.  Ona  görə  də  maq  (muq)  adın ı  əks  etdirən 
toponimlə rdə  ― maq‖  sözünün  konkret  mənasını  müəyyən  etmə k  çətindir,  çünki 
bəzi yer adla rında  maq ―atəşpərəst‖  mənasında da əks o luna bilərdi. Şübhəsiz ki, 
Muğan toponimi maqların ad ını əks etdirir.   
 
 
 
 
Maqlar  –  mannalar  türk  dilli  etnos  kimi  Azə rbaycan  xa lqının  
etnogenezində  böyük  rol  oynamışlar.  Maqların  türkdilli  o lması  haqqında  Qə rbi 
Avropanın  bir  sıra  tədqiqatçıları  yazıblar,  lakin  rus  və  Azərbaycan  tarixçiləri 
onların dediklərini qəbul etməmişlər. 
 
 
 
 
 
Maqların  A zərbaycanın  hər  iki  hissəsində,  hətta  Dərbənd  bölgəsində 
yaşadığını  maq  (muq) etnoniminiəks etdirən toponimlər təsdiq edir.  İndiki Muğan 
toponimi  qədim  fa rs  mənbələrində  293-cü  o ldən  çəkilir.  Digər  Muğan  Kürdən 
şimalda  Albaniyanın  şimal  qərb ində  gürcü  mənbələrində  Movakan,  IX  əsr  ərəb 
coğrafiyaçısı Məsudinin əsərində Muğan (1, 61) adı ilə məlu mdur. Şəki rayonunun 
Göynük kəndində Mühlər məhəlləsi, Maq dağı, Quba rayonunun Qaley –Muq dağı, 
Dərbənd rayonunda Muqartı (qədim türk dillərində art ―dağlıq  əra zi‖ de mə kdir) və 
Muq-Aran  (―kənd‖  sözü  əlavə  olun maqla  bu  toponim  ind i  ―Məhərrə mkənd‖ 
formasındadır),  Dağıstanda Muğam (Ulluçayın ağ zında yer adı), Şimali  Qafqazda 
Muğal-qaya,  Muğal  dağı,  Mukal  çayı  (153,  179)  və  b.  toponimlər  də  vardır. 
Ehtimal ki, bəzi antik  müəlliflərin Şima li  Qafqa zda  midiya lılara  qohum tayfala rın 
yaşaması haqqındakı məlu matlar məh z maq lara aiddir. 
 
 
Azərbaycan tarixində maq lar böyük rol oyna mışla r. Er. əv. 521-ci ildə fa rs 
hakimiyyətinə  qarşı  Qau matın  üsyanı  və  Babəkin  başçılığı  ilə  ə rəb  işğalçılarına 
qarşı  uzun  müddətli  mübarizə  (ərəb  mənbələrində  xürrəmilərin  maqlar  olması 
göstərilir; məsələn, İbn Əl-Əsir yazır ki, xü rrəmilər Məcus, yəni Maq tayfasının bir 
dəstəsidir – ba x: 9) məhz maqlarla bağlıdır.  
 
 
 
 
Cənubi A zərbaycan əra zisində erkən orta  əsrlərdə xürrə m d ini cərəyanının  
mənşəyi  və  əsl  mahiyyəti  hələ  də  aç ılma mış  vəziyyətdə  qalır  və  ta rixşünaslıqda 


downloaded from KitabYurdu.az
 
90 
səhv  olaraq  fars mənşəli  hərə kat  sayılır.  Əslində  bu  din i  cə rəyanın  kökləri  məhz 
türk maq larla əlaqədardır. Qədim türkmənşəli irem, irim, ırım – ―qabaqcadan xəbər 
vermə k‖,  ―peyğə mbərlik  et mə k‖,  ―fa laç ma‖,  ―fa laba xma‖,‖ovsuna,  caduya,  sehrə 
inam‖  və  i.  a.  Sö zü  fars  dilində  əvvəlinə  ―h‖  səsi  əlavə  olun maqla  ―hürrəm‖, 
xürrəm‖ şəklinə salındığına görə, onu hur, xur ―günəş‖ sözü ilə bağlamışlar. Ərəb 
işğallarına qədər Muğanda qədim əcdadlarımızın dini əqidələrin i yaşadanlar  məhz 
maq lar  (muğlar)  id ilər.  Xüsusi  növ  üzüm  növündən  ―haoma‖  adlı  şirə  və  şərbət 
hazırlan ması da onlara məxsus idi. Dünyanın heç yerində rast gəlin məyən bu üzü m 
növü  Cəlilabad  rayonunda  indi  də  ―həməşirə‖  (haumaşirə)  ad lanır.  (bax:  Rəşid 
Əsgərov, Həməşərə şəhəri və Ziviyə cami. ―Elm və həyat‖ jurnalı, 1989, № 12, səh. 
14).  
 
 
 
 
 
 
 
 
 
A  r  i  z  a  n  t  l  a  r.  İ.  M.  Dyakonov  bu  tayfanın  adını  Ari  (farsların  
əcdadlarının ad ı) və Avesta dilində zantu ―tayfa‖ sözlərinə ayırmış və bütünlükdə 
onun ―Ari tayfası‖  mənasını verdiy ini yazmışdır.  Nəzərə alın mır  ki, ―Arizant‖ bu 
etnonimin  qədim yunanca yazılış formasıdır və  şübhəsiz  ki, təhrifə   məru z qalmış 
addır.  Bu etnonim əslində türkmənşəli aris, orus tayfasının (85) adından və qədim 
türk-monqol dillərində cəm bildirən ―t‖ şəkilçisindən ibarətdir. Türk tayfalarından 
birinin  indi  də  urus  adlanması  haqqında  çox  deyilmişdir  (ba x:  85).  Türkmənlə rin 
Ersari  tayfasının  adı  da  eris  (qədim  forması  arıs)  etnonimindən  və  ər  –  ―kişi‖, 
―döyüşçü‖ sözlərindəndir.  Aras  formasında  bu  tayfanın  adı  Albaniyanın  Arajkan, 
Arospijan  (yazılışları  qədim  ermənicədir),  müasir  Ərəzin  (Culfa  r-nu) 
toponimlə rində  əksini  tap mışdır.  Ərə zin  adlı  kənd  Cənubi  Azərbaycanın  Qaradağ 
mahalında  da  vardır.  Deməli,  Arazat  kimi  səslənmiş  etnonimə  Herodot  (yaxud 
onun məlu matçısı) ―n‖ səsini ə lavə edərək onu Arizant  kimi yazmış, tədqiqatçılar 
isə bu səsə görə ―zantu‖ sözünü müəyyən etmiş və onun farsca ―tayfa‖ mənasında 
olduğu nəticəsinə gəlmişlər, halbuki, Arizant kimi yazılmış etnonimin daşıyıcıları 
türkmənşəli etnos idi. 
 
 
 
 
 
 
 
S t r u x a t l a r. Bu tayfanı da İran mənşəli sayırlar (102, 88). Halbuki, bu 
etnonimin   sonundakı  ―xat‖  ko mponenti  skiflərdə  Av xat,  müasir  türk  xalqlarında 
sarkat və b. tayfa ların ad larında da vardır. Şübhəsiz ki, He rodot, ya da mə lu matçısı 
bu  adı  təhrif  etmişdir.  Qəd im  yunan  dilində  ―ş‖,  ―ç‖ sözləri  olmad ığına  görə,  bu 
etnonim bizcə Şatarkat formasında s əslənmişdir. Mid iyada Şetar (er. əv.  714-cü il, 
102,  214).  A lbaniyada  erkən  o rta  əsrlərdə  Şatar  (Gəncə  ilə  Bə rdə  arasında,  32), 
müasir Şatarlı toponimləri bu etnonimlə bağlıd ır. 
 
 
 
 
P a r a t a g e n l ə  r.  Bə zi iranşünaslar bu tayfanın İranmənşəli olduğunu 
yazırlar  (102,  148).  Əslində  Herodotun  Paratagen  kimi  yazd ığı  etnonim 
Bortoğandır.  Qədim türk dillərində boro – ―boz‖, toğan (tuğan) isə tərlan quşunun 
adıdır.  Görünür,  ―bortoğan‖  bu  tayfanın  onqonu  olmuşdur.  Er.  əv.  674-cü  ilə  aid 
asur mənbəində Midiyada Pa rtakanu adlı ―ölkə‖nin ad ı çə kilir (102, 262).  Gü man 
ki,  bu  toponim  Portoqan  tayfasının  adını  əks  etdirir.  X  əsr  müəllifi  Konstantin 
Baqryanorodnıy Cənubi Şərqi Avropada kəngər-peçeneqlər  içərisində Borotolmaq 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə