Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə46/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   42   43   44   45   46   47   48   49   ...   90

downloaded from KitabYurdu.az
 
95 
Ak-tumat  və  Kara-Tu mat  (teleutla rda),  telengit lərdə  (te lenqutlarda)  Almat, 
altaylarda  Sari-Almat,  başqırdla rda  Yormat  və  s.  tayfa lar  məlu mdur  (124,  50). 
Pantimat etnoniminin ―pant‖ hiss əsi qədim türkmənşəli Abant tayfasının adını əks 
etdirir. Bu  tayfa er. əvvəl Şima li Qa fqazda qa rqarla rın  içə risində mə lu mdur. Eran ın 
ilk əsrlə rində qarqarlar Albaniyanın qədim tayfalarından biri id i. A lbaniyanın həm 
şimal-qərb ində,  həm  də  Arsakda  erkən  orta  əsrlərdə  iki  mahal  Abant  adlanırdı. 
―Alban tarixi‖ndə şimal   - qərbdəki Abant  mahalı er.əv.  I əsrdə antik  mənbələrdə 
Abant çayının adı  kimi çəkilir və deyilir  ki, həmin çay sahilində Alban ordusu ilə 
Qney  Pompeyin  ordusu  arasında  döyüş  baş  vermişdir.  Bəzi  tədqiqatçılar  Abant 
çayını  indiki  Elciginçay  (Qax  rayonu)  ilə  lokalizə  edirlər.  Deməli,  hələ  eradan 
əvvəl Albaniyada abant adlı tayfa yaşayırdı. Pantimat etnonimind ən görünür ki, bu 
tayfa  Mannada da məskun idi və onu Herodot Pantimat kimi qeyd etmişdir. Hə min 
tayfanın türkmənşəli o lmasına ,şübhə yoxdur.  
 
 
 
 
Herodot Əhəmənilərin XVI əyalətində saqarti, saranq, tamane, uti və miki 
tayfaların ın adlarını çəkir (Herodot, III, 93). Bu  əyalət indiki Cənubi A zərbaycanın 
şimal-  şərq  hissəsini-  Xəzərin   cənub  –  qərbini  və  Şimali  A zərbaycanın  cənub  – 
şərqini əhatə edirdi.           
 
 
 
 
 
 
Mik  tayfasının  etnik  mənsubiyyəti  aydın  deyil.  Muk  formasında  bu 
tayfanın  adını  ilk  dəfə  Hekatey  (er.  əv.  VI  əsr)  çəkmişdir.  Onun  məlu matında 
―mu klər  –   Araza  qədər‖  (Hekatey,  fraq mentlər,  170)  ifadəsi  vardır.  Miklərin 
yerləşdikləri  əra zinin  koordinatlarını  müəyyən  etmək  üçün  iki  fakt  var:  b irincisi, 
onların  saqartilərlə  qonşuluqda  yerləşməsi.  Saqarti  (asur  mənbələrində  Zikertu) 
Atropatenanın  şimal  ərazisi  ilə  lo kalizə  edilir  (137).  Bu  əyalət  indiki  Ərdəbil  – 
Manna  bölgəsi  ilə  lo kalizə  edilir.  Şübhəsiz,  bu  bölgədə  İran mənşəli  əhali  (indiki 
talışların və g ilə klərin ulu  əcdadları, sonrakı parsilər və b.) yaşayırdı. Lakin Saqarti 
adı  altında  təkcə  İrandilli  əhalini  say maq  olmaz.  Saqarti  toponimin in  özü   d ə 
İran mənşəli  deyil,  çünki  bu  toponimdə  qədim  türkcə  art  –  ―dağlıq   ərazi‖  sözü 
vardır.Saqarti əyalətində türk utilər də yaşayırdı və əyalətin mərkəzi Parta şəhəri də 
türkcə  id i.  Məhz  utilərin  cənubdan  şimala  gəlməsi  ilə  A lbaniyada  indiki  Bərdə 
bölgəsində  Uti  mahalı  yaran mışdı.  İkincisi,  miklərin  utilərlə  yanaşı  yaşaması. 
Aşağıda deyəcəyik ki, utilər Xəzər dənizinin  cənub – qərb sahilində məskun id ilər. 
Buradan  aydın  olur  ki,  maq  (muq)  etnonimi  ilə  mik  etnonimi  mü xtəlif  tayfa 
adlarıd ır.  Lakin  E.A.Qrantovski  və  İ.H.Əliyev  Muğan  toponimini  muqlarla  yo x, 
mik  (mu k)  etnonimi  ilə  ə laqələndirmişlər.Onla r  bunu  əsas tuturlar  ki,  Təbəri  (IX 
əsr) və Yaqut Həməv i (XIII əsr) bu toponimi Mukan kimi yazmışlar.  Lakin  Yaqut 
Hə məvi qeyd edir ki, yerli əhali bu adı ―Muğan‖ kimi tələ ffü z ed ir (32,  31). M ik 
etnonimi  Talış-  Lənkəran   bölgəsində  Miki  və  Mikolan  toponimlərində  qaldığ ına 
görə Muğan məhz muq larla bağlıdır.  Bizcə, miklər talışların əcdadlarındandır.  
 
Bu  əyalətdə  He rodotun  qeyd  etdiyi  digər  etnos  tamanedir  (Herodot,  III, 
92).  Bu etnosun etnik  mənsubiyyəti haqqında dəqiq fikir deyilmə mişdir. Sö zlə rdə 
a-u  əvəzlən məsinə  görə  bu  tayfanı  Sib irdə  yaşayan  türk  xalq larında  Tu man 


downloaded from KitabYurdu.az
 
96 
tayfasının  adı  ilə  eyni  o lduğunu  söyləmək  o lar.Tü rk  dillərində  m-b  əvəzlən məsi 
əsasında  bu  etnonimi  həm  də  başqırdlarda,  qazaxlarda  və  qırğızlarda  Taban 
tayfasının adı ilə (124) müqayisə etmək olar. 
 
 
 
 
Herodotun  qeyd  etdiyi  Saranq  tayfası  diqqəti  cəlb  edir.Fikrimizcə,  bu 
tayfanın  adındakı  ―q‖səsi  ―nq‖  qovuşuq səsinə  aiddir.  Saran  ko mponenti  Şaruan, 
Şarvan  etnoniminin  Herodot,  yaxud  məlu matçısı  tərəfindən  təhrif  o lunmuş 
formasıdır.  Herodot  yazır  ki,  saranqlar  iki  yerdə  yaşayırlar:  Orta  Asiyada  və 
Midiyada.  
 
 
 
 
 
 
 
 
Orta  Asiyada  bu  tayfa  Türkmənistan  ərazisində  Şarvan  və  Sır  –Dərya 
kənarında  Sauran  toponimlə rində  iz  qoymuşdur.  Qeyd  et mək  la zımd ır  ki, 
türkmənlərdə indi də Şarvan ad lı tayfa vard ır. Sır – Dəryanın aşağı axınında Sauran 
toponimi erkən o rta əsrlə rdən  mə lu mdur. Bu  adı Mah mud  Qaşqari də  çəkir. Orta 
Asiyada  qədim  Şirvanqala  (və  Şe ma xa   qala )  adlı  qala lar  haqqında  S.P.Tolstov 
yazmışdır (170, 23).  
 
 
 
 
 
 
Midiyada yaşayan saranqların dəqiq lokalizəsi çətindir.Herodot qeyd edir 
ki, saranqlar qirkanlara (gurganlara) yaxındır.  (Herodot, III, 92).  Bununla  əlaqədar 
olaraq İranda, Xəzərin cənub – şərqində indiki  Şirvan  mahalının və onun  mərkəzi 
Şirvan  şəhərinin  adı  diqqəti  cəlb  edir.  Onun  adını  Məsudi  (  X  əsr)  Sirvan, 
Əbdürrəşid  Bakuvi  (XIV  əsr)  Şirvan  kimi  qeyd  edirlər.  Keçən  əsrin  70  –  ci 
illərində  B.  Dorn   Gurganda  Bib i  –  Şirvan  adlı  qədim  şəhər  xa rabalığın ı  aşkar 
etmişdir (B. Dorn.  Kacпий.  Спб.,  1875, с.  81).  Həmin  xarabalıq gu man ki,  IX əsr 
müəllifi  İbn  Xordadbehin  Gurganda  qeyd  etdiyi  Şirriz  (katiblərin  səhvi  ü zündən 
―Şiruan‖  adın ın  təhrifi  sayılmalıdır)  şəhərinin  qalıqlarıd ır.  Hazırda  Gurganda 
Şirvan  adlı  şəhər  vard ır.  Bir  ço x  əsərimizdə  b iz  Şirvan  tayfasının  türkmənşəli 
olduğunu  demiş  və  Gurgandakı  Şirvanı  qeyd  etmişdik  (bax:  85).  1992-  ci  ilin 
avqustunda  bu  s ətirlərin  müəllifi  Gu rganın  Şirvan  ş əhərində  olmuşdu.  Şəhərin 
əhalisi  təmiz  türkdür  və  hətta  topladığımız  etnoqrafik  material  göstərdi  ki, 
Azərbaycandakı Şirvan bölgəsinin toy adətləri hə min  Şirvanın  toy adətləri ilə üst – 
üstə düşürOnlar özlərin i türk sayırlar və dilləri Azərbaycan dilin in, demək olar ki, 
eynidir.   
 
 
 
 
 
 
 
 
Herodot saranqlardan danışanda bir  maraqlı  fikir  əlavə edir: ―Onların  o x 
və  mızraqları  mid iyalılarındır‖   (Herodot,  VII,  67).  Yu xa rıda  biz  silahla rına   görə 
midiyalıların farslardan fərq lən məsi haqqında Herodotun məlu matın ı da vermişdik. 
De mə li, hər ha lda saranqlar etnik mənsubiyyətcə mid iyalıla ra ya xın idilər.  
 
Lakin  şaranlar-  şarvanlar  Midiya  vaxtında  səpələnmişlər.  Mənbəyini 
İranın  Zaqroş  dağlarından  alan  Diyəngə  (bu  çayın  adı  naməlu m  ―di‖  və  türk 
dillərində ilqa, inqa – ―çay‖ sözlərindən ibarətdir. Məsələn, tatarlar  Ob çayına  Ob 
–  ılqa  yaxud  Ob-  y ınqa  deyirlər)  çayın ın  bir  qolu   Abi  –   Şirvan  ―Şirvan  -  çay‖, 
yaxud  ―Şirvan  -  Su‖  mənasını  verdiy inə  görə,  Şirvan  etnonimin i  əks  etdirir 
(maraqlıd ır  ki, həmin çayın digər qolu  Yo lvan – Zoxab, həm də  Yelvan adlanır ki, 
bu  ad  Elvan,  Alvan,  Alban  etnonimi  ilə  zahiri  o xşarlıq  təşkil  ed ir).  Cənubi 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə