Azərbaycan türkləRİNİN



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə50/90
tarix19.07.2018
ölçüsü1,82 Mb.
#56766
1   ...   46   47   48   49   50   51   52   53   ...   90

downloaded from KitabYurdu.az
 
103 
adlanması da  məlu mdur. Altayda yaşayan türk tayfalarından biri irkin, d ig əri  irkit 
(158, 159; 159, 23) ad lanır. Sib irdə İrkutsk şəhərinin adı da bu etnonimi əks etdirir. 
 
Bir  skif  tayfası  Aqatirs  (bu  etnonimin  sonundakı  ―s‖  s əsi  yunan  dilində 
əlavə  olunmuşdur)  adlanırd ı.  Erkən  orta  əsrlərdə  cənubi  rus  çöllərində  bu  tayfa 
Akatsir  kimi  mə lu mdur  (97).  Yunan  dilində  ―c‖  səsi  olmad ığına  görə   müəlliflər 
onu  ―ts‖  ilə  ifadə  etmişlər.  Aydınlaşdırılmışdır  ki,  bu  etnonim  s əlcuq-  oğuzların 
içərisindəki aqacəri tayfasının ad ı ilə eyni mənşəlid ir.  
 
 
Herodot  skiflərin  bir  tayfasının  adın ı  arimaspi  kimi  qeyd  edir  (Herodot, 
IV,13). Bu etnonim türkcə arim – ―yarım‖ (türkologiyada qəbul olunub ki, saitdən 
əvvəl ―y‖ səsi sonralar əlavə o lun ma səsdir) və  sepi – ―qıyılmış göz‖ sözlərindən 
ibarətdir. Aydın olur ki, a rimaspi etnonimi  monqoloid irq üçün s əciyyəvi qıyıqgöz 
adamları ifadə edən addır.  
 
 
 
 
 
 
Bir skif tayfasının adını  Herodot issedon kimi çə kir (Herodot, IV,13).  Bu  
etnonim türkcə isti və don – ―astar‖ (―paltarın  xəzli astarı‖) sözlərindəndir.  Başqa 
sözlə,  əsl  adı  naməlu m  bu  tayfanın  adamları  qışda  kü rk  geydiklərinə  görə 
Herodotun  məlu matçısı  on ları  istidon  adlandırmışdır.  Qeyd  edilməlidir  ki,  geyim 
bildirən  sözlə rdən  etnonimlərin  yaran ması  qədim  türklər  üçün  səciyyəvi  haldır: 
Qaradonlu, Ağköynəkli, Şişpapaxlar və s.   Herodota  görə,  skiflərin  böyük  hissəsi 
skolot adlanır (Herodot, IV,6).  Yu xarıda biz  işkuzaylardan danışdıqda bu etnonimi 
çəkmiş  və  demişdik  ki,  Herodot  Qara  dənizin  şimal  çöllərində  yaşayan  tayfaları 
ümu mi  mənada  skif  ad landırsa  da  yazmışdır  ki,  onlar  ö zlərinə  Sko lot  deyirlər. 
Skolot etnonimi isku lut, yaxud  Eskolot adının qədim yunanca yazılışıdır  ki, bu da 
isk il,  isk ul,  esk ol  adından  və  türk  –  monqol  dillə rində  cə m  bildirən  –ut 
şəkilçisindən ibarətdir.  Erkən orta əsrlərdə  iskil, esqel formalarında bu tayfa tüürk 
bolqarların  tərkibində  qeyd  olunmuşdur  (bax  85).  Özbəklərdə  və  qaraqalpaqlarda 
eşkil, qirğızlarda eskil adlı tayfa indi də vardır (85).   
Skiflərin  b ir  tayfası  para lat   kimi  qeyd  olunur  (He rodot,  IV,6).  Qədim 
yunanca  paralat  kimi  yazılmış  bu  etnonim  türkcə  bor  –  ―boz‖  sözündən  və  Olet, 
Ələt  etnonimindən  ibarətdir.  Skiflərdə  paralat,  M idiyada  paratagen,  erkən  orta 
əsrlərdə  peçeneklərdə  borotolmat  tayfalarının  ad larındakı  “para”  və  “boro” 
ko mponentləri, b izcə, eynid ir.  
 
 
 
 
 
 
Antik  mənbələ rdə qeyd olunmuş skif sözləri də türkcəd ir. Məşhur yunan 
alimi  Hippokrat  yazır  ki,  skiflər  piyə  vutir  deyirlər  (Hippokrat,  Xəstəliklər 
haqqında.  4,  20).  Bu  söz  türk  d illərindəki  ava,  uva  –  ―yemək‖  və  turi  –  ―süd‖ 
sözlərindən ibarət olub ―süddən yemək‖ yaxud  ―süd xörəy i‖ mənasını verir. Skiflər 
ma ldar  e llə r  olduqlarına  görə  yemə klərində  süd  məhsulları  əsas  yer  tuturdu. 
Müəllif  qeyd  edir  ki,  vutir  yalnız  at  südündən  hazırlanır;  bunun  üçün  at  südünü 
ağac  qaba  tökür  və  çalxalayırlar  (müəllif  görünür  türklərdə  geniş  yayılmış  ağac 
nehrəni  nəzərdə  tutur),  süd  köpüklənir  və  yağ  hissə  üzə  qalxır,  bu  vutir  adlanır. 
Südün  qatı  və  ağır  hissəsi  aşağı  çökür,  həmin  çökmüş  hissəsi  ayırıb   qurudurlar. 
Hippokrat  sonra  yazır  ki,  bu  qurudulmuş  hiss ə  skiflərdə  ippaka  adlanır  (yenə 


downloaded from KitabYurdu.az
 
104 
orada). Qədim türk dillərindəki ipi – ―çörək‖ , ―ye mə k‖ sözündən yaranmış ―ippaka‖  
dilimizdə işlənən ‖əppək‖ ifadəsində qalmışdır.   
Herodot  yazır  ki,  skiflərin  yastıburun  hissəsi  (deməli,  skiflərin  içərisində 
monqoloid  irqə  mənsub  türk  tayfaları  da  vard ı)  pontik   adlı  ağacın  (bə zi 
tədqiqatçılar  onu  albalı,  ya xud  meş ə  gilası  sayırla r)  meyvəsini  yeyirlər.  Bu  ağac 
əncir  ağacı  böyüklükdədir  və  onun  çəyirdəkli  meyvəsi  olur.  Meyvə  dəydikdən 
sonra onu parçada sıxıb şirəsini çıxarırlar; ondan asxi adlanan qara rəngli şirə alın ır 
və  bu şirəni  südə  qatıbn  içirlə r  (Herodot,  IV,  23).  Bu  mə lu matda  skiflərin  dilinə 
mənsun “pontik ” və “asxi” sözlə ri çəkilmişdir. Pontik ifadəsi türk d illərində bun – 
―şorpa‖,  ―horra‖  sözündən  və  -dık  (-lık)  şəkilçisindən  ibarət  ―bundık‖  sözün 
təhrifidir. Mah mud Qaşqari ya zır  ki, türklərdə  “bun” sözü “mun”  kimi də işlənir, 
lakin  onun yazdığına görə, sözün bun forması suvar, qıpçaq və oğuz dilləri üçün 
səciyyəvidir. De məli, qədim yunanca pontik  kimi yazılmış bundık  sözü ―horra üçün 
nəzərdə  tutulan‖  mənasındadır.  He rodotun  qeyd  etdiyi  ―asxi‖  sözünü  b əzi 
tədqiqatçılar  türkcə  ―ac ı‖  d igərlə ri  ―aş‖  sözü  saymışla r.  Bizcə,  ―as xi‖  türk 
dillərindəki  acıqay  ejiqey  –  ―kəsmik‖,  ―süzmə‖  (166,  I,  235)  sözünün  yunanca 
yazılışıdır.   
Skiflərin  antik  müəlliflər  tərəfindən  qeyd  olunmuş  bəzi  adətləri  də 
türkmənşəlidir.    
 
 
 
 
 
 
Skiflərin   səciyyəvi  adətlərindən  biri  at  südü  iç mə k  id i.  Hələ   Ho mer 
kimmerlə ri ―at südü içənlər‖ adlandırmışdı. Maldar türk tayfa ları tarix boyu at südü 
içmiş və at əti yemişlər.  Bir antik  mənbədə deyilir  ki, ―skiflərin böyük əksəriiyəti 
yalnız at südü ilə qidalanırlar‖ (ВДИ,  1947, с.  234).  İrandilli  xalqların heç birind ə 
bu  adət  olma mışdır.  Arxeoloqla r  skiflər  üçün  səciyyəvi  o x  ucluq larının  və  ―skif 
heyvan stili‖ nin Altayda və  Qərbi Sibirdə İrandilli etnosların yaşamadığın ı sübüt 
etməyə  ehtiyac yo xdur. Bu skiflərlə  Altay tayfala rın ın etnik mənsubiyyətcə mənşə 
birliy ini göstərir.  
 
 
 
 
 
 
 
Herodot  yazır  ki,  skiflərdə  çar  öləndən  sonra  dördkünc  çala  qazır  və 
mey iti  mu mlayıb   dəfn  edirlər  (Herodot,  IV,  71).  Altayda  arxeoloji  qazıntılar 
zaman ı bu adəti S.A.Rudenko aşkar etmişdir (164,  122-  224). Tuva ərazisində isə 
bu  dəfn  qaydasını  M.P.Qrya znov  müəyyən  etmişdir  (90).  Ölü lərin  mu mlan ması 
adəti Mid iyada da vardı (gü man  ki, A zərbaycan dilindəki ―ağzını  mu mla‖  ifadəsi 
bu adətlə bağlıdır).  
 
 
 
 
 
 
 
Herodot  yazır  ki,  skiflərdən  olan  aqrippilər  ağ  gecə  ilə  örtülmüş  ağac 
altında yaşayırlar  (Herodot, IV,  23). Bununla antik  mü əllif bu tayfanın ağ gecə ilə 
örtülmüş alaçıqlarda yaşadığını göstərmişdir.  
 
 
 
 
Herodota görə, skif  falçıları qovaq ağacının çubuqlarına baxaraq yozurlar 
(Herodot,  IV, 68). ―Kitabi Dədə -  Qorqud‖ da  Beyrəyin  dilindən deyilmiş ―Sübh 
erkən  durmuşsan,  ağ  ormana  g irmişs ən,  ağ  qovağın  budağından  yirğalanıb 
keçmişsən‖ sözləri diqqəti cəlb edir.  Gü man ki, bu, qədim türklərin qovaq ağacına 
sitayiş etməsi ilə bağlıdır.   
 
 
 
 
 


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə