92
Cədvəl 6-1 Seçilmiş səhiyyə göstəriciləri, ən son mümkün il
Göstərici
Azərbaycan
AB-15
(Q. Avropa)
AB-12
(ġ. Avropa)
MDB
Səhiyyənin
nəticə
göstəriciləri
Gözlənilən ömür uzunluğu
65.5
79.4
73.9
65.8
Körpə ölümü səviyyəsi
(hər 1000 diri doğulana)
43**
4.2
9.2
26.3
Ana ölümü
(hər 100000 diri doğulana)
82
5.6
7.3
27.4
Qan dövranı sisteminin
xəstəliklərindən ölüm (yaĢ
qrupları standartlaĢdırılmıĢdır,
hər 100000 nəfərə)
551.6
197.0
467.9
766.8
Səhiyyə
sistemi
göstəriciləri
Ambulator müəssisələr üzrə
gəliĢlərin sayı
(ildə adambaĢına)
2.2*
6.5
7.7
8.7
Səhiyyəyə nağd ödəniĢlər
(ümumi
səhiyyə xərclərinin
nisbəti, faizlə)
73.3*
15.0
25.3
38.1
Mənbə: ÜST/Avropa Səhiyyə hamı üçün məlumat bazası, *=Azərbaycan YSQS, 2008-ci il və **=DSS,
2006-cı il
93
Son islahat təşəbbüsləri
6.8
1990-cı illərin əvvəllərində dövlət səhiyyəsinin Sovet Semaşko modelinin başa
çatmasından sonra
25
son zamanlaradək Azərbaycanın səhiyyə sektorunda geniş islahatlar
həyata keçirilməmiş və burada parçalanma müşahidə olunur. Tibb iĢçiləri göstərilən xidmətlər
deyil verilən töhfələr müqabilində maliyyələĢdirilir və beləliklə, səmərəlilik və keyfiyyətin
yaxĢılaĢdırılması stimulları azdır; səhiyyənin maliyyələĢməsinin dominant forması Ģəxsi nağd
ödəniĢlərdir. Təminat məsələsinə gəldikdə, sistem həddən artıq, lakin dağılmaqda olan
infrastrukturdan, köhnəlmiĢ avadanlıqdan, təchizatçıların muxtariyyətinin məhdud olmasından və
ixtisaslı səhiyyə xidməti təchizatçılarının tələblərə cavab verməyən qarıĢığından əziyyət çəkir.
Profilaktik ilkin tibbi yardım konsepsiyası zəif inkiĢaf etdirilmiĢdir, lakin geniĢ xəstəxana
infrastrukturunun səmərəlilik göstəriciləri də aĢağıdır. Siyasət səviyyəsində dövlətin nəzarət
funksiyası zəif olmuĢdur.
6.9
Ambisiyalı (səhiyyə) islahatı planı 2007-08-ci ildə başlanmışdır. 2008-ci ilin yanvarında
Azərbaycan Prezidenti Səhiyyə maliyyələĢməsinin islahatı üzrə Ölkə Proqramını imzalamıĢdır.
Bu çərçivə ardınca qəbul edilmiĢ digər sənədlərlə birgə bir sıra mühüm addımlara yol açmıĢdır, o
cümlədən: (a) Ġcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (ĠTSDA) yaradılması; (b) dövlətin
təminat verdiyi əsas müavinət paketi (ƏMP) konsepsiyasının yaradılması; (c) vəsaitlərin
ayrılması və xidmət göstərənin haqqının ödənilməsinin yeni mexanizmi, ĠTSDA bunun
çərçivəsində xidmət göstərənlərlə müqavilələr imzalayacaq və istifadə olunan güc əsasında
maliyyələĢməni dayandıracaq; (d) dövlət müəssisələrində rəsmi ödəniĢlərin (az olmasına
baxmayaraq) ləğvi (dərmanların əksəriyyətinin pasiyentlərin Ģəxsi xərcləri ilə ödənilməsinin
saxlanması ilə).
HaĢiyə 6-1: Avropa və Mərkəzi Asiya (AMA) regionunda səhiyyədən məmnunluq
Qallup sosial tədqiqat kompaniyası dünyanın 100-dən artıq ölkəsində bir sıra məsələlər, o cümlədən,
sağlamlıqdan və səhiyyə xidmətlərindən məmnunluq üzrə mütəmadi reprezentativ sorğular həyata
keçirir. AĢağıdakı
qrafikdən görünür ki, Ģəxslərdən öz sağlamlıqlarından məmnun olub-olmamaları
soruĢulduğu zaman, Azərbaycan 71 faizlə AMA regionu üzrə orta göstəriciyə yaxındır. Lakin onların
səhiyyə xidmətlərinə çıxıĢ və onların keyfiyyətindən məmnunluqları haqqında soruĢulduğu zaman onların
cəmi 40 faizi razı olduğunu bildirmiĢdir ki, bu da region üzrə orta göstəricidən aĢağıdır.
25
Rusiyanın BolĢevik Partiyasının üzvü olan Nikolay Aleksandroviç SemaĢko 1918-ci ildə Dövlət
Səhiyyəsinin Əhali üzrə Komissarı olmuĢdur. O,
Semaşko modeli kimi tanınan səhiyyə sistemini icad
etmiĢdir ki, burada səhiyyə xidmətləri mərkəzləĢmiĢ və dövlət büdcəsindən maliyyələĢən olmuĢdur.
94
6.10
Buna baxmayaraq, hələ 2009-cu ilin əvvəlinə bu addımlar tam fəaliyyətə gətirilməli və
bir çox detallar işlənilməlidir. Buraya ƏMP-nin, o cümlədən, onun dəqiq tərifinin və xərclərinin,
ĠTSDA üçün maliyyələĢmə mexanizmi və maliyyə məbləğinin qəbulu, həmçinin, pasiyentlərin
ġX olmadan ƏMP-nin ödənilməsi üçün əlavə maliyyələĢmənin lazım olub-olmaması daxildir.
Dərmanların ƏMP-yə daxil edilməsi (yaxud ən azı ambulator dərman müavinəti formasında
qismən daxil edilməsi) həm fiskal, həm də yoxsulluq perspektivindən xüsusilə mühüm məsələdir
və aĢağıda daha geniĢ müzakirə ediləcəkdir. Əczaçılıq
siyasəti sahəsində strategiya,
ümumiyyətlə,
hazırda hazırlanma prosesindədir. Ġslahat prosesində davam edən qeyri-müəyyənliklərə
baxmayaraq, Azərbaycanda ayrıca hüquqi Ģəxs olan, vəsaitləri toplayan və strateji məqsədlər
üçün bölüĢdürən səhiyyə xidmətlərinin vahid fəal alıcısı perspektivi irəliyə doğru mühüm
addımdır.