Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
83 
mindikdən sonra) bağışlamaq. 
 
14(iv) (a) 
Beynəlxalq Qızıl Xaç Komitəsi 
ilə, onun məhbuslarla 
məhdudiyyətsiz və qeyd-şərtsiz 
görüşmək imkanına dair saziş 
imzalamaq 
 
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə, 
onun məhbuslarla məhdudiyyətsiz və 
qeyd-şərtsiz görüşmək imkanına dair 
saziş 1 iyun 2000-ci ildə imzalanmışdı 
və Prezident fərmanı ilə 9 iyun 2000-ci 
ildə təsdiq edilmişdir. Azərbaycan 
Respublikası Prezidentinin 2002-ci il 24 
avqust tarixli və 2005-ci il 3 iyun tarixli 
sərəncamları ilə həmin sazişin qüvvədə 
olma müddətinin uzadılması haqqında 
protokollar təsdiq edilmişdir. 
 
14(iv) (b) 
İnsan hüquqlarının müdafiəsi 
üzrə təşkilatlar tərəfindən 
"siyasi məhbus" kimi tanınan 
məhbusları, xüsusilə İsgəndər 
Həmidov, Əlikram Hümbətov 
və Rəhim Qazıyevi azad etmək 
və ya yenidən məhkəmə 
keçirmək. 
 
AR Prezidentinin 2005-ci il martın 20-
də imzaladığı əfv fərmanı ilə Avropa 
Şurasının müxtəlif siyahılarında 
göstərilən 53 məhbus da daxil olmaqla, 
cəmi 114 nəfər (o cümlədən adları tez-
tez hallandırılan R.Qazıyev, 
N.Əfəndiyev, F.Muxtarov, T.Qasımov 
və digərləri) azadlığa buraxılmışdır. 
Beləliklə, Avropa   Şurası   Baş  
katibinin  təyin etdiyi müstəqil 
ekspertlər tərəfindən siyasi məhbus" 
hesab edilmiş şəxslərdən  üçünün  işinə 
yenidən baxılmış    (E.Əmiraslanov,    
A.Kazımov və S.Poladov), bütün qalan 
"siyasi məhbus"   hesab   edilmiş  
şəxslər  isə azadlığa buraxılmışlar.   
Bundan əlavə,    insan    hüquqlarının    
müdafiəsi təşkilatlarının siyahılarında 
göstərilən 4 nəfər məhkəmələr 
tərəfindən, 30-dan  çoxu isə Azərbaycan 
Respublikası Prezidentinin 20 iyun 
2005-ci il tarixli fərmanı ilə əfv 
olunaraq azadlığa buraxılmışlar.  Hüquq 
müdafiəçilərinin siyahılarında  adları  
çəkilən daha 10 nəfər "siyasi məhbus" 
AR Prezidentinin   19   mart   2007-ci   
il tarixli  əfv fərmanı  ilə azadlığa 
çıxmış, 1 nəfərin cəzasının müddəti 
azaldılmış və  1  nəfərin şərti cəzası 
ləğv edilmişdir. 2005-ci il iyunun 11-də    
məsələnin tam bağlanması üçün 
Azərbaycanın hakimiyyət qurumları və 
insan hüquqlarını müdafiə 
təşkilatlarının nümayəndələrindən ibarət 
işçi qrupu yaradılmış və birgə     
memorandum  imzalanmışdır. 


 
84 
Memoranduma görə, Azərbaycan üçün 
həssas olan bu problemin insan 
hüquqlarının müdafiəsi təşkilatlarının 
nümayəndələrinin dövlət hakimiyyəti 
ilə əməkdaşlığı çərçivəsində ölkə 
daxilində həll olunması nəzərdə 
tutulmuşdur. 
 
 
14(iv) (c) 
Hüquq-mühafizə orqanlarının 
öz vəzifə borclarının icrası 
zamanı insan hüquqlarını 
pozmuş (xüsusilə işgəncənin 
qadağan edilməsi) üzvlərini 
hüquqi yolla təqib etmək. 
 
İnsan hüquqlarını pozan  (xüsusilə 
işgəncələr, qeyri-insani və alçaldıcı 
rəftar, qeyri-qanuni həbs və saxlanma) 
hüquq-mühafizə orqanları  üzvlərinin 
cəzasız qalmaması üçün bütün 
müvafiq tədbirlər görülmüşdür.   
2005-2007-ci  illər ərzində polisə 
qarşı şikayətlər əsasında aparılmış   
təhqiqat nəticəsində 634 heyət 
üzvünün qanun pozuntusuna yol 
verdiyi   aşkar olunmuşdur. Bunlardan 
202 nəfəri işdən və   ya  vəzifədən   
azad   edilmiş,   96-sının vəzifəsi və 
ya rütbəsi  aşağı salınmış, digərləri 
müxtəlif növ intizam cəzasına   məruz   
qalmışlar.   33  halda cinayət işi 
açılmışdır. 201 nəfər məhz insan 
hüquqlarını  pozduqlarına görə 
məsuliyyətə  cəlb olunmuş, bunlarda 
da  41-i  işdən  azad edilmiş,  31-nin 
vəzifə və ya rütbəsi aşağı salınmışdır. 
26 may 2009-cu ildə "Polis haqqında" 
Azərbaycan Respublikası Qanununa 
hüquqa zidd və cəmiyyətə qarşı 
hörmətsiz davranışın qarşısının 
alınması  məqsədilə maarifləndirmə  
təbliğatının aparılması haqda bənd də 
daxil olmaqla əlavələr edilmişdir. 
14(iv) (d) 
İfadə azadlığı və mətbuat və 
jurnalistlərin müstəqilliklərini 
təmin etmək, xüsusilə mətbuat 
azadlığını məhdudlaşdıran 
inzibati tədbirlərdən istifadəni 
istisna etmək. 
 
Söz azadlığının həyata keçirilməsini 
asanlaşdırmaq  və  mətbuatın  
müstəqilliyini   təmin   etmək   üçün   
xüsusi qanunverici,  təsisati  və   başqa   
tədbirlər  görülmüşdür.      Dərc   olunan 
müstəqil   mətbuata   müəyyən   vacib 
imtiyaz və istisnalar verilmişdir. 
Beləliklə,  mətbuat məhsulları  ƏDV-
dən   və   mənfəət vergisindən azad 


 
85 
olunub və dövlət proqramında 
kommunal  və  rabitə  qurğularının  
istifadəsində bir sıra üstünlüklər 
nəzərdə tutan   dövlət   proqramı   
mövcuddur. Qəzet kağızına ikiqat 
gömrük vergisi ləğv olunub. 25 iyun 
2002-ci ildə qəbul olunmuş   Televiziya 
və radio yayımı haqqında Qanun 
Avropa   Şurasının   ekspertləri   ilə   
ətraflı müzakirə olunmuşdur.  5 oktyabr 
2002-ci ildə Azərbaycan 
Respublikasının Prezidenti Avropa 
Şurasının standartlarına    uyğun    olan    
Radio Televiziya Yayımı üzrə Dövlət  
Şurasının   yaranması   haqqında   
fərman vermiş, şura 2003-cü   ilin   
yanvar ayında  işə  başlamışdır. 15    
mart 2003-cü ildə Mətbuat  Şurasının 
tərkibi   seçki   yolu   ilə 
formalaşdırılmışdır. "Dövlət sirri 
haqqında" qanun layihəsi Milli Məclisin 
2004-cü il   payız sessiyasında,   
"İnformasiya əldə etmək haqqında"   
qanun   isə 2005-ci ilin  sentyabrında    
qəbul edilmişdir.   "İnformasiya  əldə 
etmək haqqında"  Azərbaycan  
Respublikasının Qanunu hər kəsin 
sərbəst, maneəsiz,  hamı  üçün  bərabər  
şərtlərlə informasiya   əldə   etməsinə   
hüquqi təminat yaratmışdır.  Media 
sahəsində mövcud problemləri aradan 
qaldırmaq məqsədilə 2008-ci il 
avqustun  31-də Azərbaycan  
Respublikasının   Prezidenti  
"Azərbaycan  Respublikasında kütləvi 
informasiya vasitələrinə dövlət dəstəyi 
Konsepsiyası"nı  təsdiq  etmişdir.   
Konsepsiyaya əsasən, 2009-cu   il   
aprelin   3-də dövlət başçısı 
"Azərbaycan Respublikasının  
Prezidenti yanında Kütləvi informasiya    
vasitələrinin inkişafına dövlət dəstəyi 
Fondunun Nizamnaməsinin təsdiq   
edilməsi   haqqında" fərman 
imzalamışdır. 22 iyun 2009-cu   il   
Prezident   fərmanı   ilə   Milli Mətbuat 
Günü   münasibətilə bəzi xəbər 
agentlikləri və qəzetlər 10 min manat   
həcmində   birdəfəlik  maliyyə yardımı 
almışlar.  Hazırda Azərbaycanda 3300 
KİV dövlət qeydiyyatına  alınmışdır.     
Onlardan    yalnız 600-ü  fəaliyyət  
göstərir ki,  bunlardan   400-ə   yaxını   


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə