92
vasitələrindən istifadə etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciət edə bilər. Eyni zamanda, bir iştirakçı dövlət digər iştirakçı dövlətə qarşı
onun, konvensiyanın və ya protokolların müddəalarını pozması ilə bağlı məhkəmə
qarşısında şikayət qaldıra bilər və qeyd edilməlidir ki, indiyə qədər xeyli sayda
belə şikayət olmuşdur.
Avropa dövlətləri kollektiv nəzarət mexanizmi yaratmaqla Ümumavropa
dəyərlərinə, hüququn aliliyinə, ədalət və demokratiyaya söykənən vahid hüquqi
məkanda hər bir şəxsin hüquqlarını təmin etməyi öz qarşılarına başlıca vəzifə kimi
qoymuşlar.
Avropa İnsan Hüquqları Konvensiyası bu şikayət prosedurları olmadan,
daha doğrusu, Avropa İnsan Hüquqları Məhkəməsi olmadan heç bir zaman
indiki kimi effektiv, canlı və işlək bir mexanizm ola bilməzdi. Bu gün tamamilə
doğru deyirlər ki, bu konvensiyasız Avropa Şurası, məhkəməsiz isə konvensiya
heç nədir. Məhz Avropa İnsan Hüquqları Məhkəməsinin sayəsində, onun
çoxsaylı, presedent xarakterli qərarlarının sayəsində Avropa İnsan
Hüquqları Konvensiyası elə də mükəmməl olmayan, əksər insan hüquqlarını
özündə heç əks etdirməyən regional bir sənəddən ümumdünya əhəmiyyətli,
dövlətlərin qanunvericiliyinin və hüquqi praktikasının inkişafına əhəmiyyətli
dərəcədə təkan vermiş, beynəlxalq və milli məhkəmələrdə geniş surətdə istinad
edilən müqaviləyə çevrilmişdir.
Ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsi insan hüquqlarının
pozulması ilə bağlı şikayətlərə baxan və fərdin bilavasitə beynəlxalq
məhkəməyə müraciətini təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır. O, insan
hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq
mexanizmlərin ən səmərəlisidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin tərkibi müəyyən sayda olan
üzvlərdən deyil, "hər bir iştirakçı dövlətdən bir hakim" prinsipi əsasında təşkil
olunmuşdur. Bu o deməkdir ki, hal-hazırda AİHM-də 47 hakim, o cümlədən
Azərbaycandan da bir hakim vardır. Hakimlər dövlətin təqdim etdiyi üç namizəd
arasından AŞ PA tərəfindən seçilir.
Hazırda Azərbaycandan AİHM-ə hakim seçilmiş Xanlar Hacıyev 2003-cü il
aprel ayından bu qurumda ölkəmizi təmsil edir.
Bununla da Azərbaycan Avropa Şurasına qəbul edilərkən üç il üçün öz
üzərinə götürdüyü öhdəliklərə tam əməl etmişdir və bundan sonrakı dövr üçün
nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün başlanmış işləri davam etdirir.
II. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə vəziyyətə gəlincə,
demək lazımdır ki, Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələrinin
işğalı altında qalmaqdadır, bir milyon azərbaycanlı əvvəlki kimi qaçqın və köçkün
vəziyyətində əzab çəkməkdədir. Azərbaycanla Ermənistan arasında Dağlıq
Qarabağ regionu üzrə həllini tapmamış 20 illik münaqişə öz neqativ təsirini təkcə
Azərbaycana deyil, bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinə və
stabilliyinə göstərir, demokratik inkişafı ləngidir.
93
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazisindən
işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul
etməsinə, 1992-ci ildən başlayaraq ATƏT-in bilavasitə bu münaqişənin həlli
naminə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul edilmiş qətnamə və qərarlar hələ
ki yerinə yetirilməyib.
Yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Azərbaycan hökuməti atəşkəs
rejimini saxlayır və münaqişənin nizamlanması prosesinin sürətləndirilməsi
məqsədilə bütün gücünü sərf edir. Azərbaycan Respublikasının Prezidenti Avropa
Şurasının Baş katibinə və Avropa Şurası Parlament Assambleyasının sədrinə
göndərdiyi məktubda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq
normaları və prinsipləri əsasında sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində
həll edilməsinə sadiq olduğunu bir daha təsdiq etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Ermənistan
Prezidenti R.Koçaryan, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ermənistan prezidentləri R.Koçaryan və S.Sarkisyanla çoxsaylı ikitərəfli
görüşlər keçirmişdir. Bu görüşlərdə Azərbaycan tərəfi Ermənistanın ATƏT-in
Lissabon sammitində qəbul edilmiş prinsiplərini tanımasına və BMT-nin
Təhlükəsizlik Şurasının yuxarıda adı çəkilən qətnamələrini yerinə yetirməsinə
təkidlə yanaşaraq Dağlıq Qarabağa muxtariyyət modelinin ən yüksək dərəcəsini
təklif etmişdir.
1997-ci il aprel ayının 22-də Strasburqda, Avropa Şurası Parlament
Assambleyasının yaz sessiyasında Cənubi Qafqaz münaqişələrinə dair 1119
(1997) saylı qətnamədə həmin prinsiplər öz ifadəsini tapmışdır. Qətnamənin
Dağlıq Qarabağ barəsindəki bölməsində göstərilir:
"Assambleya Ermənistanın və Azərbaycanın parlament üzvləri arasında
davam edən dialoqu, xüsusən üzv olmayan Avropa ölkələri əlaqələr komitəsinin
təşkil etdiyi 1996-cı il yanvar ayının 26-da Strasburqda keçirilmiş Zaqafqaziyada
münaqişələrə dair seminarı alqışlayır. Bununla əlaqədar, assambleya ATƏT-in
Dağlıq Qarabağ üzrə Minsk qrupunun yenidən fəaliyyətə başlamasını alqışlayır və
onun münaqişəni tezliklə nizama salmağa yönəlmiş danışıqları davam etdirməsini
dəstəkləyir.
Assambleya münaqişənin siyasi yolla nizama salınmasına nail olmaq,
bunun sayəsində işğal olunmuş ərazilərin azad edilməsinə, qaçqınların və
köçkünlərin geri qayıtmasına, Dağlıq Qarabağ üçün qənaətbəxş alternativ statusa,
habelə təhlükəsizliyə təminat yaratmaq məqsədilə münaqişənin bütün tərəflərini
birbaşa danışıqlar aparmağa çağırır. Nəhayət, assambleya arzu etdiyini bildirir ki,
gələcəkdə üç Zaqafqaziya dövləti — Ermənistan, Azərbaycan və Gürcüstan
Zaqafqaziya dövlətləri birliyi və birgə parlament assambleyası yaradılmasının
mümkünlüyü məsələsinə baxılacaqdır".
Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Avropa Şurası Parlament
Assambleyasının Dağlıq Qarabağdakı münaqişəyə dair 1047 (1994) saylı 10
Dostları ilə paylaş: |