Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
89 
edilmiş qanunların Avropa 
standartlarına tam uyğun olduğunu və 
Azərbaycanda mükəmməl məhkəmə 
sisteminin  yaradılmasına  xidmət  
edəcəyini bildirmişlər. Məhkəmə 
sisteminin strukturunun 
təkmilləşdirilməsi və hakimlərin iş 
yükünün azaldılması məqsədilə    
müvafiq  təhlillər aparılmış, bütün   
hakimlər  arasında anket  sorğusu  
keçirilmiş və  bu  sahədə beynəlxalq   
təcrübə  əsasında hakimlər üçün məqbul 
hesab edilən iş yükü və hər məhkəmə 
üçün nəzərdə tutulan hakimlərin sayı 
müəyyənləşdirilmişdir. Bununla 
əlaqədar "Məhkəmələr  və   hakimlər  
haqqında"   və   "Məhkəmə-Hüquq 
Şurası haqqında" qanunlara əlavələr və 
dəyişikliklər  edilməsi barədə qanun 
30.12.2005-ci  il  tarixdə qəbul 
olunmuşdur. Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən 
imzalanmış  Azərbaycan 
Respublikasında məhkəmə sisteminin 
müasirləşdirilməsi və   qeyd   olunan   
qanunun tətbiqi barədə 2006-cı il 19 
yanvar tarixli Fərmanla Azərbaycanda 
yeni məhkəmələr yaradılmış, ədalət 
mühakiməsinin səmərəliliyinin,  
məhkəmələrə  müraciət  imkanlarının   
asanlaşdırılması, məhkəmələrin  
fəaliyyətində yeni informasiya  
texnologiyalarının  tətbiq   edilməsi,    
məhkəmə aparatlarının  strukturunun və  
işinin daha optimal şəkildə qurulması, 
habelə  digər  mühüm  məsələlərin  həll 
edilməsi üçün tədbirlər həyata 
keçirilmişdir.  Bu  istiqamətdə  işlər 
davam  etdirilir.  2006-cı  ilin  birinci 
yarısında hakimlərin müstəqilliyi, 
seçilməsi, təyin edilməsi və 
fəaliyyətinin qiymətləndirilməsi və 
hakim vəzifələrinə  namizədlərin və 
hakimlərin tədrisi işinin 
təkmilləşdirilməsi üzrə  birgə    
Azərbaycan—Avropa Şurası işçi 
qrupunun və ekspert komissiyasının    
iclasları    keçirilmişdir. Bu tədbirlər 
çərçivəsində Azərbaycanda Ali Ədliyyə 
Məktəbinin yaradılması   ilə   bağlı   
xarici   ölkələrin təcrübəsi, o cümlədən 
Fransa Milli Hakimlər Məktəbinin 
fəaliyyəti öyrənilmişdir.  Azərbaycan 


 
90 
Respublikası   Məhkəmə-Hüquq   
Şurasının 22 iyun 2007-ci il tarixli 
qərarı ilə Hakimlərin Etik Davranış 
Kodeksi təsdiq  edilmişdir.   Hakimlərin 
təyinatı   qaydalarının 
təkmilləşdirilməsi üzrə tədbirlər həyata 
keçirilmişdir. Hakim  vəzifəsinə 
namizədlərin peşəkar  bacarıqlara 
yiyələnməsi  üçün xüsusi proqrama 
uyğun olaraq ilkin təlim  kursları  təşkil  
edilmişdir.  Bu məqsədlə Ədliyyə 
Nazirliyində Avropa Şurası ilə birgə 
təlim Komissiyası   yaradılmış və ora   
tanınmış beynəlxalq ekspertlər,    
ədliyyə   və prokurorluq   işçiləri   daxil   
olmuşlar. 2009-cu il may ayında 60 
vakant hakim vəzifəsi yerinə 438 
namizədin iştirakı ilə test imtahanı 
keçirilmişdir.  İmtahan 30-dək 
beynəlxalq və yerli QHT tərəfindən 
müşahidə olunmuşdur. Qeyd edək ki, 
indiyədək Azərbaycanda hakimlərin 
seçilməsi  üzrə  5  imtahan 
keçirilmişdir. Onlardan üçü  Bakıda,    
ikisi isə Naxçıvan MR-də keçirilmişdir. 
Azərbaycan  Respublikası  
Prezidentinin 19   yanvar   2006-cı   il   
tarixli fərmanı  ilə  Ali  Məhkəmə və  
digər yuxarı instansiya     
məhkəmələrinə Avropa     
Məhkəməsinin presedent hüququnun   
öyrənilməsi işini   təşkil etmələri   və   
məhkəmə təcrübəsində nəzərə almaları 
barədə verilən tövsiyələrə əsasən 2006-
cı il martın 30-da Ali Məhkəmənin 
Plenumu "Avropa Konvensiyası 
müddəalarının və Avropa  Məhkəməsi 
presedentlərinin tətbiqi barədə" qərar 
qəbul etmişdir. Bundan əlavə, 2006-cı il 
dekabrın 28-də Azərbaycan     
Respublikası Prezidentinin Sərəncamı   
ilə   təsdiq edilmiş "Azərbaycan 
Respublikasında insan hüquqlarının 
müdafiəsi üzrə Milli Fəaliyyət 
Planı"nda da insan   hüquqlarının   
müdafiəsini   tənzimləyən     beynəlxalq     
sənədlərin müddəalarının məhkəmə 
təcrübəsində tətbiqi məqsədilə 
tədbirlərin görülməsi Azərbaycan 
Respublikasının Konstitusiya   
Məhkəməsinə   və  Ali Məhkəməsinə 
tövsiyə edilmişdir. 


 
91 
 
 
I.  Bu  günədək  Azərbaycan  Avropa  Şurasının  bir  çox  sənədinə 
(konvensiyalar, onların protokolları və digər sənədlər) qoşulmuş, bu da ölkəmizin 
Avropa hüquq məkanına inteqrasiyası üçün əsas yaratmışdır. 
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya, — 
daha  çox  bu  müqavilə  qısaca  Avropa  İnsan  Hüquqları  Konvensiyası  adlanır,  — 
1950-ci  il  noyabrın  4-də,  yəni  Avropa  Şurası  təsis  olunduqdan  bir  il  sonra  qəbul 
edilmiş və 1953-cü ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın bugünkü 
mətni onun 11 saylı Protokolunun qüvvəyə mindiyi gündən — 1998-ci il noyabrın 
1-dən  qüvvədədir.  Hal-hazırda  Avropa  Şurasının  bütün  üzv  dövlətləri,  yəni  47 
dövlət bu konvensiyanın iştirakçısıdır. 
Avropa  İnsan  Hüquqları  Konvensiyasının  Avropa  Şurasının  ən  mühüm 
sənədi  olduğunu  və  əslində,  Avropa  Şurasının  bu  konvensiyasız  təsəvvür 
edilmədiyini  nəzərə  alaraq,  təşkilata  daxil  olan  hər  bir  yeni  dövlətin  üzərinə  bu 
konvensiyanı müəyyən müddət ərzində imzalamaq və təsdiq etmək məcburi vəzifə 
kimi qoyulur. 
İnsan  hüquqları  müdafiəsinin  Avropa  sisteminin  tədqiqatçısı  A.Robertson 
konvensiyanın  Avropa  Şurasının  mühüm  nailiyyətini  özündə  əks  etdirməklə 
beynəlxalq hüququn inkişafında mühüm mərhələ olması fikrini əsaslandırmaq üçün 
konvensiyanın aşağıdakı xüsusiyyətini qeyd edirdi: "Konvensiyanın müddəalarına 
müvafiq  olaraq  iştirakçı  dövlətlər  onların  yurisdiksiyasında  olan  şəxslərin  İnsan 
Hüquqlarının Ümumi Bəyannaməsində elan edilmiş bir sıra hüquq və azadlıqlarını 
təmin  etməyi  öhdəsinə  götürür.  Həmin  konvensiyanın  iştirakçısı  olan  dövlətlərin 
üzərinə götürdükləri  öhdəliklərə  riayət  edilməsini  təmin  etmək   üçün  Avropa 
Komissiyası  və  İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  yaradılmışdır.  İnsan 
hüquqlarının  pozulmasına  gorə  şikayətlə  komissiyaya  təkcə  dövlətlər  müraciət 
etmir, həm də ayrı-ayrı şəxslər özlərinin hökumətlərindən bu cür şikayətlər vermək 
hüququna  malikdir.  Bir  şərtlə  ki,  sonuncular  bu  yeni  proseduru  qəbul  etmiş 
olsunlar". 
AŞ  PA-nın  Azərbaycanla  bağlı  222  saylı  Rəyində  dövlətimizin  üzərinə 
qoyulan  öhdəliyə  uyğun  olaraq,  Azərbaycan  Parlamenti  Avropa  İnsan  Hüquqları 
konvensiyasını və onun 1, 4, 6, 7 və 14 saylı protokollarını ratifikasiya etmişdir. 
Avropa  İnsan  Hüquqları  Konvensiyası  insan  hüquqları  sahəsində  mövcud 
olan və Azərbaycan Respublikasının iştirak etdiyi bütün digər müqavilələrdən əsas 
etibarı  ilə  onunla  fərqlənir  ki,  bu  konvensiya  onda  təsbit  olunmuş  hüquq  və 
azadlıqların  təmin  edilməsi  üçün  olduqca  səmərəli  bir  hüquqi  mexanizm  nəzərdə 
tutur.  Bu,  fərdi  şikayət  mexanizmi  və  dövlətlərarası  şikayət  mexanizmidir.  Bu 
mexanizmlərin  məğzi  ondan  ibarətdir  ki,  konvensiyada  və  ya  protokollarda  əks 
olunmuş hüquqlardan hər hansı birinin dövlət tərəfindən pozulduğunu güman edən 
hər  bir  şəxs  həmin  dövlətdə  mövcud  olan  bütün  səmərəli  hüquq  müdafiə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə