Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə52/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   48   49   50   51   52   53   54   55   ...   156

157

nümayəndələrindən ibarət oldu. Azərbaycan və Arranda Əməvilərin

bütün torpaq və mülkləri Abbasilərin əlinə keçdi. Bəlazuri bildirir ki,

Marağa, Varsan, Azərbaycanın digər şəhərləri və bunların ətrafında

olan torpaqlar "Əməvilərin bütün mülkləri ilə birlikdə müsadirə

edildi"


1

.

Abbasilərin verdiyi vədlərə baxmayaraq, yeni hakimlərin



dövründə Azərbaycan və Arran kəndli kütlələrinin vəziyyəti çox tez

bir zamanda Əməvilərin dövründə olduğundan daha da pis oldu.

M.Kalankatuklu yazır ki, Abbasilərin hakimiyyət başına keçməsi

"bizim vətənimiz Ağvan üçün böyük bədbəxtlik idi, çünki taciklər

[yəni ərəblər] öz iyrənc qarətçiliyi üzündən Partav [Bərdə] paytaxtını

Ağvan knyazlarından aldılar və öz hökmranlıqlarının keçmiş paytaxtı

Suriya Dəməşqində olduğu kimi, indi Ağvan Partavında özlərinə

iqamətgah qurmuşlar ki, torpağın bol nemətlərini sorsunlar"

2

 .

Əməvilərin dövründə bütün vergilər nağd pulla ödənilirdisə,



Abbasilər dövründə vergilərin yalnız bir hissəsi nağd pulla alınırdı.

Bu sistem, xüsusilə ikinci Abbasi xəlifəsi əl-Mənsur (754-775)

dövründə işə düşmüşdü. Onun vaxtında torpağın əkilib-

əkilmədiyindən asılı olmayaraq, xərac nağd pulla torpaq sahəsinə

görə (misahə), eynilə hələ Ömər ibn əl-Xəttab tərəfındən qoyulmuş

qaydaya əsasən alınırdı

3

. İbn əl-Əsir bildirir ki, əl-Mənsurun



vaxtında vergilərin bir hissəsi nağd pulla alınırdı. Əl-Mənsurun

dövründəki bu vergi sistemi kəndli kütlələrini mütəşəkkil surətdə

qarət etmək şəkli almışdı. Vilayətlərdən vergilərin gəlməsinə nəzarət

etməkdə poçt (bərid) idarəsinin xüsusi rolu var idi. "Poçt idarəsinin

başçısı sahib əl-bərid hər gün məhsulların qiymətləri barəsində

məlumat verirdi"

4

.

1



Yenə orada.

2

История Агван, стр. 265/213.



3

Əl-Mavərdi, səh. 170; İbn Xəllikan. Vafayan əl-Əyan, əl-Qahirə, səh.

277; Əbu Yala. Əl-ehkam əs-sultaniyyə, əl-Qahirə, 1938, səh. 169.

4

Ət-Təbəri, IX, 314.




158

Az sonra Azərbaycan əhalisi daha xəlifənin xəzinəsinə nağd

pulla vergi ödəmək iqtidarında deyildi, çünki əhalinin əlində nağd

sikkə, habelə gümüş və qızıl kifayət qədər deyildi ki, vergi borclarını

vermək mümkün olsun"

1

.



Gevondun dediyinə görə, əl-Mənsur "zorakılıq və zülmü ilə

hamını təngə gətirmiş və hətta ölülərdən də vergi tələb etməklə

əhalini dilənçi kökünə salmışdı. O, dul qadınlara və yetim uşaqlara

dəhşətli zülm edirdi: keşişlərə, kilsə xadimlərinə hər cür işgəncə

verir, biabırcasına döyür, vurur və onlardan ölənlərin adı və ailələri

haqqında zorla məlumat yığırdı. O habelə ölkə  əhalisini incidərək

onlardan dözülməz vergi hesabına adambaşına çoxlu gümüş tələb

edirdi və əmr etmişdi ki, hamı boynunda qurğuşun damğa gəzdirsin.

Knyaz nəslindən olanlar istər-istəməz ona bəxşiş olaraq at və qatır,

gözəl paltar, qızıl və gümüş gətirirdilər ki, əjdahanın ağzını

yumsunlar... Abdulla [yəni Mənsur] acgözlüklə istədiyi hər şeydən

gözü doyandan sonra, İran və Midiya ölkələrinə gedib Xorasana

çatdı, oradan isə Misir və Pentapolisə gedərək Apekə [Afrikaya]

ayaq basdı. Lakin o haraya gəlirdisə, oranı qarət edir və hərisliklə

hamını tora salırdı; yaşamaq üçün zəruri olan şeyləri də camaatın

əlindən alırdı; onun acgözlüyü o dərəcəyə çatmışdı ki, öz xalqı ona

"pul atası" ləqəbini vermişdi, çünki - doğrusunu desək - o, pulu

Allahdan çox istəyirdi"

2

. Doğrudan da, Mənsur özündən sonra böyük



bir miras - 810 milyon dirhəm qoyub getdi

3

.



Bəzi müəlliflər, əksinə, belə hesab edirlər ki, əl-Mənsurun

hökmranlığı Xilafətin "qızıl dövrü" idi və hər yerdə ucuzluq var idi

4

.

Əl-Mənsuru əvəz edən xəlifə Mehdi (775-785) dövründə



vergi verənlər silkinin vəziyyəti bir az yüngülləşdi. Mehdinin verdiyi

sərəncama görə xərac almaq sistemi dəyişildi. Misahə xəracı – nağd

pul vergisi əvəzinə müqasimə xəracı - kənd təsərrüfatı məhsulu ilə

1

Bu barədə b a x: Gevond, səh. 135, 139.



2

Gevond, səh. 89-90; Asogik, səh. 98-99.

3

Əl-Məsudi. Muruc, II, 175, 177.



4

Məhəmməd Dıya. Sitat gətirilən əsəri, səh. 387.




159

ödənilən vergi tətbiq edildi

1

. Suvarılan torpaqlardan məhsulun yarısı,



daliya və kirbə ilə suvarılan yerlərdən məhsulun üçdə biri, dulab ilə

suvarılan torpaqlardan məhsulun dörddə biri alınırdı

2

. Lakin


Mehdinin dövründə meyvə ağaclarına, zeytun bağlarına və

üzümlüklərə xərac qoyuldu. Bu ağır vergi idi və  əl-Cahşiyarinin

dediyinə görə, "təbəələrin əzabını artırdı"

3

.



Gevond qeyd edir ki, "Mehdi atasından daha alicənab və

xasiyyəti daha yaxşı idi. O, günahkar atası Abdullanın qıfıl altında

saxladığı xəzinənin ağzını açıb, öz əsgərlərinə hədiyyələr payladı;

sərhədlərdəki qarovulxanaları aradan qaldırdı ki, tacirlərə daha çox

sərbəstlik verilsin və ehtiyacı olanlar razı salınsın. Yer üzərində

yenidən bolluq əmələ gəldi, gümüş çıxarılması artdı və əhali zorakı

vergilərdən xilas oldu. O, vergi boyunduruğunu artırmış olsa da,

gümüş çıxarılmasının çoxalması nəticəsində ölkə yoxsul vəziyyətdən

xilas oldu. Onun hökmranlığı günlərində sikkəxanalarda əhalinin

ehtiyacı üçün saf gümüşdən pul kəsməyə başladılar"

4

.

Sonrakı Abbasilərdən "ən pis, ən qatı və qəddar"



5

 Musa əl-

Hadinin qısa hökmranlığı dövründə (785-786) Azərbaycan, Arran və

Ermənistan ərazisində baş verən üsyanları yalnız xəlifə Harun ər-

Rəşid (786-809) dövründə yatırtmaq mümkün oldu

6

. Harun ər-Rəşid



öz xəlifəliyinin əvvəllərində, bu ölkələrin hakimi Yəzid ibn Mezyədi

vəzifədən kənar etdi (788)

7

. Lakin bundan sonra burada on il ərzində



15-dən çox hakim dəyişdi, nəhayət, Harun 799-cu ildə yenidən

həmin Yəzidi bu ölkələrin hakimi vəzifəsinə təyin etməyə məcbur

1

Əl-Bəlazuri, səh. 280-281.



2

Əl-Mavərdi,  səh.  168,  171.  D  a  l  i  y  a,  d  u  l  a  b  –suvarma  çarxları

növləridir, bu çarxlar vasitəsi ilə suvarılan sahədir. K i r b ə (cəmi kirab) su

tuluğudur.

3

Əl-Cahşiyari, səh. 142-143.



4

Gevond, səh. 107.

5

Yenə orada, səh. 112.



6

Əl-Yəqubi, II, 515.

7

 V.Minorsky. A History of Shirvan and Darband, p. 1 (ar.).




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə