Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

63
Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə 
Qubada  “Sovet  hakimiyyətinin  qurulması”  uğrunda  birinci  və  sonuncu 
mübarizə  adlandırmaq  olar.  Və  menşevik-gürcü  knyazının  başçılıq  etdiyi 
ermənilərin, bir neçə rus və yəhudi əsgərlərinin şəxsində “bolşevizm ideyası 
tərəfdarları”  bu  mübarizədə  məğlub  olurlar.  Hər  iki  tərəf  itkilərə  məruz 
qalır,  ləzgilərdən  200  nəfər  öldürülür,  həmçinin  dinc  sakinlərdən  70  nəfər 
həlak olur. “Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, 
Bazar  küçəsində  16,  Komendant  küçəsində  –  7,  şəhərin  kənarında,  köhnə 
həbsxananın  yaxınlığında  isə  35  nəfəri  qətlə  yetirmişdi.  Bolşeviklər  geri 
çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına 
od vurmuş və Cümə məscidini yandırmağa cəhd göstərmişdilər”. (178)
“Vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə bax-
mayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri 
hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi 
onunla əlamətdar olur ki, “müstəntiqlər Manuylov və Esman istisna olmaqla, 
onlarla birlikdə rus məmurlarının hamısı, həmçinin əczaçılar və bütün ermənilər 
də  şəhəri tərk edir”.  (179)  Bu  məqam  qubalıların çoxunun  şəhadətlərində 
vurğulanır və qeyd edilir ki, Gelovani bütün evləri bir-bir gəzərək ermənilərlə 
rusları yığdı və özü ilə apardı”. Gelovaninin özü isə iddia edirdi ki, erməni 
dəstəsinin  rəhbəri  –  Ağacanyan  “Qubanın  bütün  xristian  əhalisini,  əsasən 
də erməniləri, Qubadan çıxarmaq məqsədilə, toplayırdı”. Bu halda Gelova-
ninin dedikləri həqiqətə daha uyğun gəlir və bunu onun sonrakı sözləri də 
sübut edir: ““Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim. 
Onun (Ağacanyanın) əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm 
ki, qaçqınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş atmasınlar. 
Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leontyev 
bağının yanında qaldı və ləzgilər onları öldürdülər”. (180) Atışmalar zamanı 
“çıxıb gedən” və ya erməni-bolşevik dəstəsi tərəfindən zorla “çıxarılan” xris-
tian əhalisindən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni 
keşişləri  ölmüşdü.  “Ölənlərdən  bir  neçəsinin  meyiti  bolşeviklər  tərəfindən 
götürüldü, qalanları isə yerindəcə qaldı. Onların kimin – bolşeviklərin və ya 
ləzgilərin gülləsindən öldüyü müəyyən edilməmişdir”. (181) 
Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün 
cəmi  iki  həftəlik  fasilə  verilibmiş.  1918-ci  ilin  may  ayının  1-də  Amazaspın 
komandanlığı  altında  yalnız  ermənilərdən  ibarət  olan  3  minlik  hərbi 
birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular.
Amazaspın alaylarının Quba şəhərində və qəzasında yenidən “Sovet 
hakimiyyətini  təsdiq  etməyə”  necə  başladıqlarını  qubalıların  özləri  təsvir 
edirlər: “1918-ci ilin may ayının 1-də səhər məşhur daşnaksakan Amazaspın 
və  onun  köməkçisi  Nikolayın  rəhbərliyi  altında  yalnız  ermənilərdən  ibarət 
olan adı çəkilən dəstə, şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyot-
1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman
əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
64
lardan və tüfənglərdən atəşə tutmağa başladılar. Dəhşətli çaxnaşma və təlaş 
başlandı. Dəstə maneəsiz şəhərə daxil oldu”. Dörd hissəyə bölünmüş şəhərin 
hər  hissəsində  qərargahlar  yaradıldı:  birinci  qərargah  Leontyev  bağının 
yanında,  ikincisi  –  erməni  kilsəsinin  hasarının  içində,  üçüncüsü  –  dağda, 
müsəlman qəbiristanlığının yaxınlığında, dördüncüsü, mərkəzi qərargah isə 
Yəhudi qəsəbəsinin təpəsində yerləşdi. (182)
“Şəhərin  alınması  müsəlman  əhalisinin  qırğını  və  onun  üzərində 
müxtəlif cür zorakılıqlarla müşayiət olunurdu… Elə birinci gün, şəhərin aşağı 
hissəsində əksəriyyəti qadın və uşaqlar olan, 715 müsəlman öldürüldü. İkin-
ci  gün  şəhərin  1-ci  və  2-ci  hissələrində,  1012  nəfər  -  əksəriyyəti  şəhərin 
kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildilər..., 
müsəlmanların əmlakı talan edilirdi. Qubanın ictimai xadimlərinin apardığı 
hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə dörd 
milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları 
və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq 
ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində 
yüz beş ev və tikili yandırmışdı. Həmçinin müsəlman idarələrinin yerləşdiyi 
binalar  da  yandırılmışdı.  Yanğınlar  nəticəsində  zərərçəkənlərə  yüz  milyon 
rubl həcmində ziyan vurulmuşdu. (183)
Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin 
qurulması  -  yerinə  yetirmədiyi,  əksinə  müstəsna  olaraq  cəza  missiyasını 
yerinə  yetirdiyi  heç  kimdə  şübhə  doğurmurdu.  “Ermənilər  elə  ilk  hücum 
vaxtı müsəlmanları, qadın və uşaqları amansızlıqla və qəddarlıqla öldürməyə 
başladılar.  Onlar,  küçələrdə  və  meydanlarda  olanların  hamısını  qətlə 
yetirdikdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, 
bütöv ailələri qırırdılar. Bundan əlavə, ermənilər müsəlmanların qızılını, pu-
lunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Bu azmış kimi, 
onlar evlərə və mağazalara yandırmağa başladılar. Yığışdırılmamış meyitlər 
küçələrdə, evlərdə qalmışdı və çürüyürdü. Ermənilər azğınlaşmışdılar və bir 
neçə gün müsəlman qanı içməkdən doymurdular”. (184)
Meyitlərin  dəfn  edilməsi  ilə  bağlı  şəhər  rəisi  Əli  Abbas  bəy  Əlibəyov 
dəfələrlə Amazaspa müraciət etsə də, rədd cavabı alırdı. Yalnız dördüncü gün 
erməni carçılar müsəlman kişiləri qollarında ağ sarğı ilə çıxmağa və meyitləri 
basdırmağa çağırdılar. Şəhərin bir çox sakinləri bu çağırışa cavab olaraq bayıra 
çıxdı, lakin onlardan heç biri geri qayıtmadıqdan - hamısı güllələndikdən son-
ra - camaat yenidən gizləndi. Basdırılmayan və yeni öldürülənlərin meyitləri 
ermənilər gədənə qədər, yəni 9 gün küçələrdə qaldı. (185)
Amazasp şəxsən öz qoşunlarının əməllərinin cəza xarakteri daşıdığını 
gizlətmirdi. Qubaya gəlişinin dördüncü günü Amazasp qubalıları məscidin 
qarşısındakı  meydana  toplayaraq  onlara  təxminən  aşağıdakı  məzmunda 
nitqlə  müraciət  edir:  “Mən  əslən  Ərzurumdanam.  Uzun  müddət  türklərlə 


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə