Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə96/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   92   93   94   95   96   97   98   99   ...   112

243
maarif cəmiyyətinin təşkilatçılarından biri. “Nicat” müsəlman maarif cəmiyyəti idarə 
heyətinin  və  Müsəlman  xeyriyyə  cəmiyyəti  mərkəzi  komitəsinin  üzvü.  “Müsavat“ 
partiyasının üzvü. 5 mart 1917-ci ildə yaradılmış İctimai Təşkilatların Bakı Şurasının 
İcraiyyə Komitəsinin heyətinə daxil idi, Müsəlman ictimai təşkilatlarının Bakı Şurasının 
Müvəqqəti Komitəsinin sədri seçilmişdir. Qafqaz müsəlmanları qurultayının (1917-ci 
il, aprel, Bakı) və Rusiya müsəlmanları qurultayının (1917-ci il, may, Moskva) işində 
iştirak etmişdir. “Müsavat” partiyasının birinci qurultayında (1917-ci il, oktyabr, Bakı) 
Mərkəzi Komitənin üzvü seçilmişdir. 15 noyabr 1917-ci ildə yaradılmış Zaqafqaziya 
Komissarlığında  ticarət  və  sənaye  komissarının  müavini  olmuş,  Rusiya  Təsisedici 
yığıncağın  üzvü  seçilmişdir.  “Müsavat”  partiyasından  Zaqafqaziya  seyminin  üzvü. 
Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumətində ticarət və sənaye 
naziri. 1918-ci ilin  may  ayının  27-də  Azərbaycanın  müstəqillik  Aktını  qəbul etmiş 
Azərbaycan Milli Şurasının üzvü. AXC I və II hökumət kabinetlərinin tərkibində xarici 
işlər naziri, eyni zamanda 6 oktyabr 1918-ci ilədək nəzarət nazirliyinə, 6 oktyabrdan 
maliyyə  nazirliyinə  rəhbərlik  etmişdir.  AXC  Parlamentinin  üzvü  olmuş,  “Müsavat” 
fraksiyasına  daxil  idi.  Paris  Sülh  konfransında  Azərbaycan  nümayəndə  heyətinin 
tərkibinə daxil idi. 24 dekabr 1919-cu il tarixdən xarici işlər naziri, 18 fevral 1920-ci 
il tarixdən sənaye, ticarət və ərzaq naziri vəzifələrini icra etmişdir. 30 mart 1920-ci il 
tarixdə Parlament M.H.Hacınskiyə yeni kabinetin yaradılmasını tapşırmışdır. 22 aprel 
1920-ci  il  tarixdə  Parlamentə  yeni  kabinetin  yaradılmasının  mümkünsüzlüyünü, 
özünün  “Müsavat”  partiyasından  çıxdığını  və  bolşevik  partiyasına  daxil  olduğunu 
bəyan etmişdir. AXC-nin süqutundan və Sovet hakimiyyətinin qurulduqdan sonra 
Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində 
müxtəlif  rəhbər  vəzifələrdə  işləmişdir.  1930-cu  illərdə  siyasi  repressiyalara  məruz 
qalmışdır. 3 dekabr 1930-cu ildə Tiflisdə həbs edilmiş və Azərbaycan milli mərkəzinin 
iştirakçısı kimi ittiham edilmişdir. İstintaq zamanı işgəncələrə və qəddarcasına rəftara 
dözməyərək, 9 fevral 1931-ci ildə həbsxanada intihar etmişdir.
3
Xasməmmədov  Ələkbər  bəy  Hacıbaba  oğlu  –  (1870-1925),  Azərbaycan 
Xalq  Cümhuriyyəti  dövründə  tanınmış  ictimai  və  dövlət  xadimi.  Gəncənin  kübar 
ailəsinə  mənsubdur.  Moskva  Dövlət  Universitetini  bitirmişdir.  Hüquqşünas,  andlı 
iclasçı. Rusiya imperiyası dövrü tanınmış hüquqşünas və ictimai xadim, AXC dövrü 
görkəmli siyasi və dövlət xadimi Xəlil bəy Xasməmmədovun böyük qardaşı. Gəncə 
müsəlman  xeyriyyə  cəmiyyətinin,  habelə  “Difai”  partiyasının  mərkəzi  komitəsinin 
üzvü.  15  iyul  1918-ci  il  tarixdən  –  AXC  Hökuməti  yanında  Fövqəladə  Təhqiqat 
Komissiyasının  sədri,  24  fevral  1919-cu  ildən  –  Azərbaycan  Məhkəmə  Palatasının 
baş sədri. Azərbaycan sovetləşdirildikdən sonra 1920-ci ilin mayından Azərbaycan 
SSR Ədliyyə Xalq Komissarlığının məhkəmə orqanlarında işləmişdir. 7 iyun 1920-ci il 
tarixdə Y rayonunun mühüm məsələlər üzrə xalq hakimi vəzifəsinə təyin edilmişdir. 
1925-ci ildə Sovet hökuməti tərəfindən həbs edilmiş və güllələnmişdir.
4
Şahmalıyev  İsmayıl  bəy  Nəsrulla  bəy  oğlu  –  (1883-1938),  hüquqşünas, 
titullu müşavir. 1902-ci ildə Tiflis oğlanlar gimnaziyasını, 1908-ci ildə Novorossiyski 
universitetinin  hüquq  fakültəsini  bitirmişdir,  xidmətə  10  fevral  1909-cu  ildə  Tiflis 
Məhkəmə palatası yanında I cinayət departamentində məhkəmə vəzifələrinə kiçik 
namizəd kimi başlamışdır, 1 fevral 1910-cu il tarixdən Yelizavetpola keçirilmiş` və 
burada  1910-1911-ci  illərdə  quberniya  katibi,  Yelizavetpol  Dairə  Məhkəməsində 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
244
məhkəmə vəzifələrinə baş namizəd vəzifələrində işləmiş, 4-cü istintaq şöbəsinə, Yeli-
zavetpol qəzasının Ləki istintaq sahəsinə rəhbərlik etmişdir. 1911-ci ilin sentyabrında 
istefaya çıxmışdır. 1913-cü ilin iyulunda yenidən dövlət xidmətinə qayıtmış, İrəvan 
Dövlət Palatasının xüsusi tapşırıqlar məmuru təyin edilmişdir. 16 fevral 1914-cü ildən 
– İrəvan quberniyasının Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin köməkçisi, 1914-
cü ilin aprel ayından 1915-ci ilədək Palatanın mühasib köməkçisi, ödəniş şöbəsinin 
müdiri, Palatanın Katibi, xüsusi tapşırıqlar məmuru, 1916-cı ildə – Palatanın I bölmə 
rəisi. 1916-cı ilin dekabrında Naxçıvan nahiyəsinin Vergi Müfəttişinin baş köməkçisi, 
1917-ci  ilin  yanvarında  –  Zaqatala  əyalətinin  Vergi  Müfəttişi  təyin  edilmişdir.  26 
avqust  1918-ci  ildə  Gəncə  Dairə  məhkəməsinin  Üzvü  təyin  edilmişdir.  31  avqust 
1918-ci  il  tarixdə  AXC  hökumətinin  yaratdığı  Fövqəladə  Təhqiqat  Komissiyasının 
tərkibinə daxil edilmiş, Bakı quberniyasının Şamaxı və Göyçay qəzalarının və Yeliza-
vetpol quberniyalarının talan edilməsi haqqında cinayət işlərini araşdıran istintaq 
qruplarında işləmişdir. 19 mart 1919-cu il tarixdə Azərbaycan Hərbi Məhkəməsinin 
Hərbi Müstəntiqi təyin edilmişdir. 1 may 1919-cu il tarixində işin azlığı səbəbindən 
FTK-  üzvlüyündən  azad  edilmişdir.  Sovet  dövründə  Gəncədə  və  Bakıda  vəkilliklə 
məşğul olmuş, Ədliyyə Xalq Komissarları yanında Hüquq müdafiəçiləri Kollegiyasının 
üzvü olmuşdur. Bakıda dövlət müəssisələrində hüquq məsləhətçisi işləmişdir. 1938-ci 
il aprelin 2-də Az.DİXK Dövlət Təhlükəsizliyi orqanları tərəfindən guya əks-inqilabçı, 
millətçi qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuşdur. Özünü 
müqəssir bilməmişdir. 2 iyun 1938-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən 
İslah-Əmək Düşərgəsində (İƏD) çəkməklə 10 il müddətinə məhkum edilmişdir. 25 
noyabr 1938-ci il tarixdə Xabarovsk diyarında İƏD-də ölmüşdür. 1955-ci ildə bəraət 
almışdır. 
5
Novatski  Andrey-Klimentiy  Fomiç  –  (1866-?),  hüquqşünas,  saray 
müşaviri,  milliyətcə  polyak,  Varşava  Universitetini  bitirmiş,  1899-1902-ci  illərdə 
Varşavanın  məhkəmə-istintaq  orqanlarında  işləmiş,  1903-1907-ci  illərdə  –  Bakı 
Dairə  Məhkəməsinin  Şamaxı  şöbəsinin  Barışdırıcı  Hakiminin  köməkçisi  olmuş, 
eyni zamanda Mərəzə, sonra Basqal istintaq bölmələrinə rəhbərlik etmişdir. 1907-
ci ilin fevral ayından 1908-ci ilin yanvar ayınadək I Bakı şəhər İstintaq bölməsinin 
rəisi olmuşdur. 1908-1918-ci illərdə Tiflis şəhərinin 4-cü barışdırıcı məhkəməsində 
barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1918-ci ilin fevralında Yelizavetpol dairə 
məhkəməsinin üzvü təyin edilmişdir. 31 avqust 1918-ci il tarixdə AXC hökumətinin 
yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının tərkibinə daxil edilmişdir. FTK-nın ən 
işgüzar və fəal üzvlərindən biri olmuş, Şamaxı və Quba qəzalarının talan edilməsi 
haqqında cinayət işlərini araşdıran istintaq qruplarına rəhbərlik etmiş, FTK-nın digər 
istintaq  qruplarının  fəaliyyətində  iştirak  etmişdir.  Azərbaycanın  erməni  millətçiləri 
tərəfindən talana məruz qalmış müxtəlif regionlarında FTK-nın apardığı istintaqların 
nəticələri  üzrə  çıxarılmış  qərarların  çoxu  onun  tərəfindən  hazırlanmışdır.  1919-cu 
ilin aprel ayının 1-də Bakı Dairə Məhkəməsinin üzv təyin olunmuşdur. 1920-ci ilin 
may  ayından  etibarən  Azərbaycan  SSR  Ədliyyə  Xalq  Komissarlarının  məhkəmə 
orqanlarında işləmiş, Y rayonunun Xalq Hakiminin (Ələkbər Xasməmmədovun) ka-
tibi olmuşdur. Sonrakı taleyi məlum deyil.
6
Səfikürdski Nəsrəddin bəy Ağalar bəy oğlu – (1884- ?), hüquqşünas, kollej 
katibi, Petroqrad universitetinin hüquq fakültəsini bitirmişdir, xidmətə 6 fevral 1912-


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə