Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
238
Sənəd № 249
Qərar
(İxtisarla)
15 dekabr 1918-ci il. Alpan cəmiyyətinin Digah kəndi.
Biz, Quba qəzası 5-ci Fəthibəy nahiyəsi Digah kəndinin sakinləri,
cəmiyyətin yığıncağına toplaşaraq, erməni bandalarının kəndimizə
hücumu nəticəsində bizim hansımıza, nədən ibarət və hansı miqdar-
da ziyanın vurulması, hansı evlərin və binaların yandırılması haqqında
məsələni müzakirə etdik:
Məscidə ziyan vurulmuşdur; öldürülüb – 16 kişi və 3 qadın;
1. İbrahim Xəlil Ağası oğlu – ev, təsərrüfat tikililəri iri və kiçik ev
əşyaları ilə, 70 pud buğda və arpa – ümumi məbləğ 300.000 rubl;
2. Molla Əziz Əsəd oğlu – ev, təsərrüfat tikililəri iri və kiçik ev
əşyaları ilə – 15.000 rubl;
.....
26. İctimai məscid, damı dəmirlə örtülmüş, 3 mərtəbəli,
içərisində çoxlu sayda qiymətli əşyalar, o cümlədən qızıl
suyuna salınmış Quranlar və s. – 500.000 rubl;
.....
85. Nəzir Bədəl oğlu – öldürülüb;
86. Ziyad Ümidxan – öldürülüb;
87. Məhəmməd Əli Əmir Əhməd oğlu – öldürülüb;
88. Cabbar Qurban oğlu – öldürülüb;
89. Məhəmməd Əmirxan oğlu – öldürülüb;
90. İdris Kabaş oğlu – öldürülüb;
91. Mirzə bəy Cabbar oğlu – öldürülüb;
92. Vəlibəy Kazım oğlu – öldürülüb;
93. Çələbi Qubad oğlu – öldürülüb;
94. Şəmsəddin Nəcməddin oğlu – öldürülüb;
95. Хanbaba Qurban oğlu – öldürülüb;
96. Əli Osman Əbdül Cəmil oğlu – öldürülüb;
97. Mirzə Ağa Kişi oğlu – öldürülüb;
98. Əziz Ağa Kişi oğlu – öldürülüb;
99. Əmir Əhməd Minhal oğlu – öldürülüb;
100. Əbil Qəni oğlu – öldürülüb;
101. Ərzi Kəbir qızı – öldürülüb;
102. Gülxanım Qurban qızı – öldürülüb;
239
103. Ağa Xanım Nur Məhəmməd qızı – öldürülüb;
Cəmi: 2.213.055 rubl.
Düzdür: Alpan cəmiyyətinin starşinası.
Qubadan məsafə – 7 verst.
AR DA, f. 1061, s. 1, iş 98, v. 122 – 125
Rustov polis nahiyəsi
Sənəd № 258
Qərar
14 dekabr 1918-ci il.
Quba qəzası Rustov nahiyəsi Rustov kəndi
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə: Biz, Quba qəzası Rustov nahiyəsinin eyniadlı kəndinin
sakinləri, cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik.
Qeyd: Ermənilər tərəfindən 5 kişi, 1 qadın öldürülmüşdür:
1. Mustafa Hacı İsa oğlu – 40 yaş;
2. Mehdi Muslim oğlu – 25 yaş;
3. Kəmaləddin Turab oğlu – 25 yaş;
4. Camal Daşdəmir oğlu – 25 yaş;
5. Şeyx Murad Hacı oğlu – 17 yaş;
6. Bülbül Məhəmməd qızı – 50 yaş;
100 nəfər sakinin imzası.
Quba qəzası Rustov cəmiyyəti starşinasının imzası və möhürü.
AR DA, f. 1061, s. 1, iş 98, v. 149
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
240
Sənəd № 263
Qərar
14 dekabr 1918 –ci il.
Quba qəzası Rustov nahiyəsi Nudin (Növdün) kəndi
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə: Biz, Quba qəzası Rustov nahiyəsi Növdün kəndinin
sakinləri, cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik.
Qeyd: Ermənilər tərəfindən 7 nəfər öldürülmüşdür:
1. Almas Hacı Baba oğlu – 40 yaş;
2. Aslan Qurban oğlu – 30 yaş;
3. İslam Yusif oğlu – 35 yaş;
4. Murad Hacı Cavad oğlu – 24 yaş;
5. Kərəm Qafiyə oğlu – 50 yaş;
6. Ramazan Nəcəf oğlu – 30 yaş;
7. Hacı Seyfəddin Molla Şəhabəddin oğlu – 40 yaş.
60 nəfər sakinin imzası.
Nudin kənd starşinası İsa Əzim Hacı oğlunun imzası və
möhürü.
AR DA, f. 1061, s. 1, iş 98, v. 154.
Sənəd № 264
Qərar
14 dekabr 1918-ci il.
Quba qəzasının Rustov nahiyəsi Zərqava kəndi
(Sənəd Azərbaycan dilində ərəb hərfləri ilə tərtib olunub)
Tərcümə: Biz, Quba qəzası, Rustov nahiyəsi Zərqava kəndinin
sakinləri cəmiyyətin yığıncağına toplaşaraq, erməni quldur dəstələrinin
bizim kəndimizə hücumu zamanı öldürülənlərin siyahısını tərtib etdik.
Qeyd: Ermənilər tərəfindən 10 kişi öldürülmüş, 1 kişi yaralanmışdır:
1. Hacı Pirverdi Şeyxverdi oğlu – 70 yaş;
2. Talıb Hacı Pirverdi oğlu – 18 yaş;
3. Novruz-Əli Vəli oğlu – 50 yaş;
4. Nəsir Novruz-Əli oğlu – 17 yaş;
5. Əsgərəli Oruc-Əli oğlu – 25 yaş;
241
6. Mehrəli Mürsəl oğlu – 36 yaş;
7. Ələkbər Zərbəli oğlu – 20 yaş;
8. Şaban Mürsəli oğlu – 30 yaş;
9. Əli Paşa Məhərrəm oğlu – 40 yaş;
10. Sərdar Şamil oğlu – 32 yaş;
11. Bala Əli Ağa Rəhim oğlu – 24 yaş – yaralanıb və müalicə
olunub.
40 nəfər sakinin imzası.
Quba qəzası Zərqava cəmiyyəti starşinasının imzası və
möhürü.
AR DA, f. 1061, siy. 1, iş 98, v. 155
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədlər
Quba qəzası kənd cəmiyyətlərinə vurulmuş zərərlər haqqında sənədlər
Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
242
Qeydlər
1
Fövqəladə Təhqiqat Komissiyası (FTK) – I dünya müharibəsinin
başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı
törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il
15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır.
Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-
nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-
nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə
orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaq-
la, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan
azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr
ərzində – 15 iyul 1918–1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500
vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı
şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks
etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa
qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş
amansız cinayətlər təhqiq edilirdi. Azərbaycan Hökumətinin 21 mart 1919-cu il
Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq
hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq
128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə
müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca
onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti
tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu
il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b.Xasməmmədov və
FTK üzvü Ç.V.Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini
respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK
materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə
görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir
hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları
axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan
Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan
Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında
qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və “Fövqəladə Təhqiqat
Komissiyasının icraatında yaranmış” bütün cinayət işlərinə xitam verilmişdir. FTK
tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq
Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.
2
Hacınski Məmməd Həsən Cəfərqulu oğlu – (1875
-
1931), Azərbaycan Xalq
Cümhuriyyəti dövründə görkəmli siyasi və dövlət xadimi. Bakı realnı məktəbini,
Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Moskvada Şəmsi Əsədullayevin
neftayırma zavodunda mühəndis işləmişdir. 1908-ci ildə Bakı şəhər idarəsinin tikin-
ti şöbəsinə, 1913-cü ildə Bakı şəhər idarəsinə (qısa müddətdə) başçılıq etmişdir.
1902 – 1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuşdur. 1904-cü ildə “Hümmət”
sosial-demokrat müsəlman təşkilatının, 1906-cı ildə “Nəşri-maarif” müsəlman
Dostları ilə paylaş: |