Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə21/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   17   18   19   20   21   22   23   24   ...   278

33 

 

 



 

Soveti  istefa  verməyə  məcbur  oldu.  1918-ci  il  avqustun  1-də  Bakıda  eser,  menĢevik  və  daĢnaklardan  ibarət  "Sentrokaspi"  dik-taturası  adlanan  mürtəce  bir  qurum  yaradıldı. 

Ġngilislərin  Bakıya  çağırılması  da  "Sentrokaspi"  diktaturasını  xilas  edə  bilmədi.  Qafqaz  Ġslam  Ordusu  sentyabrın  15-də  Bakı  üzərinə  həlledici  hücuma  baĢladı.  ġəhər  böyük 

müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı Ģəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə 

baĢ verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaĢdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz Ġslam Ordusu iki min əsgər və zabit 

Ģəhid verdi. 

Azərbaycanda siyasi hadisələrin inkiĢafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gediĢindən və nəticələrindən asılı idi. Ġki hərbi 

qruplaĢma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr baĢqa cür cərəyan edirdi. 

Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mondros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən 

Bakının  tutulmasına  mane  olmamalı,  Zaqafqaziya  dəmiryolu  üzərindəki  nəzarət  hüququnu  Antantaya  güzəĢtə  getməli  idi.  Ġranın  Ənzəli  limanında  yerləĢən  ingilis  hərbi  hissələri 

müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danıĢıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona  Azərbaycan 

ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general bu təklifi rədd etdi və bildirdi ki, "Azərbaycan Respublikası türklərin intriqası 

nəticəsində  yaranmıĢdır  və  xalq  arasında  heç  bir  dayağa  malik  deyildir.  Bir  halda  ki,    siz  bunun  əksini  iddia  edirsiniz,  о  halda  hər  Ģeyi  yerində  yoxlayıb,  buna  münasib  də  qərar 

verərik.  Müttəfiqlər  dağıtmaq  üçün  yox,  qurmaq  üçün  gəliblər".  V  Tomson  bəyanat  verərək  elan  etdi  ki,  noyabrın  17-si  səhər  saat  10-a  qədər  Bakı  Ģəhəri  Azərbaycan  və  türk 

ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında 

olacaqdır.  Azərbaycan  rəsmi  Ģəkildə  tanınmır,  lakin  Ġngiltərə,  Fransa  və  ABġ  nümayəndələri  onun  hökuməti  ilə  de-fakto  əlaqə  yaradacaqlar,  bütün  idarə  və  təĢkilatlar  bəzi 

dəyiĢikliklərlə    fəaliyyət  göstərəcəklər.General  Tomson  Bakının  general-qubernatoru  olacaq,  ingilislər  Ģəhər  polisinə  rəhbərlik  edəcək,  Ģəhər  duması  yenidən  azad  fəaliyyətə 

baĢlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iĢtirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya 

daxil olacaq və nəhayət, silahlı erməni dəstələri Ģəhərə buraxılmayacaqlar. 

Azərbaycan  nümayəndə  heyətinin  Ənzəli  danıĢıqları  əhəmiyyətsiz  olmadı.  Ən  əsası  ona  görə  ki,  Azərbaycanın  Paris  sülh  konfransında  iĢtirak  edəcəyi,  Bakıya  erməni 

hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü. 

Noyabrın  17-də  Tomsonun  hərbi  dəstələrinin  Bakıya  gəliĢini  Ģəhər  əhalisi  eyni  cür  qarĢılamadı.  Rus  və  erməni  milli  Ģuralarının  tərəfdarları  sevinc  içərisində  idilər. 

Biçeraxov təyyarələrdən "Rusiya vətəndaĢlarına" adlı intibahnamələr səpir, xristian əhalisini Bakının "Ana vətənə qovuĢması" münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki 

gün sonra  yaydığı bəyannamə  eyni ruhda  idi.  General  Biçeraxov  daha  irəli  gedərək qurama  "Qafqaz-Xəzər" hökuməti  yaratdı,  Bakıda  çevriliĢ təĢkil etmək üçün geniĢ fəaliyyətə 

baĢladı. Bakıdakı erməni və rus milli Ģuraları A.Biçeraxovun gəliĢi ilə bağlı belə bir Ģayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan 

hakimiyyəti  devrilməli  və  o,  Biçeraxovun  baĢçılıq  etdıyi  Xəzəryanı  hökumətlə  əvəz  edilməlidir.  Milli  ġura  hazırkı  fövqəladə  Ģəraitdə  Müəssislər  Məclisinin  çağırılmasının  qeyri-

mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində iĢləyən müvafiq Komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında 

qanun layihəsi Milli ġura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi. 

Noyabrın 16-da Milli ġura beĢ aylıq fasilədən sonra yenidən fəaliyyətə baĢladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu iĢini davam etdirir

parlamentin açılıĢına hazırlaĢırdı. Parlament açılanadək onun funksiyasını Milli ġura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiĢ Milli ġuranın 44 üzvü təĢkil edirdi. Daha 36 

deputat isə keçmiĢ milli komitələrin xətti ilə Ģəhər və qəzalardan idi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer 

ermənilərə,  10  yer  ruslara  verilməli  idi.  Yəhudi,  alman,  gürcü  və  polyak  icmasının  hərəsi  üçün  1  yer,  Həmkarlar  ittifaqı  Ģurası  və  Neft  sənayeçiləri  ittifaqı  üçün  3  yer  nəzərdə 

tutulmuĢdu. Respublika ərazisində yaĢayan bütün xalqların və hər iki cinsdən olan vətəndaĢların seçki hüququ təsbit edildi. Azərbaycan bütün müsəlman ġərqində qadınlara seçki 

hüququ verən ilk dövlət oldu. 

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danıĢıqlar 

aparan Ə.M.TopçubaĢov parlamentin  sədri, H.Ağayev sədrin birinci  müavini  R.Vəkilov  isə katib seçildilər. Parlamentin qarĢısında duran  mühüm vəzifələrdən biri,  yeni hökuməti 

təĢkil etmək idi. Hökumətin təĢkili yenidən R X. Xoyskiyə tapĢırıldı. D

E

kabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisiyalı hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə 



onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər. 

Yeni  hökumətin  təĢkilindən  iki  gün  sonra  dekabrın  28-də  müttəfiqlərin  Bakıdakı  nümayəndəsi  general  V.Tomson  elan  etdi  ki,  F.X.Xoyskinin  baĢçılığı  ilə  yaradılmıĢ 

Azərbaycan  hökumətini  yeganə  qanuni  hakimiyyət  orqanı  hesab  edir.  General  V.Tomsonun  rus  Milli  ġurasına  Azərbaycan  hökumətini  tanımaq  təklifi  bu  qurum  tərəfindən  qəbul 

edilmədi. 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə