Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə68/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

261 

 

Vaxt  qiymətlidir.  Tezliklə  rus  qoşunları  İranı  tərk  edəcək,  bundan  sonra  sizin 



köçməyiniz  çətinləşəcək  və  biz  sizin  təhlükəsiz  köçməyinizə  cavabdeh 

olmayacağıq.  Azca  itkiyə  məruz  qalsanız  da,  qısa  zamanda  hər  şeyə  nail 

olacaqsınız,  özü  də  həmişəlik"  [46,  107-111;  bax:  bölmənin  sonu,  sənəd  4]. 

Lazaryevin müraciətinin ermənicə  mətni İranda  yaşayan bütün ermənilər arasında 

yayıldı. 

1828-ci  ilin  aprel-may  aylarında  Lazaryev  Urmiya,  Xoy,  yenidən  Səlmas 

xanlıqlarında  və  İranın  Kürdüstan  ərazisində  yaşayan  ermənilərin  də  Şimali 

Azərbaycan  torpaqlarına  köçürülməsini  təmin  etdi  [bax:  46,  59-60,  61-62]. 

Lazaryev İrandan təkcə erməniləri deyil, kürdləri də Şimali Azərbaycan torpaqlarına 

köçürməyə çalışırdı. O. 1828-ci il mayın 27-də göndərdiyi raportda təxminən 500 

ailədən ibarət müsəlman kürdlərin də İran Kürdüstanından İrəvan əyalətinə köçmək 

niyyətində olduğunu bildirmişdi. Lakin erməni zabitinin bu planı baş tutmadı. Çünki 

hələ  fevralın  29-da  Lazaryevə  xüsusi  məktubla  tapşırılmışdı  ki,  müsəlmanların 

köçürülməsinə imkan verməsin [32, sənəd 598, s.629; 109,29]. 

Ermənilərin Şimali Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsini 

müxtəlif arxiv sənədləri də təsdiq edir. Məsələn, Gürcüstandakı baş qərargah rəisinə 

təqdim edilən 1828-cı il 26 may tarixli raportda bildirilirdi: "Rusiyaya məxsus olan 

vilayətlərə  xristianların  köçürülməsi  müvəffəqiyyətlə  aparılır.  Artıq  Qarabağda  279, 

İrəvan vilayətində  948 ailə  məskunlaşdırılmışdır; polkovnik Lazaryevin vədinə  görə, 

köçənlərin sayı 5 min ailəyə çatdırılmalıdır" [79, iş 978,v. 19]. 

İ.Şopenin  məlumatına  görə,  İrandan  köçürülən  ermənilərdən  təkcə  366 

ailə (1715 nəfər) İrəvan şəhərinin özündə, 265 ailə (1110 nəfər) Naxçıvan şəhərində 

və  36  ailə  (182  nəfər) isə  Ordubad  şəhərində  yerləşdirildi  [95,636-638].  Köçürülən 

ermənilər  İrəvan  əyalətinin  119  kəndində,  Naxçıvan  əyalətinin  61  kəndində, 

Ordubad dairəsinin 11 kəndində məskunlaşdırıldı. Ümumiyyətlə, İrəvan əyalətində 

4559 13568 nəfər), Naxçıvan əyalətində 2137 (10652 nəfər), Ordubad dairəsində 250 

(1340 nəfər) erməni ailəsi yerləşdirildi. Nəticədə qondarma "Erməni vilayəti"nə 35560 

nəfərdən ibarət 6949 erməni ailəsi köçürüldü [95, 635-642; 109, 31-32]. 

Lazaryevin özünün hesabatından isə  məlum olur ki,  üç  ay yarım  ərzində 

İran  ərazisindən  8249  xristian  -  erməni  ailəsi  İrəvan,  Naxçıvan  və  Qarabağ 

əyalətinə  köçürülmüşdü, bu da,  ən azı,  40 min nəfər demək idi; köçürmə  işlərinə 

xəzinədən 14000 manat qızıl, 400 manat gümüş pul xərclənmişdi; köçmək istəyən 

1500  erməni  ailəsi  İranda  qaldı.  Çünki  Lazaryev  köçürmə  üçün  ayrılan  vaxt  başa 

çatdığından  onları  köçürməyə  imkan  tapmamışdı  [bax:  46,  131;  109,  31].  Lakin 

nəzərə  almaq  lazımdır  ki,  Lazaryevin  hesabatında  İrandan  Şimali  Azərbaycan 

torpaqlarına  köçürülən  erməni  ailələrinin  miqdarı  tam  dolğunluğu  ilə  əks 

olunmamışdır.  Məsələn,  rus  tədqiqatçısı  N.A.Smirnov  İrandan  90  min  erməninin 

köçürülərək Azərbaycan torpaqlarında məskunlaşdırıldığını yazır [bax: 183, 180]. 



Köçürülənlərin  yerləşdirilməsi.  Lazeryevin  tapşırığını  yerinə  yetirən 

Qamazov  öz  hesabatında  bildirirdi  ki,  İrəvan  əyalətinə  köçürülən  ermənilərin 




262 

 

əksəriyyəti  buranın  ən  yaxşı  mahallarında  -  Şərur,  Dəvəli,  Gərniçay,  Zəngi, 



Abaran, Qırxbulaq, Dərəçiçək və Araz çayının İran tərəfində yerləşən hissəsindəki 

Saat  Çuxurunda  (Çuxursəd  -  red.),  yəni Sürməli  mahalında  yerləşdirildi.  300-dən 

artıq  sənətkar  erməni  ailəsi  İrəvanda  yerli  şəhərlilərin  azərbaycanlıların  evlərində 

yerləşdirildi  [153,  135-136;  122,  94].  Solmas  və  Xoy  xanlıqlarından  köçürülən 

200-dək erməni ailəsi isə T.Arqutinskinin göstərişi ilə Sürməli mahalına göndərildi 

[153,  141;  122,  94].  Beləliklə,  İrandan  köçürülən  ermənilər  İrəvan,  Naxçıvan  və 

Ordubad  şəhərlərində  (Naxçıvanda  -  Dərələyəz,  Şərur,  Naxçıvan  və  Azadciran 

şəhərində;  İrəvanın  mərkəzi  mahallarında  -  Gərnibasar,  Zəngibasar,  Dərəçiçək, 

Qərbibasar,  Abaran  və  b.  yerlərdə)  məskunlaşdırıldılar  [45,  93;  bax:182,  118]. 

Köçürülənlərin  dövlət  torpaqlarında  yerləşdirilməsi  haqqında  Paskeviçin  verdiyi 

təlimata  baxmayaraq,  ermənilərin  əksəriyyəti  Azərbaycan  mülkədarlarına  məxsus 

torpaqlarda  yerləşdirildi  Özü  də  ermənilərə  bu  zaman  yaylaqlarda  olan 

azərbaycanlıların  evləri  paylandı.  Yaylaqlardan  qayıdan  azərbaycanlılar  isə  ev-

eşiksiz qaldı. Bunu rus müəllifi İ.K.Yenikolopov təsdiq edərək öz əsərində yazırdı: 

"Türkmənçay  müqaviləsi  imzalanandan  sonra  ayrı-ayrı  qrupların  köçürülməsi 

eybəcər formada həyata keçirilməyə başlandı: xüsusi torpaq fondu ayrılmadığından 

yerli  əhalinin  (yəni  ermənilərin  -  red.)  əksəriyyəti  yaylaqda  olan  kəndlilərin 

(Azərbaycan türklərinin - red.) evlərində yerləşdirildi" [153,135]. 

Bundan başqa, müəllifi A.Qriboyedov olduğu ehtimal edilən "Ermənilərin 

İrandan  bizim  vilayətlərə  köçürülməsi  haqqında  qeydlərdə  göstərilir  ki, 

"ermənilərin  mülkədar torpaqlarında  yerləşdirilməsi, onların  müsəlmanların  yerini 

dar  etməsi  bir  yana,  hələ  üstəlik  onlara  güzəştlər  də  verildi.  Halbuki  ziyan  çəkən 

tərəf  müsəlmanlar  idi.  Əslində,  erməniləri  deyil,  buranın  müsəlmanlarını  köçkün 

hesab  etmək  lazımdır.  Ermənilər  köçürülən  zaman  müsəlman  ailələrin  əksəriyyəti 

yaylaqda  idi  və  gəlmə  ermənilərin  onların  evlərində  yerləşdirilməsindən  xəbərləri 

yox  idi"   [32,  sənəd  618,  s.642-644;  65,  81-85;  153,  140;  bax:  bölmənin  sonu, 

sənəd 5]. 

İlk  mənbələrin  məlumatından  görünür  ki,  İrandan  köçürülən  ermənilərin 

əksəriyyəti,  bu  barədə  verilmiş  təlimatların  əksinə  olaraq,  nıüsəlman  kəndlərində 

yerləşdirilmişdi.  Bundan  əvvəl  köçürülmüş  ermənilərin  müsəlmanlarla  qarışıq 

yaşadıqları  kəndlərdə  isə, demək olar ki,  yeni  köçkünlər  yerləşdirilmədi.  Təbiidir 

ki,  torpaqlarının  və  evlərinin  əllərindən  alınması  azərbaycanlı  əhalinin  kəskin 

narazılığına  səbəb  olurdu.  Naxçıvan  kəndlərində  bu  cür  narazılıqlar  daha  tez-tez 

baş verirdi. Odur ki, Qriboyedov vəziyyətdən çıxış yolu kimi Naxçıvan əyalətində 

müsəlmanlar yaşayan kəndlərdə məskunlaşdırılmış 500 erməni ailəsini Dərələyəzə 

köçürməyi təklif etdi. Onun bu təklifi həyata keçirildi [32, sənəd 623, s.647-648; 109, 

30-31]. Təqribi hesablamalara görə, ermənilərin köçürülməsi İrana, əsasən Cənubi 

                                                           

  Rus  mənbələrindən  [32.  Sənəd    618,  s.642-644;  65,  81-85]  fərqli  olaraq,  İ.Yenikolopovun  əsərində 

Rusiya  hökumətinin  bu  qanlı  siyasətini  açıqlayan  həmin  yazıların  İ.Qriboyedova  deyil,  hərbçi 

D.Zubarevə məxsus olduğu göstərilir [bax: 153, 140].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə