259
prinsipinin əsas tutulması barədə tələbləri tamamə pozuldu. Belə ki, Lazaryev və
onun yerlərə göndərdiyi erməni nümayəndələr Türkmənçay müqaviləsini və onlara
verilən təlimatı pozaraq erməniləri Şimali Azərbaycana könüllü deyil, zorla
köçürməyə başladılar.
Rusiyanın bufer erməni dövləti yaratmaq siyasətini başa düşən Abbas
Mirzə Rusiya ilə İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi surətdə
yerləşdirilməsindən narahat idi [65, 60]. Buna görə də o, ermənilərin İrandan
kütləvi surətdə köçürülməsinə mane olmağı çalışırdı. Bu prosesin qarşısını almaq
üçün onun nümayəndələri yerlərdə olur, ermənilərə köçmədikləri halda 6 il
müddətinə vergilərdən azad ediləcəklərini vəd edirdilər [32, sənəd 586, s.619-620].
Bununla bağlı Abbas Mirzə iki dəfə polkovnik Lazaryevə müraciət etmişdi ki,
ermənilərin zorla köçürülməsi hallarına son qoysun və Türkmənçay müqaviləsinin
şərtlərinə əməl etsin [bax: 46, 66-67, 76-78]. Abbas Mirzənin Lazaryevə göndərdiyi
ikinci məktubunda erməni polkovnikin ikiüzlü siyasəti açıq-aydın ifşa olunurdu:
"İndi cənabınız Səlmasda qalır və qoşunlar da oradadır. Köçməyən kəndlərdən
kazaklar və yasavullar vasitəsilə pul tələb edirsiniz, köçənlərə isə, eyni zamanda, pul
verirsiniz" [46, 77-78].
Ermənilərin Şimali Azərbaycan torpaqlarına zorla köçürülməsi onların öz
içərisində də ciddi etirazlara səbəb olurdu. Bununla bağlı Lazaryev öz hcsabatında
general Paskeviçə yazırdı ki, İranda yaşayan saysız-hesabsız nestorianları [aysor -
red.] razı salmaq üçün durmadan səy göstərməyimə və daha çox maddi yardım
təklif etməyimə baxmayaraq, böyük zəhmət bahasına yalnız yüzə yaxın ailə köçürə
bilmişəm [46, 115]. Bundan əlavə, Səlmas monastırının yepiskopu İsrael ermənilərin
zorla köçürülməsinə maneçilik törətdiyi üçün erməni arxiyepiskopu Nerses 1828-ci
il martın 17-də general Paskeviçə yazdığı məktubunda generaldan xahiş etdirdi ki,
İsraeli bu işdən çəkindirmək üçün Xoydakı yerli komendanta göstəriş versin və
onu rütbəsindən məhrum edərək cəzalandırmaq üçün Üçkilsəyə göndər-sin [32,
sənəd 568, s.607-608; 65, 72-73; 109, 28]. Həmin il marlm 19-da gcneral Paskeviçin
Nersesə cavab məktubunda bu xahişin yerinə yetiriləcəyi vəd olunurdu [32, sənəd
568, s.607-608].
Köçürmənin həyata keçirilməsi. Şimali Azərbaycana köçürülən kasıb
erməni ailələrinə kömək üçün xəzinədən 25 min rubl gümüş pul ayrılmışdı.
Lazaryevin və ona təhkim edilən erməni zabitlərin vəzifəsi köçürülənlərin sərhədə
çatdırılması ilə bitirdi. Bundan sonra işlərə rəhbərlik İrəvan "Müvəqqəti idarə"si
yanında xüsusi olaraq köçürülən ermənilərin yerləşdirilməsi üçün yaradılan
komitəyə həvalə edilirdi. Komitə köçürülən erməni dəstələrini sərhəddə qarşılamaq
üçün heyət göndərməli və həmin heyət onları yeni yaşayış məntəqəsinədək müşayiət
etməli idi. Qarabağ üzrə bu vəzifə gömrük hərbi dairəsinin rəisi knyaz Abxazova
həvalə edildi [46,105-106].
Ermənilərin
İran
ərazisindən
Şimali
Azərbaycan
torpaqlarına
köçürülməsinin həyata keçirilməsi haqqında məlumatı Lazaryevin 1829-cu il
260
dekabrın 24-də qraf Paskeviçə yazdığı "Yekun hesabat"ında izləmək mümkündür.
Hesabata görə, köçürmə prosesi 1828-ci il fevralın 26-da başlamış və iyunun 11-də
başa çatdırılmışdı. Bu qanlı siyasətin tezliklə həyata keçirilməsinə çox canfəşanlıq
göstərən erməni general Qazaros Lazaryan şəxsən özü rəhbərlik etmişdi. Digər
erməni zabitləri - 41-ci yeger polkunun podpolkovniki knyaz Melikov Üzümçü və
onun ətrafındakı kəndlərin, gürcü qrenadyor polkunun podpolkovniki knyaz
Arqutinski-Dolqoruki Təbriz, onun ətrafındakı kəndlərin və Səlmas əyalətinin,
kollec asessoru Qamazov Marağa və Urmiya xanlıqları kəndlərinin, knyaz Şalikov
isə Xoy xanlığında yaşayan ermənilərin köçürülməsində
*
ona yaxından kömək
etmişlər [bax: 46, 48, 55, 63, 69, 115-116].
Müqaviləyə əsasən, rus qoşunlarının geriçəkilmə prosesinə martın 8-dən
etibarən Marağadan başlanıldığı üçün ilk növbədə orada yaşayan erməniləri
köçürmək nəzərdə tutulurdu. 1828-ci il fevralın axırlarında Marağaya gələn
Lazaryev qar yağdığı üçün köçürməni dayandırıb erməni dəstələrini Marağa kollec
asessoru Qamazova və ştabs - kapitan Voynikova tapşırıb... martın 7-də
Marağadan çıxdı. Artıq martın 9-da general Paskeviç və "Müvəqqəti Azərbaycan
İdarə Heyəti"nin üzvləri Təbrizi tərk etdi. Abbas Mirzə yenidən Təbrizdə öz
hakimiyyətini bərpa etdi. Buna görə də Lazaryev Təbrizdən cəld keçərək Sufiyana
- (Təbrizin şimalında qəsəbə - red.) rus sərkərdəsinin yanına gəldi və köçürmə
üçün yeni pul vəsaiti ayrılmasına icazə aldı [46, 55-56]. Həmin il martın 9-da
Lazaryev Paskeviçə yazdığı raportunda göstərirdi ki, artıq 4500 erməni ailəsi
köçürülərək Araz çayının İran tərəfindəki sahilinə gətirilmişdir [32, sənəd 592,
s.624-625].
Türkmənçaya yaxın olan müxtəlif kəndlərin ermənilərini keçmiş Qarabağ
xanlığının ərazisinə yola salan Lazaryev ermənilərin köçürülməsi prosesini davam
etdirmək üçün podpolkovnik Arqutinski-Dolqorukini Təbrizdə qoyaraq özü
yenidən Marağaya yola düşdü [46,48]. Səlmas və Qəzvin xanlıqları ərazisindən
gələn ailələr də Marağadan köçürülən dəstələrə qoşuldular [bax: 46,57-58].
Köçürmə işlərinin ləngidiyini görən Lazaryev 1828-ci il martın 30-da ermənilərə
müraciət etdi. Müraciətdə deyilirdi: "...orada (yəni Şimali Azərbaycanda - red.) siz
xristianların məskunlasdırıldığı Yeni Vətən əldə edəcəksiniz ... İranın müxtəlif
əyalətlərinə səpələnmiş xristianların bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin!
* Tədqiq olunan dövr üzrə mütəxəssis olmayan AMEA-nın müxbir üzvü, t.e.d. F.Məmmədova yazır ki,
İrandan Azərbaycan torpaqlarına köçürülən ermənilər guya XVII əsrin əvvəllərində Qarabağda İrana
sürgün edilmiş xristian albanlar idi [Maмедoва Ф. Дж. Kaвказcкая Албания и албаны. Баку, 2005,
s.601-602 və s.]. Bu fikrin heç bir elmi əsası yoxdur. Çünki həmin dövrün görkəmli mütəxəssisi,
tanınmış şərqşünas İ.P.Petruşevskinin araşdırmalarına görə, Şah I Abbasa qarşı üsyan edən Qarabağ
xristianları - albanlar Mazandarana sürgün olunmuşdular. Çar Rusiyası ısə Mazandarandan Şimali
Azərbaycan torpaqlarına ümumiyyətlə xristian əhali köçürməmişdir. Digər tərəfdən, bu qeyri-elmi
iddianın kiçicik belə elmi əsası olsaydı, bunu qanlı köçürmə siyasətini həyata keçirən Rusiya işğalçıları
hamıdan əvvəl və hamıdan daha yaxşı əsaslandırardılar.