96
[95, 444.514,579-584].
Qərbibasar (Körpübasar) mahalı. Bu mahal şimaldan Seyidli-Axsaxlı
mahalı, qərbdən Sərdarabad, cənubdan Zəngibasar, şərqdən onu Qırxbulaq
mahalından ayıran Zəngi çayı ilə, şimal-şərqdən isə qismən Dərəçiçək mahalı ilə
həmsərhəd idi. Gərni çayı ilə suvarılan bütün torpaqlar bu mahala daxil idi.
Qərbibasar mahalında 49 kənd qeydə alınmışdır. Bu kəndlərdən 9-u dağıdılmışdı.
[95,445,514,583-588]. Abaransu, Qərbi çayı və Araz çaylarının qolu mərkəzi
Əstərək olan Qərbibasar mahalını su ilə təmin edirdi. C.Bornoutyana görə, xanlığın
mərkəzi İrəvan şəhəri və erməni katolikosluğunun dini mərkəzi Üçkilsə bu
mahalda yerləşirdi. [200,37]. Lakin mənbələrin təsvirlərində İrəvan şəhəri heç bir
mahala tabe olmayan müstəqil inzibati ərazi kimi təqdim olunur [bax: bölmənin
sonu, xəritə 1, 3].
Abaran
*
mahalı. İrəvan xanlığının şimal qurtaracağında yerləşən Abaran
mahalına böyük Alagöz dağlarından şimala və şimal-şərqə
doğru uzanan torpaqlar,
Alagöz və Pəmbək dağları arasındakı ərazilər daxil idi. Mahal yüksəklikdə
yerləşən torpaqları əhatə edərək Abaransu çayının sahilində yerləşirdi. Abaran
mahalı şimaldan Pəmbək, şimal-qərbdən Şörəyel, cənubdan Seyidli-Axsaxlı,
şərqdan isə Dərəçiçək mahalları ilə həmsərhəd idi. İ.Şopen Abaran mahalına
məxsus 61 kənd qeydə almışdır və bu kəndlərdən 22-nin artıq dağıldığını qeyd edir
[95, 445, 514-515, 587-591]. Mahalın ərazisinin, demək olar ki, daimi sakinləri az
idi. Bura Gürcüstanla sərhəddə yerləşdiyindən zaman-zaman işğalçılara qarşı hərbi
əməliyyatlar meydanına çevrilirdi. Mahalın 39 kəndində Böyük Çobanqara tayfası
yaşayırdı. Mərkəzi Baş Abaran idi [200, 37].
Dərəçiçək mahalı. Dərəçiçək mahalı gözəl iqliminə görə digər
mahallardan seçilirdi. Mahal Göyçə gölündən başlayaraq Zəngi çayı və Misgənsu
**
mənsəbindən Alapars kəndinə qədər uzanan dərədən ibarət idi. Dərəçiçək mahalı
şimaldan Pəmbək, qərbdən Abaran, cənubdan Qırxbulaq, şərqdən Göyçə gölünün
qərbində yerləşən torpaqlarla həmsərhəd idi. İ.Şopen burada qeydə aldığı 53
kənddən 16-nın dağıdılmış olduğunu yazır [95,445,515-116,591-596]. Mülayim
iqlimə malik olan bu mahal İrəvan xanlığı əyanlarınm yayda dincəldiyi yer idi. 37
kəndi əhatə edən Dərəçiçək mahalının mərkəzi Dərəçiçək və Bijni idi. Mahalın
suya olan tələbatını Misgənsu və Zəngi çayları ödəyirdi [200,37].
Göyçə
*
mahalı. İrəvan xanlığının şimal-şərq hissəsində yerləşən ən böyük
*
Abaran, Aparan və ya Avaran — hər üç toponim Azərbaycan türkcəsindədir. Abaran forması daha
qədimdir və ümumtürk dillərinə məxsusdur. Şimali Qafqazın Kuban əyalətində Abaran adlı çayın
olması malumdur [bax: 171, 1]. Abaran qədim türk mənşəi tayfanın adıdır. İrəvan
xanlığında Baş
Abaran kəndi və Abaransu adlı çay da vardı. Avaran isə erkan orta əsr hu" mənşəli avarların adı ilə
bağlıdır [bax: 110, 96-97].
**
Misgənsu çayınnı adı XIX əsrə aid rusdilli mənbədə Misxana çayı kimi təqdim olunur [bax: 95, 445].
*
Göyçə, Göyçə gölü 1918-ci ildə Qərbibasarda — keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti
yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib ―Sevan"
adlandırılmışdır.
97
mahalı Göyçə idi. Bu mahal Göycə gölü hövzəsindəki Azərbaycan torpaqlarının
əksər hissəsini (qərb torpaqları Dərəçiçək mahalının ərazisinə düşürdü - red.) əhatə
edirdi. Mahal şimaldan Şəməddil sultanlığı, Gəncə xanlığı, şimal-qərbdən
Dərəçiçək mahalı, qərbdən Qırxbulaq və Gərnibasar mahalları, cənub-qərbdən
Vedibasar mahalı, cənubdan Naxçıvan xanlığı, şərqdən isə Qarabağ xanlığı ilə
həmsərhəd idi. Ərazisinin böyük olmasına baxmayaraq, müharibə meydanı olduğu
üçün əhalisi az idi. İ.Şopen Göyçə mahalına məxsus 126 kənd qeydə almışdır və bu
kəndlərdən 67-nin dağıldığını və onların çoxunun adlarının artıq unudulduğunu
qeyd edir. Mahalın yalnız 59 kəndində yaşayış qeydə alınmışdı [95, 446, 515-517,
595-600]. Əhalisi əsasən maldarlıqla məşğul olan bu mahalın mərkəzi Kəvər
**
idi
L200, 37].
Hər bir mahal ayrılıqda bir inzibati vahid idi. Mahalların idarəsi ilə iri
torpaq sahiblərindən təyin olunan mahal bəyləri və ya naibləri məşğul olurdu.
Qeyd olunduğu kimi, bu vəzifə irsi olsa da, hər dəfə xan tərəfindən yenidən təsdiq
edilirdi.
İrəvan xanları mahal bəylərini adətən qeyri-müəyyən müddətə təyin
edirdi. Lakin onlar əlverişli şəraitdən və xanlıqda mərkəzi hakimiyyətin
zəifləməsindən istifadə edərək zaman keçdikcə idarə etdikləri mahalları öz irsi
mülklərinə çevirirdilər [50, 81; 214, 35].
Mahal bəyləri üzərinə əsasən inzibati və polis vəzifələri qoyulurdu. Onlar
mahallarda qayda-qanunun qorunmasına və yolların abad vəziyyətdə saxlanmasına
nəzarət edirdilər. Mahal bəyləri tabeliklərində olan kəndlərdə mübahisəli
məsələləri və münaqişələri həll edir, bu barədə müvafiq qərarlar qəbul edirdilər.
bundan əlavə, mahal bəyləri yüngül cəzalarla bağlı məhkəmə hökmü də verə
bilərdilər [50.) 82; 2J4, 35-36].
Gürcü knyazı II İraklinin İrəvan xanlığına qarşı apardığı müharibələr
nəticəsində xanlığın kəndlərinin çoxu dağılmış vəziyyətdə idi. İ.Şopenin
hesablamalarına görə, XIX əsrin birinci rübündə İrəvan xanlığında olan 831
kənddən 310-u talan olunmuş və sakinləri tərəfindən tərk edilmişdi [95,510-517].
İrəvan xanlığının idarə olunmasında məhkəmə sistemi mühüm yer
tuturdu. Bu sahədə şəriət məhkəməsi başlıca rol oynayırdı. Bununla yanaşı, xanın
Özünün də müstəsna məhkəmə hüquqları vardı. Bəzi məhkəmə funksiyalarını
mahal bəyləri və naiblər yerinə yetirirdilər.
Bütün mülki və cinayət işlərinə ya xan məhkəməsi, ya da şəriət
məhkəməsi baxırdı. Cinayətkarlar "Quran"ın prinsipləri və ya hədisləri əsasında
mühakimə olunurdular. Xırda münaqişələrin çoxuna icma münsifləri baxırdı. Kənd
ağsaqqallarından ibarət icma məhkəmələri yerli adətlər əsasında hərəkət edir,
mübahisə edən tərəfləri barışdırmağa çalışırdılar. İcma məhkəməsinin qərarından
**
C.Bornoutyan digər erməni tədqiqatçıları kimi. "Kəvər" toponimini saxtalaşdıraraq ermənicə ―Avan‖
(qəsəbə) sözü ilə eyniləşdirsə də, bu kəndin 1829-cu ildə Bayaziddən köçürülən ərmənilərlə
məskunlaşdırıldığını və Nor Bayazid adlandırıldığını gizlədə bilmir [200,37-38].