183
Ağa Məhəmməd xanın güclənməsi ilə müstəqillikləri cənub tərəfdən də
təhlükə altına düşən Azərbaycan xanlıqlarının qonşu dövlətlərlə diplomatik
münasibətləri daha da genişləndi. Qarabağlı İbrahimxəlil xan və irəvanlı
Məhəmməd xan Osmanlı dövlətindən yardım almaq üçün 1789-1790-cı illərdə
İstanbulda danışıqlar aparmaq üçün öz elçilərini Çıldır valisinin yanına göndərdilər
[12; 124, 229].
Ağa Məhəmməd şah yürüş ərəfəsində Şimali Azərbaycan xanlarına
fərmanlar göndərərək ona tabe olmalarını və itaət əlaməti olaraq girovlar
vermələrini tələb etdi. Şahın Cənubi Azərbaycandakı hərəkətlərini yaxından
izləyən İrəvan xanı onun yaxın müddətdə Şimali Azərbaycana yürüş edəcəyini
yəqin etmiş və Qars mühafizinə göndərdiyi məktubunda bu barədə məlumat
vermişdi. Qars mühafizi də öz növbəsində İstanbula xəbər çatdırmış, Ağa
Məhəmməd şahın İrəvan üzərinə yürüş edəcəyi halda Qars ətrafındakı bölgədən
xeyli köçkün olacağı üçün əlavə qüvvə və hərbi təchizat göndərilməsini istəmişdi
[20, sənəd 43, 134-135; bax: 124, 2291.
Ağa Məhəmməd xanın güclənməsi ilə bağlı Azərbaycanda baş verənləri
Osmanlı dövləti də diqqətlə izləyirdi. Belə ki, Qars mühafizi Kamal paşa hələ
1791-ci ildə Osmanlı sarayına göndərdiyi məktubda göstərirdi ki, Ağa Məhəmməd
xan Təbrizdən 6 saatlıq məsafədə olan Müşki ənbər çölünə gələrək Cənubi
Azərbaycan xanlarından bir neçəsini özünə itaət göstərməyə razı salmışdı. O,
irəvanlı Məhəmməd xanın da yanına gəlməsini tələb etmişdi. Lakin Məhəmməd
xan özü getməmiş, qardaşını hədiyyələrlə onun hüzuruna göndərmişdi.
Ağa Məhəmməd şahın İrəvana hücum edəcəyini yəqin edən Məhəmməd
xan İrəvan qalasının müdafiəsini möhkəmləndirmiş, Qars mühafizindən kömək
istəmiş, İrəvanın mühasirəyə alınacağı halda əhalinin bircə çıxış yolu olan Qarsa
köçəcəyini bildirmişdi. Bu məlumatla əlaqədar Osmanlı sultanı bölgəyə xüsusi
hazırlığı olan kəşfiyyatçılar göndərərək dəqiq məlumat əldə olunmasını və real
vəziyyətə uyğun cavab verilməsini əmr etmişdi [16; 124, 230].
Ərzurum valisi Yusif Ziya paşanın köməkçisi Məmiş ağanın 1795-ci il 15
may tarixli məktubunda da eyni narahatlıq nəzərə çarpır: Ağa Məhəmməd xan
İrəvana hücum edərsə, qala darısqal olduğundan təxminən 20-30 min nəfər elat ora
sığmayacaq və onların çoxunun Qars, Bayazid və Ərzurumun sərhəd sancaqlarına
pənah gətirəcəkləri yəqindir [20, sənəd 46, s. 145-146, 339-340; 124, 236].
Yaranmış olduqca mürəkkəb tarixi şəraitdə İrəvan xanı çıxış yolu olaraq
qardaşını Ağa Məhəmməd xanın sarayına girov kimi göndərdi, özü isə müqavimət
göstərmək məqsədilə hazırlıq görməyə başladı. Lakin Ağa Məhəmməd xan İrəvan
xanının hiyləsini başa düşərək qardaşı Əliqulu xanı 20 min döyüşçü ilə İrəvan
qalasını fəth etməyə göndərdi. Qacar qoşunları qalaya yaxınlaşaraq onu
mühasirəyə aldılar. İrəvan qalasının müdafiəçiləri 35 gün müqavimət göstərsələr
də, Məhəmməd xanın tabe olmaqdan başqa bir əlacı qalmadı. O, Qacarlar
dövlətinin xəzinəsinə ildə 8 funt qızıl və 80 min rubl bac ödəməyə razılıq verməyə
184
məcbur oldu. Bundan əlavə, İrəvan xanı lazım gəldikdə öz hərbi dəstəsi ilə Qacarın
hərbi xidmətinə getməli idi [115, 79-81].
Məlum olduğu kimi, Ağa Məhəmməd xan 1795-ci ildə Cənubi Qafqaza
birinci yürüşü zamanı Qarabağ xanlığının mərkəzi Şuşa şəhərini 33 gün
mühasirədə saxlamış, Gürcüstana yürüş etmiş və Tiflis şəhərini tutmuşdu. Bundan
sonra Ağa Məhəmməd xan qışlamaq üçün Muğan düzünə gəlmiş, oradan isə
Tehrana qayıtmışdı [9, 260-261].
Ağa Məhəmməd xanın Cənubi Qafqaza yürüşü və rəsmən Rusiyanın
himayəsində olan gürcü çarlığına hücumu Rusiyanın regiondakı maraqlarına və
nüfuzuna ağır zərbə vurmuşdu. Odur ki, Rusiya regionda öz qəsbkarlıq siyasətini
həyata keçirmək üçün bəhanə axtarırdı. Buna görə də fürsətdən istifadə edən
Rusiya imperatriçası II Yekaterina 30 minlik bir korpusu qraf V.Zubovun başçılığı
ilə Cənubi Qafqaza, özü də Azərbaycana göndərdi. Bu, Rusiya imperiyasının
Azərbaycana ikinci yürüşü idi.
V.Zubov Şimali Azərbaycanın bir sıra bölgələrini ələ keçirsə də, bu hərbi
əməliyyat, nəticə etibarilə, rus dövləti üçün uğursuz oldu. 1796-cı ilin noyabrında
11 Yekaterinanın ölümündən sonra taxta çıxmış oğlu I Pavel Rusiyanın xarici
siyasət xəttini dəyişərək rus qoşunlarını Cənubi Qafqazdan geri çağırdı.
Rus qoşunlarının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda hərbi
əməliyyatlara hazırlaşması Osmanlı imperiyasını çox narahat edirdi. Buna görə də
5000 nəfərlik qoşunla Çıldırda olan Yusif paşa öz nümayəndəsini İrəvan xanının
yanına göndərərək onu rus qoşunlarının təcavüzü əleyhinə çıxmağa çağırdı [24,
v.80-81]. Kəşfiyyatdan rus ordusu qərargahına qayıtmış Nikolay Mirzəyev də eyni
fikirləri söyləmişdi: "Türklər çalışırlar ki, İrəvan xanı Gürcüstanın tabeliyinə
keçməsin" [24, v.80-81].
Osmanlı dövlətinin Cənubi Qafqazdakı fəallığı Rusiya dövlətinin
təcavüzünə real maneə olduğundan Rusiya xristian dini amilindən fəal surətdə
istifadə edirdi. Buna görə də Rusiya imperiyası Kartli-Kaxeli çarlığına Osmanlı
imperiyasına qarşı bufer dövlət kimi baxır və hər vasitə ilə ona kömək etməyə
çalışırdı. Təsadüfi deyildir ki, rus ordusu ali baş komandanının göstərişinə əsasən
İrəvan xanlığını özündən asılı vəziyyətə salması üçün II İrakliyə kömək göstərmək
qərara alınmışdı [80, sənəd 628-631, v.19].
Ağa Məhəmməd şah 1797-ci ilin iyununda ikinci dəfə Azərbaycanın
şimalına yürüş etdi. O, bu dəfə Şuşa qalasını ələ keçirə bildi. Lakin elə buradaca
sui-qəsdlə qətlə yetirildi. Sərkərdəsini itirmiş İran qoşunları geri - İrana qayıtmağa
məcbur oldu [9, 261-262].
Ağa Məhəmməd şah ikinci yürüşü ərəfəsində irəvanlı Məhəmməd xan
Qacarı yanına çağıraraq, onunla qohum olmasına baxmayaraq, rus qoşunları ilə
əməkdaşlıqda suçlandırıb həbs etmiş və Tehrana
*
göndərmişdi [41, II, 428; 95,
*
Q.P.Butkova görə, Qəzvinə göndərilmişdi [bax: 41, II, 431].