Аzərbaycanda iNŞaat və memarliq


АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix26.01.2018
ölçüsü0,71 Mb.
#22495
1   ...   12   13   14   15   16   17   18   19   20

40 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

№2. 2017 

 

Qeyd  edək  ki,  İçəri  Şəhər  abidələri  olan  məscidlərin  qorunması  və  bərpası  problemlərini 



kompleks həlli daha vacibdir, yəni onun eksteryer forma elementini seçməklə renovasiya üsulları 

hesabına  görünüşünü,  istifadəsini  təmin  etmək  üçün  bu  binaların  iç  məkanlarında  da  kiçik 

düzəlişlərin, detalların bərpası vacibdir. Bunu əsasən məscidlərin giriş hissələrinin bədii-estetik 

keyfiyyətlərində  bu  gün  də  görmək  istərdik,  halbuki,  bir  çox  nümunələrdə  nədənsə  məhz  giriş 

qapılarının  bədii  dekor  hissələri  söküntüyə  məruz  qalır,  baxmayaraq  ki,  məscidlərin  giriş 

hissələri  yerli  əhəng  daşlarından  hazırlanırlar.  Onların  bəzilərində  klassik  order  sisteminin 

kompozisiya üsullarının, renessansın, milli romantizmin izləri görünür. Bu səbəbdən məscidlərin 

giriş hissəsi eksteryer tərtibatında əvəzedilməz rol oynadığından (frontonları formasında) onların 

gizli  təfəkkür  daşıyan  müxtəlif  tərtibat  elementləri  (o  cümlədən:  şəkillər,  detallar  –  quş  və 

heyvan  heykəl  təsvirləri,  mifoloji  canlılar,  relyefli  işarə  və  simvollar)  milli  memarlığınmızın 

vacib  nümunələri kimi  qorunub saxlanılmalıdır. Məhz  bu giriş  portalları  məscidlərin memarlıq 

görkəmilərinin bədii keyfiyyətini zənginləşdirir.  



Nəticələr: 

1.  Azərbaycan əhalisinin   İslam dinini qəbul etməsi, ölkədə dini tikililərin sayını artırmaqla 

yanaşı Qəbələ, Bərdə, Şamaxı, Gəncə, Naxçıvan, Bakı kimi şəhərlərdə və digər bölgələrin 

yaşayış məntəqələrində öz möhtəşəm görkəmləri ilə şəhər obrazlarına yeni siluet gətirdilər. 

Bu baxımdan Bakı şəhərində ucaldılan məscidlər xüsusi məna daşıyırdı və belə tikililər bir 

çox  ölkələrdən  gələn  zəvvarları  cəlb  edirdilər.  Aparılan  tədqiqatlar  əsasında  müəyyən 

edilmişdir ki, İçəri Şəhərdə 27 məscid var idi, onlardan hal-hazırda 6-sı fəaliyyət göstərir. 

Bunlardan  ən  qədimi    Sınıx  Qala  adı  ilə  məşhur  olan  Məhəmməd  məscidi  kompleksidir 

(1018-ci  il),  çünki  qazıntılar  zamanı  burada  ibadət  zalından  başqa  mədrəsə  və  bir  çox 

köməkçi  yerləşkələrin  özül-bünövrələri  aşkarlanmışdır.  Lakin  bununla  yanaşı  Qız  qalası 

yaxınlığında (üzü dənizə sol tərəfə) daha bir məscidin özülləri aşkar edilmişdir ki, məscid 

kimi onun fəaliyyəti IX əsrə aid edilir. 

2.  İçəri Şəhərin qala divarları X əsrdə tikilmiş və şəhər sərhədlərinin müəyyənləşdirilməsi ilə 

onun  strukturu  formalaşmış,  yəni,  baş  ticarət  küçəsinin  şimala  və  şərqə  çıxan 

darvazalarının  yerləri  müəyyən  edildi.  Şəhərin  xarici  əlaqələrinin  genişlənməsi  şəhərdə 

məscidlərin tikintisinə böyük təkan verdi.  

Beləliklə,  şəhərdə    məhəllə  məscidlərinin  (Cümə  və  Keyqubad  məscidləri)  tikintisinə 

fərman  verildi.  XIII  əsrdən  başlayaraq  Şirvanşahlar  dövründə  şəhərdə  çoxlu  yaşayış, 

ictimai-məişət  və  dini  tikililər  ucaldıldı.  Orta  əsrlərdə  bir  çox  səyahətçilər:  səfir  Pyui  de 

Qonzales,  tacir  Barboro  və  Kontarini,  italyan  səyahətçisi  Donatade  Leze,  astronom  Səid 

Yəhya  Bakuvi,  sonralar  isə  Şarden  və  Çələbi  və  s.  İçəri  Şəhərdə  27  məscidin  olduğunu 

qeyd edirdilər. 

3.    İçəri  Şəhərdə  tikilən  məscidlərin  fərqli  cəhətləri  olsa  da  (əsas  tikinti  materialı  daşdır), 

onların  yerli  Abşeron  memarlıq  məktəbinin  tikililəri  ilə  (xarici  sadəlik,  iç  məkan 

mürəkkəbliyi  və  memarlıq  elementlərinin  zəngin  tərtibatı  və  s.)  və  Azərbaycanın  digər 

bölgələrində ucaldılan məscidlərlə də oxşar cəhətləri də var. Müxtəlif dövrlərdə tikilmiş və 

müxtəlif  statuslu  məscidlərin  oxşar  cəhətləri:  bir  və  ya  bir  neçə  kameralı  olması, 

dördbucaqlı baş ibadət zalları üzərində qaldırılan günbəzləri, incə minarələri, mehrabın baş 

giriş portalına, eyni zamanda qibləyə (Kəəbə) istiqamətlənməsi, şəhər Cümə məscidlərinin 

və İmamzalədərin (yəni məscidin məqbərə ilə birləşməsi) giriş portallarının zəngin dekorlu 




№2. 2017 

АZƏRBAYCANDA   İNŞAAT  və  MEMARLIQ

 

41 



 

və s. olmasıdır.  

4.    Məscidlərin  memarlıq-planlaşma  xüsusiyyətlərini  araşdırarkən  İçəri  Şəhərdəki  məhəllə 

məscidlərinin bir zallı (1 kameralı), düzbucaqlı plan quruluşlu olması, sadə memarlıq həlli 

müqabilində  iç  məkanlarının  taxçalı  divarlı  və  çoxunda  günbəzaltı  çatma  tağların  olması 

müəyyənləşdirilmişdir. Bakıda bəzi kiçik məscidlərin minarələri olmadığı halda, müəzzin 

namaz  vaxtını  dam  üstündə  durub  oxuyurdu.  İçəri  Şəhərdə  iki  və  hətta  dördkameralı 

məscidlərə də rast gəlmək olurdu. 

5.    Təhlillər  göstərir  ki,  məscidlərin  kompozisiya  və  konstruksiya  quruluşu  da  müxtəlifdir: 

frontal  kompozisiya,  ikili  kompozisiya,  tağ,  günbəz,  minarə  konstruksiyalarında,  daş 

materialı və oymaların üstünlüyü.  

6.  Məscidlərin bədii-memarlıq elementləri onların formalaşmasında böyük rol oynayırdı. İlk 

növbədə bu elementlərə günbəz, portal, minarə, mehrab, pəncərə, taxça oyuqları və dekor 

aiddir.  Beləki,  İçəri  Şəhər  məscidlərinin  minarələri  əsasən  daşdan  tikilib  və  karniz-

stalaktitli balkonları var. Mehrab əsasən, baş divarda  uzunsov formada olub zəngin naxışlı 

dekora  malikdir.  Məhəllə  məscidləri  daş  şəbəkəli  pəncərələri  və  giriş  portallarının 

çərçivəsi, kufi və fars əlifbası ilə yazılarla örtülmüş blokları ilə fərqlənir. 

7.  Məscidlərin  qorunma və bərpa üsullarında, həm memarlığın ənənəvi elementlərinin təmir 

edilməsi, həm də onların bərpası üçün yeni tədbirlər görülməlidir (Cümə məscidində, Çin 

məscidində, Şeyx İbrahim məscidində, Key Kubad və Gileyli məscidlərində).  

8.  Məscidlərin daxili quruluşu elədir ki, (döşəmə, mehrab ətrafı, divar üzləmələri və günbəzin 

taxtavan hissəsi) burada ancaq müasir bərpa üsulları tətbiq oluna bilər. 

9.    Məscidlər  İçər  Şəhərin  strukturunda  xüsusi  mövqe  tutur,  yəni  baş  ticarət  küçəsinə  çıxan, 

dominant  və  aksent  rol  oynayan  məscidlər  və  adi  yaşayış  binalarından  ibarət  sıralarda  öz 

memarlıq-planlaşma həllinə görə yaşayış evini xatırladan məhəllə məscidləri. 

Hal-hazırda istifadəsiz qədimi məscidlərin yeni elmi metodlarla funksional təyinatını bərpa 

etməklə onların əhalinin və qonaqların ibadət yeri - məscid kimi istifadə etməsinə; mədrəsə, dini 

konfrans zalları kimi; etnoqrafiya muzeyi kimi; dini kitabxana kimi; incəsənət emalatxanası; şərq 

qalereyası kimi yenidən istifadəsi mümkündür. 

İstifadə edilmiş ədəbiyyat: 

1.

 



Амензаде Р. Мечети Ичери шехер XI-XVII вв. Баку, 2004, с.13-19 

2.

 



Заблоцкий И. Путевые записки из Астрахани через Кизляр в Баку, 1835-1836 гг. 

Ж.И.В.Д., т.10, 1845 

3.

 

Əliyeva  R.  Qoruqların  tarixi  memarlıq  simasının  mühafizəsi/Azərbaycan  memarlığında 



abidələrin    qorunması  problemləri  beynəlxalq  elmi-praktik  konfransın  materialları,  Bakı, 

2012, s. 3-8 

4.

 

Kərimli  T.N.  Azərbaycanda  bərpa-konservasiya  işlərinin  tarixi  və  perspektivləri/“Memarlıq” 



jurnalı №6, Bakı, 2017 

5.

 



Əmənzadə R. Azərbaycanın memarlıq abidələri XI-XVII əsrlərdə, Bakı, 2015 

6.

 



Məmmədova  Z.G. Abidələrin qorunması bərpa və təmir problemləri: Dərs vəsaiti, Bakı, 2004 

7.

 

Əliyeva R. İçəri Şəhərin şəhərsalma tarixindən/İçəri Şəhər məqalələr toplumu, Bakı, 2004, s.67-72 



 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə