Azərbaycanda Meşə Və Meyvə Ağaclarına Zərərverən Ksilofaqların Tənzimlənməsində Yırtıcı Həşəratların Rolu Və Onlardan Bioloji Mübarizədə İstifadənin Mümkünlüyü



Yüklə 109,89 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü109,89 Kb.
#41986


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 71-76 (2016)

 

71 



Azərbaycanda Meşə Və Meyvə Ağaclarına Zərərverən Ksilofaqların Sayının 

Tənzimlənməsində Yırtıcı Böcəklərin Rolu  

 

Z.M. Məmmədov

*

, L.A. Şirinova 

 

AMEA Zoologiya Institutu, A.Abbaszadə küç., 504-cü məhəllə, keçid 1128, Bakı AZ1073, Azərbaycan;  

*

E-mail: mzakariya@inbox.ru 

 

Azərbaycanın meşə və bağ sahələrində aparılan çoxillik tədqiqatlara əsasən respublikanın ağac və kol 



bitkilərinə  zərərverən  ksilofaqların  sayının  azalmasına  təsir  edən  14  növ  yırtıcı  böcək  (Coleoptera) 

aşkar  edilmişdir  ki,  ksilofaqlara  qarşı  bioloji  mübarizədə  onların  10  növündən  istifadə  edilməsinin 

mümkünlüyü  müəyyən  edilmişdir.  Məqalədə  bu  böcəklərin  bioekoloji  xüsusiyyətləri,  yayılmaları  və 

təsərrüfat əhəmiyyəti haqda məlumatlar verilir. 

 

Açar sözlər: Entomofaq, yırtıcı, ksilofaq, biologiya, bioloji mübarizə 



 

 

 

GİRİŞ 

 

Təbiətdə  ksilofaqların  sayını  aşağı  salan  və 



fəaliyyətini məhdudlaşdıran, onların hesabına yaşa-

yan  müxtəlif  növ  yırtıcı  (entomofaq)  həşərat  möv-

cuddur.  Bu  qəbildən  olan  böcəklərin  növ  tərkibi, 

ksilofaqların  (zərərvericilərin)  biotənzim-lənməsin-

də  başlıca  rol  oynayan  yırtıcı  növlərin  bioekoloji 

xüsusiyyətlərinin öyrənilməsi, onlardan ksilofaqlara 

qarşı  bioloji  mübarizədə  istifadə  edilməsinin  elmi 

əsaslarının işlənib hazırlanması vacib məsələlərdən 

biridir. 

Aparılan tədqiqatlar nəticəsində (2009-2015-ci 

illər)  aşkar  edilmiş  50  növ  entomofaqdan  14  növü 

yırtıcılara  aiddir.  Ksilofaqlara  qarşı  bioloji  müba-

rizədə təsərrüfat əhəmiyyəti olan 10 növ yırtıcı bö-

cək  müəyyənləşdirilmişdir.  Onların  bioekoloji  xü-

susiyyətləri,  sahibin  biotənzimlənməsində  rolu  və 

təsərrüfat  əhəmiyyəti  geniş  öyrənilmişdirki,  onlar 

haqda aşağıda məlumat verməyi lazım bilirik. 

 

 



MATERİAL VƏ METODLAR 

 

Elmi-tədqiqat  işləri  iki  istiqamədə  -  Şəki-

Zaqatala,  Lənkəran  və  Abşeron  əraziləri  daxil  ol-

maqla çöl və laboratoriya şəraitində həyata keçiril-

mişdir. Ksilofaqlar və onların yırtıcılarının öyrənil-

məsində entomoloji üsullardan və təyinedici vəsait-

lərdən istifadə edilmişdir.  

 

 



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

1. Tachyta nana Gyll. 

Böcək  qara-qonur  rəngdə  olub,  az  parıltılıdır. 

Bığcıqlarının əsası və ayaqları qırmızı-qonur rəng-

lidir. Bədəni yastıdır, başı balacadır. Döş hissə çox 

genişlənib.  Qanadüstlükləri  enlidir,  4  qırış  və  3 

nöqtə var. Bədənin uzunluğu 2,5-3 mm-dir. 

İynə  və  enliyarpaq  ağacların  qabığı  altda  və 

qabıqyeyənlərin  yollarında  məskunlaşırlar.  Qabıq-

yeyənlərin  yumurta,  sürfə,  pup  və  zəif  hərəkətsiz 

böcəkləri ilə qidalanırlar.  

Azərbaycanın  Abşeron  və  Şəki-Zaqatala  ərazi-

lərində  bir  neçə  qabıqyeyənin  (Ips  sexdentatus 

Boern, I. typographus L.və odunkəsən  Acanthocinus 



aedilis L.) gövdədaxili yollarında qeydə alınıb. May 

ayından  sentyabr  ayınadək  rast  gəlinir.  Cavan  bö-

cəklər  iyul  ayının  axırı  avqust  ayının  əvvəli  görün-

məyə başlayırlar. Böcəklər inkişaf yerlərində, kəsil-

mə qalıqlarının qabığı altda və tərk edilmiş ksilofaq 

yollarında qışlayırlar. Qabıqyeyənlərin 20-25% azal-

masında  mühüm  rol  oynayırlar.  Kütləvi  çoxalma 

dövründə  sahibin  məhv  edilməsi  45-48%-ə  çatır. 

Bioloji mübarizədə istifadə edilməsi mümkündür. 

2. Cylister lineare Er. 

Böcəyin  bədəni  azca  qabarıqdır,  bığcıqları  və 

ayaqları qırmızımtıl-qəhvəyidir. Aşağı ağızətrafı çı-

xıntılarının birinci buğumu  ikinci buğumdan 2 dəfə 

qısadır. Qanadüstlüyü zolaqlıdır, sıx olmayan nöq-

tələrlə örtülüdür. Uzunluğu 3,5-4 mm-dir. 

Yırtıcılıq  xüsusiyyətinə  malik  olub,  poli-faq-

dır.  20  növ  qabıqyeyən  sürfələri  ilə  qidalanır  (Ya-

novski, 1976). 

Şəki-Zaqatala  bölgəsində  ağacların  qabıqaltı 

hissələrində  aparılan  müşahidələrə  əsasən,  yırtıcı 

böcəklərin uçuşu (may ayının əvvəli), ağacların kə-

silən  qalıqlarının  qabıqyeyənlər  tərəfindən  kütləvi 

qidalanması vaxtı (mayın I ongünlüyü) ilə üst-üstə 

düşür.  Onlar  ağacların  qabıq  altına  ksilofaqların 

giriş  üçün  açdıqları  deşiklərdən  girirlər.  Böcəklər, 

qabıqyeyənlərin  qoyduqları  izlərdə  (yollarda)  cüt-

ləşir  və  yumurta  qoyurlar.  Yumurtalarını  oduncaq 

və  lifin  ortasına,  lifin  tükcüklərinin  arasına  qoyur-

lar. Yumurtaqoyma vaxtı may ayının axırından iyul 




Məmmədov və Şirinova 

72 


ayının  ortasına qədər  uzuanır.  21-22

0

  C-də  yumur-



tanın inkişafı 10-16 gün çəkir. Yumurtadan çıxman 

sürfələr,  ikinci  gündən  qidalanmağa  başlayırlar.       

I  yaş  sürfənin  inkişafı  7-12  gün,  II  yaş  sürfəninki        

7-10  gün,  pupdan  əvvəlki  mərhələ  isə  4-12  gün 

çəkir. Sürfələrə may ayının ikinci yarısından avqust 

ayının axırınadək rast gəlinir. Qidalanma mərhələsi 

bitdikdən  sonra,  böcək  sürfələri  oduncağın  kəpək 

hissəsində, kənarları parıltılı pərdə ilə örtülmüş pup 

beşiyini əmələ gətirirlər (düzəldirlər). Pup mərhələ-

sinə keşməmişdən əvvəl, sürfə 2 yerə qatlanır və bir 

neçə gün hərəkətsiz qalır. Sürfələrin kütləvi puplaş-

ma  dövrü  iyul  ayının  axırı  və  avqust ayının  əvvəli 

baş verir. Pup mərhələsinin inkişafı iyul ayının axı-

rından başlayaraq avqust ayının əvvəlinədək davam 

edir.  15-18  gün  çəkir.  Yetkin  böcəklər  puplardan 

avqust  ayının  əvvəlindən  sentyabr  ayının  ortasına 

qədər çıxırlar. İmaqo mərhələsində qışlayırlar. On-

lar  adətən  pupdan  çıxdıqları  yeri  tərk  edib,  təzə 

ağaclara miqrasiya edirlər və qabıq altında da qışla-

yırlar. Qışlayan böcəklərə ağac  kötüklərinin yoğun 

qabığı  altda,  sahibin  inkişaf  etdikləri  yerlərdə  rast 

gəlinir. İldə bir nəsil verir. 

Abşeronda (Novxanı qəsəbəsi, həyətyanı sahə) 

aparılan müşahidələrə əsasən, yırtıcı böcəklərin sür-

fələri,  ksilofaqların  kiçik  yaşlı  sürfələrini  yeyirlər. 

Ən çox qabıqyeyənlərin yumurta və kiçik yaşlı sür-

fələri ilə qidalanırlar. Yaşlı böcəklərin laboratoriya 

şəraitində,  böyük  yaşlı  sürfə  və  puplarla  da  qida-

landığı müşahidə edilmişdir.  

Laboratoriya  şəraitində  39-42%  qabıqyeyənin 

(Ips  sexdentatus  Boern.)  sürfə  və  puplarını  yemiş-

dir.  Respublikann  rayonlarında    kütləvi  halda  rast 

gəlinir. 

3. Nudobius umbratus Motsch.  

Bu yırtıcı stafilin böcəyi, meşə və meyvəağac-

ları  əkilən  sahələrdə  geniş  yayılmışdır.  Ksilofaqla-

rın  sayının  aşağı  düşməsində  mühüm  rol  oynayır. 

Azərbaycanda  ilk  dəfə  biz  tərəfdən  qeyd  olunur 

(Lənkəran,  Şıxakəran  kəndi).  Böcəyin  bədəni  qara 

olub,  uzunluğu  6,5-8  mm-ə  çatır.  Sürfəsinin  uzun-

luğu 9 mm-dir. Əsasən qızılböcəklərin və qabıqye-

yənlərin yumurta və sürfələri ilə qidalanırlar. Palıd, 

qarağac və qovaq ağaclarının qabıqaltı və oduncaq 

hissəsində  aparılan  müşahidələrə  əsasən,  stafilinin 

yetkin fərdi (imaqosu) ksilofaqların yumurtaları ilə 

qidalanır.  Belə  ki,  bir  gün ərzində (laboratoriyada) 

birinci  yaş  böcək  4  qabıqyeyən  yumurtası,  sürfəsi 

isə 20 qabıqyeyən yumurtası ilə qidalanmışdır. Belə 

ki,  bir  sürfə  öz  inkişafı  müddətində  15  qabıqyeyən 

və 10 ədəd qızılböcək yumurtası ilə qidalanmışdır. 

Böcəklərə may ayının 15-dən sentyabr ayının axır-

larınadək rast gəlinir. İnkişaf mərhələsi ağacın qabı-

ğı altında və ya ağacın oduncaq hissəsində başa ça-

tır. Yumurtanın inkişafı 14-16 gün, sürfənin inkişafı 

isə  15-16  gün  çəkir.  İmaqo  mərhələsində  ağacın 

ksilofaqlar  tərəfindən  yeyilmiş  və  ovuntu  halına 

salınmış unlu (kəpəkli) hissəsində qışlayır. O, qızıl-

böcəklərin  və  qabıqyeyənlərin  sayının  aşağı  düş-

məsində mühüm rol oynayır. 



4. Guedius plagiatus Munh. 

Böcək  qaradır,  bığcıqlarının  əsası,  qanad-üst-

lükləri,  ayaqları  və  qarıncığın  seqmentlərinin  arxa 

kənarları  qırmızımtıl  sarıdır.  Qanadüstlüyü  parıltı-

sız, sıx torşəkilli, uzununa 3 cərgə düzülmüş nöqtə-

lərdən  ibarətdir.  Bədənin  uzunluğu  7-8  mm-dir. 

Yaşlı sürfənin başı yumrudur, bazal hissə 9 dişcikli, 

ön  döş  köndələndir.  Sürfənin  bədən  uzunluğu  10 

mm-ə qədərdir. 

Lənkəran bölgəsində iynəyarpaqlı ağac növlə-

rindən – şam və küknarın əsas zərərvericiləri ilə qi-

dalanır. Şəki-Zaqatala bölgəsində isəsürfə və yetkin 

fərdlərinə  qurumuş  və  yıxılmış  ağacların  qabığı 

altda,  sahibin  tərk  edilmiş  yollarında  rast  gəlinir. 

Müşahidələrə  əsasən,  qabıqyeyənlərin  (Ips  typo-

graphus L., Dendroctonus micans Kug.) yollarında 

yaşayır və onların kiçik sürfələrini məhv edir. Daha 

çoxlu sayda sidr ağacının kəsilmə qalıqları və digər 

qurumuş ağacların qabığı altda qabıqyeyənlərin(Ips 



sexdentatus  Boern.və  Tetropium  castaneum  L.)  və 

uzunbığ  böcəklərin  yollarında  tapılmışdır.  Bundan 

başqa  kəsilmiş  tozağacının  qabığı  altda  ksilofaq  – 

Scolytus  rugulosus  Ratz.  yollarında  rast  gəlinib 

(Abşeron, Nabatat bağı, avqust). 



5. Rhizophagus grandis Gyll.  

Böcək  pasrəngli  kürəndir.  Bığcıqları  oval  san-

caq  formalı,  11  buğumdan  ibarətdir.  Qanadüstlük-

lərinin  nöqtəli  qırışları  arasında  ikinci  arakəsmə 

vardır ki, o da nöqtələrlə örtülüdür. III-IV arakəsmə-

lər başlanğıcda nöqtəlidir. Bədənin uzunluğu 4,5-5,5 

mm-dir.  Yaşlı  sürfənin  hər  iki  köndələn  cərgəsinin 

təpəciklərində tükcüklər eyni uzunluq-dadır. 

Respublikanın  hər  yerində  (Lənkəran,  Şəki-

Zaqatala)  əncir  qabıqyeyəninin  (Hypoborus  ficus 

Er.)məxsusi  yırtıcısıdır.  Rizofaqın  böcək  və  sürfə 

mərhələsi  ancaq  əncir  qabıqyeyəninin  yollarında 

yaşayırlar  və  onun  yumurta,  sürfə,  pup  və  təzəcə 

pupdan çıxmış yetkin fərdlərini məhv edirlər. Bəzi 

yerlərdə yırtıcının sürfə və böcəkləri zərərvericinin 

bütün  nəslini  məhv  edir.  Nadir  hallarda  zəifləmiş, 

məhv  olmuş  şam,  küknar  və  sidrin  köklərinin, 

oduncağının yoğun hissəsinin qabığı altında da rast 

gəlinir (Abşeron, Novxanı, avqust). 

Yırtıcının  böcək  və  sürfələri,  qabıq  altında 

ksilofaqların  analıq  yolları  və  yumurtalıqlarını  qo-

yan vaxt, həmçinin yuvalarda sürfələrin inkişafı və 

əlavə qidalanma vaxtında görünürlər. Onlara qabıq 

altda may ayından sentyabr ayına qədər rast gəlinir. 

Dişi  fərdlər  yumurtalarını  sahibin  yollarına  qoyur-

lar.  Bir  dişi  fərd,  orta  hesabla  200  yumurta  qoyur. 

Yumurtanın  inkişafı  8-10  gün  çəkir.  Əncir  qabıq-

yeyənin yollarında bütün yay boyu onun sürfələrinə 

rast  gəlinir.  Qabıqyeyənin  bir  yuvasında  yırtıcının 

müxtəlif  yaşlı  sürfələri  inkişaf  edə  bilir.  Yırtıcı 




Azərbaycanda Meşə Və Meyvə Ağaclarına 

73 


böcək Abşeronun bir sıra qəsəbələrindəəncir qabıq-

yeyəninin yumurta, sürfə, pup və yetkin fərdləri ilə 

qidalanır.  Böcəklər  adətən  dəstə  ilə  (3-12  fərd  ol-

maqla),  zərərvericiyə  hücum  edirlər.  Qidalanmanı 

qurtardıqdan sonra, rizofaqın sürfələri torpağa girir-

lər.  Çox  hissəsi  pup  mərhələsini  torpaqda,  sürfələr 

tərəfindən düzəldilmiş yerlərdə, 5-10 sm dərinlikdə, 

bəziləri hətta 20 sm dərinlikdə keçirirlər. Bəzən pup 

mərhələsi ağacın kök boynu hissəsində, qabığın də-

rinliyində  də  keçir.  Pup  mərhələsi  iyun  ayının  III 

ongünlüyündə  başlayır  və  iyul  ayının  axırınadək 

davam  edir.  Pupun  inkişafı  2  həftəyə  qədər  çəkir. 

Rizofaq  böcəklər  puplardan  iyul  ayının  I  ongünlü-

yündən avqust ayının əvvəlinə qədər çıxırlar. İmaqo 

və sürfə mərhələsində qabıqyeyənin yollarında qış-

layırlar. İyun ayının II yarısında qışlama mərhələsi 

başa çatdırılır. II nəslin böcəklərinin çoxalması iyul 

ayının  ortasına  təsadüf  edir.  Sibirdə  ildə  bir,  bəzi 

illərdə isə hətta iki nəsil verir (Коломиец и Богда-

нова,  1980).  Azərbaycanda  ildə  iki  nəsil  inkişaf 

edir (Məmmədovvə b., 1997). 

Əncir  qabıqyeyəninin  yollarında  xüsusiləşmiş 

və effektli yırtıcıdır. Bu faydalı yırtıcı böcəyə əncir-

qabıqyeyəninin yuvalarında 75-80% rast gəlinir. 



6. Pytho depressus L. 

Yırtıcı  böcək,  yastı  və  uzunsovdur,  üst  hissə-

dən qara-göy, alt tərəfi qara, qarıncığı isə qəhvəyi-

dir. Qanadüstlükləri qara-göy, bəzən yaşılımtıl, bə-

növşəyi və ya sarı-qonur-metal çaları ilə 7 yastı qı-

rışlıdır.  Belönü  yanlardan  uzunsov  batıqlıdır,  onun 

kənarları  bərabər  yumrulaşmışdır.  Bədənin  uzun-

luğu 7-16 mm-dir. Yaşlı sürfə uzun, sarı və ya qo-

nurdur.  Ağız  hissələri  güclü  skletləşmişdir.  Ayaq-

ları ventral hissədə sıx, bərk çıxıntılıdır. 9-cu qarın 

seqmenti köndələn cərgə ilə çıxıntılıdır. 

Yırtıcı  böcəklər  çürüntü  böcəkləri,  çürümüş 

liflərlə  və  ksilofaqların  yollarında  qırıntılarla  qida-

lanırlar  və  hətta  fakultativ  olaraq  da  yırtıcılıq  et-

mirlər.  Bryansk  meşə  massivində  çürüntü  böcəyi, 

birinci dərəcəli yırtıcıdır (Xaritonova, 1972). 

Abşeronda çürüntü böcəkləri, iynəyarpaq ağac 

növlərilə əlaqəlidir. O, şam, sidr, küknar, qaraşam, 

ağşamda məskunlaşaraq uzunbığ və qızıl böcəklərin 

(Asemun  striatum  L.,  Rhagium  inquisiter  L., 



Acanthocinus  aedilis  L.)  yollarında  yaşayırlar.  Çü-

rüntü  böcəyinin  sürfələri,  ksilofaqın  inkişaf  edən 

sürfələri ilə birlikdə onların hazırkı və tərk edilmiş 

köhnə yollarında yaşayırlar. Çürüntü böcəyinin sap-

rofaqlığı,  onların,  kəsilmə  qalıqlarının  qabığı  altda 

hələ  keçən  ildən  tərk  edilmiş  ksilofaq  yuvalarında 

yaşamaları ilə sübut olunur. Onu da qeyd etmək la-

zımdır  ki,  çürüntü  böcəyinin  sürfələrinin  iri  olma-

yan uzunbığ sürfələrinə hücumu da müşahidə edil-

mişdir.Onların  yetkin  fərd  və  sürfələrinə  təbiətdə 

may  ayından  oktyabr  ayına  qədər  rast  gəlinir. 

Kəsilmə qalıqlarının qabığı altda, çox vaxt çürüntü 

böcəklərinin kiçik və yaşlı sürfələrinə, pup və yaşlı 

böcəklərinə  eyni  vaxtda  rast  gəlmək  olur.  Yetkin 

böcəklər puplardan avqustda və sentyabrda çıxırlar. 

Qışlamış yaşlı sürfələr may ayının ikinci yarısı pup 

mərhələsinə keçirlər, 2-3 həftədən sonra puplardan 

böcəklər çıxırlar. Abşeronda və Lənkəranda ildə iki 

nəsil verir. 

Böyük  təsərrüfat əhəmiyyəti  var.  Ondan  gələ-

cəkdə  ksilofaq  böcəklərə  qarşı  bioloji  mübarizədə 

istifadə edilməsi mümkün hesab edilir. 



7. Thanasimus formicarius L.   

Böcəyin başı qara, parıltılı, sıx nöqtəli, qara və 

ağ  tükcüklüdür.  Gözləri  yastıdır,  önə  doğru  isti-

qamətlənmişdir. Qanadüstlükləri qırmızı olub, açıq 

rəngli  iki  tikişli  və  ağ  tükcüklüdür.  Bud  və  baldır 

qara, pəncələri isə qəhvəyidir. Bədənin bütün aşağı 

hissəsi bir fonda qırmızıdır. Bədənin uzunluğu 7-10 

mm-dir.Yaşlı  sürfəsinin  qarıncığının  9-cu  seqmen-

tinin  skletləşmiş  ön  kənarı  aydın  görünür.  Onunla, 

seqment arasında az tükcük olur və ya ümumiyyətlə 

olmur. Sürfənin uzunluğu 15-20 mm-dir.  

Yırtıcı  böcək  perspektivli  növ  olduğu  üçün 

həmişə  entomoloqların  tədqiqat  obyekti  olmuşdur. 

Ona  görə  də,  biologiyası  yaxşı  öyrənilmişdir.  İynə 

və  enliyarpaq  ağac  növlərilə  əlaqəlidir,  daha  çox 

üstünlüyü  şam  cinsli  ağaclara  verir.  Onlar,  qabıq-

yeyənlərə,  qızılböcəklərə  və  uzunburunlara  hücum 

edirlər.  Tanasimus  (alaböcək)  böcəyinin  sürfələri 

ağacların qabığı altda, qabıqyeyənlərin inkişaf yol-

larında  yaşayırlar.  Yüksək  sıxlıqlı  populyasiyalar 

yaradırlar. Şam və küknar ağacının hər 1m

2

-da olan 



qabıqyeyənlərin  yollarında  böcək  sürfələrinin  sayı 

300  fərdə  çatır  (Xaritonova,  1972).  Blastophagus 



piniperda  L.yollarında  alaböcəyin  (tanasimusun) 

sürfələri  qabıqyeyənin  72%  cavan  nəslini  məhv 

edir. 

Bizim  müşahidələrə görə, Şəki-Zaqatala, Lən-



kəran  və  Abşeron  ərazilərində  1  alaböcək  hər  gün 

2-3  qabıqyeyən  böcəyi  ilə  qidalanır.  İynəyarpaq 

ağaclarda  daha  çox  rast  gəlinir.  Sürfələri  həmişə 

şam, sidr, küknar və qaraşamın qabığı altda, qabıq-

yeyənlərin sürfə yollarında rast gəlinir (Məmmədov 

və b., 2015). 

Tanasimuslara  (alaböcəklərə)  quruyan  ağac-

ların kəsilmə qalıqları və kötüklərinin qabıqlarında 

may  ayının  ortasından  sentyabr  ayına  qədər  rast 

gəlinir. Böcəklərin uçuşu ksilofaqların yaz fenoloji 

qrupunun  uçuşu  ilə  eyni  vaxta  təsadüf  edilir.  Küt-

ləvi  uçuş  və  böcəklərin  cütləşməsi  may  ayının  II 

yarısı  və  iyun  ayında  müşahidə  olunur.  Cütləşmə-

dən  sonra  dişi  fərdlər  yumurtalarını  dağınıq  halda 

və  ya  kiçik  qruplarla  (1-9  ədəd  olmaqla),  qabığın 

çatları altına və ya ksilofaqların giriş və hava dəlik-

lərinə qoyurlar. Laboratoriyada dişilər cütləşmədən 

10-15 gün sonra yumurta qoyurlar, 9 iyun-27 iyula 

qədər bir dişi fərd 11-dən 115-ə qədər yumurta qo-

ya  bilmişdir.  Yumurtanın  inkişafı  temperaturdan 

asılı  olaraq  5-10  gün  çəkir.  Təbiətdə  sürfələrin 



Məmmədov və Şirinova 

74 


yumurtadan  kütləvi  çıxması  may  ayının  axırı-iyun 

ayının əvvəlinə təsadüf edir (Abşeron, Novxanı).  

Qaraşam  və  şam  ağaclarında  altıdiş  qabıq-

yeyənin  yollarında,  bu  növün  ilk  sürfəsinə  may 

ayının 15-də rast gəlinib. Sürfə inkişaf müddətində 

3 dəfə qabıq dəyişir və 4 yaş dövrü keçir. Sürfələrin 

inkişafı 2 ay çəkir. Qidalanmasını bitirdikdən sonra, 

sürfələr uzunsov şəkildə olan, içəri tərəfə gümüşü – 

ağ  pərdə  ilə  örtülmüş  pup  beşiyi  əmələ  gətirirlər. 

Qurumaqda  olan  şam  ağacında  qabıqyeyənlərin 

yollarında  yaşayan  alaböcəyin  sürfələri,  avqust 

ayının  ortalarında  oduncağın  yoğun,  torpağa  yaxın 

hissəsinə və kök boynuna enirlər və burada da qış-

layırlar.  Alaböcəyin  ilk  yay  məskunlaşmalarında, 

sürfələr iyul ayının I ongünlüyündə puplaşırlar, bu 

halda  cavan  böcəklərin  puplardan  çıxması  avqust-

sentyabrın əvvəlinə təsadüf edir. Onlar çox vaxt in-

kişaf  yerlərində  qışlayırlar.  Gecikmiş  yay  məskun-

laşmalarında  isə  sürfələr  qışlayırlar  və  gələn  ilin 

iyununda  inkişaflarını  başa  çatdırırlar.  Tanasimus 

böcəklərini şüşə silindr qablarda saxlayarkən onlar 

müxtəlif növ qabıqyeyənlərin imaqo, sürfə və pup-

lar  ilə  qidalandırılmışdır.  Böcəklər  daha  çox  (Ips 

sexdentatus Boern.) qabıq-yeyənini, həmçinin qara-

bədənlinin  (Hypophlocus  fraxini  Kug.)  imaqosunu 

yemişlər.  Qabıqyeyənlərin  sürfə  və  puplarını  bö-

cəklər qabıqyeyənlərin imaqosu olmayan  vaxtlarda 

yemişdir. Bir dişi böcək sutkada 0,3-1,3 sürfə, pup 

və ya 1,1-2,9 qabıqyeyən böcəyi yeyir.  

Kəsilmiş  iynəyarpaq  ağac  sahələrində  Thana-

simis  formicarius  L.yüksək  sıxlıqlı  populyasiya 

əmələ gətirir. Qabığın üst hissəsində gəzişən yırtıcı 

böcəklər, pupdan çıxmış qabıqyeyənlər və uzunbu-

runlara  hücüm  edirlər.  Ksilofaq  zərərvericilərin 

yollarında  yırtıcı  böcəklərin  sürfələri,  qabıqyeyən-

lərin  sürfə,  yumurta,  pup  və  cavan  böcəklərini, 

həmçinin  uzunbığ  və  qızılböcəklərin  sürfələrini 

məhv edirlər (qidalanırlar). 

Tanasimus böcəyinin çoxsaylılığı və aktivliyi-

nin  davamlı  olması  ksilofaq  həşəratların  sayının 

azalmasında  böyük  rol  oynayır.Böcəklər  çox  ac-

gözdürlər.  Onlar  sahibin  bədən  möhtəviyyatını  ta-

mamilə  yeyirlər,  yeyilməmiş  ancaq  sərt  xitin  qatı 

qalır. Orta hesabla gündə bir böcək 2 şam lifyeyəni-

ni  yeyir.Onlar  bütün  həyatları  boyu  aktiv,  çoxhə-

rəkətlidirlər,  qışlama  yerlərindən,  yumurta-qoyma 

yerlərinə, qabıqyeyənlərin mənbələrinə, bir ağacdan 

digərinə miqrasiya edirlər. Diametri 24-32 sm, səthi 

10-20 m

2

 olan ağacdan 280-330 yırtıcı böcək topla-



maq olur (Lənkəran, Şıxakəran).   

8. Thanasimus rufipes Brahm. 

Böcəyin  başı  qaradır.  Belönü  aydın  görünən, 

kobud  olmayan  nöqtəli,  köndələn  çökəyə  qədər 

qara,  qalan  hissəsi  qırmızıdır.  Qanadüstlüklərinin 

əsası  qırmızı,  uc  hissəsi  qara,  üzərində  sıx  ağ  tük-

cüklər olan 2 tikiş var. Ön döş və qarıncıq qırmızı, 

orta  və  arxa  döş  qaradır.  Bədənin  uzunluğu  6-8 

mm-dir.  Yaşlı  sürfələrinin  9-cu  qarıncıq  seqmenti-

nin skletləşmiş sahəsinin ön ucu əzilmiş şəkildədir. 

Onunla seqmentin kənarı arasında 1-2 dağınıq cər-

gədə tükcüklər var. Sürfənin bədən uzunluğu 10-15 

mm-dir.  

Yırtıcı böcək iynəyarpaqlı ağaclarla əlaqəlidir. 

Avropa,  SSRİ-nin  Avropa  hissəsi  və  Qafqazda  o, 

bir  neçə  qabıqyeyəninin  uzunbığ  böcəklərin  və  bir 

növqızılböcəyinin  yollarında  yaşayır  (Yanovskiy, 

1976).  Onun  tədqiqatlarına  görə,  Tuvada,  alaböcək 

iynəyarpaq növlərlə əlaqəlidir. Böcəyin yetkin fərd-

ləri  qabıqyeyən  böcəklərlə  (Ips  subelongatus 

Motsch.  və    I.  typographus  L.)qidalanırlar.  Alabö-

cəyin  sürfələri,  qeyd  olunan  qabıqyeyənlərin  yu-

murta,  sürfə,  pup  və  cavan  böcəklərini,  həmçinin 



Phaenops  guttulata  Gebl.  –  qızılböcəyinin  və 

Acanthocinus 

carinulatus 

Gebl. 


və 

Tetropiumgracilicorne  Rtt.  –  uzunbığ  böcəyinin 

sürfələrini məhv edirlər. Monqolustanda bu böcəyin 

qurbanları qabıqyeyənlər Blastophagus minor Hart. 

və  Scolytus  morawitzi  Sem.-dir.  Bu  yırtıcı  böcək 



Polygraphus  subopacus  Thoms.qabıqyeyənin  nəs-

lini 98% məhv edir (Zinovyev, 1959). 

Bizim müşahidə apardığımız rayonlarda ancaq 

Mərdəkanda (dendraridə) qeydə alınıb. Alaböcəyin 

sürfələri  şam  ağacının  qabığı  altda  –  Ips  sexden-

tatus  Boern.,  Orthotomicus  proximus  Eichh  və  O. 

laricis  F.qabıqyeyənlərinin  yollarında,  qaraşamın 

qabığı  altda  –    Ips  subelongatus  Motsch  qabıqye-

yəninin,  küknar  ağacının  qabığı  altda  –  Ips  typo-

graphus  L.qabıqyeyəninin  yollarında  və  ağşamın 

qabığı  altda  –  Rhagium inquisitor  L.yollarında  ya-

şayırlar.  Alaböcəyin  sürfələrinə  qabıq  altda  bütün 

yay boyu, puplara iyun ayında, cavan böcəklərə isə 

iyul  ayında  rast  gəlinir.  Alaböcəyin  yetkin  fərdləri 

(imaqoları)  qabıqyeyənlərin  təzəcə  pupdan  çıxmış 

böcəklərini, sürfələri isə yuvalardakı yumurta, sür-

fə,  pup,  cavan  böcəkləri  və  qızılböcəklərin  kiçik 

yaşlı  sürfələrini  məhv  edirlər(Məmmədov  və  b., 

2015).  


9. Hypophloeus linearis F.  

Böcəyin  başı  və  belönü  qaradır.  Qanadüstlük-

ləri, ayaqları və bığcıqları sarı-qonurdur, nöqtəli qı-

rış cərgələri var. Bədəni ensiz, silindr formalı, parıl-

tılıdır. Bədənin uzunluğu 2,5-2,8 mm-dir. Yaşlı sür-

fələri  tünd-qəhvəyi,  terqitləri  ağ  nöqtələnmişdir. 

Bığcıqların  II  buğumları  demək  olar  ki,  silindr 

formalıdır.  

İynəyarpaq ağac növlərinin qabığı altında inki-

şaf edir. Böcək 26 növ ksilofaqın yırtıcısı kimi qeyd 

edilmişdir.  Tədqiqatçıların  fikrincə,  qarabə-dənin 

böcək  və  sürfələri,  ksilofaqların  yumurta,  sürfə  və 

puplarını,  həm  də  cavan  böcəklərini  məhv  edirlər. 

Bizim  tərəfimizdən,  nazik  qabıqda  inkişaf  edən 

qabıqyeyənlərin  (Hylurgops  paliatus  Gyll.,  Blas-

tophagus minor Hart.) yollarında rast gəlinib (Şəki-

Zaqatala).  




Azərbaycanda Meşə Və Meyvə Ağaclarına 

75 


Qarabədən böcəklər ağacların qabığı altda may 

ayının ortası və axırında, dişi qabıqyeyənlər analıq 

yollarını düzəldən vaxt görünürlər. Bir qabıqyeyən 

yolunda  5-7  qarabədən  böcəyi  yığılır.  Qabıqyeyən 

yollarında qarabədənlər cütləşir və yumurta qoyur-

lar.  Yumurtaqoyma  may  ayının  axırı  başlayır  və 

iyun ayının axırı iyulun əvvəlinə qədər davam edir. 

Qarabədən  sürfələri  iyun  ayından  oktyabr  ayına 

qədər  görünürlər.  Bir  qarabədən  sürfəsi  sutkada 

0,5-0,7 qabıqyeyən sürfəsi yeyir (Zinovyev, 1959). 

Qidalanmasını  bitirdikdən  sonra  sürfə,  ağac  kəpə-

yinin içərisində puplaşır. İlk puplar iyul ayının 2-də 

qeydə alınıb. Pup mərhələsi  10-12 gün çəkir. Yeni 

nəslin  yetkin  böcəkləri  iyul  ayının  II  ongünlüyün-

dən  sentyabr  ayının  axırına  qədər  inkişaf  edirlər. 

Böcək  və  sürfələri  inkişaf  yerlərində  qışlayırlar. 

Yetkin  böcək  populyasiyasının  bir  hissəsi,  inkişaf 

yerini iyul-avqustda  tərk  edir  və  daha  təzə  kəsilmə 

ərazilərinə  uçurlar.  Sentyabr  ayının  8-dən  10-a 

qədər aparılan hesablamalar göstərmişdir ki, qabıq-

yeyən  –  Blastophagus  minor  Hart.  yollarında  orta 

hesabla  72,8  %  sürfə  və  27,2%  qarabədənin  yaşlı 

fərdinə  (imaqosuna)  rats  gəlinir.  Qışlamış  sürfələr 

təbii şəraitdə iyun ayının əvvəli puplaşır, iyun ayı-

nın II-III ongünlüyündə isə yetkin böcəklərə çevri-

lirlər. Bizim tədqiqatlara görə, qarabədən Azərbay-

canda bir nəsil verir. 

Qarabədən qabıqyeyənlərin effektiv və qiymət-

li yırtıcısından biridir. Ayrı-ayrı məskunlaşmalarda 

qarabədənin  böcək  və  sürfələri,  Blastophagus 



minor  Hart.qabıqyeyəninin  yumurta  və  sürfələrinin 

sayını 60% aşağı salır. 



10. Hypophloeus saturalis Pk.  

Böcəyin  rəngi  sarı-qonurdur.  Belönü  azca 

uzunsovdur. Qanadüstlükləri qarışıq nöqtəlidir. Bə-

dənin uzunluğu 3,0-3,5 mm-dir.  

Avropa  ölkələri  və  keçmiş  SSRİ-nin  Avropa 

hissəsində iynəyarpaq ağacların qabığı altda qabıq-

yeyənlərin və digər ksilofaqların yollarında inkişaf 

edir.  Qarabədənqabıqyeyənlərin  yumurta  və  sürfə-

ləri  ilə  qidalanırlar.  Qarabədən  Ips  sexdentatus 

Boern.qabıqyeyəninin  puplarını  da  yeyir  (Filippen-

kova, 1971).O qabıqyeyənin 56% yumurta və 20% 

sürfəsini yeyir. Qarabədənin qabıqyeyən yollarında 

bitən  göbələklərlə  və  bitki  mənşəli  qalıqlarla  da 

qidalandığını qeyd etmişdir (Zinovyev, 1959). 

Azərbaycanda  (Lənkəran,  Astara)  qarabədən 

böcəklərinə,  may  ayının  axırından  sentyabr  ayının 

axırına  qədər,  ağac  kəsimləri  qalıqları  və  kəsilmiş 

şam  ağaclarında  qabıqyeyənlərin  (Ips  sexdentatus 

Boern.,  Blastophagus  minor  Hart.)    yollarında  rast 

gəlinir (Məmmədov və b., 2015).  

Qarabədənin  yumurtadan  yetkin  fərdə  qədər 

inkişafı, ağac qabığı qatında, qabıqyeyənlərin yolla-

rında keçir. Qarabədənin yetkin fərdləri, qabıq altda 

qabıqyeyənlər  aktiv  şəkildə  analıq  yollarını  qoyan 

vaxt görünürlər. Sürfələr iyun ayının ortası yumur-

talardan  çıxır  və  iyul  ayının  axırına  qədər  qidala-

nırlar.  Sürfələr  iyul  ayında  pup  mərhələsinə  keçir-

lər,  yetkin  fərdlər  puplardan  avqust-sentyabr  ayla-

rında çıxırlar. Yeni nəslin ilk böcəkləri avqust ayın-

da  qeydə  alınıb.  Böcəklər  inkişaf  yerlərində  qış-

layırlar. İldə bir nəsil verir. 

Qarabədən  böcək  ksilofaqların  sayını  50-60% 

aşağı salır. 

 

 



ƏDƏBİYYAT 

 

Məmmədov  Z.M.,  Mirzəyeva  N.B.,  Əhmədova 

V.Ə.  (1997)  Azərbaycanın  Böyük  Qafqaz  zona-

sında  meşə  ağaclarına  zərər  verən  ksilofaqlar  və 

onların  təbii  düşmənləri.  AMEA-nın  Xəbərləri 

(biol.elm.ser.), 1:23-29. 

Məmmədov  Z.M.,  Şirinova  L.A.,  Atayeva  R.S., 

Səfərova E.F. (2015) Abşeronda ağac və kol bit-

kilərinə  zərərverən  başlıca  ksilofaqların  (Coleop-



tera)  parazitləri  və  onlardan  bioloji  mübarizədə 

istifadənin  mümkünlüyü.  AMEA-nın  Xəbərlər 



(biol.elm.ser.), 2:62-67.  

Зиновьев  Г.А.  (1959)  О  значении  комплекса 

энтомофагов  в  ограничении  размножения  ко-

роедов  хвойного  леса.  В  кн.:  Чтение  памяти 

Н.А.Холодковского. М.–Л., с.62-86. 

Коломиец  Н.Г.,  Богданова  Д.А.  (1980)  Пара-

зиты  и  хищники  ксилофагов  Сибири.  Ново-

сибирск: Наука, 276 с. 

Филиппенкова В.В. (1971)  Паразиты стволовых 

вредителей сосны в лесах Среднего Поволжья. 



Энтомол. обозр.,50 (вып. 4): 763-769. 

Харитонова  Н.З.  (1972)  Энтомофаги  короедов 

хвойных пород. М., 128 с. 



Яновский  В.М.  (1976)  Энтомофаги  стволовых 

вредителей в Тувинской АССР и Монгольской 

Народной  Республике.  В  кн.:  Проблема  дина-

мики  численности  насекомых  –  вредителей 

таежных лесов. Красноярск, с. 42-97. 

 

 



 

 

 



 

 



Məmmədov və Şirinova 

76 


Роль Хищных Жуков В Регуляции Численности Ксилофагов,  

Вредящих Лесным И Плодовым Деревьям в Азербайджане 

 

З.М. Мамедов, Л.А. Ширинова  

 

Институт зоологии НАНА 

 

В  результате  многолетних  исследований  установлены  14  видов  хищных  жуков  (Coleoptera),  вли-



яющих на снижение численности ксилофагов, вредящих деревьям и кустарникам лесных и садовых 

участков  в  Азербайджане,  определена  возможность  использования  в  борьбе  против  ксилофагов  10 

этих  видов.  В  статье  приводятся  данные  по  биоэкологическим  особенностям,  распространению  и 

хозяйственному значению этих жуков. 

 

Ключевые слова: Энтомофаг, хищник, ксилофаг, биология, биологическая борьба 

 

 



 

 

The Role Of Predatory Beetles In Density Regulation Of Xylophagous Pests  



In Forests And Orchards Of Azerbaijan 

 

Z.M. Mamedov, L.A. Shirinova  

 

Institute of Zoology, ANAS 



 

As  a  result  of  years  of  research  14  species  of  predatory  beetles  (Coleoptera),  reducing  the  number  of 

xylophages,  which  damage  trees  and  shrubs  in  forests  and  orchards  of  Azerbaijan  were  revealed.  The 

possibility  of  the  usage  of  ten  species  as  biological  control  agents  of  xylophages  was  assessed.  Data  on 

bioecological  peculiarities,  distribution  and  agricultural  importance  of  the  studied  species  of  beetles  have 

been provided in the paper. 



 

Key words: Entomophage, predator, xylophage, biology, biological control 

Yüklə 109,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə