AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
23
C. HÜQUQ MÜDAFİƏÇİLƏRİ
13.
Əliabbas Fəxrəddin oğlu
RÜSTƏMOV
© www.azadliq.org
Saxlanma tarixi: 28 iyun 2014-cü il
İttiham: CM-in 312.2-ci
(vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər
(hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış: Əliabbas Rüstəmov “Yasavul” hüquq şirkətinin rəhbəri və
tanınmış hüquq müdafiəçisidir. Həbsindən əvvəl Ə.Rüstəmov hakimiyyətin açıq
tənqidçilərindən biri kimi çıxış edib. Facebook profilində ardıcıl olaraq ölkədəki
problemlərlə bağlı sərt tənqidlər söyləyib və tənqidi yazıları paylaşıb. Ə.Rüstəmov
Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkisində müxalif blok olan Milli
Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyib və onun mitinqlərində iştirak edib.
Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və marafonlara
qatılıb.
Ə.Rüstəmov həbsindən öncə vicdan məhbusu Anar Məmmədlinin (Seçkilərin
Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri) vergi ittihamı ilə bağlı
məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o,
bu sahə üzrə ölkədə ən yaxşı ekspertlərdən biri sayılır, lakin onun A.Məmmədlinin
müdafiəsində iştirakına inzibati yollarla əngəl yaradılıb. Həbsxanada olan
A.Məmmədli Ə.Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı
ilə təsdiqləməliydi, lakin saxlanıldığı Təcridxananın rəhbərliyi ona bu şəraiti
yaratmayıb.
17 mart 2014-cü ildə isə Ə.Rüstəmov prezident İlham Əliyevə ölkə ictimaiyyətinin
diqqətini özünə çəkən çox sərt məzmunlu müraciət ünvanlayıb. Müraciət öncə açıq
məktub kimi “Azadlıq” qəzetində dərc edilib, sonradan başqa KİV-lərdə və sosial
mediada yayılaraq böyük rezonans yaradıb
22
.
Dövlət başçısına “ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq
fəaliyyəti barədə dolğun məlumat” sözləri ilə başlayan həmin müraciətdə 100
milyonlarla məbləğdə büdcə vəsaitinin oğurlanması barədə faktlar sadalanır. Bu
məktubdan sonra Ə.Rüstəmovun həbs ediləcəyi deyilirdi və bu da 2014-cü ilin iyunun
28-də baş verdi. Ə.Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə
danışmağa macal tapıb. “Saxlanılan gün Əliabbas Rüstəmov mənə zəng elədi və
rüşvət almaqda ittiham olunduğunu dedi. O, saxlanılmasını sifarişli və prezidentə
22
http://bit.ly/29NVGAi
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
24
müraciətlə bağlı olduğunu düşünür” – “Azadlıq” qəzetinin müxbiri Vidadi
Məmmədov həmin gün “BBC Azərbaycanca”ya onun sözlərini çatdırıb.
23
“Hüquq müdafiəçisi öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək
olar?!” deyə yerli mətbuat Ə.Rüstəmova qarşı irəli sürülən rəsmi ittihamı “absurd”
adlandırıb. Ə.Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə
etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.
06 noyabr 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim
Rahib Salmanov) hökmü ilə Ə.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi 18 avqust 2016-cı il tarixli qərarı ilə hüquq
müdafiəçisinin şikayətini təmin etməyərək onu həbsdə saxlayıb. Ali Məhkəmə
(sədrlik edən hakim İmran Hacıqayıbov) 07 fevral 2017-ci il tarixli qərarı ilə təyin
edilmiş çəzanın müddətini bir il azaldaraq onu 6 ilə endirib.
_____________________________________________________________________
D. SİYASİ VƏ İCTİMAİ FƏALLAR
14.
Gözəl Oruc qızı
BAYRAMLI
© şəxsi Facebook profili
Saxlanma tarixi: 25
may 2017-ci il
İttiham: CM-in 206.1-ci
(qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya
gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan
etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd
edilənlər istisna olmaqla
24
malların və digər əşyaların külli miqdarda keçirilməsi)
maddəsi
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
İş üzrə qısa arayış: Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)
sədr müavini olan Gözəl Bayramlı barədə mayın 4-də hökumətyönümlü media
qarayaxma xarakterli məlumatlar yayaraq onu Gürcüstandan qeyri-qanuni yolla pul
gətirərək ölkədə iğtişaşlar yaratmaqda ittiham etmişdi (
bax: jurnalist Əfqan
Muxtarlının işi, #5).
Bu məqalədən bir neçə həftə sonra, mayın 25-də Gürcüstandan qayıdan G.Bayramlı
sərhəddə saxlanılaraq həbs edilib və ona qarşı ölkəyə bəyan edilmədən 12 ABŞ
dolları keçirməklə qaçaqmalçılıq etmkdə ittiham olunub. Səbail Rayon Məhkəməsi
23
http://bbc.in/29If00u
24
bax 10-cu snoska