Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
23 
 
C. HÜQUQ MÜDAFİƏÇİLƏRİ 
 
13.
 
Əliabbas Fəxrəddin oğlu 
RÜSTƏMOV
 
 
 
 
 
 
 
 
 
 
 © www.azadliq.org 
Saxlanma tarixi: 28 iyun 2014-cü il 
 
 
 
 
 
 
 
 
   
 
İttiham:  CM-in  312.2-ci  (vəzifəli  şəxs  tərəfindən  bilə-bilə  qanunsuz  hərəkətlər 
(hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi 
 
Saxlandığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Əliabbas  Rüstəmov  “Yasavul”  hüquq  şirkətinin  rəhbəri  və 
tanınmış  hüquq  müdafiəçisidir.  Həbsindən  əvvəl  Ə.Rüstəmov  hakimiyyətin  açıq 
tənqidçilərindən  biri  kimi  çıxış  edib.  Facebook  profilində  ardıcıl  olaraq  ölkədəki 
problemlərlə  bağlı  sərt  tənqidlər  söyləyib  və  tənqidi  yazıları  paylaşıb.  Ə.Rüstəmov 
Azərbaycanda  2013-cü  ildə  keçirilən  prezident  seçkisində  müxalif  blok  olan  Milli 
Şuranın  namizədi  Cəmil  Həsənlini  dəstəkləyib  və  onun  mitinqlərində  iştirak  edib. 
Seçkidən sonra da Milli Şuranın keçirdiyi tədbirlərə, ictimai dinləmə və  marafonlara 
qatılıb.  
 
Ə.Rüstəmov  həbsindən  öncə  vicdan  məhbusu  Anar  Məmmədlinin  (Seçkilərin 
Monitorinqi  və  Demokratiyanın  Tədrisi  Mərkəzinin  rəhbəri)  vergi  ittihamı  ilə  bağlı 
məhkəmə prosesində onun nümayəndəsi olmaq üçün müraciət edib. Xatırladaq ki, o, 
bu  sahə  üzrə  ölkədə  ən  yaxşı  ekspertlərdən  biri  sayılır,  lakin  onun  A.Məmmədlinin 
müdafiəsində  iştirakına  inzibati  yollarla  əngəl  yaradılıb.  Həbsxanada  olan 
A.Məmmədli Ə.Rüstəmovun nümayəndə olmasına razılıq imzasını notariusun iştirakı 
ilə  təsdiqləməliydi,  lakin  saxlanıldığı  Təcridxananın  rəhbərliyi  ona  bu  şəraiti 
yaratmayıb.  
 
17  mart  2014-cü  ildə  isə  Ə.Rüstəmov  prezident  İlham  Əliyevə  ölkə  ictimaiyyətinin 
diqqətini  özünə  çəkən  çox  sərt  məzmunlu  müraciət    ünvanlayıb.  Müraciət  öncə  açıq 
məktub  kimi  “Azadlıq”  qəzetində  dərc  edilib,  sonradan  başqa  KİV-lərdə  və  sosial 
mediada yayılaraq böyük rezonans yaradıb 
22

 
Dövlət  başçısına  “ətrafınızda  olan  yüksək  rütbəli  şəxslərin  faktiki  olaraq  quldurluq 
fəaliyyəti  barədə  dolğun  məlumat”  sözləri  ilə  başlayan  həmin  müraciətdə  100 
milyonlarla  məbləğdə  büdcə  vəsaitinin  oğurlanması  barədə  faktlar  sadalanır.  Bu 
məktubdan sonra Ə.Rüstəmovun həbs ediləcəyi deyilirdi və bu da 2014-cü ilin iyunun 
28-də baş verdi. Ə.Rüstəmov həbs olunan gün yalnız “Azadlıq” qəzetinin müxbiri ilə 
danışmağa  macal  tapıb.  “Saxlanılan  gün  Əliabbas  Rüstəmov  mənə  zəng  elədi  və 
rüşvət  almaqda  ittiham  olunduğunu  dedi.  O,  saxlanılmasını  sifarişli  və  prezidentə 
                                                        
22
 http://bit.ly/29NVGAi   


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
24 
 
müraciətlə  bağlı  olduğunu  düşünür”  –  “Azadlıq”  qəzetinin  müxbiri  Vidadi 
Məmmədov həmin gün “BBC Azərbaycanca”ya onun sözlərini çatdırıb.
23
 
 
“Hüquq müdafiəçisi öz müştərisindən necə rüşvət ala bilər və bunu necə iddia etmək 
olar?!”  deyə  yerli  mətbuat  Ə.Rüstəmova  qarşı  irəli  sürülən  rəsmi  ittihamı  “absurd” 
adlandırıb.  Ə.Rüstəmovun həbsi tənqidi mövqeyi, müxalif mövqeli insanları müdafiə 
etməsi və dövlət başçısına sərt açıq məktub yazması ilə bağlıdır.  
 
06  noyabr  2015-ci  ildə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim 
Rahib Salmanov) hökmü ilə Ə.Rüstəmov 7 il müddətinə azadlıqdan məhrum edilib. 
Bakı  Apellyasiya  Məhkəməsi  18  avqust  2016-cı  il  tarixli  qərarı  ilə  hüquq 
müdafiəçisinin  şikayətini  təmin  etməyərək  onu  həbsdə  saxlayıb.  Ali  Məhkəmə 
(sədrlik edən hakim İmran Hacıqayıbov) 07 fevral 2017-ci il tarixli qərarı ilə təyin 
edilmiş çəzanın müddətini bir il azaldaraq onu 6 ilə endirib.  
_____________________________________________________________________ 
 
D. SİYASİ VƏ İCTİMAİ FƏALLAR  
 
14.
 
Gözəl Oruc qızı 
BAYRAMLI
                                  
 
          © şəxsi Facebook profili 
Saxlanma tarixi: 25 may 2017-ci il  
 
İttiham:  CM-in  206.1-ci  (qaçaqmalçılıq,  yəni  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya 
gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan 
etməməklə  və  ya düzgün bəyan  etməməklə bu Məcəllənin  206.2-ci  maddəsində qeyd 
edilənlər  istisna  olmaqla
24
 malların  və  digər  əşyaların  külli  miqdarda  keçirilməsi) 
maddəsi 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş üzrə qısa arayış: Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 
sədr  müavini  olan  Gözəl  Bayramlı  barədə  mayın  4-də  hökumətyönümlü  media 
qarayaxma  xarakterli  məlumatlar  yayaraq  onu  Gürcüstandan  qeyri-qanuni  yolla  pul 
gətirərək  ölkədə  iğtişaşlar  yaratmaqda  ittiham  etmişdi  (bax:  jurnalist  Əfqan 
Muxtarlının işi, #5). 
 
Bu  məqalədən  bir  neçə  həftə  sonra,  mayın  25-də  Gürcüstandan  qayıdan  G.Bayramlı 
sərhəddə  saxlanılaraq  həbs  edilib  və  ona  qarşı  ölkəyə  bəyan  edilmədən  12  ABŞ 
dolları  keçirməklə  qaçaqmalçılıq  etmkdə  ittiham  olunub.  Səbail  Rayon  Məhkəməsi 
                                                        
23
 http://bbc.in/29If00u 
24
 bax 10-cu snoska 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə