Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə2/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 

 
SİYASİ MƏHBUS MEYARLARI 
 
Hesabatın  hazırlanmasında  Avropa  Şurası  Parlament  Assambleyasının  (AŞPA)  3 
oktyabr  2012-ci  il  1900  saylı  Qətnaməsində  təsbit  edilmiş  meyarlardan  istifadə 
olunub
1
.  Həmin  sənədə  əsasən,  şəxsi  azadlığından  məhrum  edilmiş  şəxs  aşağıdakı 
hallarda siyasi məhbus sayılır: 
 
a.
 
həbs  İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında 
Konvensiyaya  (Konvensiya)  və  onun  protokollarında  təsbit  olunmuş  fundamental 
təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, 
toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; 
 
b.
 
həbs  heç  bir  cinayətlə  əlaqəsi  olmadan  sırf  siyasi  səbəblərdən  həyata 
keçirilibsə;
 
 
c.
 
siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və 
ya təqsirkar sayıldığı cinayətə aydın şəkildə proporsional deyilsə;
 
 
d.
 
şəxs  başqa  şəxslərlə  müqayisədə  siyasi  səbəblərdən  ayrı-seçkilik  şəraitində 
həbs edilirsə;
 
 
e.
 
həbs  aydın  şəkildə  ədalətsiz  məhkəmə  proseslərinin  nəticəsidirsə  və  bu, 
hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
 
 
AŞPA  bu  qətnaməsində  xatırladır  ki, 
“siyasi  məhbus”  anlayışını  Ermənistan  və 
Azərbaycanın  Avropa Şurasına qəbulu kontekstində hər iki dövlətdə mövcud olduğu 
iddia  edilən  siyasi  məhbusların  işinin  qiymətləndirilməsi  üçün  mandat  verilən  Baş 
Katibin müstəqil ekspertləri Avropa Şurası çərçivəsində işləyib. 
 
Terror  cinayətlərinə görə  azadlıqdan məhrum edilən şəxs  İnsan hüquqlarının və  əsas 
azadlıqların müdafiəsi haqqında Konvensiyaya və yerli qanunvericiliyə uyğun olaraq 
belə  cinayətlərə  görə  məsuliyyətə  cəlb  edilib  və  məhkum  olunubsa,  siyasi  məhbus 
sayılmır.
 
 
Hesabat hazırlanarkən Amnesty International təşkilatının kriteriyalarına
2
 uyğun olaraq 
vicdan məhbusu kimi tanınmış şəxslərin işlərində bu təşkilata istinad edilib.   
 
 
 
                                                        
1
 http://bit.ly/1piq992  
2
 http://bit.ly/18KQFUz  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 

 
A. JURNALİSTLƏR/BLOGERLƏR 
 
      
1.
 
Mehman Yadulla oğlu Əliyev                      
 
                                                  © Turan 
 
Saxlanma tarixi: 24 avqust 2017-ci il 
 
İttiham:  CM-nin  192.2.2  (Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş  qaydada  dövlət  qeydiyyatına (vergi  uçotuna) alınmadan  və  ya  xüsusi  razılıq 
(lisenziya)  tələb  olunduğu  halda  belə  razılıq  (lisenziya)  almadan,  həmçinin 
lisenziyalaşdırılma  şərtlərinin  pozulması  ilə  və  ya  xüsusi  icazə  olmadan  mülki 
dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olma),  213.1  (xeyli  miqdarda  vergiləri  və  ya  məcburi  dövlət 
sosial  sığorta  haqlarını  ödəməkdən  yayınma)  və  308.1-ci  (vəzifə  səlahiyyətlərindən 
sui-istifadə,  yəni  vəzifəli  şəxsin  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  özü  və  ya 
üçüncü  şəxslər  üçün  qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq 
səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq 
mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına 
və  qanuni  mənafelərinə,  yaxud  cəmiyyətin  və  ya  dövlətin  qanunla  qorunan 
mənafelərinə mühüm zərər vurduqda) maddələri 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş  üzrə  qısa  arayış:  M.Əliyev  Azərbaycan  müstəqqillik  qazandıqdan  sonra 
Azərbaycanda  yaradılan  ilk  informasiya  agentliklərindən  biri  –  “Turan”  gentliyinin 
direktorudur. Əliyev və onun rəhbəri olduğu agentlik Azərbaycanda uzun illər ərzində 
peşəkar  jurnalistika  ilə  məşğul  olmuş,  söz  və  ifadə  azadlığının  xeyli  dərəcədə 
məhdudlaşdırıldığı  ölkədə  alternativ  informasiya  mənbəyi  kimi  çıxış  etmiş,  ən 
müxtəlif məsələlər ilə bağlı araşdırma yazılar dərc olunmuşdur. M.Əliyev jurnalistika 
ilə yanaşı müxtəlif ictimai-siyasi proseslərdə də fəal iştirak etmişdir. 2012-ci ildə Kür 
çayının daşması nəticəsində zərərçəkmiş şəxslərin hüquqlarının qorunması məqsədilə 
“Kür”  Vətəndaş  Cəmiyyəti  Qərargahının  yaradılması  təşəbbüsünü  irəli  sürmüş, 
sonradan bu qurumun üzvü kimi fəaliyyət göstərmişdir. 2013-cü il Prezident seçkilər 
zamanı müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasında yaxından 
iştirak etmişdir, insan hüquq və azadlıqlarının qorunması, siyasi məhbus məsələləri ilə 
bağlı müxtəlif qrupların üzvü olmuş, ictimai tədbirlərdə mütəmadi iştirak etmişdir.  
 
2017-ci il avqustun 7-də M.Əliyevin rəhbəri olduğu “Turan” İnformasiya Agentliyinə 
qarşı  vergidən  yayınma  ittihamı  ilə  cinayət  işi  açılmış,  bundan  bir  neçə  gün  sonra 
Agentlikdə  vergi  orqanı  tərəfindən  axtarış  aparılmış  və  qurumun  bütün  maliyyə 
sənədləri, mühasibin kompüteri müsadirə edilmişdi. Avqustun 24-də isə Əliyev vergi 
orqanına getdikdən sonra saxlanılmış, ona qarşı ittihalar irəli sürülmüşdür, avqustun 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə