Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 

 
 
 
3.
 
Seymur Məşgül oğlu 
HƏZİ
  
                                                                                                
                              
            © şəxsi Facebook profili 
 
Saxlanma tarixi: 29 avqust 2014-cü il 
 
İttiham:  CM-in  221.3-cü  (xuliqanlıq,  silah  qismində  istifadə  edilən  əşyaları  tətbiq 
etməklə törədildikdə) maddəsi 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Azərbaycanda  müxalif  mövqeyi  ilə  fərqlənən  “Azadlıq” 
qəzetinin  şərhçisi  və Azərbaycan hakimiyyətini  və onun apardığı  siyasəti  sərt tənqid 
edən, peyk üzərindən xaricdən yayımlanan "Azərbaycan Saatı" onlayn televiziyasının 
aparıcısı Seymur Həzi ciddi əsas olmadan saxlanılıb. Jurnalistin yaşadığı Ceyranbatan 
qəsəbəsində  Məhərrəm  Həsənov  adlı  şəxs  S.Həziyə  yaxınlaşaraq,  ondan  sosial 
şəbəkədə  göndərdiyi  mesaja  cavab  verməməsinin  səbəbini  soruşub  və  cavab 
gözləmədən  ona  hücum  edib.  Bundan  bir  neçə  dəqiqə  sonra  əraziyə  gələn  polislər 
jurnalisti saxlayıb. Avqustun 30-da Abşeron Rayon Məhkəməsi onun barəsində həbs 
qətimkan tədbiri seçib.   
 
Jurnalist Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 29 yanvar 2015-
ci  il  tarixli  hökmü  əsasında  5  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum  edilib.  S.Həzinin  əleyhinə  ifadə  verən  Məhərrəm  Həsənov  isə  6  ay 
müddətinə azadlıqdan məhrum edilib və o artıq azadlıqdadır. Sumqayıt Apellyasiya 
Məhkəməsi  5  sentyabr  2015-ci  il,  Ali  Məhkəmə  isə  15  aprel  2016-cı  il  tarixli 
qərarlarla həmin hökmü qüvvədə saxlayıblar.   
 
Məhkəmə  müşahidələri  birmənalı  şəkildə  deməyə  əsas  verir  ki,  jurnalistin  həbsi 
əvvəlcədən  qurulmuş  plan  üzrə  həyata  keçirilib,  ona  qarşı  təxribat  törədilib  və 
nəticədə  bu  təxribatdan  istifadə  edilərək  saxlanılıb.  Proseslər  zamanı  jurnalistin  və 
onun  vəkilinin  verdiyi  və  birbaşa  işin  mahiyyətinin  açılmasına  yönələn  vəsastətlərin 
heç  biri  təmin  olunmayıb.  Xüsusən  ittiham  aktında  cinayət  işinin  açıldığı  vaxtın 
göstərilməməsi,  işin  ekspertiza  keçirilmədən  başlanması,  hadisənin  iştirakçısı  olan 
M.Həsənovun ziddiyyətli ifadələri, jurnalistlə onun arasında əslində Facebook-da heç 
bir yazışmanın olmaması, M.Həsənovun hadisə yerinə 2 saat qabaq gələrək jurnalisti 
gözləməsi  və  bunu  sübut  edəcək  telefon  danışıqlarının  siyahısının  və  vaxtının 
alınması kimi məsələlər araşdırılmayıb. 
 
S.Həzi  həbsindən  əvvəlki  illərdə  də  jurnalist  fəaliyyətinə  görə  təzyiq  və  təqiblərə 
məruz qalıb. O, 26 mart 2011-ci ildə yaşadığı Ceyranbatan qəsəbəsində bu hadisənin 
baş  verdiyi  eyni  yerdən  oğurlanaraq  naməlum  yerə  aparılıb,  naməlum  maskalı 
şəxslərin zorakılığına məruz qalıb və “Axmaq olma, İlham Əliyev haqqında yazma” 
mesajını  alıb.  Bu  hadisə  ilə  bağlı  jurnalist  açıq  şəkildə  mətbuata  müsahibə  verib, 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
10 
 
hüquq mühafizə orqanlarına müraciətləri cavabsız qalıb, təkidlərdən sonra faktla bağlı 
açılmış cinayət işi nəticəsiz yekunlaşıb.  
 
Amnesty International jurnalisti vicdan məhbusu kimi tanıyıb
9
.     
 
 
4.
 
Fikrət Fərəməz oğlu 
İBİŞBƏYLİ
 (Fikrət Fərəməzoğlu)     
                                                                                             
 
                                                                                                                            © şəxsi Facebook profili 
Saxlanma tarixi: 30 iyun 2016-cı il                                             
 
 
İttiham:  CM-in  182.2.1  (hədə-qorxu  ilə  tələb  etmə,  yəni  zərərçəkmiş  şəxsin  və  ya 
onun  yaxın  qohumlarının  şəxsiyyəti  üzərində  zor  göstərmə,  onların  haqqında 
rüsvayedici  məlumatlar  yayma  və  ya  onların  əmlakını  tələf  etmə  hədəsi  ilə  özgənin 
əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər 
etməsini  tələb  etmə,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən  törədildikdə)
182.2.2  (eyni  əməllər  təkrar  törədildikdə)  182.2.4-cü  (eyni  əməllər  xeyli  miqdarda 
əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş  üzrə  qısa  arayış:  www.JAM.az  (Jurnalist  Araşdırma  Mərkəzi)  portalının  baş 
redaktoru  F.Fərəməzoğlu  mütəmadi  qaydada  Bakı  şəhərinin  mərkəzində  əxlaqsızlıq 
yuvaları kimi  istifadə  edilən mehmanxana və digər obyektlərin məmurlar tərəfindən 
idarə  edilməsi  barəsində  yazılar  dərc  edib.  İyunun  20-də  həbsindən  10  gün  qabaq  o 
“YAP
10
-ın mərkəzi binasının yaxınlığında əxlaqsızlıq yuvası” adlı məqalə dərc etmiş, 
bu  məqalədə  bu  və  digər  əxlaqsızlıq  yuvalarının  “Antaliya”  Mehman  ləqəbli  şəxsə 
məxsus olduğunu və bu şəxsin yüksək rütbəli məmurlar tərəfindən himayə edildiyini 
və  himayə  altında  olduğu  üçün  hətta  Daxili  İşlər  Nazirliyinin  İnsan  Alverinə  qarşı 
Mübarizə İdarəsinin belə heç bir müdaxilə edə bilmədiyini vurğulamışdır
11
. Jurnalist 
iyunun 23-də  yenidən adı çəkilən şəxs barəsində ifşaedici məqalə ilə çıxış etmişdir
12
  
“Antaliya”  Mehman  ləqəbli  şəxsin  Daxili  İşlər  Nazirinin  1-ci  müavini  Vilayət 
Eyvazovun bilavasitə himayəsində olması ilə bağlı məlumatlar mövcuddur.  
 
Daxili  İşlər  Nazirliyi  rəsmi  məlumat  yayaraq  jurnalistin  Bakı  şəhərində  yerləşən 
restoranlardan  birinin  sahibindən  hədə-qorxu  yolu  ilə  3000  manat  alarkən 
saxlanıldığını və  onun barəsində həbs  qətimkan tədbirinin seçildiyini bildirib.  Lakin 
jurnalist  saxlandıqdan  əvvəl  həmkarları  ilə  iaşə  obyektlərinin  birində  olub  və  oranı  
                                                        
9
 http://bit.ly/29JyV26  
 
10
 Yeni Azərbaycan Partiyası (YAP), hazırda hakimiyyətdə olan partiyadır 
11
 http://bit.ly/2ekKcDt 
 
12
 http://bit.ly/2edW3Uz 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə