Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə7/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   10   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
15 
 
qanunsuz keçmək istəyərkən saxlanıldığını və üzərindən 10,000 avro götürüldüyünü, 
saxlanılarkən  jurnalistin  sərhədçilərə  müqavimət  göstərdiyini  bildirib.  Birgə 
məlumatın özü bu iş üzrə bir sıra cavabsız suallar ortaya çıxarıb. Əsas suallardan biri 
odur  ki,  təqiblərə  görə  Azərbaycanı  tərk  edən  və  barəsində  hökumətyönlü  media 
tərəfindən qarayaxma  yazılar  yazılan jurnalist  niyə  qanunsuz  yolla, həm  də  üzərində 
10,000  avro  olmaqla  Azərbaycana  qayıtmağa  cəhd  etsin.  Digər  tərəfdən,  jurnalistin 
xarici pasportu evdə olub ki, bu da rəsmi məlumatın şübhəli olduğundan xəbər verir.   
 
Mayın  30-da  vəkili  ilə  görüşən  Muxtarlı  Tbilisidə  axşam  saatlarında  evə  gedərkən 
yerli  kriminal  polis  tərəfindən  oğurlanaraq  Opel  markalı  avtomobilə  zorla 
otuzdurulduğunu,  əllərinin  arxadan  bağlanıldığını  və  ona  zərbələrin  endirildiyini, 
başına  torba  keçirildiyini,  maşna  oturdularaq  2  saata  yaxın  yol  getdikdən  sonra 
maşının dəyişdirildirilərək yenidən naməlum istiqamətdə aparıldığını, daha sonra artıq 
Azərbaycan  dilində  danışan  şəxslərin  olduğu  üçüncü  maşına  mindirildiyini  bildirib. 
Hər  üç  avtomobildə  olan  şəxslər  kimlərəsə  yolboyu  məruzə  ediblər.  Jurnalist 
maşından endirildikdən və torba başından çıxarıldıqdan sonra özünün Dövlət Sərhəd 
Xidmətinin zastavasında olduğunu vəkilə deyib. 
 
Jurnalistin barəsində mayın 31-də Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs 
qətimkan  tədbiri  seçilib  (2017-ci  ilin  avqustunda  bu  müddət  daha  2  aylıq  artırlıb). 
Məhkəməyə  gətirilərkən  jurnalistin  alnında,  burnunda,  qaşlarının  arasında  qançır  və 
çağıqların  olduğunu  müşahidə  etmək  mümkün  olub.  Bununla  belə,  jurnalist  dərhal 
tibbi  ekspertizadan  keçirilməyib  və  zastavanın  müşahidə  kameralarının  görüntüləri 
vəkil tərəfindən istənilsə də təqdim olunmayıb.  
 
Gürcüstanın  Daxili  İşlər  Nazirliyi  hadisə  ilə  bağlı  azadlığın  qanunsuz 
məhdudlaşdırılması  maddəsi  ilə  cinayət  işi  açıb.  Jurnalistin  həyat  yoldaşı  cinayət 
işinin  gedişindən  narazılığını  bildirib,  məhz  mayın  29-da  Ə.Muxtarlının  olduğu  və 
keçdiyi,  o  cümlədən  aparıldığı  ehtimal  edən  yol  boyu  heç  bir  təhlükəsizlik 
kamerasının  işləməməsini  təsadüf  olmadığını  bəyan  edib.  Cinayət  işi  iyul  ayından 
Gürcüstanın Baş Prokurorluğunun icraatındadır.  
 
Avropa  Parlamenti  iyunun  15-də  Ə.Muxtarlının  işi  ilə  bağlı  qətnamə  qbul  edib  və 
onun  dərhal  azad  edilməsinə  çağırıb
16
.  Amnesty  International  təşkilatı  jurnalisti 
həbsindən  dərhal  sonra  “vicdan  məhbusu”  kimi  tanıyıb
17
.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi  jurnalistin  işini  ictraata  götürərək  prioritet  qaydada  araşdırmalara 
başlayıb.                
 
 
                                                        
16
 
http://bit.ly/2vSsbpV
 
17
 
http://bit.ly/2qA3HOS
 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
16 
 
7.
 
Əziz Qaraş oğlu 
ORUCOV
                             
 
© şəxsi Facebook profili 
Saxlanma tarixi: 1 iyun 2017-ci il 
 
İttiham:  CM-nin  192.2.2  (Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş  qaydada  dövlət  qeydiyyatına (vergi  uçotuna) alınmadan  və  ya  xüsusi  razılıq 
(lisenziya)  tələb  olunduğu  halda  belə  razılıq  (lisenziya)  almadan,  həmçinin 
lisenziyalaşdırılma  şərtlərinin  pozulması  ilə  və  ya  xüsusi  icazə  olmadan  mülki 
dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olma)  və  308.2-ci  (vəzifə  səlahiyyətlərindən  sui-istifadə,  yəni 
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün 
qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən  qulluq 
mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi 
halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni 
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm 
zərər vurduqda, ağır nəticələrə səbəb olduqda) maddələri 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş üzrə qısa arayış: 2008-ci ildən yayımlanan Kanal 13 İnternet kanalının direktoru 
olan  Əziz  Orucov  Azərbaycanda  fəallara  qarşı  saxta  əsaslarla  istifdə  edilən  İnzibati 
Xətlar  Məcəlləsinin  535.1-ci  (polisin  qanuni  tələbinə  tabe  olmama)  maddəsi  ilə 
ittiham edilərək 30 sutkalıq inzibati qaydada həbs olunub. Bu cəzası bitdiyi gün ona 
qarşı ittihamlar irəli sürülüb və Nəsimi rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq 
həbs qətimkan tədbiri seçilib.  
 
İttihamlar  Qafqaz  Media  Araşdırmalar  Mərkəzi  İctimai  Birliyinin  və  bu  təşkilatın 
layihəsi olan Kanal 13 onlayn kanalının fəaliyyəti ilə əlaqədar irəli sürülüb. Halbuki, 
bu Birliyin sədri Ə.Orucov deyil, onun qardaşı Anar Orucovdur (Anar Orucov 2014-
cü  ildə  Azərbaycanda  QHT-lərə  qarşı  başlanmış  repressiyalara  görə  Almaniyaya 
mühacirət  edib).  Ə.Orucov  bu  təşkilatın  fəaliyyəti  ilə  bağlı  heç  bir  sənədə  imza 
atmayıb. Onun həbsi nəticəsində Kanal fəaliyyətini dayandırmalı olub.    
 
Jurnalist  təcridxanaya  köçürüldükdən  sonra  ona  qarşı  təzyiqlər  baş  verib.  Görüş  və 
telefon danışıqları ciddi şəkildə məhdudlaşdırılıb. Saxlanldığı kamera həddən artıq isti 
olduğundan jurnalist bir dəfə huşunu itirib. Bir neçə dəfə yaxınları tərəfindən gətirilən 
sərinkeş isə kamerasına buraxılmayıb.  
 
 
 
 
 
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə