Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
31 
 
yenidən  qüvvədə  saxlayıb.  Ali  Məhkəmə  18  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  
apellyasiya instansiya məhkəməsinin qərarını dəişdirmədən qüvvədə saxlayıb. 
 
Amnesty International İlqar Məmmədovun həbsini siyasi motivli təqib adlandırıb
27
 və 
onu  vicdan  məhbusu  kimi  tanıyıb
28
. Avropa Şurası  Parlament Assambleyasının (AŞ 
PA)  Azərbaycan  üzrə  həmməruzəçiləri,  qurumun  prezidenti  İ.Məmmədovun  həbsi 
barədə  narahatlıqlarını  bildirib,  Bakıya  səfərləri  zamanı  onunla  görüşüblər.  Avropa 
Şurasının  İnsan  Haqları  Komissarı  Azərbaycana  səfəri  ilə  bağlı  hesabatında 
İ.Məmmədovun  azad  edilməsinin  vacibliyini  vurğulayıb
29
.  Avropa  Parlamenti  onun 
dərhal və qeyd-şərtsiz azad olunması üçün iki qətnamə qəbul edib.  
 
Avropa İnsan Hüquqları Məhkəməsi 22 may 2014-cü ildə İ.Məmmədovun barəsində 
həbs  qətimkan  tədbirinin  seçilməsi  ilə  bağlı  göndərilmiş  şikayət  üzrə  qərarını 
açıqlayaraq, 
İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında 
Konvensiyasının
 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyası) və 5-ci 
maddə  ilə  əlaqədar  18-ci  (hüquqlarla  bağlı  məhdudiyyətlərdən  istifadənin  hədləri) 
maddələrinin  pozulmasını,  nəticə  etibarilə  İ.Məmmədov  barəsində  həbs  qətimkan 
tədbirinin seçilməsini və bu tədbirin müddətinin artırılmasını əsassız sayıb.  Məhkəmə 
qərarının 143-cü bəndində qeyd edir ki,  İ.Məmmədov tənqidi siyasi mövqeyinə  görə 
cəzalandırmaq  məqsədilə  həbsə  atılıb.  Bu  qərarın  çıxarılmasından  sonra  Avropa 
Şurası  Nazirlər  Komitəsi  İ.Məmmədovun  azadlığa  buraxılmasına  çağıran  çoxsaylı 
qərar və aralıq qətnamə qəbul edib ki, onlardan sonuncusu 22 mart 2017-ci ilə təsadüf 
edir.  Qərara  əsasən,  İ.Məmmədovun  azadlığa  buraxılmasına  çağırılır,  qərarın  icra 
edilməsi  üçün 
İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında 
Konvensiyanın
 46-cı maddəsinin və Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin 
tələbləri ilə nəzərdə tutulan addımlar atıla biləcəyi xatırladılır. 
 
 
18.
 
İlkin Bakir oğlu 
RÜSTƏMZADƏ
 
                                                                                                    
 
                                                                                                                              © şəxsi Facebook profili
     
 
Saxlanma tarixi: 17 may 2013-cü il 
 
İttiham:  CM-in  28  (cinayətə  hazırlıq),  220.1-ci  (zorakılıqların,  talanların, 
yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları 
təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), 221.2.1 (bir qrup şəxs tərəfindən və 
ya təkrar  törədilən xuliqanlıq) və  221.2.2 (ictimai  qaydanın  qorunması  üzrə  vəzifəni 
yerinə  yetirən  və  ya  ictimai  qaydanın  pozulmasının  qarşısını  alan  hakimiyyət 
                                                        
27
 http://bit.ly/QnDAbI  
28
 http://bit.ly/1gJG6nt  
29
 http://bit.ly/1gpkKdm  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
32 
 
nümayəndəsinə  və  ya  digər  şəxsə  müqavimət  göstərməklə  törədilən  xuliqanlıq
maddələri  
 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:    İlkin  Rüstəmzadə  ictimai-siyasi  proseslərdə  fəal  olan  Azad 
Gənclik təşkilatının, həmçinin bir sıra müxalifət partiyalarının və vətəndaş cəmiyyəti 
təşkilatlarının  birləşdiyi  Milli  Şuranın  üzvüdür.  NİDA  Vətəndaş  Hərəkatının  üzvləri 
ilə birgə ittiham edildiyinə görə elə həbsxanada bu hərəkata qoşulub. Həbsinə qədər 
Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdı.  
 
12 yanvar və 10 mart 2013-cü il tarixlərində Azərbaycan Ordusundakı özbaşınalıq və 
qanunsuzluqlara,  habelə  dinc  şəraitdə  əsgər  ölümlərinə  etiraz  olaraq  Facebook 
vasitəsilə Bakının mərkəzində “Əsgər ölümlərinə son” aksiyasını təşkil edib, nəticədə, 
bu aksiyalara çoxsaylı etirazçı qatılıb. Məhz bu aksiyaları təşkil etdiyi üçün ona qarşı 
təzyiqlər  başlayıb,  o  polisə  çağırılıb,  bir  neçə  dəfə  barəsində  inzibati  həbs  seçilib. 
İ.Rüstəmzadə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror nəticəsində 
həlak  olmuş  şəxslərin  anım  günü  –  30  aprel  2013-cü  ildə  gənclərin  təşkil  etdiyi 
“Terrora  yox”  aksiyasında  saxlanılaraq  15  sutka  inzibati  həbs  cəzası  alıb.  Bu  həbs 
müddəti bitdikdən bir neçə gün sonra isə İ.Rüstəmzadə xuliqanlıq törətməkdə ittiham 
edilib  və  həbs olunub. Sentyabrın  12-də həbsdə olan  NİDA  üzvləri  ilə  bərabər ona 
qarşı da iğtişaşları təşkil etmə və ya iştirak etmə maddəsi ilə yeni ittiham irəli sürülüb 
və onun işi NİDA fəallarının cinayət işinə birləşdirilib.  
 
İlkin  Rüstəmzadə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  Cavid 
Hüseynov)  6  may  2014-cü  il  tarixli  hökmü  ilə  8  il  müddətinə  azadlıqdan  məhrum 
edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  hakim  Həsən  Əhmədov)  16 
dekabr 2014-cü il tarixli, Ali Məhkəmə (sədrlik edən hakim İnqilab Nəsirov) isə 15 
oktyabr 2015-ci il tarixli qərarlarla hökmü qüvvədə saxlayıblar.    
 
Amnesty  International  təşkilatı  İlkin  Rüstəmzadəni  vicdan  məhbusu  kimi  tanıyıb
30

Onunla  birgə  həbs  edilərək  azadlıqdan  məhrum  edilmiş  NİDA  üzvləri  sonradan  əfv 
sərəncamları ilə azadlığa buraxılıblar.  
 
19.
 
Asif Qəmbər oğlu 
YUSİFLİ 
 
                                                                                                 
                                                       
Saxlanma tarixi: 25 dekabr 2014-cü il                                         
© şəxsi Facebook profili 
 
İttiham:  CM-in 178.2.4 (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma 
yolu  ilə  özgənin  əmlakını  ələ  keçirmə  və  ya  əmlak  hüquqlarını  əldə  etmə,  xeyli 
miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad 
edən  vəsiqəni  və  ya  digər  rəsmi  sənədi  istifadə  etmək  məqsədi  ilə  saxtalaşdırma  və 
                                                        
30
 http://bit.ly/1gJG6nt  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə