Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
35 
 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən 
kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri
 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası  
 
İş  üzrə  qısa  arayış:  15  iyul  2016-cı  ildə  Türkiyədə  hərbi  çevrilişə  cəhdin  qarşısı 
alındıqdan  sonra  Türkiyə  hakimiyyəti  bu  çevrilişi  “Hizmet”  Hərəkatının  ABŞ-da 
yaşayan  rəhbəri,  islamçı  ruhani  kimi  tanınan  F.Gülənin  təşkil  etdiyini  iddia  etməyə 
başladı. F.Gülənə qarşı əvvəllər də paralel dövlət qurmaq istəməsi ilə bağlı ittihamlar 
səsləndirilib,  lakin  hərbi  çevrilişə  cəhdin  qarşısı  alındıqdan  sonra  bu  daha  kəskin 
xarakter alıb: Gülənin tərəfdarları kimi tanınan şəxslər dövlət qurumlarından, məktəb 
və  xəstəxanalardan  və  hüquq-mühafizə  orqanlarından  işdən  çıxarıldə,  çoxlu  sayda 
şəxs həbs olundu. Bu proses hələ də davam etməkdədir. 
 
Türkiyədə  baş  verənlərin  fonunda  Azərbaycanda  da  oxşar  proseslər  baş  verdi. 
F.Gülənin  rəhbərlik  etdiyi  qurum  terror  təşkilatı  adlandırıb  və  telekanllarda  və  əksər 
başqa  media  qurumlarında  yalnız  Türkiyə  hakimiyyətinin  mövqeyi  işıqlandırılıb.  15 
iyul  hərbi  çevrilişə  cəhddən  bir  neçə  gün  sonra  Azərbaycanda  yayımlanan  ANS 
telekanalının ABŞ-dakı müxbiri F.Güləndən ona qarşı irəli sürülmüş ittihamlarla bağlı 
mövqeyini  öyrənib  bunu  efirə  verəcəyini  anons  etdikdən  verdikdən  bir  gün  sonra 
telekanalın  yayımı  Milli  Televiziya  və  Radio  Şurasının  (MTRŞ)  qərarı  ilə  1  ay 
müddətinə  dayandırılıb,  sonradan  məhkəmə  qərarı  ilə  telekanalın  lisenziyası  ləğv 
edilib və biryolluq bağlanıb. 
 
Bu  hadisədən  sonra  Azərbaycanda  F.Gülənlə  bağlı  müəyyən  səngimə  olsa  da, 
avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 
Türkiyədə  dövlət  çevrilişində  ittiham  edilən  F.Gülənin  tərəfdarlarına  qarşı  cinayət 
işinin  açıldığı  bildirilib.  Bu  məlumatı  mətbuata  Baş  Prokurorluğun  mətbuat 
xidmətinin  rəhbəri  deyib  və  qeyd  edib  ki,  bu  iş  üzrə  istintaq  əməliyyat-axtarış 
hərəkətləri keçirilir.   
 
Bundan sonra AXCP-nın üzvləri Fuad Əhmədli və Faiq Əmirli (eyni zamanda, AXCP 
Sədrinin köməkçisi və “Azadlıq” qəzetinin direktorudur) saxlanılıb. Baş Prokurorluq 
avqustun  23-də  rəsmi  açıqlama  yayaraq  F.Əmirli  və  F.Əhmədlinin  məhz  Gülən 
tərəfdarları kimi həbs edildiyini bildirib.  
 
Həbslərin aparıldığı şərait, hər 3 şəxsin hüquqlarının kobud şəkildə pozulması, onlara 
verilən  ittihamların  hüquqi  əsaslarının  olmaması  sübut  edir  ki,  adı  çəkilən  şəxslər 
əslində, F.Gülənlə heç bir əlaqəsi olmayan şəxslərdir. Hakimiyyət 26 sentyabr 2016-cı 
il  tarixinə  təyin  edilmiş  Referendum  ərəfəsində  başladığı  həbsləri  daha  rahat  davam 
etdirmək  üçün  Gülən  işindən  öz  rəqiblərinə  qarşı  istifadə  edib.  Belə  ki,  həm  NİDA 
Hərəkatı, həm də AXCP son illər ərzində hakimiyyəti sərt şəkildə tənqid edən, onun 
siyasətinə qaşı çıxan qurumlardır və hər iki təşkilatın çox sayda üzvü siyasi motivlərlə 
həbsdə olub, inzibati qaydada həbs alıb və başqa növ təzyiqlərlə üzləşiblər.  
 
F.Əmirli  barəsində  avqustun  22-də  Nəsimi  Rayon  Məhkəməsinin  (hakim  Şəlalə 
Həsənova)  qərarı  ilə  3  ay  müddətinə  həbs  qətimkan  tədbiri  seçilib.  Ona  qarşı  irəli 
sürülmüş  ittihamları  əsaslandırmaq  üçün  maşınından  F.Gülənlə  bağlı  ədəbiyyatın 
tapıldığı  iddia  edilib.  İttiham  tərəfi  onu  F.Gülənin  imamı  olmaqda,  moizələr 
oxumaqda,  bu  moizələrin  də  iğtişaşlara  səbəb  olmaqla  dini  nifrət  doğurmaqda  və 
bütün bunları public şəkildə etməkdə günahlandırıb. Ancaq bu addımları göstərən heç 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
36 
 
bir  ilkin  sübut  məhkəməyə  təqdim  edilməyib.  F.Əmirlinin  maşınından  götürüldüyü 
iddia  edilən  kitablar  da  həbs  qətimkan  tədbirinin  seçildiyi  məhkəmə  prosesinə 
gətirilməyib.  İttiham  tərəfi  bunu  həmin  kitabların  ekspertizaya  göndərilməsi  ilə 
əsaslandırsa da, müdafiə tərəfi ekspertizanın təyin edilməsi barədə qərarın olmadığını 
və bu qərarın onlara təqdim edilmədiyini bildirib.   
 
F.Əmirıiyə qarşı ilkin ittihamlar F.Gülən işi üzrə sürülsə də, sonradan 17 aprel 2017-
ci  ildə  ona  “Azadlıq”  qəzetindəki  fəaliyyəti  ilə  bağlı  vergidən  yayınma  ittihamı  irəli 
sürülüb.  
 
F.Əmirli  Səbail  Rayon  Məhkəməsinin  (hakim  Aytən  Əliyeva)  24  iyul  2017-ci  il 
tarixli hokmü ilə 3 il 3 ay azadlıqdan məhrum edilib.  
 
 
22.
 
Qiyas Həsən oğlu 
İBRAHİMOV 
  
                                                                                 
 
Saxlanma tarixi: 10 may 2016-cı il                                                 
© Fərqanə Novruzova
 
 
İttiham:  CM-in  234.4.1  və  234.4.3-cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik 
vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama,  hazırlama,  istehsal 
etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya 
psixotrop  maddələri  satma,  qabaqcadan  əlbir  olan  bir  qrup  tərəfindən  və  külli 
miqdarda törədildikdə) 
 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  10  may  2016-cı  ildə  səhər  saatlarından  etibarən  sosial 
şəbəkələrdə  və  bəzi  xəbər  portallarında  Azərbaycanın  keçmiş  Prezidenti  Heydər 
Əliyevin  Bakının  mərkəzində  olan  heykəlinin  üzərində  yazıları  əks  etdirən  fotolar 
yayılıb.  Fotolardan  aydın  görünür  ki,  heykəlin  postamentinə  “Qul  bayramınız 
mübarək” və “Fuck the System” ifadələri yazılıb və anarxistlərə məxsus simvolika da 
yazılarla  bərabər  postament  üzərinə  çəkilib.  Mayın  10-da  Azərbaycanda  H.Əliyevin 
doğum  günü  ilə  əlaqədar  Gül  Bayramı  keçirilir.  Bu  yazılar  həmin  bayrama  etiraz 
formasıdır. 
 
Mayın 11-də isə sosial şəbəkələrdə və xəbər portallarında iki gənc fəalın yoxa çıxması 
ilə  bağlı  məlumatlar  yayılıb.  Bununla  belə,  rəsmi  məlumat  yalnız  mayın  12-də 
yayılaraq bildirilib ki, Qiyas İbrahimov və Bayram Məmmədov adlı gənclər narkotik 
maddə  ittihamı  ilə  mayın  10-da  saxlanılıb.  Onların  hər  birindən  1  kq-dan  artıq 
heroinin aşkar edilərək götürüldüyü iddia olunub.  İmkansıs ailədə yaşayan gənclərin 
bu  miqdarda  narkotik  maddəni  əldə  etmələri  ilə  barədə  rəsmi  məlumat  cəmiyyətdə 
birmənalı  qarşılanmayıb,  bu  hıbslə  bağlı  yerli  mediada,  sosial  şəbəkələrdə  gedən 
müzakirələrdə,  vəkillərinin  çıxışlarında,  həm  yerli,  həm  də  beynəlxalq  təşkilatların 
bəyanatlarında ittihamın saxta, cinayət təqibinin isə siyasi motivli olduğu bildirilir.  


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə