Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə20/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
41 
 
 
Sədri  olduğu  Hərəkatdan  başqa  T.Bağırzadə  2013-cü  ilin  mayından  bəzi  müxalif 
partiya və qurumların birliyi olan Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür və 
ona qarşı olan basqılara baxmayaraq Şuradan çıxmaqdan imtina edib.   
 
b. Müsəlman Birliyi Hərəkatı və onun sədri Tale Bağırzadənin fəaliyyəti 
 
Hərəkatın  sədri  Tale  Bağırzadə  31  iyul  2015-ci  ildə  azadlığa  çıxdıqdan  sonra 
təşkilatın fəaliyyətində müəyyən canlanma yaranıb. T. Bağırzadə azadlığa buraxıldığı 
gün  mətbuata  açıqlamasında  hakimiyyəti  və  onun  apardığı  siyasəti  kəskin  tənqid 
edib.
38
 O,  “kiçik  zindan”dan  çıxıb  “böyük  zindan”a  girdiyini,  ölkədə  durumun 
acınacaqlı olduğunu, siyasi məhbusların azad edilməsi uğrunda zalımların qarşısında 
mübarizə  aparacaqlarını  bildirib.  Həbsdən  çıxdıqdan  sonra  mətbuata  verdiyi  diqqət 
çəkən müsahibələrində T.Bağırzadə bəzi məktəblərdə hicab probleminin hələ də həll 
olunmadığını  deyib.  Pasport  almaq  üçün  hicablı  xanımların  hicabla  fotolar  təqdim 
etməsinə iczə verilmədiyini, dindarlara  təzyiqlər  göstərmək  əvəzinə  hakimiyyətin bu 
problemləri  həll  etməli  olduğunu  bildirib.  İslahatlar  həyata  keçirmək  əvəzinə  hüquq 
və  azadlıqları  pozduğu  üçün  hakimiyyəti  qeyri-legitim  adlandırıb
39
 .  Başqa  bir 
müsahibəsində  Azərbaycanda  islam  dövlətinin  yaranması  üçün  heç  bir  zəmin  və 
perspektiv olmadığını deyib
40

 
T.Bağırzadə  və  Hərəkatın  üzvləri  bölgələrə  səfərlər  etməyə,  insanlarla  görüşlər 
keçirməyə,  ilhaiyyatçı  kimi  dini  söhbətlər,  çıxışlar  etməyə  başlayıb.  T.Bağırzadə 
həbsdə olan Azərbaycan  İslam  Partiyasının sədri Mövsüm Səmədovun  sentyabrın 4-
də  50  illik  yubileyinə  həsr  edilmiş  tədbirdə  çıxış  edərək  Azərbaycanda  azad 
cəmiyyətin  olmadığını,  azad  söz  dediyinə  görə  çoxsaylı  şəxsin  həbsdə  olduğunu  və 
Ermənistanda  azərbaycanlı  əsirə  göstərilən  pis  münasibətin  həbsxanalarda  onlara 
göstərildiyini vurğulayıb.
41
 O bu çıxışında dini vəhdətin əhəmiyyətindən, Azərbaycan 
xalqının təhlükəsizliyindən, əmin-amanlıqdan və dini zəmində münaqişənin təhlükəli 
olduğundan söhbət açıb.  
 
Sentyabrın 27-də müxalifət partiyası olaraq hakimiyyətin mövqeyini sərt tənqid edən 
AXCP-nin qurultayında Hərəkatın sədr müavini Elçin Qasımov çıxış edib.
42
 Çıxışında 
hakimiyyəti dindarları repressiyaya məruz qoymaqda ittiham edib, dindarları müdafiə 
etdiyi üçün AXCP-yə təşəkkürünü bildirib.  
 
01  noyabr  2015-ci  ildə  Azərbaycanda  keçirilmiş  parlament  seçkiləri  ilə  bağlı 
Müsəlman  Birliyi  Hərəkatının  mövqeyi  bir  sıra  müxalifət  partiyalarının  mövqeyi  ilə 
üst-üstə  düşüb,  onlar  azad  və  ədalətli  seçkilər  üçün  mühitin  olmaması  səbəbilə 
seçkiləri boykot etmək qərarı veriblər.   
 
T.Bağırzadə  Milli  Təhlükəsizlik  Nazirliyinin  ləğvinə  və  bir  sıra  yüksək  rütbəli 
zabitlərin  həbsinə  münasibət  bildirib,  dövlətə  və  Vətənə  əslində  bu  şəxslərin  xəyant 
etdiyini  vurğulayıb.  Eyni  zamanda  Nardaran  qəsəbəsinə  qaz  verilmədiyi  halda 
                                                        
38
 http://bit.ly/2cNZSQA  
39
 http://bit.ly/2cW80AC  
40
 http://bit.ly/2cFTyPb  
41
 http://bit.ly/2cr5nFU  
42
 http://bit.ly/2cNerWl  


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
42 
 
Gürcüstanda  erməni  kilsəsinə  pulsuz  qaz  verilməsi  ilə  bağlı  Dövlət  Neft  Şirkətinin 
mövqeyini  tənqid  edib.  Azərbaycanda  hüquqların  pozulması  ilə  müşayiət  olunan 
vəziyyətə görə hakimiyyəti sərt şəkildə tənqid edib.
43
  
 
c.  Tale  Bağırzadəyə  və  Müsəlman  Birliyi  Hərəkatının  başqa  üzvlərinə  qarşı 
təzyiqlər 
 
Müsəlman  Birliyi  Hərəkatının  qeydiyyata  alınmasından  imtina  edilməsi  onların 
fəaliyyətinə şəraitin yaradılmaması üçün atılan addım olub.  
 
T.Bağırzadə  həbsdən  azad  edildiyi  gecə  verdiyi  müsahibəyə  görə  iki  gün  ard-arda 
Yasamal Rayon Polis  İdarəsinə  çağırılıb və onunla söhbət  aparılıb.  Ona bildirilib ki, 
çıxışlarında  “kiçik  zindandan  çıxıb  böyük  zindana  daxil  oldum”  kimi  ifadələr 
işlətməməli, Leyla Yunus kimi adamları müdafiə etməməlidir və s. Bu hadisədən az 
sonra  T.Bağırzadə  xüsusi  vasitə  ilə  təhdid  mesajı  aldığını  və  onun  həbsinə  hazırlıq 
görüldüyü  barədə  məlumat  yayıb.  O  həmçinin  məlumat  verib  ki,  Bakıda  bütün 
məscidlərə  xüsusi  göstəriş  verilib  ki,  Hacı  Taleni  xütbə  oxumaq  üçün  məscidlərə 
buraxmayın.  T.Bağırzadə  ancaq  Bakının  Nardaran  və  Maştağa  kəndlərində  olan 
məscidlərdə xütbə oxuduğunu da mətbuata bildirib.
44
    
 
Sentyabrın  22-də  T.Bağırzadə  keçmiş  MTN-ə  çağırılaraq  onunla  növbəti  dəfə 
profilaktik söhbət edilib. Onunla ölkədəki ictimai-siyasi və dini vəziyyət haqda söhbət 
aparılıb, Nardarandakı məscidlərdəki çıxışları zamanı bəzi fikirlərinin dövlət əleyhinə 
olduğunu  bildiriblər.  O,  yaranmış  gərginliyə  görə  hakimiyyəti  tənqid  edib  və 
problemlərin həllinə çağırıb.
45
  
 
Bu hadisədən 3  gün sonra,  sentyabrın 25-də  qohumlarının  xeyir işinə  qatılmaq üçün 
Yevlax rayonuna gedən T.Bağırzadə və bir neçə tərəfdarı saxlanılaraq polis bölməsinə 
aparılıb. Polisdə ona bildirilib ki, onlara çatan xəbərə görə, Yevlax məscidində dövlət 
əleyhinə  çıxış  olacaq  və  onlar  da  bu  məqsədlə  məscidi  mühasirəyə  alıblar. 
T.Bağırzadə  isə  heç  bir  çıxışının  nəzərdə  tutulmadığını,  cümə  namazı  qılmaq  üçün 
məscidə gəldiyini bildirdikdən sonra onu və tərəfdarlarını sərbəst buraxıblar. Sərbəst 
buraxıldıqdan  sonra  verdiyi  müsahibəsində  o,  növbəti  dəfə  heç  kimdən,  məscidi 
mühasirəyə  almış  avtomatlı  polisləri  nəzərdə  tutaraq,  avtomatlardan  qorxmadığını 
açıqlayıb.
46
   
 
T.Bağırzadə  1 noyabr 2015-ci  il parlament seçkilərindən 2  gün sonra,  yəni  noyabrın 
3-də  Yasamal  Rayon  Polis  İdarəsinə  dəvət  edilib.  İdarənin  rəisi  İsfəndiyar 
Mehbalıyev  ilahiyyatçı  ilə  sərt  və  kobud  şəkildə  danışmağa  başlayıb,  onu  Milli 
Qəhrəman  Mübariz  İbrahimovun  anım  günü  tədbir  təşkil  etməkdə,  insanları  ora 
çağırmaqda  suçlayıb.  T.Bağırzadə  namazın  vaxtı  çatdığı  üçün  ona  şəraitin 
yaradılmasını  istəyib,  lakin  rəis  İdarədə  namaz  qılınmasına  etiraz  edib.  T.Bağırzadə 
isə  buna  təkid  etdikdə  fiziki  zorakılığa  məruz  qalıb,  onun  çənə  nahiyəsinə  zərbələr 
                                                        
43
 http://bit.ly/2dgtlpc  
44
 http://bit.ly/2crsCQj  
45
 http://bit.ly/2dgxzNA  
46
 http://bit.ly/2crugBx  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə