Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
43 
 
endirilib və namaz qılmasına imkan verilməyib.  Rəisin hərəkətlərindən prokurorluğa 
şikayət etsə də, onun bu şikayəti ciddi şəkildə araşdırılmayıb. 
 
Hərəkatın  sədr  müavini  Elçin  Qasımov  seçkilərin  şəffaf  keçirilməməsi  və 
T.Bağırzadəyə  qarşı  polis  idarəsində  edilən  zorakılıqlarla  bağlı  hakimiyyəti  həm 
Facebook  sosial  şəbəkəsində,  həm  də  bəzi  portallarda  sərt  şəkildə  tənqid  edib.  Bu 
çıxışlarından 1 gün sonra onu noybarın 5-də Maştağa kəndində evinə gələrkən polis 
əməkdaşları  saxlayaraq  Sabunçu  Rayon  Polis  İdarəsinə  aparıblar.  Noyabrın  6-da 
Sabunçu  Rayon  Məhkəməsinin  qərarı  ilə  o,  fəallara  qarşı  istifadə  edilən  polisə  tabe 
olmama  ittihamı  ilə  30  sutka  inzibati  həbsə  atılıb.  Bu  müddət  ərzində  Nardaranda 
Hərəkatın  başqa  üzvlərinin  həbsi  ilə  yekunlaşan  əməliyyat  keçirilib.  Bundan  sonra 
E.Qasımova  da  ağır  ittihamlar  irəlü  sürülərək  cinayət  işi  başlanıb  və  barəsində  həbs 
qətimkan tədbiri seçilib.  
 
Onun hansı səbəbdən həbsini öyrənmək, ona dəstək olmaq və sərbəst buraxılmasına 
çağırış  etmək  üçün    Müsəlman  Hərəkatı  Birliyinin  fəalları  noyabrın  5-də  polis 
idarəsinin qarşısına toplaşıblar. Burada polis zor tətbiq edərək fəalları həbs edib, onlar 
ilkin  olaraq inzibati  qaydada həbs  olunsalar da,  sonradan onlara  cinayət  işi açılıb və 
azadlıqdan məhrum ediliblər.  
 
Bu  hadisədən  3  həftə  sonra,  noyabrın  26-da  T.Bağırzadənin  müvəqqəti  olaraq 
məskunlaşdığı  Nardaran  qəsəbəsində  Daxili  İşlər  Nazirliyi  və  Dövlət  Təhlükəsizlik 
Xidməti birgə  əmliyyat  keçirib, nəticədə  2 polis  də  daxil olmaqla 7  nəfər  öldürülüb. 
T.Bağırzadə  və  daha  16  nəfər  bu  əməliyyat  nəticəsində  həbs  edilib.  Bu  hadisədən 
sonra  Müsəlman  Hərəkatı  Birliyi  tərəfdarlarının  fəalları  həm  Bakıda  (əsasən 
Nardaranda), həm də regionlarda həbs olunublar.  
 
Noyabrın 5-də baş vermiş hadisədən sonra Hərəkata, onun sədri T.Bağırzadəyə qarşı 
mediada  ardıcıl  və  genişmiqyaslı  kampaniyaya  start  verilib.  Noyabrın  10-da 
hakimiyyətə yaxınlığı ilə tanınan politoloq İlqar Altay Baş Prokurora müraciət edərək 
T.Bağırzadə  barədə  cinayət  işinin  açılması  və  onun  fəaliyyətinin  araşdırılması  ilə 
bağlı  müraciət  ünvanlayıb.  Müraciətində  o,  T.Bağırzadənin  fəaliyyətini  İran-fars 
rejiminin agenturasının güclənməsi kimi təqdim edib
47
. Bu müraciət də daxil olmaqla, 
Hərəkatı  və  onun  sədrini  qaralayan  materialar  yayılmağa  başlanıb.  Bütün  ölkə 
ərazisində yayılan “Xəzər” telekanalında “Din pərdəsi altında təxribat törədənlər” adlı 
süjet  göstərilib  və  süjetdə  Hərəkat  üzvlərinin  təqsirsizlik  prezumpsiyası  hüququ 
pozularaq onlar cinayətkar adlandırılıb
48
.  
 
Noyabrın  10-da  Hərəkata  qarşı  başlanılmış  bu  kampaniya  ilə  bağlı  onun  fəalları 
bəyanatla  çıxış  edib  və  onlara  qarşı  əsassız  qarayaxma  kampaniyası  aparıldığını  
bildiriblər.  Hərəkatın  heç  bir  qanunsuz  fəaliyyətlə  məşğul  olmadığı,  Azərbaycan 
Respublikasının  Konstitusiyasından  və  qanunlarından  kənar  heç  bir  tələblərinin 
olmadığını  bildiriblər.
49
 T.Bağırzadənin  özü  onun  üçüncü  dəfə  həbsinə  hazırlıq 
getdiyini  və  istəilən  təxribatla  üzləşə  biləcəyini  mətbuata  açıqlayıb.  Açıqlamasında 
vurğulayıb ki, dinc yollarla mübarizə aparırlar və onlara böhtan atanları məhkəməyə 
                                                        
47
 http://bit.ly/2d5HoeT  
48
 http://bit.ly/2cIi790  
49
 http://bit.ly/2cWUyMv  


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
44 
 
verəcəklər.
50
 Hərəkata qarşı aparılan kampaniyanın tərkib hissəsindən biri  onun dini 
icma  kimi  qeydiyyata  alınmaması  ilə  bağlı  olub.  Dini  Qurumlarla  iş  üzrə  Dövlət 
Komitəsinin  Sədri  Mübariz  Qurbanlı  telekanallara  və  qəzetlərə  müsahibəsində  bu 
qurumun  dini  icma  kimi  rəsmi  qeydiyyatının  olmamasını  vurğulayıb  və  bunun 
yolverilməz olduğunu deyib. Hərəkatdan bu məsələyə münasibət bildirilib ki, Hərəkat 
dini  icma  deyil,  qeyri-hökumət  təşkilatıdır,  onun  qeydiyyata  alınması  üçün  Ədliyyə 
Nazirliyinə  müraciət  edilib  və  sənədlər  qeydiyyatdan  imtina  barədə  cavabla  birlikdə 
bir neçə dəfə geri qaytarılıb.  
 
Noyabrın  26-da  keçirilən  əməliyyatdan  sonra  da  Hərəkata  və  onun  üzvləri  əleyhinə  
ictimai  kampaniya  davam  etdirilib.  Müxtəlif  icmalar  və  regionlardan  Hərəkatın 
fəaliyyəti  tənqid  edilib,  onun  üzvlərinin  cinayət  məsuliyyətinə  cəlb  olunmasını, 
Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsini özündə əks etdirən müraciətlər 
dövlət  agentliklərində  və  hakimiyyətə  yaxın  KİV-lərdə  yayılmağa  başlayıb,
51 52 53
 
Qafqaz  Müsəlmanları  İdarəsi  əməliyyatın  keçirildiyi  gün  gecə  saatlarında  siyasi 
məzmunlu xüsusu bəyanatla çıxış edib
54

 
Göründüyü  kimi,  T.Bağırzadə  azadlığa  çıxdıqdan  sonra  davamlı  olaraq  hüquq 
mühafizə orqanlarına çağırılıb və ona xəbərdarlıqlar edilib. Bununla belə o, çağırıldığı 
bütün  dövlət  qurumlarına  vaxtında  gedib.  Sədri  olduğu  təşkilatsa  rəsmi  dövlət 
qeydiyyatına  alınmaq  üçün  Ədliyyə  Nazirliyinə  müraciət  edib,  T.Bağırzadə  davamlı 
olaraq  mətbuata  açıqlama  və  müsahibələr  verib,  Konstitusiya  və  qanunlar  əsasında 
fəaliyyət göstərdiklərini bildirib.  
 
d.  Tale  Bağırzadə  və  Müsəlman  Birliyi  Hərəkatının  başqa  üzvlərinə  və 
tərəfdarlarına qarşı irəli sürülmüş ittihamlar, məhkəmə prosesləri, işgəncə və pis 
rəftarın digər formaları barədə şikayətlər    
 
Noyabrın  26-da  keçirilən  əməliyyatdan  sonra  Daxili  İşlər  Nazirliyi  (DİN)  və  Baş 
Prokurorluq əməliyyatla bağlı birgə məlumat yayıb
55
. Yayılmış məlumatda vurğulanır 
ki, 
Tale Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin 
konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsi,  şəriət  qanunları  ilə  idarə  edilən  dini 
dövlət qurulması məqsədilə Müsəlman birliyi adlı hərəkat yaradıblar. Adları çəkilən 
şəxslər  Bakı  şəhərindən  və  respublikanın  başqa  bölgələrindən  özlərinə  tərəfdarlar 
toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla 
təchiz edərək cinayətkar dəstə yaradıblar. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində 
qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın 
yollarını  müzakirə  edib,  bununla  bağlı  tərəfdarlarına  göstərişlər  verib  və  əhaliyə 
çağırış  vərəqələri  paylayıblar.  Silahlı  cinayətkar  dəstənin  hər  bir  üzvünün  üzərinə 
düşən  konkret  vəzifələr,  o  sıradan  hakimiyyət  nümayəndələrinə  qarşı  terror  aktları 
törədəcək məsul şəxslər müəyyən edilib. 
 
   
                                                        
50
 http://bit.ly/2cz1kay  
51
 http://bit.ly/2d6cGQI  
52
 http://bit.ly/2cYYZoh  
53
 http://bit.ly/2d6d6ql  
54
 http://bit.ly/2d6cVeA  
55
 http://bit.ly/2cupLYt  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə