Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
39 
 
                                                                                                    
 
                   
© şəxsi Facebook profili 
Saxlanma tarixi: 12 avqust 2016-cı il
 
 
İttiham: CM-in 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və 
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) maddəsi 
 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İş  üzrə  qısa  arayış: 
Gənc  fəal  Türkiyədə  təhsil  aldığı  və  geri  döndükdən  sonra 
Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu 
Türküstan  türkləri  məsələlərinə  milli  məsələ  kimi  yanaşıb,  mitinq  və  konfranslarda 
aktiv  şəkildə  iştirak  edib.  O,  2015-ci  ildən NİDA  Vətəndaş  Hərəkatının  üzvüdür  və 
ötən  ilin  noyabrında  keçirilən  son  parlament  seçkilərində  hərəkatın  namizədlərindən 
biri olub.  
 
Gənc  fəal  Konstitusiyaya  təklif  edilən  dəyişikliklərdən  biri  olmuş  –  Prezident 
seçilmək  üçün  yaş  həddinin  ləğv  edilməsi  təklifini  Facoobok-da  sərt  şəkildə  tənqid 
edib bundan qısa müddət sonra həbs edilib. 
 
E.Qəhrəman avqustun 12-də saxlanılsa da,  yaxınları bu barədə  yalnız avqustun 13-ü 
axşam  saatlarında xəbər  tutub və  yalnız bundan sonra istədikləri vəkili  onun  yanına 
göndərmək  imkanı  əldə  ediblər.  Lakin  vəkil  onunla  yalnız  avqustun  19-dan  sonra, 
gənc  fəal  artıq  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsindən  İstintaq 
Təcridxanasına  köçürüldükdən  sonra  görüşə  bilib.  O,  bir  həftə  bu  İdarədə  saxlanılıb 
və  işgəncələrə  məruz  qalması  barədə  ictimaiyyətə  məlumat  göndərib.  Onun  hər  iki 
vəkili  E.Qəhrəmanın  işgəncələrə  məruz  qaldığını,  qarın  nahiyəsində  qızartıların 
qaldığını, lakin işgəncə ilə bağlı müraciətlərin araşdırılmadığını bildiriblər. 
 
E.Qəhrəman  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  Azad 
Məcidov)  16  yanvar  2017-ci  il  tarixli  hökmü  ilə  5  il  6  ay  müddətinə  azadlıqdan 
məhrum  edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  Sahibxan  Mirzəyev)  18 
may 2017-ci il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.  
 
 
E. İNANCLI FƏALLAR 
 
(1) Müsəlman Birliyi Hərəkatının üzvləri və Nardaran qəsəbəsində tutulanlar  
 
a. Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatı haqqında məlumat  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
40 
 
1984-cü  ildə  doğulan  tanınmış  ilahiyyatçı  Tale  Bağırzadə  (Hacı  Tale)  Azərbaycan 
Dövlət  İqtisad  Universitetini  bitirdikdən  sonra  İranda  dini  təhsil  alıb.  Təhsilini  başa 
vurduqdan  sonra  Azərbaycana  qayıdıb.  Məktəblərdə  hicaba  qadağa  qoyulması  ilə 
bağlı  qərara  etiraz  olaraq  Təhsil  Nazirliyinin  qarşısında  keçirilən  6  may  2011-ci  il 
tarixli  etitaz  aksiyasında  dinc  şəkildə  fəal  iştirak  edib.  Bu  aksiyanın  başqa  əksər 
iştirakçıları kimi T.Bağırzadə də həbs edilib və ona qarşı cinayət işi açılıb. O, əsassız 
olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəza 
müddəti tam başa çatdığı üçün 2012-ci ilin noyabrında azadlığa buraxılıb.  
 
Azadlığa  çıxdıqdan  4  ay  sonra,  həm  hicab  qadağası  ilə  bağlı  tənqidlərini  davam 
etdirib, həm də Bakıda və regionlarda oxuduğu moizələrdə ölkədə aparılan siyasəti və 
hakimiyyəti  tənqid  etdiyi  üçün  fəallara  qarşı  geniş  şəkildə  istifadə  edilən  narkotik 
maddə  saxlama  ittihamı  ilə  31  mart  2013-cü  ildə  yenidən  həbs  olunub.  Sabunçu 
Rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli qərarı ilə T.Bağırzadə 2 il müddətinə 
azadlıqdan məhrum edilib. Tənqidlə dolu moizələrindən birini T.Bağırzadə həbsindən 
bir  neçə  gün  əvvəl,  25  mart  tarixində  özünün  Youtube  səhifəsində  yerləşdirib.
37
 
Həmin  çıxışında  vurğulayır  ki,  onu  həbslə  yolundan  döndərmək  mümkün  deyil, 
Allaha sığınan həqiqi mömin diktatorların zülmündən qorxmamalıdır. T.Bağırzadənin 
çıxışında hakimiyyəti tənqid edən hissə bu cür olub: “
Görün biz nə haldayıq ki, indiyə 
qədər  danışmamışıq.  İndi  də  bu  söhbət  olur  ki,  bu  məscidə  gəlmə.  İndiyədək 
susmuşuq.  Nə  qədər  Azərbaycanda  torpaqlarımızı  işğal  ediblər.  Haram  pullarla, 
xalqın puluyla nə qədər yerlər alıblar. Hələ onların haqq-hesabını biz danışmırıq. Bu 
qədər  xalqın  torpağını  əlindən  almısan,  neftini  yemisən,  malını  yemisən,  oturursan 
orada,  sənə  söz  deyən  yoxdur,  gör  nə  qədər  həddini  aşmısan.  Gəlib  indi  məscidin 
içində  hökmranlıq  etmək  istəyirsən?  Bu,  həddi  aşmaq  deyil,  nədir?  Bu  yer  Allahın 
yeridir. Hansı boynuyoğun məmur olsun, kim olursa-olsun, məscidin içinə hökm edə 
bilməz... Hə, qorxurlar da, o yığdıqları mallar, mülklər əllərindən çıxa bilər”. 
  
T.Bağırzadə həbsdə olarkən 2015-ci il yanvarın 13-də Müsəlman Birliyi  Hərəkatının 
yaradılması  ilə  bağlı  təqdimat  mərasimi  keçirilib.  Azərbaycanın  dövlət  himni  ilə 
başlayan  tədbiri  Hərəkatın  sədr  əvəzi  Elçin  Qasımov  aparıb  və  təşkilatın  sədrinin 
T.Bağırzadə  olduğunu  bildirib.  Hərəkatı  İdarə  Heyətinin  idarə  etdiyi  bildirilib  və 
İdarə  Heyətinin  bir  neçə  üzvü  bu  tədbirdə  çıxış  edib.  Yaradılan  Hərəkatla  bağlı 
T.Bağırzadənin müraciəti tədbir zamanı oxunub.  
 
Müsəlman  Birliyi  Hərəkatı  dövlət  qeydiyyatına  alınmaq  üçün  3  dəfə  Ədliyyə 
Nazirliyinə  müraciət  edib  və  hər  dəfə  müəyyən  bəhanələr  gətirilərək  qeydiyatdan 
imtina  olunub.  Birliyin  Nizamnaməsinə  əsasən  onun  məqsədi  ölkədə  suverenliyin, 
sülhün,  tolerantlığın,  demokratik  idarəetmənin,    dini  və  irqi  birliyin  inkişafı  və 
qorunması  yolunda  gənclərin  maarifləndirilməsidir.  Nizamnamədə  həmçinin  qeyd 
edilir  ki,  Hərəkat  fəaliyyətini  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 
qanunlarına uyğun olaraq həyata keçirir. 
                                                        
37
 http://bit.ly/2cE0tGt  
*  Cənab  Bağırzadə  həbsdə  olduğu  dövrdə  ona  qarşı  həbsdə  qanunsuz  əşya  (mobil  telefon) 
saxlamaqla  bağlı  əlavə  ittiham  irəli  sürülüb  və  onun  cəzası  4  ay  müddətinə  artırılıb,  bu 
səbəbdən  də  o,  martın  31-də    deyil,  iyulun  31-də  azadlığa  buraxılıb.  Cəzaçəkmə  şəraitini 
ağırlaşdırmaq  və  T.Bağırzadənin  həbsdəki  şəraitə  olan  etirazlarının  qarşısını  almaq  üçün  o, 
Qobustan Qapalı Həbsxanasına göndərilib və oradan azadlığa buraxılıb.  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə