Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə22/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
45 
 
Baş  Prokurorluqda  cinaəyt  işi  başlanılıb,  həbs  edilmiş  şəxslərə  qarşı  ağır  ittihamlar 
irəli  sürülüb  ki,  bu  ittihamlarla  onlar  ömürlük  azadlıqdan  məhrum  edilə  bilərlər. 
İstintaqı yekunlaşan bir qrup şəxsin (Tale Bağırzadə də daxil olmaqla) işi Bakı Ağır 
Cinayətlər  Məhkəməsinə  göndərilib  və  hazırda  proseslər  davam  edir.  DİN  və  Baş 
Prokurorluğun  əməliyyat  günü  yaydığı  məlumatda  adları  çəkilən  4  nəfərdən  yalnız 
T.Bağırzadənin 
istintaqı  yekunlaşdırılaraq  məhkəməyə  göndərilib,  halbuki 
məlumatdan  belə  anlaşılır  ki,  bu  4  şəxs  eyni  cinayət  əməlləri  törədiblər  və  onların 
işinin istintaqı birgə aparılacaq.  
 
Həbs olunan şəxslər onlara ağır işgəncələr verildiyini, bu işgəncələr altında onların öz 
əleyhlərinə ifadə verməyə məcbur edildikləri ilə bağlı açıqlamalar veriblər. Xüsusən 
T.Bağırzadə və onunla birgə həbs olunan şəxslər məhkəmə prosesləri zamanı ağır və 
dəhşətli  işgəncələrə  məruz  qaldıqlarını,  təhqir  edildiklərini  bildiriblər.  Dindarlar  öz 
əleyhlərinə ifadə verməyə məcbur edilmək üçün işgəncəyə məruz qaldıqlarını bəyan 
ediblər,  Tale  Bağırzadə  məhkəmədəki  etdiyi  çıxışında  ondan  Milli  Şura  və  burada 
təmsil olunan şəxslərə qarşı da ifadə verməyə məcbur edilmək üçün işgəncəyə məruz 
qaldığını  vurğulayıb.  Onların  işgəncələrlə  bağlı  açıqlamalarını  məhkəmə 
araşdırmayıb, hakimlər bu məsələnin üzərindən sükutla keçiblər.   
 
Məhkəmə proseslərinin müşahidəsi göstərir ki, onlara qarşı irəli sürülmüş ittihamları 
istintaq sübut edə bilmir. İstintaq özü həbs edilən şəxslərin əl izlərinin ekspertizasını 
aparmayıb, vəkillərin bununla bağlı vəsatəti isə təmin olunmayıb.  
 
İstintaqın  zərərçəkmiş  kimi  tanıdığı  polis  əməkdaşları  məhkəmə  zamanı  verdiyi 
ifadələrində, istintaqın iddia etdiyi kimi, polis əməkdaşlarından birinin ölümünə səbəb 
olan  qumbaranı  kimin  və  hansı  şəraitdə  atdığını  izah  edə  bilməyib.  İstintaq  əl 
qumbarasının  atılması  nəticəsində  polis  əməkdaşının  öldüyünü  iddia  edib.  Ancaq 
hadisə  yerində  qumbara  atılması  nəticəsində  açılmalı  olan  dəliyin  olmaması, 
qumbaradan yalnız bir qəlpənin ayrılaraq polis əməkdaşına dəyməsi və başqa heç bir 
şəxsin zərər çəkməməsi bu məsələni ciddi şübhə altına almış olur.  
 
Zərərçəkmiş  polis  əməkdaşları  hamısı  eyni  şəkildə  ifadə  veriblər  ki,  onların  həbs 
etdikləri  təqsirləndirilən  şəxslərin  arxa  ciblərində  qumbara  və  odlu  silahlar  olub, 
əllərində ancaq bıçaqlar olduğundan həmin şəxsləri rahat şəkildə zərərsizləşdirib tuta 
biliblər.  Onlar  hansı  səbəbdən  zərər  çəkdiklərini  izah  edə  bilməyiblər,  istintaq  da 
onların  mənəvi zərər çəkdiyini bildirib.  Ölən polislərin ailə üzvləri isə  zərərçəkmiş 
şəxs kimi məhkəmə proseslərinə qatılmayıb.  
 
Proseslər  zamanı  işgəncəyə  məruz  qalmış  dindarlar  onlara  işgəncə  vermiş  polis 
əməkdaşlarını  tanıdıqca  həmin  əməkdaşın  hansı  şəkildə  işgəncə  verməsini,  hansı 
formada  onları  təhqir  etməsini  və  onlara  münasibətini  detallı  şəkildə  izah  edən 
ifadələr veriblər.  
 
Məhkəmə  prosesləri zamanı  istintaqa verdiyi  ifadələrdən imtina edərək  həbs  edilmiş 
dindar  fəalların  xeyrinə  ifadə  verən  şahidlər  də  dəhşətli  işgəncələrə  məruz 
qaldıqlarını,  bu  səbəbdən  istintaqın  tələb  etdiyi  ifadə  verdiklərini  bəyan  ediblər. 
Məhkəmədə  bu  ifadələri  verdikdən  sonra  həmin  şahidlərin  heç  bir  əsas  olmadan 
Nardaranda  əməliyyatı  həyata  keçirmiş  Baş  Mütəşəkkil  Cnayətkarlıqla  Mübarizə 
İdarəsinə  çağırılaraq  təhdidlərə  və  hədələrə  məruz  qalmaları  barədə  məlumatlar 
yayılıb.  


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
46 
 
 
Ümumdünya  İnsan  Haqları  Konvensiyasının  18-ci  maddəsi  ilə  təsbit  edilmiş  vicdan 
azadlığının müxtəlif ölkələrdə vəziyyəti ilə bağlı monitorinq aparan və bu vəziyyətlə 
bağlı  materiallar  yayan  Forum18  təşkilatı  Nardaran  hadisəsinə  münasibət  bildirib. 
Qurum  hadisə  zamanı  gücü  necə  və  kimin  işlətdiyi,  əməliyyatdan  qabaq  Hərəkatın 
sədrinə və üzvlərinə qarşı kampaniyaların olduğu, Nardaranın faktiki olaraq nəzarətə 
alındığı  və  başqa  məsələləri  əhatə  edən  məlumatla  çıxış  edib.
56
 ABŞ-ın  Beynəlxalq 
Din  Azadlığına  dair  Komissiyasının  Mərkəzi  Asiya  üzrə  aparıcı  eksperti  Ketrin 
Kozman  mətbuata  müsahibəsində  Hərəkatın  zor  yolu  ilə  hakimiyyəti  devirməsi 
iddialarına inanmadığını və həbs edilən şəxslərə qarşı sürülən ittihamların əsaslılığına 
ciddi şübhələrin olduğunu bildirib
57

 
 
Tale Bağırzadə və Nardaran qəsəbəsində keçirilən əməliyyat  zamanı onunla  birgə 
tutulanlar 
 
25.
 
Şamil Adil oğlu 
ABDULƏLİYEV
 
 
Saxlanma müddəti: 08 yanvar 2016-cı il 
 
İttiham:  CM-in  120.2.1  (qəsdən  adam  öldürmə,  yəni  digər  şəxsi  qəsdən  həyatdan 
məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və 
ya  cinayətkar  birlik  (təşkilat)  tərəfindən),  120.2.3  (zərərçəkmiş  şəxsin  xidməti 
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın 
qohumlarını  öldürmə),  120.2.4  (xüsusi  amansızlıqla  və  ya  ümumi  təhlükəli  üsulla 
adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini 
ədavət  və  ya  düşmənçilik  niyyəti  ilə  adam  öldürmə),  29,  120.2.1  (cinayət  törətməyə 
cəhd, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə, bir qrup 
şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik 
(təşkilat) tərəfindən), 29, 120.2.3 (cinayət törətməyə cəhd, zərərçəkmiş şəxsin xidməti 
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın 
qohumlarını öldürmə), 29, 120.2.4 (cinayət törətməyə cəhd, xüsusi amansızlıqla və ya 
ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (cinayət törətməyə cəhd, iki və ya 
daha çox şəxsi öldürmə), 29, 120.2.12 (cinayət törətməyə cəhd, milli, irqi, dini ədavət 
və  ya  düşmənçilik  niyyəti  ilə  adam  öldürmə),  28,  214.2.1  (cinayətə  hazırlıq, 
terrorçuluq,  yəni  ictimai  təhlükəsizliyi  pozmaq,  əhali  arasında  vahimə  yaratmaq, 
yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul 
edilməsinə  təsir  göstərmək  məqsədilə  insanların  həlak  olması,  onların  sağlamlığına 
zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli 
nəticələrin  baş  verməsi  təhlükəsi  yaradan  partlayış,  yanğın  və  ya  digər  hərəkətlər 
(terror  aktı)  törətmə,  habelə  həmin  məqsədlə  bu  cür  hərəkətlərin  törədiləcəyi  ilə 
hədələmə,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar 
birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 28, 214.2.3 (cinayətə hazırlıq, odlu 
silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
törədildikdə), 214-2 (CM-in 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və 
ya  282-ci  maddələrində
58
 nəzərdə  tutulmuş  əməllərin  törədilməsinə  açıq  çağırışlar 
                                                        
56
 http://bit.ly/2cKIrPD  
57
 http://bit.ly/2d7kbcq  
58
 CM-in  102  (beynəlxalq  müdafiədən  istifadə  edən  xarici  dövlət  nümayəndəsinə  və  ya 
beynəlxalq  təşkilatın  əməkdaşına,  habelə  həmin  şəxslərin  xidməti  və  ya  yaşayış  sahələrinə, 
yaxud  nəqliyyat  vasitələrinə  hücum  etmə.  müharibəyə  təhrikçilik  və  ya  beynəlxalq 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə