Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
37 
 
 
Gənclər saxlandıqları vaxt və saxlandıqdan sonra döyülüblər, hər ikisi qeyri-insani və 
insan  ləyaqətini  alçaldan  rəftara  məruz  qalıblar.  Mayın  12-də  onlar  barəsində  Xətai 
Rayon  Məhkəməsinin  (hakim  İbrahim  İbrahimli)  qərarı  ilə  4  aylıq  həbs  qətimkan 
tədbiri  seçilib  (Bayram  Məmmədov  barəsində  seçilmiş  həbs  qətimkan  tədbirinin 
müddəti Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli qərarı ilə daha 2 ay 
uzadılıb. 
 
Məhkəmə  araşdırmasının  gedişində  hər  iki  gəncin  döyülməsi  və  zorakılığa  məruz 
qalması  açıq  şəkildə  görünüb.  Bundan  əlavə,  vəkil  Elçin  Sadıqov  mayın  12-də 
gənclərin  saxlandığı  Nərimanov  Polis  İdarəsinin  müvəqqəti  saxlanma  yerində 
Q.İbrahimovun polis idarəsinin ərazisini süpürməyə məcbur edildiyinin şahidi olub və 
bunu  sənədləşdirmək  üçün  polis  idarəsinin  təhlükəsizlik  kameralarından  çıxarışların 
alınması məqsədilə sorğu ilə müraciət  edib.  Gənclər onlara verilən işgəncə ilə bağlı 
yerli və beynəlxalq ictimaiyyətə müraciət ediblər
31
 
32
.   
 
BMT-nin  Özbaşına  Saxlanma  üzrə  İşçi  Qrupu  üzvlərinin  həmin  tarixlərdə  Bakıya 
səfəri  olduğundan  Qrupun  bəzi  ekspertləri  hər  iki  gənclə  görüşüb.  Səfərin  nəticələri 
ilə  bağlı  dərc  edilən  hesabatda  Qrup  gənclərlə  zorakı  davranışın  nəticəsi  ola  biləcək 
xəsarətləri gördüklərini qeyd ediblər
33
  
 
Bundan  əlavə,  gənclərə  yaxınları  və  istədikləri  vəkillə  əlaqə  saxlamaq  imkanı 
verilməyib,  bu  da  ciddi  qanun  pozuntusudur.  Onların  saxlanması  da  faktiki  olaraq  2 
sutkaya  yaxın  gizli  saxlanılıb.  Mayın  11-də  hər  iki  gəncin  evində  axtarışa  gələn 
polislər  ailə  üzvlərinin  evə  girməsinə  imkan  verməyiblər,  onlar  evdə  qısa  müddət 
ərzində narkotik maddə aşkarladıqlarını bildirərək oradan gediblər. 
 
Hər  iki  gənc  həbs  qətimkan  tədbiri  seçilərkən  iştirak  etdikləri  proseslərdə  bildiriblər 
ki, postamentin üzərinə yazıları onlar yazıblar. Polislər onlardan dövlət televiziyasının 
çəkiliş aparması şərti ilə heykəldən üzr istəməyi tələb edib. Bunun əvəzində isə onları 
azadlığa buraxmağa hazır olduqlarını deyiblər. 
 
NİDA  Vətəndaş  Hərəkatının  üzvü  olan  hər  iki  gənc  Bakı  Slavyan  Universitetinin 
(BSU) sonuncu kurs tələbəsi olub. Həbs edilən zaman ali məktəbi bitirmək üçün son 2 
imtahanları qalıbmış, vəkili həm Penitensiar Xidmətə, həm də BSU-ya gənclərin son 
imtahanlarını  verməyə  şərait  yaradılması  ilə  bağlı  müraciət  etsə  də,  buna  imkan 
yaradılmayıb  və  faktiki  onların  universiteti  bitirməsinin  qarşısı  alınıb.  Hər  iki  gənc 
Azərbaycan  telekanallarında  yayımlanan  intellektual  oyunların  iştirakçısı  və  qalibi 
olub.    
 
Freedom  House  və  Human  Rights  Watch  beynəlxalq  hüquq  müdafiə  təşkilatları 
gənclər  barəsində  həbs  qərarı  verildikdən  sonra  bəyanatla  çıxış  edərək  ittihamların 
inandırıcı olmadığını və həbsin ifadə azadlığına zərbə olduğunu bildiriblər
34
 
35
.   
 
                                                        
31
 http://bit.ly/1PTM4EM  
32
 http://bit.ly/1UJy0ML 
33
 http://bit.ly/25RjOtI 
34
 http://bit.ly/2afehU8  
35
 http://bit.ly/1UZbzFm  


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
38 
 
Amnesty  International  hər  iki  gənci  vicdan  məhbusu  elan  edib
36
.  Hər  ikisinin 
qanunsuz həbsi ilə bağlı şikayətləri Avropa Məhkəməsinə göndərilib. 
 
Saxlandıqları zaman işgəncə və insanlığa sığmayan rəftara məruz qalmaları ilə bağlı 
cinayət  işinin  açılması  üçün  gənclərin  verdiyi  ərizəni  Səbail  Rayon  Məhkəməsi 
sentyabrın 14-də təmin etməyib.   
 
Dövlət  ittihamçısı  Qiyas  İbrahimovun  9  il  müddətinə  azadlıqdan  məhrum 
edilməsini  təklif  edib,  lakin  məhkəmə  praktikasında  nadir  rast  gəlinən  hadisə  baş 
verib: Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən Ənvər Seyidov) 25 oktyabr 2016-cı 
il  tarixdə  Q.İbrahimovu  prokurorun  təklif  etdiyi  cəzadan  daha  ağır  cəza  -  10  il 
müddətinə  azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  edib.  Bakı  Apellyasiya 
Məhkəməsi  (sədrlik  edən  Vüqar  Məmmədov)  05  iyun  2017-ci  il  tarixdə  bu hökmü 
dəyişdirmədən qüvvədə saxlayıb.  
 
23.
 
Bayram Fərman oğlu 
MƏMMƏDOV 
  
          
                                                                                                
                                       
Saxlanma tarixi: 10 may 2016-cı il                                              
© şəxsi Facebook profili 
 
İttiham:  CM-in  234.4.1  və  234.4.3-cü  (satış  məqsədi  ilə  qanunsuz  olaraq  narkotik 
vasitələri  və  ya  psixotrop  maddələri  əldə  etmə  və  ya  saxlama,  hazırlama,  istehsal 
etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya 
psixotrop  maddələri  satma,  qabaqcadan  əlbir  olan  bir  qrup  tərəfindən  və  külli 
miqdarda törədildikdə) 
 
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: yuxarıdakı işlə eynidir.  
 
Bayram  Məmmədov  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  Eynulla 
Vəliyev) 08 dekabr 2016-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum 
edilib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Həsən Əhmədov) 10 fevral 2017-
ci  il  tarixində,  Ali  Məhkəmə  (sədrlik  edən  hakim  Fərhad  Kərimov)  isə  20  iyun 
2017-ci il tarixində bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.  
 
 
24.
 
Elgiz Camal oğlu 
QƏHRƏMAN
                                                                  
 
                                                        
36
 http://bit.ly/29MDXKm  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə