Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə14/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
29 
 
İ.Məmmədov  2009-cu  ildə  yaranan  və  son  illər  ərzində  yeni  nəsil  siyasi  müxalif 
qüvvə  kimi  populyarlaşan  Respublikaçı  Alternativ  Hərəkatının  (REAL)  Sədridir. 
Hərəkatın  əsas  məqsədi  Azərbaycanda  cümhuriyyətçilik  ənənələrini  bərpa  etmək, 
parlamentli  respublikaya  keçid,  effektiv  hökumət  qurmaq,  hüquq  və  azadlıqları 
birmənalı təmin etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL mövcud 
hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o sıradan Prezident 
İlham Əliyevi tənqid etməklə yanaşı, həm də alternativ proqramlar təklif edib. 
 
 
İ.Məmmədov  2009-cu  ilin  martında  bir  nəfərin  2  dəfədən  artıq  prezident  seçilməsi 
qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı 
yayımında  bu  qadağanı  aradan  qaldırmağa  görə  Prezident  Əliyevi  ölkəni  uçuruma 
sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getməkdə ittiham edib. 2010-cu ilin 
parlament seçkilərində namizəd olan İ.Məmmədov seçki platformasında, xüsusən efir 
vaxtı  hakimiyyəti  yaramaz  siyasət  aparmaqda  ittiham  edib.  İ.Məmmədov  2012-ci  il 
martın 1-də Quba şəhərində icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı 
vəziyyətin yerində öyrənilməsi üçün Qubaya gedib və hadisələrin baş verməsinə görə 
hakimiyyəti tənqid edib.  
 
2012-ci ilin noyabrında İ.Məmmədov Milli Məclisin effektiv fəaliyyət göstərmədiyini 
və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti 
zooparka  bənzətmişdi.  Bundan  sonra  parlamentin  üzvü  və  hakimiyyətə  yaxınlığı  ilə 
seçilən Adil Əliyev İ.Məmmədov barəsində verdiyi müsahibədə “bu cür danışanların 
başı  kəsilib  atılmalıdır”  ifadəsini  işlədərək,  faktiki  olaraq  ona  qarşı  ölüm  təhdidi 
səsləndirib.  Hakim  partiyadan  olan  deputat,  sosial  siyasət  komitəsinin  sədri  Hadi 
Rəcəbli İ.Məmmədovun həbs edilməsi üçün məhkəməyə göndəriləcək şikayətin artıq 
hazır  olduğunu  və  onu  deputatların  imzalaması  prosesinin  davam  etdiyini  bildirib 
(amma son olaraq məhkəməyə müraciət olunmayıb).  
 
2013-cü  il  yanvarın  19-da  Bakıda  yerləşən  Binə  Ticarət  Mərkəzində  çalışan  şəxslər 
sosial  tələblərlə  etiraz  aksiyası  keçiriblər,  nəticədə,  polislə  qarşıdurma  yaranıb. 
İ.Məmmədov etiraz aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların 
tələblərini  öyrənib.  O,  həm  öz  bloqunda,  həm  də  mətbuata    müsahibələrində  aksiya 
iştirakçılarını  dəstəkləyib,  tələblərin  tamamilə  doğru  olduğunu  bildirib,  hakimiyyəti 
korrupsiyanın qarşısının alınmasında maraqlı olmamaqda günahlandırıb.  
 
2013-cü il yanvarın 23-də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası 
tələbi  ilə  etirazlar  keçirilib,  etirazlar  qarşıdurmalara  gətirib  çıxarıb.  İ.Məmmədov 
hadisədən  bir  gün  sonra,  yanvarın  24-də  İsmayıllı  rayonuna  səfərə  gəlib,  rayon 
mərkəzində  jurnalistlər  və  bəzi  sakinlərlə  söhbət  etdikdən  sonra  Bakıya  qayıdıb. 
Bakıya  qayıdarkən  İ.Məmmədov  Azadlıq  Radiosuna  müsahibə  verib  və  etirazların 
haqlı  olduğunu  bildirib,  eyni  zamanda,  öz  bloqunda  insanların  səbrinin 
tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid edib. Bundan əlavə, İ.Məmmədov 
hadisələrin  baş  verməsinə  səbəb  olan  şəxslərin  kimliyini  dəqiqləşdirərək  onların 
Əmək  və  Əhalinin  Sosial  Müdafiə  Naziri  Füzuli  Ələkbərovun  (hazırda  vəzifədən 
uzaqlaşdırılıb)  qohumları  və  yaxınları  olduğunu  müəyyən  edib.  Hadisənin  baş 
verməsinə  səbəb  olan  şəxslərin  işlədiyi  hotelin  nazirin  oğluna  məxsus  olduğunu 
göstərən rəsmi sənədləri taparaq yayıb (həmin vaxt hotelin heç bir vəzifəli şəxsə və ya 
onun  qohumlarına  məxsus  olmaması  ilə  bağlı  yerli  icra  başçısı  və  digər  rəsmilər 
açıqlamalar vermişdilər).  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
30 
 
İ.Məmmədov  2013-cü  il  prezident  seçkilərində  REAL-ın  namizədi  olub,    bununla 
bağlı  onun  həbsindən  qabaq  təşkilat  daxilində  razılığa  gəlinib.  Həbsdə  olmasına 
baxmayaraq, İ.Məmmədov seçkilərdə namizədliyini verib. Yaradılan ciddi maneələrə 
baxmayaraq,  namizədliyi  ilkin  olaraq  qeydə  alınıb,  xeyrinə  40000-dən  çox  imza 
toplanaraq  Mərkəzi  Seçki  Komissiyasına  (MSK)  təqdim  edilib.  Lakin  MSK  əsassız 
şəkildə imzaların saxta olduğu iddiasıyla onun namizədliyini qeydə almayıb.  
 
İ.Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs 
olunub.  Yanvarın  26-dan  etibarən  ölkədə  yayımlanan  telekanalların  əksəriyyəti  Baş 
Prokurorluq  və  Daxili  İşlər  Nazirliyinin  yaydığı  məlumata  istinad  edərək  İsmayıllı 
hadisələrinə  REAL-ın  Sədri  İ.Məmmədov  və  jurnalist,  Müsavat  Partiyasının  başqan 
müavini  Tofiq  Yaqublunun  səbəb  olduğunu  bildirərək  təqsirsizlik  prezumpsiyasını 
pozub və İ.Məmmədovu cinayətkar adlandırıb.  
 
Yanvarın  29-da  İ.Məmmədov  Baş  Prokurorluğun  Ağır  Cinayətlərə  dair  İstintaq 
İdarəsinə çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılıb. 
Fevralın  4-də  yenidən  istintaqa  çağırılan  İ.Məmmədov  barəsində  Nəsimi  Rayon 
Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 
İ.Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün sonra 
gedib  və  İsmayıllıda  şəhərin  mərkəzi  hissəsində  çoxsaylı  jurnalistlərin  və  rayona 
birlikdə getdiyi REAL-ın icra katibi Natiq Cəfərlinin yanında cəmi 45-50 dəqiqə olub. 
Məhkəmədə  ifadə  verən  N.Cəfərli  və  jurnalistlər  bunu  bir  daha  təsdiqləyiblər,  o 
sıradan İ.Məmmədovun şəhər mərkəzində olmasını və heç bir iğtişaşa çağırmadığını, 
sadəcə jurnalistlərlə söhbət  etdiyini, bu vaxt, ümumiyyətlə,  heç bir aksiyanın,  yaxud 
zorakılığın olmadığını göstərən videomaterial da göstərilib.  
 
Mobil telefon danışıqlarıyla bağlı çıxarışlardan görünür ki, İ.Məmmədovun qanunsuz 
hərəkətlər etdiyi iddia edilən saatlarda o artıq İsmayıllı rayonu ərazisində olmayıb. 
 
Hadisələrə  görə  təqsirləndirilən  İsmayıllı  sakinləri  İ.Məmmədovu  tanımadıqlarını 
məhkəməyə  bildiriblər.  Prosesə  şahid  kimi  cəlb  edilmiş  İsmayıllı  sakinləri    -  İsrafil 
Verdiyev  və  Rövşən  Novruzov  İ.Məmmədovu  gördüklərini  və  onun  gəncləri  polisə 
müqavimət  göstərməyə  çağırdığını  bildiriblər,  ancaq  bu  şahidlər  vəkillərin  suallarını 
cavablandırarkən  çoxsaylı  ziddiyyətlər  ortaya  çıxıb.  Şahidlər  İ.Məmmədovun 
istintaqın iddia etdiyi yerdə deyil, başqa yerdə olduğunu bildiriblər. Mehdiyev soyadlı 
şahid həmin ərazidə təsadüfən olduğunu və İsmayıllı hadisələri zamanı başqa heç bir 
hadisənin şahidi olmadığını bildirib, ancaq cinayət işinin materiallarından məlum olub 
ki, Mehdiyev artıq yanvarın 23-dən tutulan şəxslərə qarşı ifadələr verib. 
 
Cinayət işində zərərçəkmiş kimi tanınan bütün şəxslər ifadələrində təqsirləndirilənlərə 
qarşı heç bir maddi və mənəvi tələblərinin olmadığını vurğulayıblar.   
 
İlqar Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il qərarı ilə  
7  il müddətinə  azadlıqdan məhrumetmə  cəzasına məhkum  edilib. Şəki  Apellyasiya 
Məhkəməsi  24  sentyabr  2014-cü  ildə  bu  hökmü  dəyişmədən  qüvvədə  saxlayıb.  Ali 
Məhkəmə  13  oktyabr  2015-ci  ildə  Şəki  Apellyasiya  Məhkəməsinin  qərarını  ləğv 
edərək  yenidən  baxılması  üçün  onu  bu  məhkəməyə  göndərib.  Lakin  Şəki 
Apellyasiya Məhkəməsi 29 aprel 2016-cı ildə İ.Məmmədovu azadlığa buraxmaqdan 
imtina  edərək  onun  7  il  müddətinə  azadlıqdan  məhrum  edilməsi  barədə  hökmü 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə