Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
27 
 
16.
 
Məmməd Əziz oğlu 
İBRAHİM 
      
                                                                                            
 
                                                                                                                             © şəxsi Facebook profili
     
 
Saxlanma tarixi: 30 sentyabr 2015-ci il                                        
 
İttiham:  CM-in  221.2.2-ci  maddəsi  (xuliqanlıq  ictimai  qaydanın  qorunması  üzrə 
vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət 
nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) 
 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Məmməd  İbrahim  müxalifət  partiyası  olan  Azərbaycan  Xalq 
Cəbhəsi  Partiyası  Sədrinin  müşaviri,  qurumun  Siyasi  Şurasının  üzvüdür.  Facebook 
sosial  şəbəkəsində,  o  sıradan  başqa  onlayn  platformalarda  fəal  olan  siyasətçi 
hakimiyyəti tənqid edən məlumat və çıxışlarla fərqlənib. O, partiyanın tədbirlərinin və 
aksiyalarının fəal təşkilatçılarından olub.  
 
M.İbrahim AXCP-nin 28 sentybarda keçirilən Qurultayından iki gün sonra saxlanılıb. 
O,  2015-ci  ilin  fevralında  AXCP-dən  uzaqlaşan  Mikayıl  Quliyevin  şikayəti  əsasında 
tutulub.  Nurullayev  və  onunla  birgə  partiyadan  gedən  şəxslər  AXCP-yə  alternativ 
olaraq  eyni  adlı  qurum  təsis  ediblər,  bu  səbəbdən  Ədliyyə  Nazirliyi  partiya 
qurultayının  nəticələrini  təsdiqləməkdən  imtina  edib,  bununla  bağlı  məhkəmə 
iddiaları təmin olunmayıb.  
 
Mikayıl  Quliyevdən  başqa  istintaq  həbsdən  2  ay  sonra  daha  bir  neçə  şəxsi  də 
zərərçəkən  kimi  işə  qoşub,  onların  da  M.İbrahimin  xuliqanlıq  hərəkətindən  zərər 
çəkdiklərini iddia edib və fəala qarşı ittihamı ilkin ittihama nisbətən ağırlaşdırıb. Oruc 
Vəliyev  və  Məhəmməd  Qurbanov  ifadə  verib  ki,  onlar  Mikayıl  Quliyevlə  Məmməd 
İbrahim  arasında  insident  zamanı  onları  ayırmağa  çalışıblar  və  bu  zaman  da  zərər 
çəkiblər.  Halbuki  M.İbrahim  bu  iki  şəxsi,  ümumiyyətlə,  tanımır  və  istintaq  bunun 
əksini  sübut  edən  heç  bir  materialı  işə  əlavə  etməyib.  Bundan  əlavə,  Nərimanov 
Rayon  Məhkəməsində  proses  zamanı  üzə  çıxıb  ki,  M.Quliyevin  özü  də  zərərçəkən 
kimi göstərilən başqa iki şəxsi tanımır.  
 
Məhkəmə  proseslərinin  müşahidəsi  nəticəsində  məlum  olur  ki,  Mikayıl  Quliyevin 
verdiyi  ilkin  ifadə  ilə  məhkəmədə  verdiyi  ifadə  arasında  kəskin  ziddiyyələr  var,    o, 
polisə  yazdığı  şikayət  ərizəsində  Məmməd  İbrahimin  AXCP  Sədrinin  müşaviri  kimi 
qeyd  etməsinin  hansı  zərurətdən  yarandığı  sualına  cavab  verə  bilməyib.  28  dekabr 
2015-ci ildə ifadə verdikdən və vəkillərin suallarını cavablandırdıqdan sonra Mikayıl 
Quliyev şikayətindən imtina etmək istədiyini bildirib, məhkəmə zalında barışıq ərizəsi 
yazaraq hakimə verib və ərizə iş materiallarına əlavə olunub.  
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
28 
 
İş üzrə başqa iki zərərçəkən də məhkəmə prosesləri zamanı ziddiyyətli ifadələr verib, 
onlar  polisə  nə  zaman  ərizə  ilə  şikayət  etdiklərini,  M.İbrahimi  necə  tanıdıqlarını  və 
adını necə öyrəndiklərini izah edə bilməyiblər.  
 
Məmməd  İbrahim  15  mart  2016-cı  ildə  Nərimanov  Rayon  Məhkəməsinin  hakimi 
Turqay  Hüseynovun  hökmü  ilə  3  il  müddətinə  azadlıqdan  məhrub  edilib.  Bakı 
Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov)  isə 13 may 2016-cı 
ildə bu hökmü qüvvədə saxlayıb. Həmin qərardan verilən kassasiya şikayəti isə Ali 
Məhkəmənin  (sədrlik  edən  hakim  İlham  Cəfərov)  28  sentyabr  2016-cı  il  tarixli 
qərarı ilə rədd edilib. 
 
M.İbrahim  16  iyul  2016-cı  ildə  Penitensiar  Xidmətin  Müalicə  Müəssisəsinə 
köçürülüb.  Onun  körpücük  sümüyü  sındığından  və  əməliyyata  ehtiyacı  olduğundan 
xəstəxanaya  aparılıb.  M.İbrahimin  təyin  edilmiş  cəzanın  1/3  hissəsini  çəkdiyi  üçün 
məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı ərizəsini Suraxanı Rayon 
Məhkəməsi  (hakim  Elçin  Ağayev)  26  noyabr  2016-cı  il  tarixli  qərarı  ilə  təmin 
edilməyib. Bakı Apellyasiya Məhkəməsi də (sədrlik edən hakim Sahibxan Mirzəyev) 
bu qərarı 29 dekabr 2016-cı il tarixdə qüvvədə saxlayıb.   
 
 
 
17.
 
İlqar Eldar oğlu 
MƏMMƏDOV
 
 
                                                                                                
 
 
 
 
 
 
 
 
 
 
 
                   
 
 
 
 
 
 
 
           © 
www.coe.int
 
Saxlanma tarixi: 4 fevral 2013-cü il
 
 
İttiham: CM-in 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın 
məhv  edilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil  etmə  və  ya  belə 
iğtişaşlarda  iştirak  etmə)  və  315.2-ci  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə 
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor 
tətbiq etmə) maddələri 
 
Saxlandığı yer:  2 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  İlqar  Məmmədov  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra 
fəal  şəkildə  siyasətlə  məşğul  olan  şəxslərdən  biri,  10  ildən  çoxdur  mövcud  olan  və 
Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi 
Biliklər  Məktəbinin  direktoru,  iki  nüfuzlu  beynəlxalq  təşkilatın  –  German  Marşal 
Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının üzvüdür
26
.   
 
                                                        
26
 http://bit.ly/1fsL2aR   
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə