Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
33 
 
qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan 
Respublikasının  saxta  dövlət  təltifini,  ştampı,  möhürü,  blankı  hazırlama  və  ya 
satmarəsmi sənədləri saxtalaşdırma) maddələri 
 
Saxlandığı yer: 16 saylı Cəzaçəkmə Müəssisəsi   
 
İş üzrə qısa arayış: A.Yusifli Azərbaycan Xalq Cəbhəsi Partiyası Sədrinin müşaviri, 
partiyanın Rəyasət Heyətinin üzvüdür.   
 
Həbs  olunan  gün  A.Yusifli  AXCP-nin  Nərimanov  şöbəsinin  sədri  Hacı  Abbaslının 
avtomobili  ilə  birlikdə  ofisə  gedib,  qayıdarkən  sürücü  yolda  siqaret  almaq  üçün 
mağazaya gedib və oradan qayıdanda görüb ki, A.Yusifli avtomobildə yoxdur.  
 
Sonradan  məlum  olub  ki,  A.Yusiflini  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil 
Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.  
 
Bakı Ağır Cinayətlər Məhkəməsi 31 iyul 2015-ci il tarixdə Asif Yusiflinin 7 il 6 ay 
müddətinə  azadlıqdan  məhrum  edilməsi  ilə  bağlı  hökm  çıxarıb.  Bakı  Apellyasiya 
Məhkəməsi 09 oktyabr 2015-ci ildə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Ali 
Məhkəmə (sədrlik edən Əli Seyfəliyev) cəzanın azaldılaraq 6 ilə endirilməsi barədə 
qərar qəbul edib.  
 
Cinayət  qanunvericiliyinə  edilən  vurulmuş  ziyanın  həcmi  ilə  bağlı  dəyişklikləri 
nəzərə  alaraq  Nizami  Rayon  Məhkəməsi  A.Yusiliyə  qarşı  ittihamı  Cinayət 
Məcəlləsinin  173.2-ci  maddəsindən  178.2.4-cü  maddisinə  tövsif  edərək  cəzaçəkmə 
müəssisəsinin rejimini  dəyişsə  də, cəza müddətini  azaltmayıb. Bu qərardan verilən 
apellyasiya  şikayəti  təmin  edilməyib,  Ali  Məhkəmə  isə  (sədrlik  edən  İnqilab 
Nəsirov) 02 mart 2017-ci il tarixli qərarı ilə cəzanın 5 ilə endirib.  
 
A.Yusifli  Qarabağ  müharibəsi  əlilidir,  həbsindən  qısa  müddət  əvvəl  ayağından 
əməliyyat olunub, himayəsində iki azyaşlı uşağı var ki, onlardan da biri ağır formalı 
diabet xəstəliyindən əziyyət çəkir.   
 
 
20.
 
Fuad Zəfər oğlu 
ƏHMƏDLİ 
                                            
 
                                                                                                     
 
                   
© şəxsi Facebook profili 
Saxlanma tarixi:  18 avqust 2016-cı il
 
 
İttiham:  CM-in  302.2  (əməliyyat-axtarış  fəaliyyətini  həyata  keçirmək  səlahiyyətinə 
malik  olmayan  şəxslər  tərəfindən  belə  tədbirlərin  keçirilməsi,  habelə  əməliyyat-
axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin 
tədbirlərin  qanunvericiliklə  müəyyən  edilmiş  əsaslar  olmadan  keçirilməsi  şəxsin 
hüquq  və  qanunla  qorunan  mənafelərinin  əhəmiyyətli  pozulmasına  səbəb  olduqda, 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
34 
 
gizli  qaydada  informasiya  əldə  etmək  üçün  nəzərdə  tutulmuş  texniki  vasitələrdən 
istifadə edilməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni 
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün 
qanunsuz  üstünlük  əldə  etmək  məqsədilə  öz  qulluq  səlahiyyətlərindən  qulluq 
mənafeyinə  qəsdən  zidd  olaraq  istifadə  etməsi  və  ya  qulluq  mənafeyi  tələb  etdiyi 
halda  istifadə  etməməsi  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  qanuni 
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm 
zərər vurduqda, ağır nəticələrə səbəb olduqda) maddələri 
 
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş  üzrə  qısa  arayış:  AXCP  Xətai  Rayon  Şöbəsi  Gənclər  Komitəsinin  Sədri  olan 
F.Əhmədlini  Dövlət  Təhlükəsizlik  Xidmətinin  (DTX)  əməkdaşları  saxlayıb,  onun 
evində  axtarış  aparılıb.  Axtarış  zamanı  Fətullah  Gülənin  çıxışları,  “Gülən  camaatı” 
adlandırılan  qrupun  üzvləri  və  “Hizmət  imam”ları  adlandırılan  şəxslər  və  onların 
qarşılıqlı  əlaqələri  barədə  sənədlər,  “fətullahçılığın”  təbliğini  nəzərdə  tutan  dini 
məzmunlu  müxtəlif  ədəbiyyat,  elektron  informasiya  daşıyıcılarının  aşkar  edildiyi 
bildirilsə də, gənc fəalın valideynləri bunu təkzib ediblər.  
 
Gənc fəal həbs edilərkən onun yaxınlarına heç bir məlumat verilməyib, həbsindən 10 
gün  keçməsinə  baxmayaraq,  bir  dəfə  də  olsun  evlərinə  zəng  olunmayıb,  vəkili  isə 
onunla görüşə biməyib. F.Əhmədlini saxlayan DTX-dan vəkilə bildirilib ki, o buradan 
aparılıb, çünki işin istintaqını Baş Prokurorluq aparır. Ancaq həbsindən yalnız 10 gün 
sonra onun elə DTX-nın istintaq təcridxanasında olduğu məlum olub və vəkil onunla 
görüşə bilib. Sonradan gənc fəal Bakı İstintaq Təcridxanasına köçürülüb.  
 
F.Əhmədli sosial şəbəkələrdə və etiraz aksiyalarında fəal iştirakçılardan olub, 2015-ci 
il ərzində etiraz aksiyaları ərəfəsində və sonra 2 dəfə inzibati qaydada (uyğun olaraq 
25 və 10 gün) həbsə atılıb.  
 
F.Əhmədli  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  Fikrət  Qəribov)  16 
iyun  2017-ci  il  tarixli  hökmü  ilə  4  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum  edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  Rizvan  Səfərov)  16 
avqust 2017-ci il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.   
_____________________________________________________________________ 
 
21.
 
Faiq Səmidxan oğlu 
ƏMİRLİ
                                           
                                                                                           
 
                                                                                                        
© şəxsi Facebook profili 
Saxlanma tarixi:  20 avqust 2016-cı il
 
 
İttiham:  CM-in 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta 
haqlarını  ödəməkdən  yayınma)  və  283.2.2  (milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə