Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
25 
 
mayın  26-da  onun  barəsində  3  aylıq  həbs  qətimkan  tədbiri  seçib  (2017-ci  ilin 
avqustunda bu müddət daha 2 aylıq uzadılıb).  
 
 
Vəkil Bayramlının çantasında tapıldığı iddia edilən pulların və onların qablaşdırıldığı 
bağlamaların  üzərindən  əl-barmaq  izlərinin  götürülməsi,  onların  kimə  məxsus 
olmasını müəyyənləşdirmək üçün ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırıb. 
Digər  vəsatət  mayın  25-də  Bayramlının  keçdiyi  sərhəd-keçid  məntəqəsində  kamera 
görüntülərinin  alınması  ilə əlaqədar olub.  Həbs  qərarı bu vəsatətlər təmin edilmədən 
və işin obyektiv qiymətləndirilməsi üçün zəruri olan məqamlar araşdırılmadan verilib.  
 
G.Bayramlı  təcridxanaya  köçürüldükdən  sonra  davamlı  təzyiqlərə  məruz 
qalmaqdadır,  səhhətində  problemlərin  yaranmasına  baxmayaraq  ona  reseptləri  və 
dərmanları verilmir. Yaxınları ilə görüşü və telefon danışıqları məhdudlaşdırılıb.      
 
 
15.
 
Fuad Əli oğlu 
QƏHRƏMANLI 
           
 
Saxlanma tarixi: 8 dekabr 2015-ci il                                
 
 
İttiham: CM-in  220.2  (hakimiyyət  nümayəndəsinin  qanuni  tələblərinə  fəal  şəkildə 
tabe  olmamağa  və  kütləvi  iğtişaşlara,  habelə  vətəndaşlara  qarşı  zorakılıq  etməyə 
çağırış etmə),  281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya 
ölkənin  konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  və  ya  ərazi  bütövlüyünün 
parçalanmasına yönələn açıq  çağırışlar etmə, habelə bu cür  məzmunlu  materialları 
yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, 
milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini  mənsubiyyətindən  asılı 
olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin 
müəyyən  edilməsinə  yönələn  hərəkətlər,  zor  tətbiq  etməklə  və  ya  zor  tətbiq  etmə 
hədəsi ilə törədildikdə) maddələri
 
 
Saxlanıldığı yer: 10 saylı Cəzaçəkmə Müəssisəsi
 
 
İş  üzrə  qısa  arayış:
 
Fuad  Qəhrəmanlı  hakimiyyəti  və  onun  apardığı  siyasəti  kəskin 
tənqid  edən  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyası  (AXCP)  Sədrinin  müavinidir.  Uzun 
müddətdir  siyasətlə  məşğul  olur,  bir  sıra  etiraz  aksiyalarının  təşkilatçısı  olub, 
razılaşdırılmamış, lakin dinc etiraz aksiyalarında dəfələrlə inzibati qaydada saxlanılıb, 
fiziki  təzyiqlərə  məruz  qalıb.  Mətbuatda  və  sosial  şəbəkələrdə  davamlı  tənqidi 
yazılarla çıxış edib.  
 
2015-ci  il  noyabrın  26-da  Bakının  Nardaran  qəsəbəsində  dindar  fəal  Tale  Bağırzadə 
və  tərəfdarları  ilə  polis  arasında  ikisi  polis,  beşi  sakin  olmaqla  7  nəfərin  ölümü  ilə 
nəticələnən münaqişə baş verir. Nəticədə T.Bağırzadə də daxil olmaqla onlarla dindar 
fəal  həbs edilib və onlara qarşı çoxsayda ağır maddələr üzrə ittihamlar irəli sürülüb. 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
26 
 
F.Qəhrəmanlı bu hadisələrlə bağlı Facebook-da statuslar yazaraq fikirklərini bölüşüb. 
Tutulan dindarların, əslində, təqsirsiz olduğunu, onların hakimiyyətin siyasətini tənqid 
etdikləri  üçün  saxlandıqlarını  və  dindar  kəsimə  xitabən  Nardaran  qəsəbəsində  baş 
verən  hadisələrə  reaksiya  verilmədiyini,  T.Bağırzadənin  meydanda  tək  qoyulduğunu 
vurğulayıb.  
 
Bu cür yazılarından sonra həm F.Qəhrəmanlıya, həm də təmsil etdiyi partiyaya qarşı 
“cinayətkarlara  dəstək  verirlər”  tezisi  ilə  hakimiyyətyönlü  mətbuat  orqanlarında 
qarayaxma kampaniyası başlanıb.  
 
F.Qəhrəmanlı  bu  hadisələrlə  bağlı  istintaqı  aparan  Baş  Prokurorluğun  Ağır 
Cinayətlərə  dair  İşlər  üzrə  İstintaq  İdarəsinə  Nardaran  hadisələrindən  10  gün  sonra 
telefon  vasitəsilə  dəvət  edilib.  O,  hansı  statusla  istintaqa  çağırıldığını  və  rəsmi 
bildirişin olub-olmamasını soruşub, lakin suallarına cavab ala bilmədiyindən istintaqa 
getməyib.  Bundan  az  sonra  uşaqlarını  məktəbdən  evə  gətirərkən  polis  əməkdaşları 
F.Qəhrəmanlını  yaşadığı  həyətdə  saxlayaraq  məcburi  şəkildə  İstintaq  İdarəsinə 
aparıblar.  
 
F.Qəhrəmanlıya qarşı rəsmi olaraq Facebook səhifəsində yazdığı fikirlərə görə ittiham 
irəli  sürülüb  və  onun  barəsində  həbs  qətimkan  tədbiri  seçilib.  Məhkəmədə  olduğu 
zaman onun evində axtarış aparılıb və axtarış nəticəsində kompüteri götürülüb.  
 
Həbsindən  5  ay  sonra  -  2016-cı  ilin  mayında  ona  daha  bir  maddə,  CM-in  220.2-ci 
maddəsi üzrə ittiham irəli sürülüb.  
 
F.Qəhrəmanlının  Nardaran  hadisələri  ilə  bağlı  yazdığı  statusları  analiz  edərkən 
asanlıqla görmək mümkündür ki, bu qeydlər onun siyasi yanaşmasını əks etdirir,  ona 
qarşı  irəli  sürülmüş  ittihamların  tərkibini  yarada  biləcək  fikirlər  söyləməyib, 
qeydlərdə zorakılığa və ya ayrı-seçkiliyə açıq çağırışlar yoxdur.   
 
F.Qəhrəmanlı  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  Əlövsət 
Abbasov) 25 yanvar 2017-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlqıdan məhrum 
edilib.  Bakı  Apellyasiya  Məhkəməsi  (sədrlik  edən  hakim  Əmir  Bayramov)  bu 
hökmü 20 iyul 2017-ci il tarixli qərarı ilə dəyişdirmədən qüvvədə saxlayıb.   
 
Amnesty International Fuad Qəhrəmanlını vicdan məhbusu kimi tanıyıb
25

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                        
25
 http://bit.ly/29JyV26 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə