Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
17 
 
8.
 
Rəşad Ağaəddin oğlu 
RAMAZANOV
                         
                                                                                  
 
Saxlanma tarixi: 9 may 2013-cü il                                               
© şəxsi Facebook profili 
 
İttiham: CM-in 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və 
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) maddəsi 
 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Dindar olan Rəşad Ramazanov aktiv şəkildə sosial şəbəkələrdə, 
xüsusən  Facebook-da  (https://www.facebook.com/HAQQINqulu777)  hakimiyyətin 
apardığı  siyasəti,  prezident  də  daxil  olmaqla  yüksək  rütbəli  məmurları  tənqid  edən 
mikrobloqlar  paylaşırdı.  Ona  da  Azərbaycanda  fəallara  qarşı  geniş  şəkildə  istifadə 
edilən  narkotik  maddə  ittihamı  irəli  sürülüb.  R.Ramazanov  həbs  edildikdən  sonra 
qanunsuz  olaraq  11  gün  müddətində  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə 
İdarəsində  saxlanılıb,  yerli  və  beynəlxalq  təşkilatların  çağırışından  sonra  o,  istintaq 
təcridxanasına köçürülüb. Tanınmış  vəkil Aslan  İsmayılov Ramazanovun  bu idarədə 
işgəncələrə və döyülməyə məruz qaldığını bildirib və bunun araşdırılması üçün uyğun 
qurumlara  müraciət  edib.  Ancaq  bu  iddialar  nəinki  araşdırılıb,  Aslan  İsmayılovun 
özünü polis saxlaylaraq ona bu cür bəyanatlar verməməsi, əks halda cəzalandırılacağı 
ilə  bağlı  xəbərdarlıq  edib.  Bundan  bir  müddət  sonra  A.İsmayılov  Vəkillər 
Kollegiyasından çıxarılıb.  
 
Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  13  noyabr  2013-cü  il  tarixli  qərarı  ilə  Rəşad 
Ramazanov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı 
Apellyasiya Məhkəməsi  16 yanvar  2014-cü ildə, Ali Məhkəmə  isə 14 may 2014-cü 
ildə bu hökmü olduğu kimi qüvvədə saxlayıb.   
 
Amnesty International təşkilatı R.Ramazanovu vicdan məhbusu kimi tanıyıb
18

 
 
9.
 
Əfqan Hətəmxan oğlu 
SADIQOV
                       
                
© şəxsi Facebook profili 
 
Saxlanma tarixi: 22 noyabr 2016-cı il      
                                  
 
                                                        
18
 http://bit.ly/1jYMJQI   


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
18 
 
Saxlandığı yer: 17 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İttiham:  CM-in  127.2.3-cü  (
zərərçəkmiş  şəxsin  həyatı  üçün  təhlükəli  olmayan  və  bu 
Məcəllənin  126-cı  maddəsində  nəzərdə  tutulan  nəticələrə  səbəb  olmayan,  lakin  sağlamlığın 
uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən 
az  olmaqla  əhəmiyyətli  dərəcədə  itirilməsi  ilə  nəticələnən  qəsdən  sağlamlığa  az  ağır  zərər 
vurma,ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi 
 
İş üzrə qısa arayış
www.azel.tv
 saytının baş redaktoru olan Əfqan Sadıqov həm bu 
saytda,  həm  də  özünün  Fcebook  profilində  yaşadığı  Cəlilabad  rayonunda  baş  verən 
nöqsanları, problemləri işıqlandıran jurnalist olub. O həm də “Bizim Cəlilabad” adlı 
Facebook səhifəsinin idarəçisi olaraq yerli icra hakimiyyətini tənqid edən materialları 
bu  səhifədə  yerləşdirirdi.  Rayondakı  problemlər  barədə  həm  yazılar,  həm  də 
videomateriallar  paylaşan  jurnalist  dəfələrlə  rayon  icra  hakimiyyətinin  başçısı  Əziz 
Əzizovun onu əvvəlcə ələ almaq istədiyini, sonradan isə təhdid edildiyini ictimaiyyətə 
açıqlayıb.  
 
Jurnalistə  qarşı  irəli  sürülən  ittiham  da  onun  növbəti  dəfə  Cəlilabad  Rayon  İcra 
Hakimiyyətinə  çağırılmasından  dərhal  sonra  baş  verən  hadisə  ilə  bağlıdır.  2016-cı  il 
avqustun  9-da  icra  başçısı  Əziz  Əzizov  icra  hakimiyyətinə  çağırılan  jurnalistdən 
tənqidi  materialları  azaltması  və  onları  saytlardan  yığışdırması  üçün  pul  təklif  edib. 
Sadıqov  pulu  götürməkdən  imtina  edib  və  icra  hakimiyyətinin  binasından  çıxmaq 
istəyərkən  bir  qadının  hücumuna  məruz  qalaraq  zərbələr  alıb.  Qadından  dərhal 
uzaqlaşan  jurnalist  binadan  uzaqlaşa  bilib.  Lakin  bu  hadisədən  dərhal  sonra  həmin 
qadın  polisə  ərizə  ilə  müraciət  edərək  Sadıqov  tərəfindən  fiziki  zorakılığa    məruz 
qaldığını bildirib və jurnalistin cəzalandırılmasını istəyib.  
 
Polis  də  dərhal  jurnalistə  qarşı  ittiham  irəli  sürüb  və  onun  barsində  başqa  yerə 
getməmək  barədə  iltizam  qətimkan  tədbiri  tətbiq  edib.  Yalnız  qadının  ərizəsinə 
əsaslanan  və  işdə  heç  bir  başqa  sübut  olmayan  cinayət  işi  araşdırılması  üçün  rayon 
məhkəməsinə göndərib və məhkəmə hazırlıq iclasında jurnalist barəsində həbs qərarı 
çıxarılıb. Sonrakı proseslər tələsik, heç bir ciddi araşdırma aparılmadan və jurnalistin 
təqsirini sübut edəcək heç bir ciddi sübut tədqiq edilmədən keçirilib. 
 
Sadıqov Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə 2 il 
6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi (sədrlik 
edən hakim Ələsgər Novruzov) bu hökmü 25 may 2017-ci il tarixdə dəyişdirmədən 
qüvvədə saxlayıb.  
 
    
 
 
10.
 
Mehman Rafik oğlu 
HÜSEYNOV
                             
 
© Fərqanə Novruzova 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə