Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
13 
 
və  daş  atmağa  başlayıb,  az  sonra  hadisə  yerinə  gələn  polislər  hər  iki  şəxsi  döyərək 
həbs edib. Jurnalistə qarşı xuliqanlıq və polisə müqavimət maddələri ilə ittiham irəli 
sürülüb. Jurnalistin həbsindən yalnız 11 gün sonra, yəni sentyabrın 20-də onun evində 
axtarış aparılıb və evdən A.Quliyevə məxsus olan qumbaranın tapıldığı iddia edilib. 
2012-ci  ilin  dekabrında  A.Quliyevə  qarşı  baş  redaktoru  olduğu  internet  qəzetdə 
yayılan  məqalələrdə  dini  düşmənçilik  salınması,  ictimai  asayişin  pozulması,  silah 
saxlama, dövlət bayrağının təhqir edilməsi kimi maddələrlə ittiham irəli sürülüb.  
 
Jurnalist  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  05  aprel  2013-cü  il  tarixli 
hökmü  ilə  8  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  olunub. 
Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə isə 04 iyul 2014-
cü il tarixli qərarlarla həmin hökmü qüvvədə saxlayıb.  
 
Jurnalistin  evində  axtarış  məhkəmə  qərarı  olmadan  və  özünün  iştirakı  təmin 
edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə 
verdiyi  izahatlarla  istintaqa  verdiyi  izahatlar  arasında  ciddi  fərqlər  olub.  Məhkəmə 
araşdırması  zamanı  məlum  olub  ki,  hal  şahidlərindən  biri,  Nahid  Şirəliyev  nə 
oxumağı,  nə  də  yazmağı  bacarır  (halbuki  axtarış  haqqında  protokola  imza  atıb  və 
qumbaranın  aşkar  edildiyini  təsdiqləyib).  Şirvan  Apellyasiya  Məhkəməsində  o, 
işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislərin onları 
apardıqlarını və bunun əvəzində hər birinə 20 AZN verildiyini bildirib. Zərərçəkmiş 
kimi  tanınan  şəxslərin  heç  birini  istintaq  zamanı  A.Quliyevlə  üzləşdirməyiblər, 
onların  çoxu  polis  əməkdaşlarıdır  və  hamısı  məhkəmədə  eyni  məzmunlu  ifadə 
veriblər.  Buna  baxmayaraq,  işdə  jurnalistin  polislərə  xəsarət  yetirdiyini  təsdiqləyən 
hər hansı sübut yoxdur. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi 
sübut kimi cinayət işinin materiallarında olmayıb. 
 
A.Quliyev  onun  barəsində  Şirvan  Apellyasiya  Məhkəməsinin  qərarından  sonra  14 
saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. 22 dekabr 2014-cü ildə həmin CM-də olan 
məhkum  Elşad  Babayevin  ölümünə  dustaqlar  etirazlarını  bildiriblər.  Belə  ki, 
Babayevin işgəncələrə məruz qalaraq  yeməksiz və susuz saxlanılaraq öldüyü barədə 
məlumatlar  olub.  Onun  bacısı  Simuzər  Babayeva  Lökbatan  qəsəbəsində  yerləşən 
morqda qardaşının meyitinin şəkillərini çəkərək sosial şəbəkələr və mətbuat vasitəsilə 
yayıb.  Həmin  şəkillərdən  də  aydın  görünür  ki,  məhkumun  üzərində  zorakılıq  izləri 
var.  Ancaq  açılmış  cinayət  işi  nəticəsində  31  yaşlı  Elşad  Babayevin  ürək 
çatışmazlığından öldüyü iddia olunub.  
 
Etiraz bildirən məhkumlar arasında jurnalist A.Quliyev də olub, buna görə o, karserə 
salınıb  və  işgəncələrə  məruz  qalıb.  Bu  hadisədən  sonra  CM-in  rəhbərliyi  jurnalistin 
daha ağır rejimli müəssisəyə köçürülməsi barədə vəsatətlə məhkəməyə müraciət edib 
və  Qaradağ  Rayon  Məhkəməsinin  19  mart  2015-ci  il  tarixli  qərarı  ilə  A.Quliyev 
cəzasının 3 ilini Qobustan Qapalı Həbsxanasında çəkməyə məhkum edilib.     
 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
14 
 
6.
 
Əfqan Sabir oğlu 
MUXTARLI
                             
 
© şəxsi Facebook səhifəsi 
Saxlanma tarixi: 29 may 2017-ci il  
 
İttiham:  CM-in  206.1  (qaçaqmalçılıq,  yəni  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya 
gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan 
etməməklə  və  ya düzgün bəyan  etməməklə bu Məcəllənin  206.2-ci  maddəsində qeyd 
edilənlər  istisna  olmaqla
15
 malların  və  digər  əşyaların  külli  miqdarda  keçirilməsi), 
315.2  (xidməti  vəzifələrini  yerinə  yetirməsi  ilə  əlaqədar  hakimiyyət  nümayəndəsinə 
qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə)  318.1-ci (Azərbaycan 
Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan 
və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri
 
  
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası 
 
İş üzrə qısa arayış: Son illər ərzində mmüstəqil şəkildə jurnalist fəaliyyəti ilə məşğul 
olan  və  Azərbaycanda  vəzifəli  şəxslərin,  o  cümlədən  Prezident  və  onun  ailəsinin 
biznesi  ilə  bağlı  araşdırma  aparan  Ə.Muxtarlı  2014-cü  ildə  təqiblərdən  qorunmaq 
məqsədilə Tbilisi şəhərinə köçmüşdü. Burada yazıları ilə yanaşı, o siyasi məhbuslara 
dəstək  verib,  onların  azadlığa  buraxılması  tələbi  ilə  Azərbaycanın  Gürcüstandakı 
səfirliyi qarşısında keçirilən aksiyaların təşkilatçısı və iştirakçısı olub.  
 
Mayın 4-də Azərbaycan hakimiyyətinə yaxın bir sıra xəbər saytlarında “Gürcüstanda 
gizli  antiAzərbaycan  yuvaları”  adlı  yazı  dərc  edilib.  Məqalədə  heç  bir  əsas 
göstərilmədən Azərbaycan hakimiyyətini tənqid edən və Gürcüstanda məskunlaşan və 
ya  fəaliyyət  göstərən  bir  sıra  jurnalistlər,  hüquq  müdafiəçiləri,  fəallar,  o  cümlədən 
Əfqan  Muxtarlı  dövlətə  qarşı  cinayət  törətməkdə,  qeyri-qanuni  məqsədlər  üçün 
xaricdən maliyyə dəstəyi almaqda ittiham ediliblər.  
 
Mayın  29-da  axşam  saatlarına  evə  gəlməli  olan  jurnalistdən  xəbər  çıxmadığından 
onun yaxınları mətbuata bu barədə məlumat veriblər, eyni zamanda, Tbilisi polisinə 
də  rəsmi  qaydada  müraciət  ediblər.  Mayın  30-da  məlum  olub  ki,  Ə.Muxtarlı 
saxlanılıb və artıq Azərbaycana aparılıb. Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq 
mayın  31-də  birgə  məlumat  yayaraq  Əfqan  Muxtarlının  Gürcüstandan  Azərbaycana 
                                                        
15
 206.2-ci  maddə  ilə  qadağan  edilən  əşyalar:  narkotik  vasitələr,  psixotrop  maddələr,  güclü 
təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika
odlu silah və ya döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi 
qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük 
sərhədindən  keçirilməsinin  xüsusi  qaydaları  müəyyən  edilmiş  materiallar  və  avadanlıqlar, 
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən 
edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar
 
   


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə