Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 

 
25-də  Yasamal  rayon  Məhkəməsi  (hakim  Azər  Tağıyev)  Əliyevin  barəsində  3  aylıq 
həbs qət imkan tədbiri seçmişdir.  
 
Jurnalistə qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz 
sahıbkarlıq  ittihamları  2014-cü  ildə  hüquq  müdafiəçilərinə  və  QHT-lərə  qarşı  irəli 
sürülmüş  əsassız  və  nəticədə  sübut  edilməyən  ittihamlarla  eynilik  təşkil  edir. 
Qanunsuz  sahibkarlıq  yalnız  qeydiyyatsız  fəaliyyətin  nəticəsində  yarandığı  halda  və 
Turan  agentliyinin  qeydiyyata  alınmış  qurum  olduğunu  nəzərə  aldıqda  bu  ittihamın 
absurd olması üzə çıxır. 2016-cı il üzrə agnetliyin heç bir vergi borcunun olmaması 
ilə bağlı Vergilər Naziriyinin Aktı olmasına baxmayaraq və səyyar yoxlama ilə bağlı 
heç bir akt tərtib olunmadan yenidən vergidən yayınma ittihamının irəli sürülməsi bu 
işdə siyasi sifarişin olduğunu bir daha nümayiş etdirir.  
 
Bank hesablarının dondurulması, sənədlərin müsadirə edilməsi və Əliyevin həbsi ilə 
“Turan” İnformasiya Agentliyi fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.  
 
ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Mehman Əliyevin dərhal və qeyd-şərtsiz 
azadlığa  buraxılması  çağırışını  əks  etdirən  bəyanatla  çıxış  edib
3
.  Avropa  Şurasının 
Baş  Katibi  ABŞ  Dövlət  Departamenti  və  Fransanın  Xarici  İşlər  Nazirliyi  bu  həbsi 
qınayan  bəyanatlar
4 5
 səsləndiriblər.  Freedom  House  və  Jurnalistləri  Beynəlxalq 
Müdafiə  Komitəsi  Əliyevin  həbsini  azad  medianın  boğulmasına  yönəlik  addım  kimi 
qiymətləndiriblər
67
.   
 
 
2.
 
Nicat Nazim oğlu 
ƏLİYEV
  
 
Saxlanma tarixi: 21 may 2012-ci il 
 
 
 
 
 
 
© www.azadxeber.net 
 
İttiham:  CM-in  167.2.2.1  (qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil 
dəstə  tərəfindən  müvafiq  razılıq  olmadan  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini 
məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə 
idxal etmə, satma və ya yayma), 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop 
maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, 
göndərmə  və  ya  satma),  281.2  (bir  qrup  şəxs  tərəfindən  hakimiyyətin  zorla  ələ 
keçirilməsinə,  zorla  saxlanılmasına  və  ya  Azərbaycan  Respublikasının  konstitusiya 
quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn 
açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu  materialları  yayma)  və  283.2.3-cü 
                                                        
3
 
http://bit.ly/2wf1nk0
 
 
4
 
http://bit.ly/2wzfhAd
 
 
5
 
http://bit.ly/2xmWqpv
 
 
6
 
http://bit.ly/2w8sYVF
 
 
7
 
http://bit.ly/2vlC5zn
 
 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 

 
(mütəşəkkil  dəstə  tərəfindən  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və  düşmənçiliyin 
salınmasına,  milli  ləyaqətin  alçaldılmasına,  habelə  milli,  irqi  və  ya  dini 
mənsubiyyətindən  asılı  olaraq  vətəndaşların  hüquqlarının  məhdudlaşdırılmasına  və 
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi 
informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri 
 
Saxlandığı yer: 2 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş  üzrə  qısa  arayış:  Nicat  Əliyev  dini  yönümlü  tənqidi  www.azadxeber.az  veb-
səhifəsinin  baş  redaktorudur.  N.Əliyevin  həbsindən    qabaq  bu  saytda  hökumətin  din 
siyasətini,  habelə  Avroviziya-2012  mahnı  yarışmasına  həddən  artıq  maliyyənin 
ayrılmasını, o sıradan Bakıda gey-paradın keçirilmə ehtimalını tənqid edən materiallar 
çap  edilib.  Mahnı  yarışması  ərəfəsində  bu  materialları,  o  sıradan  ruhanilər  Abgül 
Süleymanov  və  Tale  Bağırovun  çıxışlarını  əks  etdirən  diskləri  şəhərin  müxtəlif 
yerlərində  yaydıqdan  dərhal  sonra  N.Əliyev  və  onunla  birlikdə  daha  bir  neçə  nəfər 
həbs edilib.   
 
Jurnalistə  ilkin  olaraq,  adətən  fəallara  qarşı  “növbətçi”  ittiham  kimi  istifadə  edilən 
narkotik  maddə  ittihamı  irəli  sürülüb.  Həbsindən  yalnız  8  ay  sonra,  2013-cü  ilin 
yanvarın  23-də  AŞPA  siyasi  məhbuslar  üzrə  məruzəçi  cənab  Ştrasserin  siyahısının 
əleyhinə səs verdikdən və nəticədə, məruzəçi mandatı dayandırıldıqdan 2 gün sonra, 
yanvarın 26-da N.Əliyevə qarşı daha ağır üç yeni ittiham irəli sürülüb.  
 
Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  9  dekabr  2013-cü  il  tarixli  qərarı  ilə  Nicat 
Əliyev 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub (prokuror  çıxışında 
jurnalistin məhz  10 il  azadlıqdan məhrum edilməsini  istəmişdi  ki, məhkəmə  də  bu 
istəyi olduğu kimi təmin edib). Bakı Apellyasiya Məhkəməsi 27 iyun 2014-cü ildə bu 
hökmü  dəyişdirmədən  qüvvədə  saxlayıb.  Ali  Məhkəmə  isə  07  aprel  2016-cı  ildə 
apellyasiya məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib.    
 
Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  əməkdaşı  Nahid  Məmmədov  ekspert 
kimi işə cəlb olunub. Yayılan disklərdəki çıxışlarda milli ədavəti qızışdıran nüanslar 
olduğunu  müəyyənləşdirib,  bununla  belə,  ekspert  bu  nüansların  detallarını 
məhkəmədə izah edə bilməyib. Belə nüanslar olduğu hallarda həmin çıxışları jurnalist 
deyil,  işdə  adı  keçməyən  başqa  şəxslər  edib,  bununla  belə  jurnalist  bu  cür  çıxışlar 
etməkdə  təqsirli  bilinib.  Jurnalistin  evindən  götürülən  və  dini  ekstremizmi  təbliğ 
etdiyi  iddia  olunan  Ərşad  Əzimzadənin  “Möcüzəsiz  möcüzə”  kitabı  isə  insan 
orqanizminin  ac  qalmaqla  müalicəsi  barədədir.  Kitab  Azərbaycanda  çap  edilib  və 
rəsmi şəkildə qadağan olunmayıb. Bununla belə, ekspertiza bu kitabın idxal edildiyini 
və  dini  ekstremizmə  çağırışları  əks  etdirməsi  ilə  bağlı  jurnalistin  əleyhinə  olan  rəy 
verib.  Məhkəmə  prosesində  ekspertiza  rəyi  elan  edilərkən  və  ekspert  suallara  cavab 
verərkən  rəyin  sifarişlə  hazırlandığı  açıq  şəkildə  müşahidə  olunub.  Məhkəmə 
prosesləri zamanı jurnalistin özü, o sıradan vəkili Yalçın İmanov da N.Əliyevin həbs 
edilən zaman polisin işgəncələrinə məruz qaldığını, ağır xəsarətlər aldığını bildirsələr 
də, bu iddialar araşdırılmayıb.  
 
Nicat Əliyev ailəlidir, toyundan cəmi 23 gün sonra həbs edilib. Amnesty İnternational 
təşkilatı jurnalistə qarşı ittihamları şübhəli adlandırıb
8

                                                        
8
 http://bit.ly/P8Z9vo  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə