Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   2   3   4   5   6   7   8   9   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
11 
 
tərk  edən  kimi  saxlanılıb,  iaşə  obyektinin  əməkdaşı  bu  barədə  obyektdə  qalan 
həmkarlarına məlumat verib.    
 
F.Fərəməzoğlu  həbs  edildikdən  sonra  Daxili  İşlər  Nazirliyinin  Baş  Mütəşəkkil 
Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb, burada təzyiqlər nəticəsində vəkildən 
imtina  etməyə  məcbur  olub.  İdarədən  Bakı  İstintaq  Təcridxanasına  köçürüldükdən 
sonra  həbsinin  qanunsuz  olduğunu,  34  gün  heç  bir  əsas  olmadan  Polis  İdarəsində 
saxlanıldığını,  polis  İdarəsində  işgəncəyə  məruz  qaldığını,  konkret  olaraq  12  gün 
ərzində  davamlı  olaraq  qolundan  qandalın  açılmamasını,  başına  yumruq  və  təpik 
zərbələrinin  endirildiyini,  dişlərinin  sındırıldığını,  təzyiqlər  nəticəsində  vəkildən 
imtina  etməyə  məcbur  edildiyini  bəyan  etmişdir.  Jurnalist  vəkili  vasitəsilə 
işgəncələrlə  bağlı  Baş  Prokurorluğa  müraciət  etsə  də,  bu  müraciət  hələ  də 
araşdırılmayıb.  F.Fərəməzoğlu  təzyiqlərə  və  işgəncələrə  məruz  qaldığını  bəyan 
etdikdən  sonra  sentyabrın  17-də  yenidən  Baş  Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə 
İdarəsinə aparılıb və bir müddətdən sonra geri qaytarılıb.  
 
Jurnalist  həbs  edildikdən  sonra  onun  İran  vətəndaşı  olan  həyat  yoldaşı  Faiqə 
Nosrətiyə  qarşı  təzyiqlər  başlayıb,  o  Azərbaycandan  deportasiya  edilməsi  ilə  və 
ölümlə  hədələnib,  onun  avtomobilinin  üzərinə  qırmızı  rəng  çəkilib  və  hədə  dolu 
məktub  qoyulub.  Oktybarın  16-da  F.Fərəməzoğlunun  həyat  yoldaşı  və  2  azyaşlı 
övladının yaşadığı mənzilə basqın cəhdi olub, naməlum şəxslər mənzili açarla açmağa 
cəhd  edib,  həyat  yoldaşının  səsini  eşitdikdən  sonra  qaçıblar;  polis  bu  hadisə  barədə 
məlumatlandırılıb.  Evinə  basqınla  bağlı  jurnalistin  həyat  yoldaşı  Daxili  İşlər  Naziri 
Ramil  Usubova  rəsmi  şəkildə  müraciət  ünvanlayıb.  Xanım  Nosrəti  baş  vermiş 
hadisələrlə  bağlı  İran  İslam  Respublikasının  Azərbaycandakı  Səfirliyinə  məlumat 
verib və Səfirlikdən yardım göstərilməsini istəyib.  
 
Jurnalistin  vəkili  Elçin  Sadıqov  da  məhz  bu  iş  üzrə  fəal  şəkild  müdafiə  tədbirlərini 
həyata  keçirdiyi  üçün  hədələrə  və  təzyiqlərə  məruz  qalıb.  Vəkilin  və  onun  həyat 
yoldaşının  adına  saxta  profillər  açılıb  və  onların  saxta  profillərindən  nalayiq 
məlumatlar  və  şəkilləri  əks  etirən  statuslar  paylaşılıb.  Daha  sonra  bir  sıra 
hökumtyönlü  saytlarda  vəkillə  jurnalist  həyat  yoldaşı  arasında  intim  münasibətlərin 
olmasına  dair  yalan  məlumatlar  yayılıb,  qısa  müddət  sonra  bu  məlumatlar  həmin 
saytlardan  yığışdırılıb.  Noyabrın  2-də  jurnalistin  işi  ilə  tanış  olmaq  üçün  Baş 
Mütəşəkkil  Cinayətkarlıqla  Mübarizə  İdarəsinə  gedən  vəkil  müstəntiq  tərəfindən 
hədələnib, 
vəkilə 
bildirilib 
ki, 
onlar 
jurnalistlə 
bağlı 
məlumatların 
ictimaiyyətləşdirilməsindən  və  bu  işdə  vəkilin  fəaliyyətindən  narazıdırlar  və  ona 
ehtiyatlı  olmağı  məsləhət  görüblər.  Elçin  Sadıqov  bu  hədələrlə  bağlı  güc 
strukturlarının  rəhbərlərinə  müraciət  edib.  Noyabrın  3-də  isə  vəkilin  Göygöl 
rayonunda yaşayan qardaşı yerli polis bölməsinə çağırılıb və səbəb göstərilmədən bir 
neçə  saat  ərzində  dindirilib.  Dindirmə  zamanı  əsasən  vəkil  Elçin  Sadıqovla  bağlı 
suallar verlib. Freedom House və Amensty İnternational təşkilatları vəkilə qarşı olan 
təzyiqlərdən  narahatlıqlarını  bildiriblər  və  Azərbaycan  hökumətini  bu  məsələni 
araşdırmağa çağırıblar
1314

 
                                                        
13
 http://bit.ly/2fm4yA4 
14
 http://bit.ly/2ftNYMg 
 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
12 
 
Jurnalist  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  (Eldar 
Mikayılov)  14  iyun  2017-ci  il  tarixli  hökmü  ilə  7  il müddətinə  azdlıqdan məhrum 
edilib.      
       
 
5.
 
Araz Faiq oğlu 
QULİYEV
  
 
 
 
 
                                                                                                                                                                           
                                                                                                                                                                                                                                                        
 
                  © 
www.xeber44.com
 
 
Saxlanma tarixi: 9 sentyabr 2012-ci il 
 
İttiham: CM-in 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş 
sursatı  (yivsiz  odlu  ov  silahı  və  həmin  silah  üçün  döyüş  sursatı  istisna  olmaqla), 
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma 
və  ya  gəzdirmə),  233  (ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil 
etmə və  ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini 
nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi 
və 
ya 
dini 
mənsubiyyətindən 
asılı  olaraq  vətəndaşların  hüquqlarının 
məhdudlaşdırılmasına  və  ya  üstünlüklərinin  müəyyən  edilməsinə  yönələn  hərəkətlər, 
aşkar  surətdə  və  ya  kütləvi  informasiya  vasitələrindən  istifadə  olunmaqla 
törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor 
tətbiq etmə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri 
 
Saxlandığı yer: Qobustan Qapalı Həbsxanası 
 
İş  üzrə  qısa  arayış:  Araz  Quliyev  Masallıda  yerləşən  www.xeber44.com  internet 
qəzetin  baş  redaktorudur.  Bu  saytda  yayılan  məqalələr  əsasən  hakimiyyətin  dinlə 
bağlı  siyasətinin  tənqidinə,  o  sıradan  Masallı  rayonundakı  sosial  problemlərə  həsr 
edilirdi.  Bu  saytdakı  fəaliyyətinə  görə  A.Quliyev  həbsindən  öncə  də  dəfələrlə  polis 
bölməsinə  aparılıb,  ona  fəaliyyətini  dayandırmaq  barədə  xəbərdarlıq  edilib.  Bu  cür 
xəbərdarlıqlar yerli icra hakimiyyətindən də dəfələrlə olunub. Həbsindən 2 gün əvvəl 
-  2012-ci  il  sentyabrın  6-da  A.Quliyevi  və  onunla  birlikdə  olan  Masallı  sakini  Rza 
Qorxmaz  oğlu  Ağalını  polis  və  mülki  geyimdə  olan  şəxslər  saxlayaraq  döyüblər  və 
Masallı  Rayon  Polis  Şöbəsinə  aparıblar.  Onlar  rəis  müavini  Əlifağa  Kazımovun 
göstərişi ilə gecə saat 03.00 radələrində sərbəst buraxılıblar. 
  
Sentyabrın  8-də  isə  saat  21  radələrində  A.Quliyev  rayon  sakini  Ziya  İbrahim  oğlu 
Tahirovla  birlikdə  Masallıda  keçirilən  folklor  festivalı  çərçivəsində  Nizami  parkında 
təşkil  olunan  diskotekaya  etiraz  ediblər  və  tənqidi  material  hazırlamaq  məqsədilə 
əlavə  məlumat  almaq  üçün  təşkilatçıları  axtarmağa  başlayıblar.  Lakin  ərazidə  olan 
polislər  hər  iki  şəxsi  oradan  uzaqlaşdırıb.  Bundan  2  saat  sonra  yenə  həmin  əraziyə 
qayıdan A.Quliyev və Z.Tahirov diskotekanın sona çatdığını və park ətrafında yalnız 
polis  maşınının  olduğunu  görüblər.  Polis  maşını  yaxınlaşıb  və  rəis  müavini  Əlifağa 
Kazımov  onlarla  30  dəqiqəyə  qədər  söhbət  etdikdən  sonra  ərazidən  gedib.  Bundan 
dərhal sonra 25-30 nəfərlik mülki geyimli dəstə əraziyə gələrək onları təhqir etməyə 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə